nəğmə
Müəllif: Səmi


2018-01-14 13:14:00


Göydə ulduz sənlə yanar,Nərgizim!
Göy də səni ulduz sanar,Nərgizim!
Gecələr ay,gündüz günəş səmada
Səni gəzər,səni anar,Nərgizim!

Sənsiz gül-çiçəklər saralıb-solar.
Qızıl gül ətrini iyindən alar.
Şirin danışığın,şaqraq gülüşün
Donub yaddaşımda,gözümdə qalar!

Dünya dursun,canım,sən də durasan.
Bu dünyada öz dünyanı qurasan.
Ürək olub kiçik bacın Leyliyə,
Sinəsində ürək kimi vurasan!

Sən anamsan,mən qeydinə qalanam.
Dərdi-qəmi ürəyindən alanam.
Gözəlliyin olub dillər əzbəri,
Böyü,amma,belə gözəl qal,anam!




190 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
10 months ago

Göydə ulduz sənlə yanar,Nərgizim! Göy də səni ulduz sanar,Nərgizim! Gecələr ay,gündüz günəş səmada Səni gəzər,səni anar,Nərgizim! - çox gözəl.


Axtarış