NƏ GÖZƏL.. .
Müəllif: Zaur USTAC


2018-09-10 15:56:17



(Fəridə xanıma)

Dünyamızı çiçək görən,
Gözlər nə gözəl, nə gözəl...
Ruhumuza şəfa verən,
Sözlər nə gözəl, nə gözəl....
* * *
Gül əkənlər, gül dərəcək,
Qəlb deyəni, dil deyəcək,
Düz əyrini, düz görəcək,
Düzlər nə gözəl, nə gözəl....
* * *
Ustac olub sözə məftun,
Daim gülən üzə məftun,
Qəlbdə qalan izə məftun,
İzlər nə gözəl, nə gözəl....


27.09.2016. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz

4 dəfə oxundu

Axtarış