"Qadın hara, fəlsəfə hara?" deyənlərə cavab Qadın və filosof
Müəllif: Ceylan Mumoğlu


2017-10-09 08:31:03


Müasir dövrümüzdə belə bu kəlimələri yanaşı işlətdikdə mənə gülən dostlar, tanışlar oldu. "Qadın hara, fəlsəfə hara?" deyənlərdən, "Qadın ağlı toyuq ağlıdır" deyənlərə qədər öz yanaşmalarını açıqca bildirən insanlarla söhbətlərimiz, diskusiyalarımız oldu. Əlbəttə , qadınların fəlsəfədə rolunu inkar etməyib, hətta olduqca yüksək qiymətləndirənlər də oldu.

Hətta yumorla "Mənim tanıdığım bir qadın filosof var, o ada mənim arvadımdır" deyənlər də oldu.

Mövzunu ana dilimizdə çox araşdırmağıma baxmayaraq, geniş şəkildə , tutarlı faktlarla işlənmiş bir materiala rast gəlmədim. Yalnız bircə Ruhəngiz Hacıyevanın bloqunda İsgəndəriyyəli Hipatiya haqqında kiçik, amma maraqlı məqaləsini gördüm. Odur ki, qollarımı çirmələyib qadınları fəlsəfə mövzusunda "aşağılayan" lara ümumi bir cavab vermək qərarına gəldim.

Qədim dövrlərdən intibah dövrünə qədər bütün fəlsəfi təsvirlərdə bir qadın işarələnib, "Sophia" (Sofiya) - hikmət ilahəsi. Fəlsəfə sözünün etimologiyasına nəzər salsaq , qəribə də olsa, məhz ilk dəfə sözün başlanğıcında qadın şərəfli yer tutub. Qədim yunan dilindən tərcümədə φιλία (filo ) sevmək, istək, σοφία (Sofiya) isə hikmət mənasını verir. Hər iki ifadəni birləşdirdikdə φιλοσοφία (Filosofiya) "hikməti sevmək" mənasını verir. Göründüyü kimi, fəlsəfə sözünün mənşəyi intellektual gücü olan, kainatın mistik bir qadının adı ilə bağılıdır. Bu nəzəriyyə olsa da, tarixdə vardır. Hətta Sofiya adi ilə bağlı "Sofiyalogiya" fəlsəfi termininə də rast gəlirik.

İlk dəfə, xüsusən dinlərin təbliğatı zamanı qadınlar elmin xaricində hesab edilıb, daha çox kişilərin rolu "sadəcə kişilər Tanrı ilə insanlar arasında vasitəçi ola bilərlər" yanaşması ilə artırılıb.
Eyni şey Qərb fəlsəfəsində də keçərli idi. Metzler 1989 - cu ildə hazırladığı 300 bioqrafiya arasında cəmi 6 qadın düşüncə sahibinə yer verıb. Bunlar : Hannah Arendt, Simone de Beauvoir, Hildeqard von Binqen, Aqnes, Heller, Rosa Luxemburq ve Marqaret Meaddir.

Qadın düşüncəsindən antik dövrdən müasir dövrümüzə gəldikcə, daha az danışılmağa başlanıb, kimsə qadın filosoflardan bəhs etməyib.

Nümunə göstərək : Sosyalist Proqramını (Arbeiterunium, 1843) ilk olaraq ortaya qoyan Flora Triston nədənsə diqqətə alınmayıb. Onun bildirişi Karl Marksın Manifestindən 5 il əvvəl çap olunub və Marksdan 10 dəfə daha çox dərc edilib.

Almaniyada fəlsəfə tarixinin mistik qadın Hildeqard von Sinqen adı ilə başladığı heç bir ensiklopediyada yazılmayıb. Hətta kiçik bir axtarış da etdim. Bu haqda Ana dilimizdə və ya ona yaxın dillərdə məlumat yoxdur.

Ümumiyyətlə, fəlsəfə tarixində "unudulmuş" filosofların siyahısı çoxdur.

