MƏNİ
Müəllif: Zaur USTAC


2018-03-05 07:22:50


MƏNİ

Nədir yenə, qaş-qabağın...
Əvəz edib, süpürgəni???
Burax getsin, yerin-göyün...
Yaxasını, süpür məni...
***
Heç qane olmadın aza,
Yaman maya qoydun naza,
Çəkic möhtac olub paza,
Mən bir ölü, götür məni....
***
Əriş, iplik dövrü bitib,
Haqqı-salam çoxdan itib,
Tüm işlərin sonu yetib,
Başlamısan, bitir məni....
***
Olma belə qəlbi qara,
Gözüm baxmaz başqa yara,
Təbib ola, qəlbim yara,
Görə nələr didir məni...
***
Ustac olub dili yara,
Müsahibdim, daş-divara,
İndi tapmışam mağara,
Tay gedirəm, ötür məni...
03.02.2017. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

7 dəfə oxundu

Axtarış