QALXIN, MƏHKƏMƏ GƏLİR!
Müəllif: oqtay ehmedov


13.10.2017



Oqtay ƏHMƏDOV



Qаrаbаğ fаciəsinin bаşlаnmаsınа 5-6 il qаlırdı...





QALXIN, MƏHKƏMƏ GƏLİR!

(povest)

Nənəm Cavahir xanımın xatirəsina

Allah rəhmət eləsin böyuk Sabirimizə,
şəklimizi hələ ondan dəqiq çəkən olmayıb!..

müəllif.



***
17 avqust.
Hakimin.kabinöti qarşısında durmuşduq: mən, atam, anam, nənəm, vəkil. Samsonla Anuş bizdən kənarda dayanmışdılar.
Elə bilirdim ki, indicə hamımız böyük bir salona dəvət edildikdən sonra uca, amiranə bir səs eşidiləcəkdi:
— Qalxın, məhkəmə kəlir!

***
Anam ümidsizlik dolu məyus gözlərini üzümə zilləyib yalvarıcı səslə pıçıldadı:
— Başuva dönüm, Azad, birdən sudya soruşsa ki, bu qızı almağa razısan, ya yox, deyərsən ki, həri, razıyam, yoldaş sudya!
— Dayi gecdir, vaxtında lazım idi... — atam dilləndi.
— Nə danışırsan, a kişi, elə onu istəyirsən ki, allah eləməmişkən, uşağı salsınlar zibilə?
— Onsuz da xirtdəyəcən zibilin içindədir...
— Dilüvə tikan batsın, a qaraxəbər, ömründə bir dəfə ağzıvu xeyrə açmadın!
— Əşi, əl çək yaxamdan də! Guya mənim deməyimlədir. Şər-xətə işlərlə məşğul olanda bu kününu də fikirləşəydi...
Yaxşı ki, vəkil araya kirib: "Səs-güy salmayın, axırı yaxşı olacaq". — deyə onları sakitləşdirdi, yoxsa bu ər-arvad dava-dalaşsız kiriyən deyildilər.
Anuş hərdən oğrun-oğrun qəzəbli gözlərini mənə tərəf yönəldib, sarı, boyalı başını gileyli-gileyli xəfifcə yırğalayırdı, yəni, sənə küvəndiyim dağlar... Bu isə məni əsəbiləşdirirdi. Guya ona borcum vardı; guya onunla əhd-peyman bağlayıb andıma naxələf çıxmışdım; guya yağlı vədələrlə onu aldadıb ömrünü alt-üst etmişdim...
Samson bayaqdan bəri kinli-kinli qızına baxdığımı görüb qaşqabağını salladaraq Anuşun qulağına nəsə pıçıldadı, ata-bala arxalarını bizə çevirərək xosunlaşmağa başladılar. Sanki gişi öz yoğun peysərini, qızsa kök dalını bizə nümayiş etdirirdi.


***
Bir azdan məhkəmə qarşısındakı çıxışımı, daha doğrusu məhkəməyə verəcəyim ifadəni xəyalən məşq eləməyə başladım. Mənə söz verilən kimi deyəcəkdim ki, möhtörəm xalq hakimi, möhtərəm xalq iclasçıları! Məni müttəhim adlandırıb ittiham etməzdən qabaq, hansı mühitdə boya-başa çatdığımı, cəmiyyətin hansı təbəqəsində şəxsiyyətimin formalaşdığını, hansı zəmanədə, hansı dövrdə yaşadığımızı nəzərə almısızmı? Möhtərəm hakim, möhtərəm xalq iclasçıları! Əkər 6u ilin may ayından bu günə qədər - Anuşu ilk dəfə gördüyüm o lənətə gəlmiş dəqiqədən indi qarşınızda durub ifadə verdiyim bu ana qədər başıma gələnlər haqqında qısaca söyləyəcəklərimə diqqətlə qulaq asıb dediklərimin mahiyyətinə vara bilsəniz, inandırım sizi, əmin ola biləcəksiniz ki, bu gün burada — fəxrlə Sovet ədalət məhkəməsi adlandırdığımız məhkəmənin müttəhimlər kürsüsündə əslində mən yox, məni bir "cinayətkar" kimi yetişdirən bu amansız totalitar rejim əyləşməliydi! İndisə sizi kasıbçılıq, ehtiyac içində keçən keşməkeşli gəncliyimin cinayət işimlə birbaşa əlaqəsi olan bəzi xırdaca epizodlarıyla tanış etmək istəyirəm...

16 may.
İndiki gimi yadımdadır, metronun "Şaumyan" stansiyasında gözlərini məndən çəkməyən sarışın saçlı qıza yaxınlaşarkən ilk sualım bu oldu:
— Bağışlayın, neçə yaşınız var?
—Neçə yaş verərsən?
Onu başdan-ayağa süzüb dedim:
— On səkkiz.
Hiyləkərcəsinə gülümsədi:
— Demək olar ki, düz tapmısan. İki gündən sonra on doqquz olacaq.
Sonra adını soruşdum. Özünü belə təqdim etdi:
— Haykanuş. Sadəcə — Anuş.
Anuşa yaxınlaşarkən niyə görə onun yaşını soruşdum, bilmirəm. Yəqin tanış olmaqdan ötrü başqa söz tapmamışdım. Kim bilir, bəlkə də dünyada nəsə gözəgörünməz, sirli bir qüvvə var və o gözəgörünməz sirli qüvvə başıma gələ biləcək bədbəxtliyi əvvəlcədən duyduğundan, irəlidəki bəladan məni sığortalamaq məqsədilə, tanımadığım bu qızın yaşını öyrənməyə məcbur edirdi? Çünki bu gün bura — məhkəməyə məni sürükləyib gətirən səbəblərdən ən başlıcası da elə Anuşun yaşı oldu...

***
Bulvardakı skamyaların birində oturub dənizə tamaşa edirdik.
Anuşdan özü haqqında bəzi şeyləri öyrənmişdim: atası Samson Razin qəsəbəsindəki avtobazada sürücü işləyirdi, anası süpürgəçiydi, bir qardaşı ev oğurluğu üstündə tutulub Rusiyadakı islah-əmək düşərgələrindən birində çəzasını çəkirdi, atasından daima kötək yeyən ikinci avara qardaşı evdən acıq eləyib Ermənistandakı qohumlarının yanına qaçmışdı, böyük bacısı ərindən boşanmışdı...
Anuş ez qəmli tərcümeyi-halını danışdıqca, başımız üzərində qanad çalıb çığırışan qağayılar sanki bu uğursuz erməni ailəsinin bədbəxtliyinə qəh-qəhə çəkib gülüşürdülər...
— Bir yanda işləyib eyləyirsən?
Anuşun gözlərinə indi qəm çökmüşdü. Baxışlarını dənizdən çəkmədən laübalı səslə:
— Yox, — dedi, — avaralanıram özümçün. Keçən il atam sənədlərimi texniki-peşə məktəbinə vermişdi, mənsə dərslərə getmədim, qovdular. Anam olmasaydı, kişi öldürürdü məni. Sonra məsləhət gördü ki, toxuculuq fabrikində şagird işləyim, istəmədim, döydü. Əli yaman ağırdır, elə pis döyür ki...
— Kişi sənin xoşbəxtliyindən ötrü döyür də. — atasına haqq qazandırmaq istədim. Ağız-burnunu büzdü:
— "Xoşbəxtliyimdən etrü"... Məgər qardaşlarımı bədbəxt eləyən o deyil? Elə mənim də evimi yıxan o deyil?..
— Evini yıxan?!.
— E-eh, mənim haqqımda nə bilirsən? Bir siqaret ver...

***
O, bir həftə idi ki, evdən qaçmışdı. Dediyinə körə bütün bu həftəni ərindən boşanmış bacısıgildə qalıb.
— Bir də o evə dönməyəcəyəm! Bir də atamın üzünü görmək istəmirəm. 0, məni adam yerinə qoymur. İstəyir ki, hər şey özü deyən kimi olsun. Məndən xəbər almadan sənədlərimi texniki-peşə məktəbinə verir, mənimlə məsləhətləşmədən, heç fikrimi belə soruşmadan istəyir ki, fabrikdə işləyim. "Orda oturma!" "Burda durma!" "Çölə çıxma!" "Hara getdin?!" "Hardan gəldin?!" Daha səbrim tükəndi! Mən də adamam, özüm bildiyim kimi yaşamaq istəyirəm. Hə, indi qoy dincəlsin. Canım yaxşı qurtardı əlindən. Bir siqaret ver...
—Yaman çox çəkirsən...
—Çəkməyim, bəs neyləyim? Yerimə başqası olsaydı, çoxdan özünə qəsd eləmişdi...
Siqaretdən dərin qullablar vurub, tüstünü acgözlüklə sinəsinə sümürərək ağzından, burnunun deşiklərindən buraxdıqca əmin olurdum ki, bu qız birinci gün deyil nikotinə qurşanıb.
— Harda işləyirsən? — Anuş birdən soruşdu.
— Şoferəm, — dedim, — amma indi maşınım xarabdır. Təmir etdirməliyəm. Bir detaldan ötrü iki gündür avarayam. Sənə rast gəlməsəydim, o qaraj sənin, bu qaraj mənim, axşamacan axtaracaqdım.
— O çatışmayan detalı bəs idarəniz vermir?
— İdarəmizin goru var ki, kəfəni də ola? Ehtiyat hissələrini özümüz tapırıq — şoferlər, öz pulumuzla. Hələ maşınımızı düzəldən çilingərin haqqını da özümüz veririk. Nədi-nədi, işdən sonra maşın üç-dörd saat əlimizdə olur, bir-iki manat çörəkpulu qazanırıq. Yoxsa doxsan manata kim işlərdi orda?!
İş yerimlə maraqlandı. Başa saldım ki, işimiz filan yerdədir, filan nömrəli avtobus düz idarəmizin qabağında dayanır.
— Asan yerdəsən ki, — dedi, — istədiyim vaxttapa bilərəm sə-ni...
Başımızın üstünü bir dəstə sırtıq qaraçı qadınlar alıb "gəlin falınıza baxaq!" deyə zəhləmizi aparmasaydılar, bulvarda hələ çox oturacaqdıq.
Qaraçılardan biri — yoğun, qara arvad lap zəli idi, yaxamı güclə onun əlindən qopara bildim.
— Qabaqda səni böyük xoşbəxtlik közləyir, oğlan!
— O nə xoşbəxtlikdir elə?
Qaraçı qara, şişman əlini mənə tərəf uzadıb ovucunu açdı.
— Üç manat qoy bura, deyim.
— Gərək deyil mənə üç manatlıq xoşbəxtliyin!
— Eybi yox, iki manat ver, deyim.
— Biz ketdik.
— Dayan, oğlan, peşman olarsan...

***
Fəhlə yeməkxanalarından birində ucuz nahar etdikdən son-ra "Vətən" kinoteatrına yollandıq. Ömür kimi darıxdırıcı, primitiv filmə baxıb çölə çıxdıqda hava artıq qaralmışdı. Bir az da xəlvət küçələrdə boş-boş veyilləndik. Günlərim səhərdən-axşamadək maşında keçdiyindən piyada kəzməyə öyrəşməmişdim, buna görə də ayaqlarım ağrıyırdı, onları güclə arxamca sürüyürdüm.
— İndi bacıngilə gedəcəksən? — ayrılmağımızın vaxtı çatdığına işarə elədim. Qanı qaraldı. Bir xeyli susub əsəbi halda dodaqlarını gəmirdikdən sonra başını künahkarcasına yerə dikərək dedi:
— İki kündür bacımgilə getmirəm. Vağzalda kecələyirəm...
— ?!.
— Bacım da atamın tayıdır, o da zəhləmi töküb. Daha onu görmək istəmirəm. Əllərindən zinhara gəlmişəm. Gecə yenə gedəcəyəm dəmir yolu vağzalına. Rusiyaya yollanan qatarlardan birinə minib həmişəlik vidalaşacağam Bakıyla.
Qatarlarda başına kələ biləcək macəraları təsəvvür etdikdə bu avara qızın halına acıyıb ilk dəfə onu başdan-ayağa süzdüm: əzik-üzük, nimdaş üst-başlı, qarmaqarışıq saçları darağa həsrət Anuş sanki avaralığın canlı heykəliydi.
— İstəyirsən gedək bizə, — dedim. Gözləri parladı:
—Evin var?!
— Ev deyəndə ki, daxmadır, iki adam güclə yerləşər. Heç pəncərəsi də yoxdur. Keçən il qonşuluqda bir qızı bəyənib evlənmək təklif etmişdim. Gülməkdən uğuna-uğuna rişğəndlə nə desə yaxşıdır? "Məni öz toyuq hininə gəlin aparmaq istəyirsən?! Get ayağını yorğanına görə uzat..."
Anuşu daxmama kətirdim. Gecə olduğundan nə küçədə, nə də həyətdə bir ins-cins görünürdü...