Məsələn, Sokrat dialoqlarının əslində Aspasiya tərəfindən qurulduğu, Anne Konvayın Leibnezə təsir edən Monadlar təliminin memarı olduğu, Montaiqnedən əvvəl Teresa von Avilanın ilk fəlsəfi - ədəbi sınaqları yazdığı nədənsə "unudulub".
Antik dövr qadın filosofları Miletli Aspasia, Mantineal Diotima, Hipparxiya, Arete Ve Lais, İsgəndəriyyəli Hipatiya olublar.

Onların unutdurulması azmış kimi , üstəlik kişi düçüncə sahibləri qadınlara qarşı aşağılayıcı fikirlərini də bildiriblər. Aristotelə görə "qadınlarda ruhun olmaması", Kanta görə "qadınlarda ağıl qabiliyyətinin əksikliyi" kimi yanaşmalar olub.
Bundan başqa filosof qadınların həyatları , onların çox zaman cinsəlliklə bağlı dedi-qodulara qarşı gücsüz olmaları üzündən daha da dözülməz olub.

Orta əsrlər qadınlara çox böyük təzyiqlər edildiyi bir dövr olaraq tanınmışdır. Məlum olduğu kimi kilsə hakim idi. Elm və fəlsəfə ilə məşğul olan qadınlar cadugər olaraq damğalanırdı.

Qadınların mədəni həyata təsirli şəkildə qatılma imkanı məhdud idi. Onlar bunu yalnız monastıra daxil olmaq imkanı ilə əldə edirdilər ki, bu da o qədər də kömək etmirdi.

Orta əsrlər qadın filosofları - Hildegard von Binqen, Mechthild von Maqdeburq, Katharina von Siena, Christine de Pizan olublar.
İntibah (Renesans) dövrü 14-15 -ci əsrlərdə yeni qadın tipi "Virago" (mədəni "kişi qadın" tipi )meydana çıxdı. Bu dövrü filosof qadınlar üçün ən uğursuz dövr hesab etmək olar. Belə ki, "Cadugər təqibləri" adı verilən gühanlandırmalar üzündən bir milyondan çox qadın işgəncəyə uğradı və yandırıldı.

İntibah dövrü qadın filosofları İsotta Noqarola, Tullia D’Araqona, Teresa von Avila olublar.
Maariflənmə dövrü adlandırılıan tarixi dövrdə (18--ci əsr) əvvəllərdə olduğu kimi yenə də qadınlar azad və sərbəst düşüncələrini söyləmək haqqından yoxsul idilər.

Bu dövrün qadın filosofları Mary Astell, Mari Wollsonecraft, Olimpe de Gouges olublar.
19-cu yüzilliyin sonlarında maariflənmə dövrünün başlağıcındakı qadının da kişiyə bərabər ağıl qabiliyyətinə sahib olması düşüncəsi silinərək ənənəvi əvvəlki qadın obrazına geri dönüldü. Bu vəziyyət qadın haqlarını müdafiə edənlərin hərəkətə keçməsinə səbəb oldu.

