Mənim
Müəllif: Elnur Rəsuloğlu


02.02.2019


Elnur Rəsuloğlu (Əliyev)

Həyatım boyunca etdiklərimin
Savabı sənindir, günahı mənim.
Ümidlə baxdığın uca göylərin
Mələyi sənindir, Allahı mənim.

Bilinməyir sağı, solu günlərin,
Ömrümüzdən keçir yolu günlərin.
Gözlədiyin sevgi dolu günlərin
Dünəni sənindir, sabahı mənim.

Qırılıb telləri tar-kamanımın,
İtibdir açarı vaxt, zamanımın.
Hər gün elədiyim and-amanımın
Vallahı sənindir, billahı mənim.

8 dəfə oxundu

Axtarış