MİNİATÜRLƏR
Müəllif: Azəryar Vaqif


20.03.2019


MİNİATÜRLƏR

Yer üzündə üz qalmayıb
Üzsüzdür daha
Dağ çəkilib düzlərə,
Düzə yer qalmayıb.

Biri var idi, biri yox idi. Bir Mən var idi. Bu Mən dünya yaranan gündən var idi. Yox, Mən olan gündən bu dünya var idi.
Gül satan oğlan, dünya dəyişib indi bildim. Palçıq qatan qız, daş daşıyan qız dünya dəyişib, indi bildim.


Bir o qədər uyğun gəlmir ancaq gedər. yəni iki vur iki beş deyil, ancaq gedər.
Vicdansız adamın özünü doğrultmağı üçün həmişə əsas var.
Dönməzlikdə, əyilməzlikdə nəsə ilahi bir şey var.
Fiziki həyatın ən böyük şərti uyğunlaşmaqdır. Mühitə uyğunlaşa bilməyən fərd ölümə məhkumdur.
Özünü bədbinlik məngənəsində sıxılmaqdan azad edə bilirsənsə, xoşbəxtsən.
….. həyat adamın istəyinə qarşı biganə, laqeyddir. Müəyyən uyğunluqlar və ya uyğunsuzluqlar tam təsadüfdür. Bu təsadüflər zəncirinə biz tale deyirik.
Söhbət:
-özünə bu canfəşanlıqla qəbir qazan iqtidar görməmişəm.
-onlar qəbir qazmır, özlərinə ehram tikirlər. Ehramlar da ki, uzun illər ərzində tikilir.
-Yəni bunlar uzun illər qalacaqlar?
-Bizim ömrümüzü puç eləməyə yetər.

ƏSLİNƏ BAXANDA: Gözlədiyim an çoxdan gəlib gedib.
Lazımsız işlərim yığın-yığındir
əslinə baxanda….
Bir yığın işim tökülüb qalıb.
Vüsalına yetməmişəm
arzuların.
əslinə baxanda…
çox yaşadım, heç nə lazımım deyil mənim.
Bircə, gözlədiyim an gəlib yetişmir.
***
……….. Vətənindən didərgin,
qürbətdə, radio önündə
bükülüb, xəbər dinləyən
atamın qəmli gözləri
indiyə qədər yaşarır
sınıq qəlbimdə.
***
В минуты одиночества с тобой,
душа признанию открыта.

Надежда
Как ива без влаги
Теряя листья и сгибаясь
Иссякает и тлеет,
Так тело твое и мое
Расцветая, излучает
Импульсы жизни
Вокруг оси надежды


В армии. Стройбат
Мимолетом вспоминаю
Как нога вступала
На белизну снега,
И в глазах изумруды
Потускневшего солнца
Таяли превращая
В осколки льда
Воспоминания детства
И твой образ Мама.

R.Rövşənin”Ağrı”silsiləsinə parodiya
Evdə işığım keçdi
Möhtac qaldım ay işığına.
Qonşunun evi çıl-çiraq
Ay işığı nə vecinə?
Damda pişiklər sevişir
Ay işığı nə vecinə?
Yaxşı deyil, ay işığı keçirənlər
möhtac qoymun məni ay işığına!

_ HƏRƏNİN ÖZ HAQQI VAR.
-allah mütləq mümkünlükdür.
-Insan həyatının bütün mənası bir nəfəs içindədir.
-Zorla dəyişən hər şey müvəqqətidir.
-Təbii axar qarşısıalınmazdır.
-Heç nəyi zorlama. Məcburiyyət olan yerdə Allah yoxdur. Əsl qələbə zorsuz olur.
***
... Мозги вдребезги на мостовой,
вру на асфальтовом покрове.
брызги жизни людской
в застывшей лужи крови.
Господи, ее больше нет!
***
-qaranlıqdan qorxuram
-kaş ki, öləydim
-körpüdən açılan mənzərə
-damağım zudıt eləyir
-Sifətində o nə mizandır elə
-Bədən düzümündə «sən» haradasan...
-Suda sınan ay parçası
-Tarakanın həyatı
-Suvağı uçmuş divarın mənzərələrı
-Ölmüş adamın söhbəti
-Mən bir imkan idim
-Stəkanın dibində qalmış çay dənələri
-Bütün həyat tərzi elə qurulur ki, onu əldə etmək istəyəsən, onu istifadə etmək istəyəsən.