19-20-ci yüzilliyin qadın filosofları RosaMayreder, Karen Horney, HannahArendt, Simone de Beauvoir və s. olublar.
Araşdırma zamanı bir türk mənbəsindən tarixdə rast gəlinən qadın filosofların tam siyahısını tapdım. (Anna Maria von Schumann, Agnes, Arete, Arignote, Axiothea, Ayn Rand,Casandra Fedele, Catharina Bassi,Claire Demar, Constance Naden, Cristine de Pizan,Damo, Delia Steinberg Guzman, Diotima, Dorothea Cristiane Erwleben, Dorothea Schlözer,Emilie Marquise du Chatelet,Flora Tristan,Germaine de Stael, Gertrrud die Grosse von Helfta, Ginevra Nogarola,Hannah Arendt, Harriet Hardy Taylor-Mill, Hedwig Bender, Heller, Hildegard von Bingen,Hipparchia, Helena Petrovna Blavatsky,Isotta Nogarola,İskenderiyeli Hypatia, Ioanna Kuçuradi, Jean D’arcKatharina von Sieena, Kimya HatunLais, Lasthenia, Laura Cereta, Laura MaIria, Leontion, Leydi Anne Conway,Luc Irigaray,Margaret Cavendish, Margaret Mead, Mechthild von Magdeburg,Mechthild von Hackeborn, Miletli Aspasia, Maria Gaetana Agnesi, Marie Le Jars de Gournay,Mary Astell, Mary Daly, Mary Wollsttonecraft, Moderata Fonte, Myia,Nur-u Nisa İnayet Han (Nora Baker) , Nene Hatun Olympe de Gouges, Olympia Fulvia Morata,Periktyone, Phintys,Rosa Luxemburg Rosa Mayreder,Sabiha Gökçen, Sarah Kofman, Simone de Beauvoir, Sophie Germain,Theano, Theemista, Timycha,Tullia dAragona, Teresa von Avila (de Jesus),Yeporin). Onların arasında çoxu unudulub, amma həyatda yaşayanlar da var. Məsələn, İoanna Kuçuradi hazırda Türkiyənin dünya miqyasındakı filosofudur. 77 yaşında olmasına baxmayaraq, hələ də Universitetlərdən birində dərs verməkdədir.
Siahıda təqdim edilən qadın filosofların hər biri haqqında məlumatlar tapıb bir məqaləyə sığdırmaq mümkün olmaz. Odur ki, sizlərə adı , nə əcəbsə, fəlsəfə tarixi ensiklopediyasında yer almış ilk qadın filosof Hipatiya (bütün qadın filosofların simvolu adlandırıram onu) haqqında məlumat verəcəm.
Hipatiya (370 - 415)

Filosof, astronom, riyaziyyatçı

O, dövrünün tanınmış riyaziyyatçısı və filosofu olan Teonun qızı olub. Əvvəlcə çalışmalarını atası ilə işləyib. Daha sonra gənc Plutarx ilə çalışmalara davam edib. İsgəndəriyyədə Neoplatonist fəlsəfə məktəbinin başçısı olub və riyaziyyat, astronomiya haqqında yazılar yazıb. Günəş, Ay və ulduzları müşahidə edib , ölçülər aparan "astrolob" un da ixtiraçısı olaraq bilinir.

Tarixdə qadın olaraq hörmət ediləsi biri, dəyərli izlər buraxmış düşüncə sahibidir.
(Rəssam Rafaelin Afina məktəbi əsərindən bir parçasında Hipatiya)

Elmi nailiyyətləri

Atası tərəfindən çox yaxşı öyrədilən Hypatiya, heç ailə qurmamışdı və özünü elmə həsr etmişdi.

Bütün dinlərin nümayəndələrinə dərs verib və hörmətini həmişə qoruyub.

Şagirdlərindən Kyreneli Synesiosa yazdığı məktublar günümüzə qədər çata bilmişdir.

Cəbrin atası sayılan Diophantın Aritmeticasına etdiyi 13 cildlik şərh ən əhəmiyyətli işlərindəndir.

Ellips bölmələr haqqında 8 cildlik bir işin yazarıdır. Buna dayanaraq, nizamsız planet orbitlərinin hesablanması mümkündür.

Kilsə tərəfindən "inancsız qadın" olaraq görüldüyündən, vəhşicə öldürülməsindən sonra onunla əlaqədar hər cür qeydlər və sənədlər də yox edilib.

Pagan fəlsəfəsi xristianlar üçün dinsizlik olduğundan Hypatiayanın bütün fəlsəfi fikirlərini ifadə edən əsərləri yox edilmişdir.
İndi gələk Hipatiyanın baçına gələn hadisələrə. Onun yaşadığı dövrdə İsgəndəriyyədə xristianlar paqanlara, yəhudilərə qarşı mübarizəyə başlayıblar. Bu mübarizənin ən amansız dövrü Kirillin zamanında olub. Belə ki, Kirill Yepiskop vəzifəsinə yiyələndikdən sonra qeyri-xristianlarla amansız mübarizə aparıb. Tabe olanlar üstünlük təşkil etsə də, əvvəlki inancından vaz keçməyənlər də olub. Onlardan biri də xristianlığı qəbul etməyərək paqan olmaqda davam edən Hipatiya idi. Nüfuzu Konstantinopola, Suriyaya gedib çıxan bu “tanrısız” qadının tələbələri adlı-sanlı ailələrdən olmaqla yanaşı, həm imperatorluqda, həm də kilsə xidmətlərində yüksək vəzifəyə sahib olublar. Bu da şübhəsiz Kirilli və onun tərəfdaşlarını narahat edirdi. Ona görə də əhali arasında onun cadugərliklə məşğul olduğu fikrini yayıblar. Bu isə Hipatiyanın vəhşicəsinə öldürülməsi ilə nəticələnib. 415-ci ilin mart ayında Hipatiya evinə gedərkən Kirillin adamları tərəfindən tutulub və onun kilsəsinə gətirilib. Burada o, daşlanaraq öldürülüb, tikələri İsgəndəriyyənin küçələrində sürüklənərək yandırılıb.