17 may.
Səhərin gözü açılmamışdan bulvarda əyninə idman forması geymiş tək-tük adam vardı. Gəzişir, qaçışır, təmiz dəniz havası udur, necə deyərlər, cana qulluq edirdilər. Bizsə 14 qəpiklik "Avrora" siqareti fısqırda-fısqırda yuxusuz gözlərimizi ləpələrə zilləyərək hərəmiz öz aləmimizə qapılmışdıq. Uçurum kənarında durub hər an pozğun həyata yuvarlana biləcək Anuşu düz bir saat idi ki, adam yoluna qaytarmağa çalışırdım, amma onu heç cürə inandıra bilmirdim ki, evə gedib atasıyla barışmasa xatalı, şərəfsiz, iyrənc bir ömür sürəcək. Bir dəli şeytan ən yaxın dost kimi ara-sıra qulağıma pıçıldayırdı: "Xudahafizləş bu qızla, get başına bir çarə qıl, a bədbəxt! Anuş kimilər hər sənintək yoldanötənin məsləhətinə qulaq asıb düzəlsəydilər, küçələrdə bu qədər bekar, pozğun qızlar nə gəzirdi..."
— Get evə, Anuş, barış atanla.
— Yox, onun üzünü görmək istəmirəm. Qol-qabırğamı sındıracaq.
— Özün fikirləş: atanın yumruqları yaxşıdır, yoxsa vağzallarda gecələmək, milis şöbələrinə düşmək? Axırda da ya ağaclıqların birində növbəyə qoyacaqlar səni, yada ki, xəlvət bir yerdə başını kəsəcəklər...
— Nə olur-olsun, evə qayıdan deyiləm.
Yenidən uzun-uzadı dil tökərək onu düz yola qaytarmağa çalışdım. Yalandan vədə verdim ki, evə qayıt, maşını təmir edən kimi tez-tez görüşəcəyik. Sınayıcı baxışlarını üzümə zilləyərək:
— Düz sözündür? — deyə soruşdu. — Atmayacaqsan ki, məni?
— Atmaram, — dedim, — hələ çox görüşəcəyik.
— Bəs birdən evdə maraqlansalar ki, bu vaxta qədər hardayın, nə cavab verim?
Aha, axır ki, yola gəldi!
— Cavab verərsən ki, bizdəydin, — dedim, — mənimlə.
— Axı atam səni tanımır. Birdən soruşdu ki, evində bir həftə qaldığın adam kimdir, nəçidir?
— Soruşar, deyərsən ki, dostumdur, gəzdiyim oğlandır. Çoxdan tanıyırıq bir-birimizi. Evdən qaçıb getdim onlara, daha küçələrdə, orda-burda gecələməyəcəkdim ki! Vəssalam...


***
...Şəhadət barmağıyla yaxınlıqdakı beşmərtəbəli binanı göstərib dedi:
— Bu da evimiz. Beşinçi mərtəbədə paltar asılan eyvanın yanındakı pəncərəni görürsən? Ora yataq otağımızdır. Hə, anam indi evdə olar. Saat altıda atam işdən qayıdacaq. Qiyamət düşəcək, qiyamət! Yaxşı, indi get dincəl, axşam saat doqquzda-onda gələrsən bura, atamın cavabını danışaram sənə. Bəlkə elə oldu ki, bir-iki çəkdi mənə, təzədən qaçmalı oldum, heç olmasa vağzalacan ötürərsən məni...
Anuş könülsüz halda, ayaqlarını arxasınca sürüyə-sürüyə evlərinə tərəf yollandı. Ürəyimdə ona "əlvida!" deyib ardınca baxa-baxa qalmışdım. Yuxusuzluqdan başım gicəllənirdi. Gözlərimi yumub doyunca yatmaq, ayılandasa Anuşla keçirdiyim o yuxusuz gecənin xoşagəlməz bir yuxu olduğunu körmək arzusundaydım...

18 may.
Səhər-səhər idarəmizin yanında avtobusdan düşdüyüm zaman, ayağımı elə təzəca yerə qoymuşdum ki, dayanacaqda... onu gördüm!
— Burada neyləyirsən?
— Səni gözləyirəm, — dedi. — Elə bildin ki, canını qurtardın, hə? Sənin haqqında başqa fikirdəydim... Heç gözləməzdim...
— Nəyi gözləməzdin?
—Məndən qaçacağını. Dünən niyə kəlmədin? Düz bir saat közlədim səni.
Qəribə vəziyyət alınmışdı: guya mən bu qıza söz vermişdim, guya bizi nəsə bir-birimizə bağlayırdı ki, indi onun qarşısında durub hesabat verməli, özümü təmizə çıxartmalıy dım.
Heç bir söz demədim, çünki sadəlövhlüyüm, sentimentallığım ucbatından birdən mənə elə gəldi ki, o da baxtsız, kasıb bir məxluqdur, o da həyat adlı kirli bir qazanın dibindədir, bəlkə onu da bu dünyaya bağlayan kövrək bir tel vardı və o telin bir ucu məndən keçdiyinə görə bu qız belə erkən o boyda yol yorta-yorta cəmisi bir gün gördüyü adamı gəlib tapmışdı. Bu fikirlərdən sonra ürəyimdə Anuşa yazığım gəldi, hətta könlümdən keçdi ki, ona nəsə xoş bir söz deyim.
— Atam səni görmək istəyir.
— Neyləyir məni? — deyə təəccüblə soruşdum.
— Vacib işi var...
"Atam səni görmək istəyir" sözlərini eşidən kimi canımı anlaşılmaz bir üşütmə burüdü, alnımı qəfildən soyuq tər basdı.
— Nədən qorxdun?
— Qorxmuram, — dedim, — yeməyəcək ki, məni.
— Onda bu gün axşam gələrsən bizə. Gözləyəcəyik. Amma mütləq gəl a, atam zarafat sevmir.
"Gəlməsəm noolar?" soruşmaq istədim, amma "atam zarafat sevmir" hədəsi verilö biləcək bu sualın qabaqcadan deyilmiş sərt cavabıydı. Bəlkə də elə bu hədənin hissedilməz təsirindəndi ki, özümdən asılı olmadan, qeyri-ixtiyari, günahkar adamlar tək:
— Sabah axşam gələrəm, — deyə pıçıldadım, elə o dəqiqə də qorxaqlığıma görə ürəyimdə özümü lənətlədim. "Axı nəyə görə qorxmalıyam? Məgər bu qızın atasının, özünün qarşısında əskik bir işim vardı ki, "atam zarafat sevmir" hədəsini eşidən kimi, bu yad adamların qabağındi gözükölgəlitək quyruq bulamalı, qorxaqcasına "gələrəm" deməliydim?".
— Axı, atan məmi hardan tanıyır, axı, niyə o, məni tanımalıdır? Onun mənimlə nə işi ola bilər?..
Deyəsən ağlım daha özünə qayıtmışdı ki, bu məntiqi sualları dalbadal ona yağdıra bilmişdim.
—Bəs mən nə etməliydim? Evdəkilərə bir şey fikirləşib deməliydim axı. Sən atamı hələ tanımırsan, anam olmasaydı döyüb öldürəcəkdi məni. Buna görə də atama dedim ki, evdən qaçdığım bütün günləri səninləydim. Axı səninlə belə şərtləşmişdik. Özün belə demişdin ki! Ancaq bundan sonra atam yaxamdan əl çəkib dedi ki, çağırarsan onu, yəni səni, qoy dedik lərini təsdiqləsin.
Əsəbiləşdim. Dünən görüşünə gəlməməyimdən məgər anlamamışdı ki, birlikdə keçirdiyimiz o iki gün mənimçün adi təsadüfdən başqa bir şey deyildi? Məgər o, başa düşməmişdi ki, kəlib məni tapmasaydı, mən onu axtaran deyildim?
Anuş uzaqdan kələn avtobusu görüb küclə eşidiləcək səslə pıçıldadı:
— Bu gün ad künümdür... İstədim bir az gəzək...
— Təbrik edirəm. Neçə yaşın tamam olur?
— On... səkkiz...
Avtobus artıq yaxınlaşırdı.
— Yaxşı, axşam görüşərik. Saat yeddidə "Avrora" metrosunun yanındayam, kələrsən?'
Elə bildim ki, sevinəcək, amma pərt idi. Yəqin ki, onu belə soyuq qarşılayacağımı gözləmirdi.
— Gələrəm — deyib avtobusa mindi...

***
Anuşa qarşı heç bir meylim yox idi, onu bir daha körmək istəmirdim. Hansı anlaşılmaz hislərin təsiri, təzyiqi al-tın da yenə də ona görüş təyin etdim, axşam körüşərik dedim, bilmiröm. Bəlkə də istəyimlə dediyim arasındakı fərqə səbəb — həmən o sirli-sehrli "atam zarafat sevmir" sezləri idi.
İndi yalnız bir şeyi yaxşı dark edirdim: adımı, soyadımı, iş yerimi bu qıza söyləməklə, onu daxmama aparmaqla, rastlaşdığımız gün özüm haqqında dastan açmaqla, ən başlıcası, onu evlərinə ötürərkən: "üstünə düşüb soruşsalar ki, bu bir həftəni haradaydın, qorxma, mənim adımı verərsən" — deməklə həyatda misli körünməmiş bir cahillik etmişdim.

