Nərgizim
Müəllif: Səmi


2017-12-20 14:41:16


Bacımın 8-yaşlı nəvəsi Nərgizə

Nərgiz mənim ürəyimin parası!
Onu necə sevdiyimi bilə kaş!
O,anamdır,mən də onun balası.
Məhəbbəti mənə qala belə,kaş!

Gözəlliyi pillə-pillə qurulub.
Yaradanın özü ona vurulub.
Yalan dünya gözlərində durulub.
Yayılaydı şan-şöhrəti elə,kaş!

Şirin səsi dalğa-dalğa yayılar.
Gül üzünü görən kəslər bayılar.
Səsləyərsə,ölən belə ayılar.
Adı,sanı düşə dildən-dilə,kaş!

Gəlişi ömrümə hey sevinc ələr.
Qəlbimi isidər xoş düşüncələr.
Gözlərini görən gözüm dincələr.
Sağlam keçə bu qız,ildən-ilə,kaş!

20.12.2017

228 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
11 months ago

Nərgiz mənim ürəyimin parası! Onu necə sevdiyimi bilə kaş! O,anamdır,mən də onun balası. Məhəbbəti mənə qala belə,kaş!..... Maşallah olsun...


Axtarış