Hər şey mümkündür!!! Heç nəyi zorlama! Velikaya meditasiya.
...«hakimiyyətdən faydalanan məmur» sözünü işlədən hakimiyyət yetkilisi təhtəlşüur səviyyəsində hakimiyyətdə olanların hər birinin büdcə pulunu rahat yemək və korrupsiya hesabına varlanmaq imkanının onlara verilməsini nəzərdə tutur.
Eşşək ölüsü.
...Yöndəmsiz, yerindən tərpədib bir yerə qoymaq üçün naqolay şey üçün deyirlər ki, eşşək ölüsüdür.
Bir çox problemlər də var ki, onların həlli eşşək ölüsünü yerindən tərpətməyə bənzəyir.
Nədənsə ətrafım bu eşşək ölüləri ilə doludur.(c)

Əvəz, cibi dərin meşin pencəyindən naxış-naxış üstü olan qətl bıçağını alıb durdu. Dedi:
- Qorxmaz, ölüm səni girlər, döngil geri, qıyma-qıyma ətindən kəsməyincə, dön get!
Qorxmazın hirsindən dodaqları təpsirdi. Dedi:
-Ə. Əvəz, adı qorxmaz olan adamın bir cıqqa cəsarəti olmazmı olur?
Əvəzin bıldır-bıldır gözünün yaşı rəvan oldu. Qorxmaz bunu görər, qas-qas gülər, alıb deyər oldu:- Ta kim, banlamayasan sənə həyat olmaz, sənə dinclik olmaz, qəti bilgil!
Yaman vuruş oldu meydan dolu qan oldu o gün.

*******
Reallıq – təkanı haçansa verilmiş fasiləsiz dəyişən İndidir, hərəkətdir. İlkin təkanın təcili bitəndə, tükənəndə Zaman və Məkan daxilində ölçülən hərəkət- yəni “İndi” ölçüdən çıxacaq, ilkin təkandan qabaqkı vəziyyətin astar şəklini alacaq

---- Canlı varlığın yaşaması üçün çeşidli variantlar var. Bunları saymağa ehtiyac yoxdur. Sivil qaydalar orta bir xətti – insan haqları deyilən prinsipi əsas meyar kimi qəbul edir.

*****
Страх высоты, провалы сознания, черные пятна зрения, нарушения вестибулярного аппарата, потеря объекта внимания из виду, повторение однажды увиденного во сне по желанию, беспричинное притягательность для других, растворение облаков, прогнозирование поведения других.
Din
Mövcud olan bütün dinlər kosmosun və canlının yaradıcısı kimi ilahi bir qüvvəni tanımağı və ona səcdə qılmağı tələb edir. Yaradıcının böyüklüyü və ilahiliyi onu şəxsən tanımaq üçün heç bir ümid yeri qoymur. Özü də bu ikili əlaqədə insan o qüvvəni tanımağa razılıq verməlidir. Insanın bu “tanımada, qəbuletmədə” iştirakı şəxsi olmalıdır. Ancaq qüvvənin özünü təqdim etməyi birbaşa yox, nələrinsə vasitəsiylə olduğu israr edilir. Həmin o qüvvə müstəqil şəkildə yox, bu və ya digər halları, hadisələri anlamaq istəyən insanın Şərhində mövcuddur. Orientirsiz okeanda gəmi azdığı kimi, insanın Şərhində orientir, istinad nöqtəsi olmalıdır məntiqi var ki, insan İlahi qüvvə anlayışını qəbul edib. Yoxsa insan öz şərhində azıb özünü itirər.
Böyük və İlahi qüvvənin necə ola bilər ki, adi bir keyfiyyəti var:- Ehtiyacı! Insanın onu tanımasına ehtiyacı. Insanın onu tanımasına ehtiyacı var. Aydındır ki, Böyük və İlahi qüvvəyə xas ola bilməz.
Idarə edən və idarə olunanlardan ibarət insan cəmiyyəti öz şərhlərində istinad etmək üçün neytral bir tərəf kimi ilahi qüvvə anlayışını yaradıb.

1 dəfə oxundu

Axtarış