18 may (axşam).
"Avrora"nın yanına - Anuşun körüşünə ketdim. Şərtləşdiyimiz vaxt gəlib çıxdı. Mağazadan aldığım on manatlıq ətri ona verib:
— Ad kününü təbrik edirəm! - dedim. Hədiyyəni alıb sevindi, əlində bir xeyli ora-burasını çevirib nəzərdən keçirdikdən sonra heç təşəkkür də eləmədən yan-yörəsinə baxaraq soruşdu:
— Piyadasan? Bəs maşınını düzəldib qurtarmadın?
— Qurtardım, — dedim, — sabahdan maşınlayam. Evdə bildirdin ki, sabah sizə gəlirəm?
— Hə, atam səni közləyəcək. Amma çox da kec olmasın, uzaqbaşı saat yeddidə, səkkizdə bizdə ol.
— Düzünü de. Anuş, atan məni neyləyir?
— Qorxma, elə bir şey yoxdur. Soruşacaq ki, qızım bir həftə səninləydi? Deyəcəksən ki, hə, mənimləydi. Vəssalam. Axı sən özün məni belə öyrətmişdin. Gəl indi binamıza tərəf gedək. Yarım saatlığa evdən qaçmışam. Elə bilirlər rəfiqəmgildəyəm. Bir dəqiqə geciksəm, atam canımı alar. İnanırsan, kişi artıq izləyir məni? Çölə çıxmağı da qadağan eyləyib.
Söhbət edə-edə yavaş-yavaş evlərinə tərəf addımlamağa başladıq. Qaranlıq, xəlvət bir küçədə Anuşun səsi pıçıltıya döndü:
— Azad, sən olmasaydın, indi allah bilir haralardaydım, kimlərləydim... Sən məni xilas etdin: həm Rusiyadan, həm də atamın qisasından. Dünyanın işlərinə bax ey, iki-üç gün qabaq heç bir-birimizi tanımırdıq, adi bir təsadüf birləşdirdi bizi... Daha heç vaxt ayrılan deyilik...
Anuş sinəmə qısılıb alnını çiynimə seykədi. Görünür o, nəvaziş istəyirdi, elə bilirdi ki, indicə onu tumarlayacağam. Mənsə "daha heç vaxt ayrılan deyilik" sözlərindən diksinib elə qorxmuşdum ki, əlimi Anuşa toxundurmağa belə ürək eləmirdim, sanki bədbəxtliyin özü bu qızın cildinə girib sinəmə qısılmışdı. Qeyri-ixtiyari bir addım geri çəkildim. Anuşun başını qoyduğu çiynimdə elə bil dağ ağırlığında gezəgörünməz bir yük qalmışdı. Hətta bu dəqiqə mənə elə gəlirdi ki, bir çiynim əyilib... Tanışlığımız heç iki gün deyildi, bəxtəvərin qızı yerimə gör nə fərman verirdi: "Daha ayrılan deyilik!" Əcəb işdir, istədiyim yar idi, yetirdi pərvərdigar!
Anuş bir xeyli incik, acıqlı baxışlarla məni süzdükdən sonra mızıldandı:
— Yaxşı... getdik...
Binalarının yaxınlığında üç oğlan laqqırtı vururdu. İkisi rus idi, biri erməni. Bizi görən kimi pıçıltıya keçdilər. Anuş baxışlarını oğlanlardan yayındırmağa çalışaraq saxta etinasızlıqla dedi:
— Məhəllə uşaqlarımızdır. Hamısı avara, nəşəxordur. Onlarla durub söz-söhbət eləməyəsən.
Oğlanlardan biri aydın-aşkar bizə eşitdirmək məqsədiylə arxamızca astadan yoldaşlarına müraciət etdi:
— Da, navernoye Samson opyat otpravit svoy daranqulet na kapremont...
19 may (axşam)
Evlərinin qarşısındaydım. Bir azdan onun "zarafat sevməyən" atasının hüzurunda durub izahat verməliydim. Bu axşam canımın həmişəlik Anuşun əlindən qurtaracağını fikirləşdikcə ürəyimdə yüngüllük hiss edirdim.
Binanın tinində dünənki oğlanlar durmuşdular. Mənə elə təəssüflə baxırdılar ki, guya qabaqlarından şikəst, əlil bir adam keçirdi. Arxamca kiminsə astadan dediyi sözləri yaxşıca eşitdim:
— On uje na kryuçke u Samsona...
Bu işarə mənə aid idi. Yenə də "Samson!" "Öz sınıq-salxaq maşınını əsaslı təmirə yollatdırmaq istəyən" bu Samson kimdi ki, "artıq onun qarmağına keçmişdim?" Yalnız beşinci mərtəbəyə qalxıb üzərindəki lövhəyə "Ambarsumyan Samson Vazgenoviç" sözləri yazılmış qapını gördükdə başa düşdüm ki, Samson — Anuşun atasıdır və qonşu oğlanların dediklərinə gerə onun hələ "qarmağı" da varmış. Onların işarəsindən elə çıxırdı ki, bu qarmağa indi mən keçmişdim, məndən qabaqsa yəqin ki... Karen...
Kasıbyana otaqda əyləşib susmuşduq. Hərdənbir oğrun-oğrun yan-yörəmə nəzər salırdım. Kişinin arxasında, daz, nəhəng başının üstündə divara iri, qızılı çərçivədə onun cavanlıq şəkli vurulmuş, şəklin altındakı mıxlardan "Əmək qabaqcılı", "Sosialist əməyi zərbəçisi" bayraqcıqları asılmış, balaca, köhnə kitab dolabının şüşəsi arxasındakı rəflərdəsə beş-altı kitab biri-birinə seykənmişdi. İmkan tapıb bir-ikisinin adını oxuya bildim: "İstoriya Armenii", "Kavkazskiy front", "S. Kaputikyan. Stixi"... Stol üstündəki qapa, qalın kitabsa açılı vəziyyətdə idi. Görünür ev yiyəsi mənim yolumu közləyənəçən mütaliə edirmiş. Baxışlarım onun kinli baxışlarıyla rastlaşdıqda gözlərimi yayındırıb portretinə baxdım. Oradan da kömür tək qara, iki qəzəbli göz üzümə dirənmişdi. "Pay atonla! Bu adam özünə gör neçə aşiqdir ki, sappasağ ikən şəklini divara vurdurub..."

