Kuklalar, kuklacıqlar, kuklacığazlar
Qulaqlarında qulaqcıqlar olan
Kukla kimi oğlanlar,
Kukla kimi qızlar.
Ağızda saqqız,
Març, murç,
Rənglı konfetlər
Zərli kağızlar.
Uzun və rəngli saçlar,
Uzun və rəngli dırnaqlar
Xınalı əllər, tatulu qollar
Silikonlu sinələr, dodaqlar
Kuklalar, kuklacıqlar, kuklacığazlar
Qulaqlarında qulaqcıqlar olan
Kukla kimi oğlanlar,
Kukla kimi qızlar.
Əldə smartfon,
Vatsap, Feysbuk, İnstaqram,
Salam əvəzi SLM
Sağ ol yerinə TWK
Mənasız gülüşlər,
Donuq baxışlar.
Siqar, Siqaret, Qəlyan tüstüsü
Qəlblərin soyuqluğu,
Ciblərin istisi.
04.05.2017 Elşən Ələsgərli