Qadir həkimə
Müəllif: Səmi


2017-11-22 13:25:57


Qadir Allah səni qadir yaradib.
Kərəmini məndən kəsmə,gətir gəl!
Dərdlərimi sən arayıb,aradıb,
Dərmanını özün ilə götür,gəl!

Yaman olur qocalığın fəsadı.
Mən nə saydım,zalım fələk nə saydı?!
Dirənəyim,söykənəyim əsadı.
Ömür yolum,qardaş,başa yetir,gəl!

Olan oldu,keçən keçdi,sözüm yox.
Yeni dərdə ürəyimdə dözüm yox.
Var olsam da öz içimdə özüm yox.
Bu yoxluğu həyatımdan itir,gəl!

Bilən bilir,bilməyənlər biləcək!
Ölüm haqqdır,bir gün səssiz gələcək,
Mən Səmini yer üzündən siləcək,
Qalsa bəsdir,məndən bircə sətir,gəl!


123 dəfə oxundu

Axtarış