***
Deməli, Azad sənsən? — pıçıltılı səslə soruşdu.
— Mənəm, — dedim. — Siz də ki...
— Samson Vazgenoviç... — könülsüz halda özünü təqdim etdi. Sonra kimisə səslədi: — Siranuş!
O biri otaqdan qadın səsi eşidildi:
— Ha!
— Yeksdeğ!
Qarabuğdayı bir arvad yan otaqdan gəlib divanda əyləşdi və gözlərini üzümdən çəkmədən Samsona müraciətlə dedi:
— Axır ki, gəlib çıxdı... Samson kinayəli səslə:
— Əlimdən hara qaçacaqdı ki?! — deyib, stol üstündəki açılı kitabı örtərək ayağa qalxdı, əllərini arxasında düyünləyib pəncərənin qabağında dayanaraq çelə tamaşa etməyə başladı. — Hə, cavan oğlan, danış kerək.
— Nəyi?
— Özün yaxşı bilirsən... "qəhrəmanlığından" danış... Nədən başlayacağımı fikirləşərək qara qalın kitabı qabağıma çəkib, elə-belə, üzünü oxudum: "Genosid armyan v Ottomanskoy imperii".* (*«Osmanlı imperiyasında erməni soyqırımı»)
— Ona toxunma!
Samson üstümə şığıyıb kitabı qəzəblə əlimdən alaraq dolabın üstünə tulladı. Qadın təəcçüblə ərinin üzünə baxıb qorxa-qorxa pıçıldadı:
— A kişi...
Samson üstümə elə cummuşdu ki, sanki çatan kimi əngimə bir yumruq ilişdirəcəkdi. Onun bu hərəkəti mənə bərk toxunduğundan heyrətlə, hirsli-hirsli soruşdum:
— Yeyəcəkdim kitabınızı?!.
Samson əsəbi halda fısıldaya-fısıldaya gedib əvvəlki yerində dayanaraq yenidən çölə baxmağa başladı.
— O kitaba toxunmağa ixtiyarın yoxdur! — dedi.
— Nəyə gerə?
— Ona görə ki, o müqəddəs kitabdır!
— Müqəddəs olanda nolar?
— Bura bax, cavan oğlan, — Samson kin-küdurət yağan gözlərini üzümə zillədi, — axı nə istəyirsiz bu başıbəlalı bədbəxt millətdən? Əgər adam ermənidisə, demək onun təpəsinə qapaz ilişdirmək olar, namusuna toxunmaq olar, lap həyatına qəsd etmək olar?! Demək, bu yazıq millətə ancaq genosid yaraşır, hə?!
Gözlərim kəlləmə çıxdı. Bismillah! Bu nə danışır, adə?!
— Ay əmi, nə "millət-millət", "genosid-genosid" salmısız? Bunun axı...
— A bala, — deyə Anuşun anası yazıq-yazıq dillənərək sözümü kəsdi, — Samson əmin bayaq soruşdu ki, qızımızla harda tanış olmusan, necə tanış olmusan... Hamısını danış, biz də bilək. Anuşciyəzimiz axı hələ uşaqdı, onun nə günahı vardı ki... — qadını qəhər boğduğundan cümləsini bitirə bilmədi, gözləri doldu.
— Bəsdi ağladın! — Samson arvadının üstünə çığırdı. — Əsrlər boyu ağladıq, daha yetər! İndən belə biz ağladacağıq!..
Ürəyimdə "əstəğfürüllah!" deyib hirsimi güclə boğdum. Bu kişininki "qoy şələni, gəl vuruşaq"dı. Onunla yumruq davasına çıxmağınsa heç bir mənası yox idi: buna həm fiziki imkanım yol vermirdi, həm də öz başıma iş açacaqdım, hədər yerə qanım batacaqdı. "Xalxın qızının namusuna sataşıb, sonrasa atasıyla dava-dalaş salıb. Namusu təhqir edilmiş ev yiyəsi də özünü müdafiə etməkçün xuliqana əl gəzdirməli olub..." Vəssəlam, Azad bəy, ketdin çala-çala!
Həm istidən, həm də Samsonun hətərən-pətərən danışığından qan-tər içindəydim. Divardakı mıxlardan asılmış bayraqcıqlara qeyri-ixtiyari baxan kimi, bu sadə zəhmət adamının arxasında öz sərt qanunlarıyla nəhəng bir imperiyanın dağ tək durduğunu dərk edib, nə qədər acınacaqlı, ağır vəziyyətə düşdüyümü anladım. İndi-indi gəlib mənə çatmışdı ki, Samson qızının kuya namusuna sataşdığımı boynuma qoymaq istəyirdi, ha özümü taxsırsız sanaraq çığır-bağır salsaydım da, bu adamların da, dövlətin də nəzərində künahkardım, özü də yekə günahkar. Nə, "Sosialist əməyi zərbəçisi"nin namusuna sataşmaq?! Pa, tut gəldi!
— Səni gözləyirik, danış görək!
"Ən böyük biclik — düzlükdür" — deyə fikirləşərək hər şeyi olduğu kimi danışmağa başladım. Söhbətimin sonunda yan otaqdan səs eşitdim, kimsə əlindən yerə nəsə salmışdı. Mənə elə kəldi ki, hekayətimə gizlicə qulaq asan Anuş ötədəki otaqdaydı. Samson cəld aradakı qapını örtərək gəlib mənim-lə üz-üzə oturdu. Sözümü bitirdikdən sonra dodaqları qaçdı.
— Yalan danışırsan, cavan oğlan, yalan danışırsan! Anuş hər şeyi bizə söyləyib. "Səninlə evlənəcəyəm" deyə onu aldadıb bir həftə evində saxladıqdan sonra qovmusan. Azyaşlı uşağın namusuna toxunduğuna görə məhkəmə qarşısında cavab verməli olacaqsan.
Vay dədəm, vay, bu nə qırmızı kişidir, allah!
— Qızınız uşaq deyil, Samson Vazgenoviç, on səkkiz yaşı var, öz hərəkətlərinə görə cavabdehdir. Əgər o...
— Kim deyir ki, onun on səkkiz yaşı var?! — Samson acıqlı səslə sözümü kəsdi. — Qız bizimdir, ya sənin?.. Doğma övladımızın neçə yaşında olmasını yəni bizdən yaxşı bilirsən?
— 0, mənə demişdi ki, on səkkiz yaşım var. Əgər şübhə edirsinizsə, çağırıb özündən soruşa bilərsiniz.
— Evdə yoxdur, göndərmişəm xalasıgilə. Mənə qurban olsun, indən belə bir daha küçə üzü görməyəçək.
Yan otaqdan yenə səs eşidildi. Qadın ayağa qalxıb tələsik ora qaçdı və bir daha geri qayıtmadı. Mənsə düz yarım saata qədər çənə döyüb sonuncu dəfə bu tərs oğlu tərsi öz künahsızlığıma inandırmağa çalışdım.
— Çağırın, qoy Anuş üzümə dursun və mən təslim...
Samson:
— Birincisi, Anuş xalasıgildədir, — deyib ayağa qalxdı, — bir daha onun üzünü görməyəcəksən. — Sonra gedib yenidən pəncərə qarşısında dayanaraq çölə baxmağa başladı. — İkincisi də ki, sənin təslim olmağın mənə kərək deyil. Səni xalq məhkəməsi təslim edəcək... Zorlama üstündə azı on-on beş il alacaqsan.
Onunla söhbət etdiyim bu müddət ərzində ilk dəfə əməlli-başlı qorxdum. Yoldan keçən bir oğlana öz doğma atası haqqında dişinin dibindən çıxanlara deyən bir qız sabah məhkəmədə bu yad oğlana qara-qara iftiralar yaxmazdımı?
Samson gözlənilmədən mülayim səslə məni yanına çağırdı. Gəlib onunla yanaşı duraraq pəncərədən həyətə tamaşa etməyə başladım. Aşağıda şən-şən çığırışan xırda uşaqlar, tum çırtlaya-çırtlaya gəzişən yeniyetmə qızlar, laqqırtı vurub zarafatlaşan oğlanlar, skamyalarda şirin-şirin qeybət qıran qadınlar, ağaçların altındakı böyük dəmir mizin arxasında ehtirasla, fanatikcəsinə domino oynayan kişilər indi mənə — öz səfehliyi uçbatından üfunət quyusuna düşüb çabalayan axma ğa sanki başqa bir dünyanın xoşbəxt, qayğısız sakinləri kimi görünürdülər. Çöldəki qələbəlikdən bir kənarda, aylar uzunu atılıb qaldığından üstünü quş zığı, qalın toz basmış sınıq-salxaq, köhnə "Moskviç" markalı tökülmüş maşın öz miskin görkəmi və çox-çox uzaqlarda, günəşin batdığı üfüğün sapasarı rəngi ürəyimdəki hüznü daha da artırırdı.
— Eşitmişəm sürücüsən?
— Hə, — dedim, "UAZ" sürürəm.
— Mən "MAZ"da işləyirəm.
— Bilirəm.
— Belə çıxır ki, həmkarıq. Məncə, dil tapa bilərik, eləmi?..
Deyəsən mətləbə keçdi! Ürəyimin döyüntüləri sürətlənməyə başladı. Həyatımda bəlkə də ən həyəcanlı anları yaşayırdım.
— Yazıq maşın, beş-altı aydır atılıb qalıb orda, — deyə Samson ilan fısıltısına bənzər səslə dillənib həyətdəki təkərləri cırıq, partlaq "Moskviç"i köstərdi. — Allah kasıbçılığın üzünü qara eləsin, yoxsa əl gəzdirərdim ona.
— Sizin maşındır?
O, keksünü ötürüb süni bir ah çəkdi:
— Hə, mənim bədbəxt maşınımdır... — Bir xeyli "Moskviç"ini süzdükdən sonra qəfildən soruşdu — Səncə, onu əsaslı təmirə qoysam, nə qədər xərc aparar?
— Nə bilim, vallah, — dedim. — Ölüsü dörd min lazımdır.
— Üç min bəsimdir!..
Yadıma Anuşun məhəllə oğlanlarının ardımca eyhamla de-ikləri: "Hə, deyəsən Samson öz tökülmüş maşınını yenidən əsaslı təmirə yollatdırmaq istəyir" sözləri düşdü və mən o sözlərlə Samsonun bu maşın söhbəti arasında bir əlaqə axtardımsa da, ağlım bir şey kəsdirmədi.
— İlin axırı köçəcəyəm Yerevana. Təqaüdə çıxmağıma bir şey qalmayıb. Sümüklərim vətən torpağında çürümək istəyir... Amma gərək əvvəlcə maşını təmir elətdirəm, çünki Yerevana öz xodumla getsəm yaxşıdır, neçə bilirsən?
— Məsləhət sizindir, — dedim və fikirləşdim ki, mətləbə keçməkdən ötrü Samson bu maşın söhbətindən yəqin müqəddimə kimi istifadə edir.
— Keçən il lap əntiqə yığdırmışdım onu... Elə bil qət-təzəydi. — Samson elə yazıq-yazıq danışırdı ki, elə bil əzizi ölmüşdü və o, mərhumu xatırlayıb kövrəlirdi. — Hə, cavan oğ-lan, uzun sözün kəsəsi, vəziyyət çox ağırdır. Allahına şükür et ki, mən zalım adam deyiləm. Bu cavan yaşında Sibirə yollanıb yetmiş dərəcə şaxtada meşə qırmağı heç sənə rəva da bilmirəm. İkimiz də sürücü babayıq, mənə elə gəlir ki, ümumi dil tapmalıyıq, yoxsa... bədbəxt olub gedəcəksən. Azyaşlı bir qızı aldadıb zorladığına körə olüsü on ilin var.
Bu dəfə onunla mübahisələşib günahsızlığımı sübut etməyə çalışmadım.
— Gəlin mətləbə keçək: mən nə etməliyəm?
Bir addımlığımda dayanmış Samson düz gezlərimin içinə baxıb öz qələbəsindən məmnun səslə:
— Bax, bu başqa məsələ, — dedi. Onun gözlərinin dərinliklərində adamda ikrah hissi oyadan iki hiyləgər parıltı kördüm. Şikar tapmış ac qurdun gözləri yəqin belə parıldardı. 0, əvvəlcə cibindən güllü yaylıq çıxarıb həyəcandan tərləmiş daz başını, qat bağlamış yoğun peysərini quruladı, sonrasa ehtiyatla yan qapıya baxıb bağlı olduğuna arxayınlaşaraq asta, titrək səslə dilləndi:
— Qızımın namusuna toxunmaqla məni təhqir etmisən. Bax-tin gətirib ki, mülayim, rəhmdil adamam. İnan ki, prokurorluğa şikayət eləsəm əlli-ayaqlı gedərsən. Qanunlar da mənimlədir. Əvvəla zəhmət adamıyam, əmək qabaqcılıyam, bir zərbəçi kimi, şəklim qarajın ən gözəgəlimli fəxri yerindən asılıb, sonra da ki, mən erməniyəm, sən — türk, yəni azərbaycanlı... Çalışsam, buna məhkəmədə siyasi rənk də verə bilərlər... — Bur-da pıçıltıya keçdi: — hələ üstəlik, çoxdan barışıb qardaşlaşmış iki düşmən xalq arasında yenidən ədavət toxumu səpməyə çalışdığına görə səninlə Təhlükəsizlik Komitəsi də maraqlana bilər... Boynuna al, bu hərəkəti bir türk qızına, tfu... yəni azərbaycanlı qıza qarşı edə bilərdinmi? Əsla yox, çünki tikə-tikə doğrardılar səni! Həm də öz millətindir axı, məcbur olub evlənərdin onunla. Mənim Anuşum ermənidir deyənə onunla hər şey etmək olar? Nədi-nədi, düşmən millətin qızıdır? Düşünmüsən ki, buna görə heç kəs səni doğramayacaq, heç kəs səni məhkəməyə verməyəcək, hə? Məhkəməyə versələr də heç bir türk... tfu... azərbayçanlı hakim sənə iş kəsməyəcək, hə? Xeyr, əzizim, biz Sovet ittifaqında yaşayırıq, bu ölkənin qanunları hamıdan ötrü birdir. Nədi, yoxsa adımı rüsvay etməməkçün qızımla evlənmək istəyirsən? Səninləyəm, yoxsa qızımı almaq istəyirsən ki, adım batmasın, hə?
— Özünüz bilirsiniz ki, qızınızla evlənən deyiləm. Ona görə yox ki, Anuş ermənidir. Əgər o, qız olsayı, onu alardım...
Samsonun közlərində bu dəfə nifrət qığılcımları parıldadı:
— Bəhanədir! Anuş hər şeyi mənə danışıb. Onun bəkarətini sən pozmusan. Lazım olsa, bunu məhkəmə ekspertizası da subut edəcək. Orda bizim adam işləyir... — Onun başı, peysəri, qoltuqlarının altı, sinəsi — bütün bədəni tər-su içində idi. Tər silməkdən küllü yaylığı da bərk islanmışdı. — Bilirəm, yaxşı bilirəm ki, Anuşu alan deyilsən. İndi burdaca and içsəydin ki, Samson Vazgenoviç, bəs eabah böyüklərimi göndərirəm sizə elçiliyə, qızınızı verin mənə, günahımı yuyum, yenə də inanmayacaqdım, çünki bir-iki ay saxladıqdan sonra, quyruğun tələdən çıxan kimi, ardına bir təpik vurub qovacaqdın üstümə: "Gedin, ermənilər, hara istəyirsiniz şikayət edin!" Xeyr, cavan oğlan, keçəl suya ketməz. Lap sən həqiqətən də Anuşla evlənmək istəsəydin belə, bu mümkün deyildi. Buna qanun da yol vermir, çünki o, azyaşlıdır. — Samson iri, tüklü qollarını qoynunda çarpazlaşdıraraq təntənəylə soruşdu: — Hə, görürsənmi neçə çıxılmaz vəziyyətdəsən?! İndi bir çıxış yolun qalıb, onu da təkçə mən bilirəm!..
— 0 nədir elə, söyləyin... — həyəcandan ürəyimin döyüntülərini qulaqlarımda eşidirdim. Samsonsa baxışlarını can üstə olan "Moskviç"inə zilləyərək fikrə getdi. Görünür çabaladığım bataqlıqdan məni dartıb çıxartmaqçın "xilaskar" əlini uzatmağa tərəddüd edirdi. Bəlkə də mənə belə gəlirdi, lakin hər halda bu adamın alnında puçurlanmış tər damlaları, ətli sifətinin əzələlərinin xəfifcə titrəyişləri onun daxili qətiyyətsizliyinə dəlalət edirdi. Haçandan-haçana ehtiyatla yan qapıya baxaraq, nəhayət, xırıltılı səslə yavaşca sözə başladı: — Qoçaq, məsələ belədir, görürəm sən də mənim kimi fəhlə babasan. Odur ki, sənə iki gün vaxt verirəm. Birisi gün, yəni ayın iyirmi ikisi bütün günü, lap geçəyə qədər gözləyəcəyəm. Gətirib bu stolun üstünə üç min qoyarsan, vəssalam, səninlə xudahafizləşərik...
Dəhşət içində bir addım keri çəkilib əllərimlə başımı tutdum:
— Siz nə danışırsız?! Ömrüm boyu cibimdə üç yüz manatdan artıq pul olmayıb, üç mini hardan tapım?!
Samson yan otağın qapısına tərəf baxıb dəmir əliylə qo-lumdan tutaraq məni əvvəlki yerimə çəkdi:
— Yavaş, çığır-bağır salma! "Üç mini hardan tapım!" Bəs mən tapdaladığın, mundarladığın namusumu hardan tapım?! Bütün məhəllədə bizi biabır eləmisən, xəcalətdən qonum-qonşunun üzünə də baxa bilmirik, bəlkə deyirsən bütün bunlardan sonra səni bağrımıza basıb öpək ki, çox sağ ol, yaxşı tüpürdün sifətimizə, yaxşı batırdın adımızı? Bəlkə bu "qəhrəmanlığına" görə biz sənə pul verməliyik ki, bərəkallah, türk… tfu, azərbaycanlı balası, əsl igidsən, indi buyur get yerdə qalan ermənilərin namusuna sataş?
Anuşun, məhəllə oğlanlarının kinayəli sözlərinin mənasını indi dərk etdim. "O, artıq Samsonun qarmağındadır..." Bu da Samsonun qarmağı — Anuş!
Samson süni məğrurluqla qarşımda dayanıb özünü boğurdu.
— Get, papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş. Ya bi-risi günəcən mənə üç min manat çatdırıb xudahafizləşib gedirsən öz yolunla, ayın iyirmi ikisindən geç olmayaraq, ya da ayın iyirmi üçü səhər tezdən prokurorluğa yollanıb qızımı zorladığın haqqında şikayət ərizəmi qoyuram düz prokurorun qabağına.
— Mən onu zorlamamışam, — deyə yazıq-yazıq zarıdım. — Anuşdan soruşa bilərsiniz, hər şey xoşluqla olub...
Samson ilan kimi fısıldayıb kinayəli səslə dilləndi:
— "Xoşluqla olub"... Zorlamaq təkcə o deyil ki, deyəsən, güc işlədəsən. Azyaşlı qızla cinsi əlaqəyə girmək özü cinayətdir, bu lap onun öz xoşuyla olubsa belə. Azyaşlı qız uşağını aldadıb onun bəkarətini pozmaq — zorlamaya bərabər bir şeydir.
Samson hey danışır, mənsə onu eşitmədən qəlbimi didib-parçalayan qara-qara fikirlər içində boğulurdum. Görəsən onun heç xəbəri varmı ki, "ağlı kəsməyən" yeniyetmə qızı qara tuşla ayağına "Karen" adını döydürüb? "Günahsız" qızının donunu qaldırıb ayağında bu adı oxumağı ona məsləhət görsəm necə, başa düşəcəkmi ki, mən də bəzi sirlərdən xəbərdaram və məni məhəməylə hədələyib şantaj etməsi mənasız bir hoqqadır? Xeyr! Çünki o, qızının çoxdan pozulmuş bəkarəti (bunu özü də yaxşı bilirdi) hesabına köhnə maşınını təmir etdirməyi qarşısına məqsəd qoyub, bu şərəfsiz məqsədinə çatmaqdan ötrü heç bir iyrənc vasitədən — həqta doğmaca balasının namusuyla alver etməkdən belə çəkinmirdisə, deməli, bu adam dünyada ən alçaq məxluqdan biriydi və beləsindən nə desən göz ləmək olardı: indicə pəncərənin şüşələrini çilik-çilik edə bilərdi, evinə od vurub külünü göyə sovura bilərdi... sonrasa haray-həşir salıb köməyə milis çağırar və bütün bunları ma-nim boynuma yıxa bilərdi...
Samson ani sükutdan sonra dilləndi:
— Başa düşürəm, çox ağır qiymətdir, amma neyləmək olar. Razılaş ki, azadlıqda gəzmək şaxtalı tayqada ağac doğramaqdan yaxşıdır. — Sonra köhnə tanıştək əlini ehmalca çiynimə qoyub məni stola tərəf çəkərək dedi: — Bəxtin gətirib ki, rəhmdil, ürəyiyumşağam. Yaxşı, min keçirəm səninçün! Neyləyim... qəddarlıq bacarmıram da. Başqası elə o saat tutdurardı sə-ni, çürüdərdi qazamatlar küncündə. Bundan artıq daha adama nə hörmət elərlər: mən ki, səni tutdurmuram, ikicə min istəyirəm də. Bu qiymət də sənə çox görünürsə, namus məsələsinə görə elə hesab elə ki, azdır. Lap lotoreyadır düşüb bəxtinə. İn-di kəl hərəyə bir stakan pürrəngi çay vuraq. Ay arvad, Siranuş!
Ev başıma hərlənirdi, daha burda dura bilməzdim. Tələsik:
— Gedirəm, — dedim.
— Bəs çay?
— İçməyəcəyəm.
— Onda get. Amma mən deyənləri də unutma. İki gün vaxtın var. İyirmi ikisi lap axşamacan gözləyəcəyəm. Gəlməsən, vay halına. İyirmi üçü səhər tezdən prokurorluqdayam. Daha heç nə səni xilas edə bilməyəcək. Ürəyiyumşaqlığımdan min manat da keçdim səninçün. Bundan artıq adama hörmət olmaz. Yadda saxla ki, zarafat xoşlamıram! Unutma ki, bu oyunun axırı pis qurtara bilər...
Evdə ata-anamdan soruşdum ki, sabah maşınla bir qaza törətsəm və gəlib sizə desələr ki, ya iki min verin, ya da oğlunuza iş kəsib kondəririk qazamata, na edərsiz? Bir ağızdan söylədilər ki, maşını ehtiyatla sürsən heç na olmaz. "Əşi, qəzadır da, birdən baş verdi, evdə də bir qəpik yox, na ədər-siz?" "Nə ədəcəyik, heç nə!" — bu acı həqiqəti atam söylədi. Sa-də və sərt.