Bu hadisə xüsusilə aydınlanma dövründə populyarlaşaraq bir Hipatiya əfsanəsi halına gəlib. Sənətlə bəzədilmiş, hisslər və ideoloji önyarğılara məhkum edilmiş bu əfsanə günümüzə qədər gəlib çıxıb.
Maarifçilik dövründə Hipatiya əfsanəsi bir simvol olaraq istifadə edilib.

1827-ci ildə İtalyan bir şair Hypatiya əfsanəsini qondarma bir həyat əhvalatına çevirib.

Çox ironiyalı görünsə də, əfsanədə Hipatiya İsa ilə eyniləşdirilib, hər ikisi də öldürülmələri ilə şəhidlik zirvəsinə çıxarılıb. Nə də olsa, Hipatiya "itmiş bir sivilizasiyanın (sənətlə təbiət, Allahlıqla maddəçilik, ruhla bədən arasında uyğunlaşma quran) Yunan dünyasının qurtarılması üçün verilən savaşın son qurbanı olub. "

İsgəndəriyyə Baş rahibi St. Cyril (m.s. 315-386), Xristianlığın təməl inanclarını izah edərkən və məsələn dünyanın dörd tərəfinin divarlarla əhatə olunduğunu və düz olduğunu, ya da müsbət elmə zidd buna bənzər şeyləri dini həqiqətlər olaraq açıqlayarkən, o dövrün çox məşhur bir riyaziyyatçısı olan Hypatiya (m.s. 370-415), köhnə Yunanıstanın ağıllı elmlərini öyrətməklə məşğul idi.
Kilsə həmin dövrdə artıq xristianlıq dövlət dini halına gəldiyi üçün tam mənasıyla güclənmiş sayılırdı. Odur ki, gücündən istifadə edərək "təhlükəli" Hypatiyanin öhdəsindən gəlməkdə St.Cyrilə dəstək olub.

Azad düşündüyü üçün vəhşicəsinə qətl edilən bu qadını ən yaxşı ifadə edən Zitelmann (1988, s.277) belə deyib:

"Hypatia, sonradan cadugər təqibləri ilə qana susamışlıq dərəcəsinə çatan qadına qarşı düşmənçiliyin ilk qanlı qurbanı olmuşdu. Hypatiya, adı yüzlərlə naməlum qadın filosofları təmsil edir. Məhz buna görə də onun adının tarixdə qalması vacibdir."

Mövzunu tam istədiyim kimi əhatəli işləyə bilməsəm də, çalışdım ki, bu məqaləyə sığacaq qədər məlumatları çatdıra bilim və iki düşüncə sahibi qadının fikirləri , bir də Mahabharatadan bir fikir ilə yekunlaşdırmaq istəyirəm.

"Əgər Allah qadının anlayış qabiliyyətinin istifadəsini istəməsəydi , ona bunu verməzdi ; cünki O heç bir şeyi boş yerə yaratmazdı."

Mary Astell (filosof)

"Filosoflar indiyə qədər dünyanı sadəcə kişilərə görə izah etdilər. Ancaq onun insanlıq baxımından dəyişdirilə bilməsi üçün qadınca izahı da lazımlıdır."

İrmtraud Morgner (Alman yazarı və jurnalisti)

"Kişilər kitabdan ağıllıdırlar, qadınlar isə fitrətən" (Mahabharata e.ə. IV minillik)

6 dəfə oxundu

Axtarış