Naxoş zəmanə
Müəllif: Səmi


2017-12-21 12:58:59


Yengə oynar,vuran yeli əsə bilmir.
Zaman gəlib,düz əyrini kəsə bilmir.
Haram yeyən yoxsa haram yesə bilmir
Gün gələcək qan qusacaq?Yaxşı bilir!
O,haramı öz ömrünün naxışı bilir!

Göy ilə yer bir-birinə asi düşüb.
Göyün yerdə,yerin göydə yası düşüb.
Hər birinin qulaqıma səsi düşüb.
O,da nahaqq,bu da nahaqq,duya bilsən!
Bu nahaqqı kainatdan yuya bilsən!

Yaxşı-yaman qardaş-bacı olub indi.
Acı şirin,şirin acı olub indi.
Qəm sevincin başda tacı olub indi.
Bilinməyir ya piş günü,ya xoş günü.
Gəlib çıxdı zəmanənin naxoş günü.

Yalan yaman ayaq tutub,düz yeriyir.
Saman altdan su yerinə buz yeriyir.
Yaramiza duz səpirlər,duz əriyir,
Göynərtisi göyə çıxır,biz dozürük.
Dediklərim düzdən də düz,düz,dözürük!

Belə getsə yer üzündən silinərik.
Bir yaramaz millət kimi bilinərik.
Qalx,car çəkək biz dünyaya:"-Bilin,ərik!
Məhv edərik alçaqları,satqınları!"
Silkin,millət,qınından çıx,at qınları!

Bir yenilik yeli əsə,təzələnək!
Deyib-gülək,yeyib-içək,məzələnək!
İçimizdən təmizlənək,çözələnək!
Bu arzumuz arzu kimi qalmaya kaş!
Ona görə canını ver,vuruş,qardaş!

12.07-2017

306 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
6 months ago

Maraqlı.


Axtarış