***
Son ümidim əsgərlik dostum Ülfi idi. Maşallah, pis yaşamırdı: ev-eşiyi, bağ-baratı, təzə "Jiquli"si, qoyun-quzusu... Allah başacan eləsin!
Orduda bir batman duz yemişdik birlikdə. Ona ağız açmağa ərkim çatar. Yox, Ülfi məni darda qoymaz.
Sabah bir araq alıb düz Ülfigilə yollanmaq qərarına kəldim. Sabah — bazar günü — dostluğumuzun sınaq günü olmalıydı!

***
Dostumla acılı-şirinli əsgərlik illərini, olub-keçənləri xatırlaya-xatırlaya bir şüşə arağı boşaltmışdıq. Kefi kök, damağı çağ Ülfi özünü stula yayıb, tərlədiyindən keynəyinin düymələrini açaraq əlini iki dəfə piyli qarnına vurdu: gup, gup. Sonra adəti üzrə yalandan ah çəkib soruşdu:
— Görəsən bu piyi necə əridim? Özüm ölüm, qədeş, gecə-gündüz fikrim-zikrim elə budur. Alə, cavan adamda da bu boydana qarın olar? Bir az arıqlaya bilsəydim, heç dərdim olmazdı, mən ölüm!
Dünyada yeganə dərdi, "fikri-zikri bir az arıqlamaq olan" dostuma baxıb fikirləşdim ki, mətləbə keçməyin vaxtıdır. Elə bu an çöldən şit hırıltı səsləri eşidildi. Ülfi cəld yerindən qalxıb pəncərədən həyət hasarının o biri tərəfindəki qonşusugilə baxaraq hirslə fısıldadı:
— Zarazalar... matişkə kimi gör nə hırtıldayırlar! Qarınları acından şalako çalır, amma özləri keflərindən qalmırlar...
— Kimdir onlar?
— Alə, burnuyırtıqgili də — qonşularımız. Derd qardeşdülər: Qozbel, Taxtaayaq, Əyridal, Çuxotkə. Burnuyırtıq da atalarıdır. Fatı da ki, — imansız anaları. Qoca kaftar. Hamısı əlimdən yanırlar. Qədeş, yanacaqlar də: tak oğlanam, maşallah, böyük həyət, mal-mülk, maşın, qaraj, ev-eşik, heyvanat! Mən ölüm, bir onların həyətlərinə bax: iki addım. — Qonşularına rişxəndlə güldü. — Bizim zaxodumuz onların evindən böyükdür! Altı baş külfət giriblər toyuq hininə, bir-birilərinin üstündə yatırlar... Adlarını da kişi qoyublar. Yerə soxum boyuvuzu!
Ülfi şövqlə gülürdü. Qonşularından mala, mülkə, var-dövlətə, ev-eşiyə, heyvanata... görə üstün olması ona hədsiz dərəcədə ləzzət verirdi. Mənsə ürəyimdə ağlayırdım. Dostumun kefinin kəlləçarxa vurduğunu görüb mətləbə keçdim. Anuşla macəramı ona danışıb imkansızlığımdan sıxıla-sıxıla axırda bu sözləri söylədim:
— Ülfi, səni deyib gəlmişəm. Mənə borca iki min pul lazımdır. Samsonun verdiyi vaxt iki kündən sonra qurtarır. Bu acgöz adama iki mini vaxtında çatdırmasam, inan ki, məhkəməyə şikayət edəcək.
Ülfinin sir-sifəti payız səması tak tutqunlaşsa da səsinə qıvraqlıq verməyə çalışaraq Samsonun hədəsini zarafata salıb mənasızlaşdırmağa səy göstərdi:
— Cəhənnəmə şikayət eləyəcək, qara gora ki, şikayət eləyəcək! Bir erməni afiristinin fahişə qızına görə adamı tutub qazamata basacaqlar? Bəyəm suddakılar kor-zaddılar, qancığın ayağında o boydana nakolkanı körməyəcəklər? Hər şey öz razılığıyla olub, ürəyüvi buz kimi saxla, qədeş. Get deynən ona ki, alə, mənə xox gəlmə, hara istəyirsən şikayət elə, lap Maskvova şikayət elə, qorxan-zad döyüləm. Əvvəlcə qızıvun aşnalarını — o karen-marenləri suda ver, sonra gələrsən üstümə. Bildin, qədeş, ela bela də deyərsən ona. Eh, mən da dedim ge-rəsən nolub! İstəyirsən sabah gedib lap qarajlarında tutaq onun qabağını, lap...
—Ülfi, bu məsələyə zarafat kimi baxma, — deyə onun sözünü kəsdim. — Heç nədən tutulub on-on beş il alanları bəyəm az germüsən?!.
— Alə, qələt eyləyir atabaatasıyla, o afirist oğraşın gezlərini deşərəm!
— Qədeş, uzun sezün qısası, mənə borça iki min manat pul lazımdır. İstəyirsən lap and içim ki, bir ilə qaytararam. Ge-cə-gündüz işlərəm, hamballıq edərəm, ezümü dağa-daşa vura-ram, amma pulun batmaz, qaytararam. Ela bil ki, elmüşəm, yer-dən ketürmək lazımdır mani. Hə, borç verə bilərsən, ya yox?!
Ülfi gah qoyun-quzularının mübtəla olduğu xəstəliyi(?), kah bu gün-sabah ezünün "paltarkəsdi" mərasimində nişanlısından etrü çəkəcəyi xərçi(?), kah sevimli inəyi Maşanın süddən kəsilməsini(?), gah da zəhləsi getdiyi qonşularının sir-sifətlərini görməməkçün həyətinin hasarını daha da ucaltmaq istəməsini bəhanə gətirib, ezü hal-hazırda guya pula mehtac qaldığını üstüörtülü bildirdisə də, arağın tasirindgnmi, uğradığım bəlanın ciddiliyindənmi, nədənsə, onun yaxasından əl çəkmirdim ki, çəkmirdim:
— Axır sezün: hə, ya yox?!
"Hə, ya yox?!" Ela bil bu kəlmənin ağzımdan çıxmağını gözləyirmiş — tez and-aman eləyib elülərini qəbirdən çıxartdı ki, vallah, billah, qəpiyə şıllaq atıram, ezüm xirtdəyəçən borc içindəyəm...
Qulaqlarıma inanmadım: min dəfə, on min dəfə əbədi dostluqdan, qardaşlıqdan ağızdolusu dastan açıb yorulmadan başıma, çanıma and içən adam bu idimi? Gezlərimə inanma-dım: uzaq, qürbət Rusiyada son tika çörəyi mənimlə belüşən, illər uzunu sağlığıma badələr qaldıran oğlan bu idimi?..
Ülfi səsinə yalançı yazıqlıq qatıb tez-tez suni ahlar çəkə-çəkə barmağına iri, küftə boyda brilliant üzük taxdığı əlini közlərim qarşısında oynadaraq, ağlasığmaz bəhanələrlə Bakıda ən yoxsul, ən müflis adam olduğuna məni inandırmağa çalışırdı. Hərdənbir tövləsindəki mələşən qoyun-quzu da sanki "mə-ə-ə", mə-ə-ə" yox, "hə-ə-ə", "hə-ə-ə" deyə sahiblərinin sezünü təsdiqləmək istəyirdilər...
Şəhərə tələsən sonuncu avtobus çala-çuxur yollardan keçdikcə, maşının ən arxa yerində oturduğumdan tavada qovrulan balıqtək atılıb-düşürdüm. Şəxsi, geniş evin rahatlığına, ailə həyatının şirinliyinə... — yer üzündə ləzzətli olan hər şeyə məni tamarzı edən yoxsulluğuma özlüyümdə lənətlər yağdırdıqca, içimdəki pərişanlıq, məyusluq qəlbimdən misra-misra süzülüb dodaqlarımda pıçıltıya çevrilirdi:

A qəm! Ha dəl, ha did, ha yon,
Batammazsan!.. canım — beton!
Ürəyimin dərdi ton-ton,
Gezlərimin yaşı — qram..

Tanrı dövlət paylayanda
Hayandaydın, bəxt, hayanda?
Tay-tuşlarım pul sayanda
Mən... başımı qaşıyıram...

Zay ola kör necə ömrün,
Vay beləcə keçə ömrün!
Bir ömürdə neçə ömrün
Qəm yükünü daşıyıram.


Yaş da ötür ağır-ağır...
Səhər naxır, axşam axur...
Eyni əvvəl, eyni axır...
Guya mən də yaşayıram...


21 may (axşam).
"UAZ"ımı Anuşgilin evlərindən kənarda saxlayıb maşının işıqlarını söndürdüm. Onların binasıyla üzbəüz ağaclıqda dayanaraq televizorun işığı düşmüş yarıqaranlıq pəncəralərinə tamaşa etməyə başladım. Pəncərə arxasında tez-tez Samsonun iri fiquru peyda olur, hərdən-bir Anuşun və anasının siluetləri də görünürdü. Taleyimin goreşənləri məni közləyirdilər, daha doğrusu iki mini! Yuxarı qalxıb and içərək Allah-taalanı şahid gətirim ki, varlı-hallı ən yaxın "dostuma" bela ağız açdıqda bütün ölülərini qəbirdən çıxarıb a]ından qəpik qusduğunu söylədikdən sonra daha yad oğlu yad da o miqdarda pulu mənə borc verməz?!. Yox, bu şeytan yuvasına ayaq basmaq mənasız idi: yenə Anuşun "qeybə" çəkilməsi, yenə həmin çansıxıcı otaq, yenə divara vurulmuş həmin cavan oğraş portreti, portretin altından asılmış həmin qırmızı bayraqcıqlar, yenə dolabdakı həmin qan püskürən kitablar, yenə həmin daz baş, ülgüc kimi par-par parıldayan yoğun peysər, qat bağlamış kəl boynu, yenə ilan fısıltısına bənzəyən həmin iyrənc səs, yenə üzümə çırpılaçaq həmin dəmir qapı...
Ürəyimdə: "Mənimki sizinlə məhkəməyə qaldı!" — deyib maşına əyləşdim. Ova çıxıb namus toru atmış Samson, qarmağına qızıl balıq yox, kilkə keçdiyindən hiddətlənərək sabah prokurorluğa şikayətə yollanacaqdı...

