Mən o payızdayam
Müəllif: Fərqanə Yusifqızı


2017-10-08 16:54:34




Getdiyin o payız günündən..
Neçə-neçə mövsüm keçdi.
Amma mən,o payızdayam.
Mən o getdiyin yoldayam hələ
Sarı-sarı,
yarpaq-yarpaq tökülmüşəm.
Yağan yağışda damcı-damcı islanmışam,
Rüzgar-rüzgar üşümüşəm..
Mövsümlər bir birini hey qovar.
Payız,qış,bahar,yay və yenə payız..
Keçib gedər sıra ilə.
Keçməyən xatirələr var
və bir də
gecələr var keçib getməyən...
Payız mövsümləri var heç bitməyən.
Daha pəncərəmə də günəş boylanmır
quşlar da sabahları oyanmır.
Mənim də hafizəmdə çox yox
üç-dörd parça xoşbəxtlik qalıb vəssalam..
Mövsümlərdən payızdı yenə də
yenə yağmur var küçələrdə...
dönsən islanacaqsan.
gedərkən unutmusan,
çətirin qalıb məndə...

108 dəfə oxundu

Axtarış