MÜBARİZ - AYSEL NAZİM
Müəllif: YAZARLAR.AZ


07.02.2021


MÜBARİZ
(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunur)
Əlində ucalan qeyrət bayrağı,
Çəkdi düşmənlərə dağ üstə dağı.
Adınla öyündü vətən torpağı,
Böyük hünərinə alqış, Mübariz !
* * *
Qılınca döndərdin dəyanətini,
Qırdın ümidsizlik əsarətini,
Göstərdin cahana cəsarətini,
Böyük hünərinə alqış, Mübariz !
* * *
Keçdin yurd uğrunda öz həyatından ,
Şəhidlər vətənin çıxmaz yadından
Zəfər ətri gəldi sənin adından,
Böyük hünərinə alqış , Mübariz!
Müəllif: Aysel Nazim

7 dəfə oxundu

Axtarış