MÜBARİZ SÜLEYMANLI - SÖZÜN SEHRİ
Müəllif: Yazarlar.AZ


19.12.2019




Milyon illərdir ki,söz anlayışını ,sözün dəyərini,sözün qüdrətini, sözün varlığını dərk edir və sözü sevirik. Yaradanın da sözü yer üzünün əşrəfi insanın ixtiyarına verməsi də bir ilahi hikmətdir.Onun biz insanlara inamı və etibarından pöhrələnən bu əbədi söz xəzinəsi zaman-zaman öz nüfuzunu və müqəddəs bakirəliyini qoruduqca sözün yeri dəyişməz qalmaqdadır. Bəşəriyyətin inkişafına, formalaşmasına,təkamül tapmasına xidmət göstərən əlahəzrət söz sevildikcə özünə ən uca zirvədə qurduğu yuvasını qorumaqdadır Və bu qiymətli zinəti dünyanı yaşadan sözün qüdrətinə söykənən ,sözlə düzgün rəftar qurmağı bacaran insanların ixtiyarına verildi. Hər bir dövrdə öz nüfuzunu qoruyib saxlayan söz yerində olanda daha gözəl görünməyə başladı. Dühaların sözdən ucaltdığı qalaların təməli möhkəmləndikcə söz dəyərləndirildi,söz sevildi,söz yaşadı. Sözü tanıyan və sözü sevdirən insanlardan biri də, istedadlı şairə Əfşan Yusifqızıdır.Əfşan xanımı az bir müddətdir ki tanıyıram. Və onu tanıdıqca şeirlərini sevməyə başladım.Qısa bir zamanda şeirləri ilə tanış oldum, oxudum və çox bəyənirəm Əfşan xanımın şeirləri sadə dildə yazıldığından çox xoşuma gəlir. Onu da qeyd edim ki,hamının anlayacağı dildə yazmaq şairin ən böyük mükafatıdır.Çünki şairləri oxucu kütləsinə bir addım da yaxın edən və sevdirən məhz yazdığı üslub olur Mən bir şair olsaydım, Hər cür dərddən yazardım. Sevgi dolu,eşq dolu Bir həsrətdən yazardım. Əfşan xanımın yaradıcılığını izlədikcə onun sözdən xəbəri olduğunu,sözlə rəftarını ,sözdən ustallqla istifadə məharətini,zəngin söz ehtiyatı olduğunu görürəm. Sən eşqdə mahirsən,mənsə xam kimi, Səni vəsv edirəm,bir rəssam kimi. Mənki, əriyirəm,axı şam kimi, Ay dəli sevdalım,sənin xətrinə. Əfşan xanımın sözə özünəməxsus yanaşma tərzi var.Və elə buna görə də şeirləri sevilə-sevilə oxunur.O misralarında bədiiliyi qoruyub saxlaya bilir və sözləri aydın şəkildə oxucusuna çatdırır. “Adəmdən xatəmə”gələndi, bəlkə, Mənə boş ümidlər verəndi, bəlkə. Elə mənimlə bir öləndi, bəlkə, Bəlkələr nə zaman bəs yox olurmuş? Mən belə düşünürəm ki,ədəbi düşüncə yiyəsi olan söz adamlarını sevməmək,onların etiramını saxlamamaq Tanrı qarşısında bir günahdır. Şairə Əfşan Yusifqızının da poeziyasını sevir və yaradıcılığını alqışlayıram. Dərd-dərdə qarışıb ağ saçlarında, Ismətin, namusun, həya-arın da. Sənə bu dünyanın sərt yollarında, Çox daşlar atacaq hər yoldan ötən, Sən öz qamətini uca tut Vətən! Vətənpərvər şairənin misralarından hiss olunur ki,Əfşan xanım çoxlu mütaliə edir və poeziya aləmindən xəbərdardır.İnanıram ki,qəlbi Vətən eşqiylə döyünən,öz üslubu və öz dəsti-xətti olan istedadlı şairənin bir-birindən gözəl neçə-neçə şeirlərini oxuyacağıq. Bir sözlə gözəl şairə Əfşan Yusifqızı yaradıcılığını bəyənir və ona söz meydanında uğurlar arzulayıram!


Hörmətlə:

RF Elmlər Akademiyasının doktoru , teleradio jurnalisti,

şair Mübariz Ağaxan oğlu Süleymanlı.


USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

6 dəfə oxundu

Axtarış