Payız
Müəllif: Fərqanə Yusifqızı


2017-10-10 06:50:33


Mən payız fəsliyəm..
İstisi olmayan günəş,
dönə dönə qopub yerə düşən yarpaq,
həzin-həzin yağan yağış,
dəli kimi əsən külək..
Nəm qoxulu torpaq..
Mən payız fəsliyəm..
Budaqlarda üşüyən sərçə,
Ləçəkləri tökülən çiçək,
qulaqları batıran vıyıltı
və...
Səssiz-səmirsiz küçə.
Mən payız fəsliyəm..
bir az duyğulu,bir az qərib,
içində ümidlər böyüyər,
Gecələr qapını yenə rüzgar döyər..


63 dəfə oxundu
user profile image
Zaur USTAC şərh etdi.
9 months ago

...var olun...


Axtarış