Ölüm havasına uçuşan quşlar
Müəllif: Elşən Ələsgərli


2017-11-24 06:58:56


Ölüm havasına uçuşan quşlar
Ölüm havasına rəqs edən qızlar
Ölüm havasını zümzümə edən
Ağıllı və müdrik bayquşlar

Qanınız iblislə doludur
Canınız vicvicə ilə
Özünüz özünüzü öldürün
Zəhərlənmiş, gümüş gülləylə

Ölüm havasına uçuşan quşlar
Səsiniz doldurub aləmi
Səhərlər yatmağa qoymursunuz
Yuxuya alışmış simasız kütləni

Uçun gedin burdan
Lazım deyilsiniz kimə isə
Onlar öz sonlarını bilirlər
Kəndirləri boyunlarında gəzirlər

Əcəl zəngi indicə vurulacaq
Tez olun ki, qapılar bağlanmasın
Ölüm havasına uçuşan quşlar
Elə üçün ki, iziniz belə qalmasın

Cəhənnəmə müjdə aparın
Tezliklə yeni sakinlər gələcək
Şeytanı da sevindirin
Az qalıb, onun da üzü güləcək!
24.11.17

21 dəfə oxundu

Axtarış