Mənim baş daşıma
Müəllif: Elşən Ələsgərli


17.10.2017


Mənim baş daşıma
Bu şəkli vurun
Kağız üstündəki
O baxışları

Qoy baxsın dünyaya
Doyana qədər
Kağız üstündəki
O baxışlarım

Qoy yağsın üstümə
Qarlar, yağışlar
Silinsin illərin
İz, qırışları

Bəlkə daha cavan
Göründüm onda
Daha hamar oldu
Üz qırışlarım

Mənim baş daşıma
Bu şəkli vurun
Kağız üstündəki
O baxışları

Gözlərim qüssəli
Gözlərim nəmli
İllərin şahidi
Göz qırışlarım

30.12.2016
Elşən Ələsgərli

12 dəfə oxundu

Axtarış