NURUNDAN DOYMADIM, İŞIQLI DÜNYA
Müəllif: Yazarlar.AZ


28.12.2019


BU GÜN İLDIRIM ƏKBƏROĞLUNUN VƏFATINDAN
7 GÜN ÖTÜR - RUHU ŞAD OLSUN - ÖZ DİLİNDƏN:
Ağrılar üzsə də canı bədəndə,
Görmədim,heç,səndən bezən bir bəndə.
Şaxtana,istinə alışdım mən də,
Vuruldum göyündə ulduza,aya,
Nurundan doymadım, işıqlı dünya!

Sən verdin ayağa igidi,mərdi,
Çoxu əkdiyini özgəsi dərdi.
Gözüm yox malında, Qarabağ dərdi,
Ruhumu çəkibdir tarıma, yaya,
Nurundan doymadım, işıqlı dünya!

Gör,kimlər baş altda qoyub balıncı,
Malı çox,gözü ac, qarnında sancı.
Görmədim,verəsən haqqa qılıncı,
Zülmün qolun vura, gözlərin oya,
Nurundan doymadım işıqlı dünya!

İldırım,budaqdan çoxu düşüb kal,
Acı həyatı da bal kimidir, bal!
Bizim ömür fani, sən əbədi qal,
Ümid yox sabahkı nə ilə, aya,
Nurundan doymadım, işıqlı dünya!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 07 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış