Payıza
Müəllif: Şahrun Süleymanova


10.10.2017




Şair üreyimin iş otağısan
Göylerin qelbimi öpen dodağı
Nece bezemisen bu otağı sen
Könül her fesilde onun qonağı

Rengler göz oxşayır,qızılı,sarı
Sevgi rüzgarıdır bayırda esen
Sen bu tavanını düzeltdir barı:
Birazca içeri damır deyesen...

Üşümek isteyir biraz ellerim
Qelem bir balaca titreyir ,esir
Üzüme dağılıb islaq tellerim
Fikrim her döngeni,tinini gezir

Qızıl yarpaqlardan toxuyub xalı
sermisen könlümün otaqlarına
Nefesin ilıq bir eşqin xeyalı
Toxunur ruhumun dodaqlarına

Her seher rengareng duyğularınla
Önümde yeni bir dünya açırsan
Geceler sehirli nağıllarınla
Oğurlayıb meni menden qaçırsan...






10 dəfə oxundu

Axtarış