NƏYƏ DÖNÜB?
Müəllif: Səmi


2017-11-20 18:28:59


Gör qocalıb cavan üzün,
Qırışlanıb nəyə dönüb.
Ləkələnib tər bədənin
Buludlanmış göyə dönüb.

Nə tez soldu bağça-bağın?
Hara getdi cavan çağın?
Nəşə verən bal dodağın
Tamı itmiş meyə dönüb.

Hanı o eşqin, həvəsin?
Ətir yayan gül nəfəsin?
Şaqqıldayan şaqraq səsin
İnildəyən neyə dönüb.

Dərdimi bölən deyilsən.
Mənimçün ölən deyilsən.
Sən əvvəlki sən deyilsən.
Üzün məndən niyə dönüb?

Səmi anıb o anları,
Ona məxsus olanları.
Barı yerdə qalanları
Qaytar,deyə-deyə sönüb!

208 dəfə oxundu

Axtarış