Ölüm və ya qonaq
Müəllif: Zaur Ümumbəşər


2018-03-13 07:31:42


Gedir insan kölgəsi
Özü yoxdur insanın
Bəzən də insan gedir,
Kölgəsi yoxdur onun.

Əynində qara plaş
Yerə qırmızı düşür,
Qırmızı geyinibdir
Əynində qara düşür.

Başı fikirlə dolu
Fikir başından daşır
Plaşından süzülüb,
Quma-daşa qarışır

Min cür fikir tökülür
Al-əlvandı fikirlər,
Görən, axıb tökülüb
Kimə torba tikirlər?

Hər fikirdə bir adam
Plaş ilə sürüşür,
Göz yaşları içində
Axıb torpağa düşür

Damcılar arasında
Görürsən öz əksini,
Dil-dodağın quruyur
Çıxarmırsan səsini

Yol verirlər o keçir
Ad-sanıyla qorxudur.
Çoxdandır gözlənilən
"Qonaq" sən demə budur...

12 dəfə oxundu

Axtarış