13 iyun.
İşdən elə təzəcə qayıdıb daxmama girmişdim ki, anam ardımça gəlib əl boyda bir kağız parçasını nigarançılıqla mənə uzadaraq şübhəli-şübhəli soruşdu:
— Paştalyon dedi suddandır. Neyləmisən? Nöş çağırırlar?
Kağıza baxan kimi ürəyim düşdü: "Fəhlələr Rayon Prokurorluğunun çağırış vərəqəsi idi. Hə, Samson doğrudan da "zarafat sevmirdi". Elə düz demişdi ki, bu oyunun axırı pis qurtaracaq. Deməli, qızının namusuyla etdiyi alveri "oyun" sanırdı. Demək, məndən iki min tələb etməklə "oyunu" heç-heçə başa vurmaq istəyirmiş, mənsə razı olmadım. Bəli, "oyunun" hesabı açılmışdı: 1:0 Samsonun xeyrinə!..
Anamın səsi məni bərk əsəbiləşdirirdi: "Səninləyəm, neyləmisən? Nöş çağırırlar?" Arvadın ürəyini salmamaqdan ötrü necə olursa-olsun özümü ələ almalı, həyəcanımı gizlətmə-li, yalandan bir bəhanə quraşdırmalıydım. Çağırış vərəqəsini qondarma etinasızlıqla stolun üstünə atıb bacardığım qədər səsimə biganəlik tonu qataraq dedim:
—Eh, mən də deyim noolub... QAİ-yə çağırırlar, maşınımın nömrəsini dəyişmək istəyirlər.
Deyəsən anamı aldada bildim: səbirsizliklə cavab gözləyən nigaran gözləri arxayınlıqla parıldadı:
—Ay allah evüvi tiksin, yaman qorxutdun məni. Ela bildim, dilim-ağzım qurusun, həlbət neysə eləmisən...
Axşam atam da yanıma gəlib sınayıcı baxışlarını üzümə zilləyərək hiyləgərcəsinə pıçıldadı: "Pavestkadan xəbərim var a... Nə məsələdir?.."
— Arvad ağzında söz saxlaya bilmir də! — deyə hirsləndim. — Qarajımızın maşınlarının nömrələrini dəyişirlər, buna görə də QAİ-yə çağırıblar.
Qoca qurd olan bu kişini aldatmaq asan deyildi. Bic-bic gülümsəyib kinayəli səslə:
— Bax a, — dedi, — bizim milissalara veriləsi pulumuz yoxdur...
14 iyun.
İşə getməyib düz prokurorluğa yollandım. İndi ürəyimə va-himə salan bu orqanın yerləşdiyi binanın qarşısından əvvəllər azı min dəfə keçmişdim, amma heç vaxt ağlıma gəlməmişdi ki, bir vaxt bura tale məni sürükləyəcək. Prokurorluğun qalın taxta qapısının hər iki tərəfinə vurulmuş iri şüşə lövhəyə rusca və azərbayançanca qızılı hərflərlə "BAKI ŞƏHƏR FƏHLƏLƏR RAYONU PROKURORLUĞU" yazılmış adi sözlə rə həyəcanla tamaşa edirdim: hər hərf sanki bir qanun keşikçisi!
Çağırıldığım on üçüncü kabineti bağlı görüb dəhlizin sonundakı açıq qapıya tərəf getdim. Balaca otaqda kök bir katibə qız makinədə nəsə yazırdı. Görəsən hansı bir cinayətin tarixçəsini, hansı bir insan taleyini rəsmi vərəqlərə köçürürdü? Ondan məni prokurorluğa dəvət etmiş müstəntiq İmanovun yerini xəbər aldım. Cavab verdi ki, indi-indi gəlməlidir. Qeyri-ixtiyari qızın iti, çəld hərəkətlərlə makinənin klaviaturalarında gəzən manikürlü, totux barmaqlarına baxdım. O da istiqanlıqla məni süzüb yaxın adam kimi nəvazişlə gülüm sədi:
— Xöyir ola, neyləyirsən İmanovu?
— Bir erməni qızının atası əlimdən şikayət eləyib... Elə buna görə də bura çağırılmışam. Guya qızını... aldadıb almamışam...
Katibə işindən ayrılıb nə haqdasa fikirləşə-fikirləşə dedi:
— Hə, o sarışın erməni qızı... O gün atasıyla İmanovun yanına gəlmişdilər. Onunla ermənicə danışırdılar. Elə bildim yerliləridir. Gör a...
Təəçcüblə soruşdum:
— Bəyəm İmanov ermənicə bilir?
— Biləcək də, əslən yerevanlıdır axı. — Qınayıcı baxışlarını üzümə zilləyib gileyli-gileyli başını buladı: — Bəyəm azərbaycanlı qızlarımız qəhətə çıxıb?..
Katibənin bu tikanlı sözlərindən yaman pərt oldum. Ürəyimdə: — Ay qız, axı sən mənim haqqımda nə bilirsən? — deyə qəmli-qəmli fikirləşdim. — Bir azərbaycanlı qızıyla əhd-peyman bağlayıb naçə il sevişdik. Ordudan qayıtmağımı közləməyib birinə qoşulub qaçdı... O biri azərbaycanlı qızı — öz qohumum məni bəyənmədi ki, "evin toyuq hinidir"... Bir başqasısa... eh... Bütün bunları tanımadığım bir adama danışmağa nə həvəsim vardı, nə imkanım, nə də bura belə söhbətlərin yeri idi.
— Adamın başına iş gələr də... — mızıldamaqdan başqa çarəm qalmadı.
— Eybi yox, təki canın sağ olsun! — Bu samimi sözlər kök qızın ürəyindən gəlirdi. — Adım Sevdadır, kömək-zad lazım olsa utanma...
— Allah səni xoşbəxt eləsin, bacı!

***
Yarım saat prokurorluğun yaxınlığında veyilləndikdən sonra qayıdıb gəldim. On üçüncü kabinetin qapısı aralı idi. İri yazı masası arxasındakı müstəntiq — bazburutlu cavan ki-şi qarşısına tökdüyü vərəqləri eşələyirdi. Ehmalca qapını döydüm.
İçəri keçib çığırış vərəqəsini göstərərək:
— Azadzadəyəm, — dedim.
Soyadımı eşidən müstəntiqin gözləri parladı:
—Azadzadə?! — Sonra çağırış vərəqəsinə baxıb heyrətlə soruşdu: — Bəs bu iki günü haradaydın?
— Bu kağızı dünən aldım. Yəqin poçt şöbəsində yubanıb.
— Elə bildim ki, daha aradan çıxmısan...
Təəccüblə ona baxıb fikirləşdim ki, axı nəyə görə aradan çıxmalıydım? Yer göstərdi. Stulu altıma çəkib oturdum. Sakit-sakit dedi:
— İndi sənə üç-dörd sual verəcəm. Yadda saxla ki, ancaq düzünü söyləməlisən.
Özümdə heç bir künah görmədiyimə görə arxayın-arxayın cavab verdim ki, buyurun. Bir "Malboro" alışdırıb köhnə tanışlartək guya elə-belə, boş, mənasız bir şey haqqında maraqlanırmış kimi, laqeyd-laqeyd soruşdu:
— Ambarsumyan Haykanuşu tanıyırsanmı?
Fikirləşmədən:
— Tanıyıram, — dedim. Bahalı siqaretdən dərin qullab vuran müstəntiq tüstünü ləzzətlə ciyərlərinə çəkdi.
— Anuşla cinsi əlaqədə olmusanmı?
0, bu sözləri deyərkən nəfəsilə birlikdə ağzından parça-parça bomboz tüstü çıxırdı. Barmaqları arasında tutduğu siqaretdənsə burum-burum mavi rəngli tüstü qalxırdı. Mənisə maraqlandıran, müstəntiqin ciyərlərinə dolan mavi zəhərin boz rəngdə oradan qayıtmasıydı. İmanov sualını — bu dəfə bir az hiyləgərcəsinə, balaca uşağı dilə tuturmuş kimi — təkrarladı:
— Nədən utanırsan, burada qadın xaylağı yoxdur. Vicdan haqqı, zövqün pis deyil a, Anuş əntiqə candır. Ay xatakar, onunla cinei əlaqədə olmusanmı?
— Olmuşam, — dedim. Kişinin gözlərinə işıq gəldi.
— Əhsən! Varam düz danışan çesnı oğlanlara! — Elə o dəqiqə avtomat qələmlə beş-altı ağ vərəqi qarşıma qoyub qovraq səslə dilləndi: — İndisə sənə balaca bir zəhmət verəcəm. Ambarsumyan Haykanuşla harada, nə vaxt, necə tanış olmağını, birlikdə keçirdiyiniz günləri, onunla nə vaxt əlaqədə olmağını — hər şeyi təfərrüatıyla yaz.
Qələmi götürüb müstəntiqin üzünə baxdım. Kefi kök idi. Gəl bir kök olmayaydı da: müttəhim istintaqa gəlmişdi və hər şeyi müqavimət göstərmədən boynuna alırdı. Kaş bütün müstəntiqlərin işləri bu cür yağ kimi gedəydi!
— Yaz, — deyə diqtə etməyə başladı, — Bakı şəhər Fəhlələr rayonu prokurorluğunun...
On il idi ki, gecələr sübhəcən, bəzən lap altı-yeddi saat yazı masası arxasından qalxmadan qalaq-qalaq ağ kağızları öz cızmaqaralarımla doldururdum, sağalmaz mərəz kimi qanıma, iliyimə qədər işləmiş bu yazmaq vərdişindən hələ bir dəfə də olsun doyub cana gəlməmişdim, amma "xasiyyətnamə", "izahatnamə", hətta əl boyda adicə bir "ərizə" yazmaq məndən ötrü həmişə cəhənnəm əzabına bərabər olurdu.
İmanov davam edirdi:
— Yaz: filan ildə filan şəhərdə anadan olmuş, hal-hazırda filan küçədə yaşayan və filan idarədə filan vəzifədə çalışan filankəsov filankəs filankəs oğlu tərəfindən... Aşağıda böyük hərflə — İfadə... — Mən onun dediklərini adam dilinə çevirib kağız üzərinə köçürmüşdüm. — Hə, cavan oğlan, indi buyur, hər şeyi olduğu kimi — harda tanış olmusuz, harda nə iş görmüsünüz — hər şeyi bitdə-bitdə yaz. Ən axırda bu cümlə olmalıdır: "İfadəni özüm yazdım, oxudum, heç bir əlavəm yoxdur". Ayın tarixini qeyd edib imza atmağı da unutma. Vəssalam.
Anuşla macəram dördcə vərəğə sığışdı. Mənə elə gəldi ki, bu dördcə varağı yazıb doldurana qədər bir neçə saat ötdü, əslindəsə beş-on dəqiqə keçmişdi. Müstəntiq ifadəmi diqqətlə oxuyub kənara qoydu. Sonra təzə vərəq götürüb nəsə yazaraq mənə tərəf uzatdı. Oxudum: "Sual: siz Haykanuşu əvvəllər tanıyırdınızmı? Cavab:" Yazdım ki, "xeyr, tanmırdım". Kağızı özünə qaytardım. Heç yarım dəqiqə keçməmiş vərəq yeni sualla təzədən qarşımdaydı: "Sual: Haykanuşun yaşını bilirdinizmi?" "Cavab" sözünün ardınca yazdım ki, mənə "on səkkiz yaşım var" demişdi.
Bir müddət beləcə davam etdi. Artıq istintaq protokoluna çevrilən üç vərəqlik sual-cavab sona yetən kimi vərəqlərin hər üçünü mənə imzalatdıran müstəntiq "İfadə"mi də bu kağızlara qataraq üzərinə "İş N 79" yazılmış qovluğa qoydu.
— Ambarsumyanla cinsi əlaqəyə girəndə onun heç on altı yaşı tamam olmamışdı, — deyə İmanov Anuşun yaş kağızını göstərdi. — İndi-indi pasport alacaq. Bu da məhkəmə-tibbi ekspertizasının rəyi: azyaşlı qızın bəkarətini pozmusan... — 0, möhürlü bir kağızı gözlərim qarşısına tutdu. — Ekspertiza səhv etmir!..
Heyrətdən ağzım açıla qaldı:
— Nə danışırsız, yoldaş İmanov, Anuş qız deyildi, qız de-yildi! And içə bilərəm ki, qız deyildi!
— Sakit ol! Bunun daha əhəmiyyəti yoxdur. Allahına şükür et ki, ifadəsində onu zorladığını yazmayıb... Məhkəmə bu yumşaldıcı faktları mütləq nəzərə alaçaq.
— Nə, məhkəmə?!
—Prokurorluğa gəlib hər şeyi boynuna aldın. Zərərçəkmiş də ifadə verir ki, aranızdakı cinsi əlaqə onun öz razılığıyla olub. Vəssalam. Cərimə eyləyib buraxacaqlar səni. Uzaqbaşı, uzaqbaşı deyirəm a, altı ay, bir il şərti olaraq, fikir ver: şərti olaraq azadlıqdan məhrum ediləcəksən. Göndərəcəklər zavoda işləməyə. Qorxma, belə boş şeylərdən ətrü heç kəsi tutmurlar! — Sonra özündən razı halda: — hə, cavan oğlan, — deyib ayağa qalxdı, — sən burda bir balaca xəyala dal, mən indi gəlirəm...
İmanov qovluğu qoltuğuna vurub kabinetdən çıxaraq qapını üzümə açarlayan kimi ürəyim düşdü: "Bəlkə elə bilir qaçacağam? Bəlkə məni həbs etmək istəyirlər? Həbs etdilər-etdilər də, onlara nə var ki! Prokurorun kağız üzərində əlinin bir hərəkəti — adicə bir imza, vəssalam, uzaq başı bir saata Bayıl qazamatındayam. Yox, bu namərdliyi etməzlər. Məgər görmürlər ki, künahsızam? Müstəntiq məgər günahkarla belə mülayim danışardımı? Bəlkə bu süni mülayimlik məndən söz almaq üçün bir hiyləydi? Necə də sadəlövh, avam adamam, Allah! Özümü zərrə qədər də olsa günahkar sanmıram və elə bilirəm ki, hamı məni günahsız sanır. Bu da işdir ki, heç nə olmayıbmış kimi səhər-səhər oz əl-ayağınla durub gələsən adı ürəklərə vəlvələ salan bu boyda prokurorluğa, heç ağlına belə kətirməyəsən ki, buranın qapısından yollar təkcə evə qədər yox, Bayıl türməsinəcən də uzanır...".
Haçandan-haçana müstəntiq qapını açıb katibə qızla içəri girdi.
— Ə, niyə xəbər etməyibsən ki, Sevda xanımla tanışsan?
Sevda müstəntiqin arxasından mənə göz-qaşla işarə edib dedi:
— Yaman utancaq oğlandır, Elsevər müəllim! Bayaq mənimlə rastlaşanda da bura gəlişinin səbəbini gizlətmək istədi.
Onların dediklərindən bir şey anlamasam da, qızın işarələrinin mənasını yaxşı başa düşürdüm, yəni müstəntiqi aldatmışam ki, tanışıq, soruşsa nəbadə inkar edəsən.
Stulu altına çəkib mənimlə üzbəüz əyləşən Sevda müstən tiqdən gizlicə göz-qaşla yenidən işarə etdi, yəni tez ol, təsdiqlə ki, tanışıq. İmanova baxıb:
— Bunun axı nə mənası vardı? — deyə soruşduqda kişi acıqlı baxışlarını qəzəblə üzümə zillədi:
— Necə yəni "nə mənası var", ə?! Bayaq Sevda xanım deməsəydi ki, onun adamısan, prokuror həbs edilməyin haqqında sanksiya verəcəkdi, kedəcəkdin çala-çala! Yazıq qız and-aman etdi ki, onun tanışısan, tutmayaq səni, sən də deyirsən ki, belə... Kişinin qızı zamin durur ki, istintaq müddəti boyu heç yana qaçıb-eyləməyəcək, vaxtlı-vaxtında çağırışımızla prokurorluqa gəlib ifadə verəcəksən.
— Bəli, mən zamin! — deyə Sevda inamla təsdiqlədi. Dalğalar qoynunda boğulan adamın qəfildən köməyinə yetişən delfin kimi, ömrümün bəlkə də bu ən dar məqamında közlənilmədən xilaskarıma çevrilmiş köksifət, ağbəniz katibə qıza baxışlarımla öz minnətdarlığımı bildirmək istədimsə də, əslində məni heç tanımayan bu xeyirxah insanın köstərdiyi etimaddan bərk mütəəssir olub başımı köksümə əydim. Fikirləşdim ki, belə adamlardır dünyanı saxlayan, yoxsa Yer kürəsi əsrlər boyu məruz qaldığı bu qədər alçaqlıqlara, xəyanətlərə, vəhşiliklərə... tab gətirməyib çoxdan öz məhvərindən qopmuşdu!
— Hə, cavan oğlan, deməli belə, — İmanovun səsi məni xəyallardan ayırdı. — Buyur, indi bu sənədlərə qol çək. Bu, prokurorluğun icazəsi olmadan Bakı şəhərindən çıxmamaq haqqında xəbərdarlıqdır. Bura imza at. Aha, beləcə. İndi də bax bu sənədə. Ay sağ ol. Vəssalam. — Sevdaya da kağızlardan birinə qol çəkdirib qovluğu bağladı. — Yadında saxla ki, bu qız səndən ötrü məsuliyyətlidir. Qaçıb eləsən, bir cinayət törətsən, Sevda xanımı zərbə altına qoyacaqsan. Mənə elə kəlir ki, səndən be-la nakişilik çıxmaz! Al, bu da sənin çağırış vərəqən, dərkənar qoymuşam, nahardan sonra gedərsən işə. Bir də bazar ertəsi səhər-səhər gələrsən yanıma.

2 iyul.
Müstəntiqin kabinetindəydim. Bir aya yaxın müddət ərzində eyni cansıxıcı işi — yüz dəfə verdiyim eyni ifadəni, yazdığım eyni izahatları yenidən təkrarladıqdan sonra İmanov bir-neçə vərəq çıxarıb ucadan oxumağa başladı. Guya çoxdan(!) tanıdığım azyaşlı qız uşağını "səninlə evlənəcəyəm" deyə aldadaraq bir həftə evimdə saxlayıb doyunca kef çəkmiş, axırda da dalından dəymişdim, bununla da gül kimi qızcığazın bəkarəti pozulmuşdu və i. a. — eynilə Samsonla Anuşun ifadəsi!..
— Hə, vətəndaş Azadzadə, ittihamnamənlə tanış oldun, — o, közlərini vərəqlərdən ayırıb canıma üşütmə salan soyuq ba-xışlarını üzümə zillədi: — Azərbaycan SSR Cinayət məcəllə-sinin 111-ci maddəsinin birinci bəndiylə ittiham olunursan, özünü müqəssir sanırsanmı?
Heç fikirləşmədən:
— Yox, — dedim.
— Yaxşıça düşün. Özünü müqəssir sansan, məhkəmə bu faktı yumşaldıcı...
Gözlənilmədən həyəcanla onun sözünü kəsdim:
— Yox!
İttihamnaməni qabağıma itələyib qələmi acıqla üstümə tulladı:
— Götür elə belə də yaz: "özümü müqəssir bilmirəm". — Şəhadət barmağını vərəqin aşağı küncünə qoydu. — Bura yaz. İndi də qol çək. Bax bura. Bir də bura. Bura da imza at ki, prokurorluğun icazəsi olmadan şəhərdən kənara çıxmayacam. — Tüklü, şişman əllərini örtdüyü qovluğun üstünə qoyub rahat nəfəs aldı, sanki çiyinlərindən ağır yük kötürülmüşdü. — Vəssalam, qurtardı... İstintaq bitdi...
— İndi neyləməliyəm? — səbirsizliklə soruşdum.
— Heç bir şey! Gedib Fəhlələr rayon xalq məhkəməsinin çağırışını gözləməlisən. Bu, bir ay, ay yarım çəkər. Elə günü bu gün gedib yaxşı bir vəkil axtar.
Sıxıla-sıxıla daha nəsə soruşmaq istəyirdim ki, iri gövdəsini mizin üstünə dayaq etdiyi yumruqları üzərinə salaraq ayağa qalxdı, elə beləcə də dayanıb qaldı. O, yekə bir "T" hərfinə oxşayırdı. İlk gündən mənə künahsız həmvətəni kimi deyil,.adi bir cinayətkar tək baxan müstəntiq Elsevər İmanov xatirimdə həmişəlik bu şəkildə qalacaqdı...
Suyu süzülə-süzülə məyus halda qapıya tərəf getdim. Arxamca xəbərdarlıq etdi:
— Nəbada Anuşgilə gedəsən! Atası şikayət eləsə tutdurmalı olacam səni...


3 iyul.
İşə getməyib prokurorluğun yaxınlığındakı "Hüquq məsləhətxanası"na yollandım.
Balaca otaqda beş-altı hüquqşünas oturub özlərini işlə məşğul kimi köstərirdilr. İçəri sakitcə kirməyimlə hamının müştəri gözüylə mənə baxmağı bir oldu. Sıxılıb qaldım, bilmədim hansına yanaşım. Saçları su ilə arxaya daranmış, üzü səliqəylə təraş edilmiş kişi hiyləkər, xırda gözləriylə san-ki məni əfsunladı: istər-istəməz düz onun üstünə ketdim.
— İşim məhkəmədədir, mənə vəkil lazımdır.
Xırdagöz kişi:
— Çox közəl! — dedi. Bilmədim nəyə işarə etdi — işimin məhkəməyə düşməsinə, yoxsa vəkuş axtarmağıma? Nəzakətlə öz yazı stolu arxasında yer köstərdi, əyləşdim. — Familiyam Axundovdur, vəkilin ola bilərəm.
Kişi özünü təqdim edən kimi həmkarları nəzərlərini məndən çəkdilər: müştəri xırdagözə qismət olmuşdu.
Başıma gələnləri bitdə-bitdə ona danışdım, o da kağız üzərində bəzi qeydlər apardı. Sonra ayağa qalxıb siqaret çəkmək üçün çölə çıxmağı təklif etdi.
Küçədə siqaret alışdırıb tüstünü ləzzətlə ciyərlərinə sovurdu,
— İşini aparacağım üçün əlli manat kassamıza vuracaqsan. Mənim haqqım da ki... — Axundov sağ qaşını qaldırıb fikrə ketdi, onun xırda közləri daha da alaçalandı. — Mənim haqqım da ki... — yenə təkrar elədi. Görünür elə qiymət oxumaq istəyirdi ki, müştəri hürküb qaçmasın. Mənsə maraqla onun sual işarəsinə bənzəyən qalxmış qaşına baxıb cavab gözləyirdim. Uzun sürən tərəddüddən sonra kişi belə qərara gəldi: — Mənim haqqımı sonra danışarıq... — Qaş endi.
— Lap yaxşı, — dedim. — Dil taparıq.
İki barmağıyla köynəyinin yaxalığını tutub yellədi:
— Fu, yaman istidir...
Razılaşdım:
— Hə, bərk istidir.
Gözlənilmədən belə bir təklif etdi:
— Gəlsənə gedib adama bir bakal pivə vuraq. Deyirlər bura — padvala təzə pivə gəlib. Elə orda da dərdləşərik.


***
Bir saat olardı ki, pivəxana yerləşən zirzəmidə oturmuşduq. Axundov elə ləzzətlə içirdi ki, mən də həvəsə düşmüşdüm, qədəh qədəh ardınca gəlirdi.
O, bir dəfə də olsun mövzudan kənara çıxmadan cinayət işimlə əlaqədar suallar yağdırır, mən də hər sualın cavabını bitindən-birəsinə kimi danışırdım. Vəkil birdən-birə susdu. Xırda közlərini pivəxananın naxışlı divarlarına zilləyib fikrə getdi. Böyük səbirsizliklə onun axır sözünü gözləyirdim: tutulacaqdım, ya yox? İndi mənimçün bunu bilməkdən vacib şey yox idi.
— Görəsən araq tapa bilərik? — Axundov qəfildən soruşdu. "Keçi can hayında, qəssab piy axtarır" — fikirləşdim.


***
İzdihamlı küçədə yanaşı addımlayırdıq. Yolumuz "Üç qərənfil" kafesinə tərəf idi. Axundovun dediyinə gerə orda "ayaqüstü yüz-yüz atıb çıxacaqdıq".
Kafeyə çatar-çatmaz birdən ayaq saxlayıb hövsələsiz halda soruşdum:
— Yoldaş Axundov, məni tutacaqlar?!
0, cibindən siqaret çıxarıb alışdırdı, tələsmədən bir-iki qullab vurub dedi:
— Mən belə şeyin üstündə adam tutmazdım... İstəsələr sənə altı ay iş kəsərlər, istəsələr lap üç il də verə bilərlər. Bir il uslovnı da ala bilərsən. Hər şey hakimdən asılıdır...
— Deməli, məni mütləq cəzalandırmalıdırlar...
Üzümə baxmadan başını qaşıyaraq cavab verdi:
— Gərək sən vaxtında hərəkət eləyəydin, işin məhkəməyə düşməsinə yol verməyəydin... İndisə, vəzifəmiz — cəzanı yüngülləşdirməkdir...
Məhkəmə prosesindən qabaq bir hüquqşünasın dilindən bu qədər "cəza" sözü eşitmək məni bərk qorxutdu. Vahimə dolu ümidsizliklə mızıldandım:
— Bnlə çıxır ki, cəzalanmalıyam, vəssalam...
Axundov pivənin təsirindgn yaranmış nəvazişlə qoluma girdi, ağır-ağır addımlamağa başladıq.
— Bilirsən, — dedi, — çalışacağam ki, işini dağıtsınlar...
"Üç qərənfil" kafesində adama yüz qram araq içib üz tutduq "Beşmərtəbə"yə tərəf: orda ayrılmalıydıq. Axundov qarşıdakı məhkəmə prosesinin tam qələbəmizlə bitəcəyi haqqında elə inamla danışırdı ki, guya məhkəmədə vəkillik yox, sədrlik edəcəkdi. Kişi hüquqşünaslıq terminlərini sıx-sıx işlədərək künahsızlığımı incə dəlillərlə sübuta yetirdikdən sonra cinayət məsuliyyətindən azad ediləcəyimə artıq heç bir şəkk-şübhəm qalmadı. Vidalaşarkən ehtiyatla işarə etdi ki, işimə Fəhlələr Rayon Xalq Məhkəməsində baxılması təmizə çıxarılmağım üçün əlavə əngəlliklər törədə bilər. Səbəbini soruşduqda cavabı bu oldu:
— Bir vaxtlar məhkəmə sədri idim, sudyalıq eləyirdim. Fəhlələr rayonunun hakimlərindən çoxu mənimlə işləyib. Onları yaxşı tanıyıram: pulsuz, adamsız heç kəsi yaxın buraxmazlar... Sabah gələrsən, sənədləri aformit eyləyərik, kassaya şyot keçirərsən, rəsmi surətdə işə başlaram. Ən əslikarı görək hakimin kim olacaq. Amma sən fikir eləmə, mən hələ ölməmişəm.
— Bir vaxt hakim idin, bəs nəyə körə indi vəkilsən? — soruşdum. Dərindən bir ah çəkib boğazını çırtmaladı: "Buna görə..."
Sağollaşdıq. Yünkülvari səndirləyə-səndirləyə gedən vəkilin ardınca bir xeyli baxdım. Bu adam məni qazamat təhlükəsindən xilas etməliydi...


***
Həftədə bir-igi dəfə vəkillə körüşürdüm. Əvvəlcə "UAZ-"ımda ən çox sevdiyi "Üç qərənfil" kafesinə yollanır, orda hesabıma yüz-yüz əlli qram araq gillədib yüngülcə qəlyanaltı etdikdən sonra kördüyü işlər barədə qarşımda hesabat verməyə başlayırdı: "Filan yerə getdim, filan yerdən gəldim, filan məsələni araşdırdım, filan qədər xərcim çıxdı..." Hər belə hesabatdan sonra tutulmayacağıma inamım birə-on artdığından ölüm-zülüm qazandığım olan-olmaz beş-on manatımı onun cibinə basaraq: "Eybi yox, — deyirdim, — bu müsibəti başımdan rədd elə, hörməti öz yerində, böyük bir qonaqlığın da məndən!"

25 iyul.
Axundov Nuh əyyamındanqalma “Diplomat”ından bir dəst kağız çıxarıb qarşıma qoydu:
— Anuşun məhəllə oğlanlarının dedikləri düz çıxdı. “Qayınatan” (Samsona zarafatca belə deyirdi) səndən şikayət etdiyi kimi, keçən il Karen İşxanyan adlı birisindən də Şaumyan rayon prokurorluğuna şikayət eləmişdi. Budey, bu da o işin kopiyaları. Karen çanını yaxşı qurtardı...
— Samsonun arabasını təmir etdirsəydim, mən də yaxşı qurtarardım...
— Fikir eləmə, bütün bu faktlar sənin xeyrinədir. Hələ Anuşun ayağına döydürdüyü həmən o Karenin adı. Kor kor, gör gör, Samson — namus alverçisidir. Hakim kərək o qədər vicdansız, alçaq adam olsun ki, bütün bu dəlillərə əhəmiyyət verməyib sənə iş kəssin. — Vəkil içkidən xumarlanmış xırda közlərini məchul bir nöqtəyə zilləyərək xeyli fikrə ketdikdən son-ra mənalı-mənalı dedi: — Amma bir iş də var ki, düşərsən bir kopoyoğlunun əlinə, nə mən ölüm bilər, nə sən eləsən... E-eh, bu sistemdə can qoymuşam ey, can!...

27 iyul.
Daxmamın qapısının dəstəyinə kağız keçirilmişdi. Çıxa-rıb baxdım. İyulun 30-u Fəhlələr rayon Xalq Məhkəməsində hakim Əlimərdanov Millət Vətən oğlunun yanında olmalıydım.

30 iyul.
Çağırış vərəqəsini Axundova köstərib qorxa-qorxa soruşdum:
— Hakimin yanına getsəm, görəsən tutmazlar ki?
Kağızı alıb baxdıqdan sonra sakit-sakit dedi:
— Qorxma, bu hələ məhkəmə deyil. Abvinitelni listivi — ittihamnaməni verəcəklər sənə. Hakimini də tanıyıram, bir ayağı yoxdur, frontda itirib. Özü də demaqoqun biridir. On il əvvəl bir yerdə işləmişik. Yaxşı, sən indi get ittihamnaməni al, mən abeddən sonra dəyərəm ona Görüm nə istəyir, nə istəmir, — barmağını barmağına sürtdü, — "dərdi" nədir... Düzdür, mənimlə o qədər də arası yoxdur, amma yenə dö işarəmi elərəm, gerüm nə qiymət oxuyacaq...
— Pul söhbəti eyləmə, lazım deyil. Özün bilirsən ki, imkanım olsaydı, heç iş gəlib məhkəməyə də çıxmazdı.
— İndi ki, gəlib çıxıb, fikirləşməlisən ş, neyləmək lazımdır. Yəni evdəkilər iki-üç min tapmayacaqlar səninçün? Vallah, tərtəmiz qurtarardın bu zibildən...
— Evdəkilərin iki qara qəpiyləri də yoxdur! İstəmirəm ki, hoqqalarımdan xəbər tutub qapı-qapı düşərək bir fərsiz övladdan ötrü dilənsinlər. Sonra da mənə körə borclu olduğları adamın qabağında gözükölkəli kəzsinlər. Mənim heç bir künahım yoxdur! Elə məhkəmədə də günahsızlığım — silahım olacaq!
— Bəh, bəh, bəh, lap kinolardakı kimi danışırsan!.. Ay-hay!
Bu yerdə qəfildən ağzımdan çıxdı ki, əgər tutulacağamsa, daha səni neyləyirəm, ay Axundov?!. Dediyimə peşiman oldum, bu sözlər Axundovu pərt edə bilərdi.
— Mənsiz işin şuluq olar... — haçandan-haçana incik səslə dilləndi. — Mən olmasam... onda tutula bilərsən... O ki, qaldı düzlüyə, insafa, insanlığa... elə şeyləri kitablarda, kinolarda görə bilərsən...

***
Sir-sifətindən zəhrimar yağan hakim Əlimərdanov məni çox soyuq qarşıladı. Çağırış kağızını qarşısına qoyub gəlişimin məqsədini bildirən kimi başını qarşısındakı qalaq-qalaq qovluqlardan — cinayət işlərindən ayırıb zəhmli gözlərini qəzəblə üzümə zillədi:. — Azadzadə?! Hə, Azadzadə! Bu vaxtacan hardaydın? — Heç nə başa düşmədiyimdən təəccüblə ona baxıb nə deyəcəyimi fikrimdə götür-qoy edirdim ki, fasilə belə vermədən dalbadal üstümə suallar yağdırdı: — Niyə bir gəlib işinlə maraqlanmamısan? Atan, anan yoxdu bəyəm? Soruşublar ki, a bala, bu nə qəziyyədir başına kəlib, məhkəmən harda olacaq, hakimin kimdir? Yoxsa taleyin heç onların vecinə deyil? Bəlkə elə fikirləşirlər ki, hakimi görməmək də olar?.. Yoxsa onlar elə bilirlər məhkəmə — uşaq bağçasıdır, balaca qulaqburması verəcəklər, vəssalam?!
Özümə gəlməyə macal tapmamış makinədə çap olunmuş beş-altı vərəq kağıszı acıqla mənə uzatdı:
— Al görək, ittihamnaməndir! Bu jurnala da imza at. — Sonra heç üzümə də baxmadan cinli-cinli dilləndi: Yeri ket məhkəməni közlə! — İttihamnaməni əlimdə burmalayıb otaqdan çıxarkən kinayəylə dedi: Balışının üstünə bir balış da qoyub rahat yat... Mən sizə məhkəməni saymamağı göstərərəm...
Məhkəmənin binasından islanmış cücə kimi çıxıb Axundovun yanına yollandım. Hakimin eyhamlarının, işarələrinin, kinayəsinin mənasını ondan yaxşı bilən olmazdı.
Neçə il birlikdə işlədiyi Əlimərdanovu pis tanımayan vəkil məni dinlədikdən sonra baş barmağını nikotindən sapsarı saralmış şəhadət barmaqına sürtərək dedi:
— Kişini "görməmisiz", ona görə də hirslənib...


10 avqust.
Küçəmizdə rastlaşdığım poçtolyon mənə "çağırış kağızı" verdi. Avqustun 17-si Fəhlələr rayon Xalq Məhkəməsində işimə baxılacaqdı. Hə, mənimki indi ancaq Allaha qalmışdı. Xudavəndi-aləmin Əlimərdanovun ürəyində mərhəmət hissi oyadacağı ümidiylə bu bir həftəni başa vurmalıydım. Məhkəməni "görməməyin" nə demək olduğunu mənə göstərəcəyilə hədələyən hakim, doğrudanmı pulsuz, adamsız, künahsız azərbaycanlısına rəhm etməyəcəkdi?

Ay kasıb, sən yoxkən dərdin hazırdı,
Atən evlənən kün — "məhkəmən" idi...
Cır-cındır yataqda hökmün "yazıldı"...
Cəzandır bu yoxsul ömrün, çək indi!

Səni zindanlarla qorxudur həyat,
Nədir itirdiyin? Bir quru candır.
Onsuz da bu dünya nəhənk qazamat,
Darısqal daxmansa ilk kamerandır!..


14 avqust.
Ondan borc istədiyim gündən qeyb olmuş Ülfi daxmama gəlmişdi. Xoş-beş, on beşdən sonra şən-şən dedi:
— Çay-çörək lazım deyil, gəldim ayaqüstü dəyəm sənə. Balam, günə-aya denmüsən, haralardasan? Heç maraqlanmırsan bu Ülfi dostum neyləyir, neyləməyir. — Bu sözləri mən ona deməkdənsə, o, mənə deyirdi. Heyrətdən lap matım qurumuşdu. Sonra dal-badal yağdırdığı suallarla məni daşqalaq etdi: — Hə, nə var, nə yox?! Necəsən? Lişni kefün necədir ey? Yaxşı yadıma düşdü, işün nə yerdə qaldı? Genə prakuratoriyaya çağırırlar, ya yox? Müstəntiqin nə deyir? — Heç ağzımı açmağa macal tapma-mış bir anın içində söhbəti fırladıb öz üstünə gətirdi. — Mənim də ki, başım qarışıqdır. Səhərdən-axşamaçan ora-bura, ora-bura, — əlini piyli qarnının üstünə qoyaraq: — lap əldən düşmüşəm, — dedi. — O kün olsun başuva gəlsin, gələn həftə evlənirəm axı, toyumdur! — Xoşbəxtlikdən közləri qığılcımlar saçan Ülfi cibindən dəvətnamə çıxarıb mənə uzatdı: — Subaylarıvuzdan görəsiz!
Dəvətnaməni alıb:
— Çox mübarək, oğullu-qızlı olasan! — demişdim ki, boynuma sarılıb yaş dodaqlarıyla üzümü öpüşlərə qərq etdi: — Səndən görək, səndən görək! Yaxşı, balam, nə vaxt tərpənəcəksən, yaş ötür axı?!
Ona bu yaxınlarda yazdığım bir şeirimlə cavab vermək qərarına kəldim:

"Evlən" dedin, bu doğru,
Kəsim səninçün toğlu.
A rəhmətliyin oğlu,
Kimdi mənə qız verən?!

Qoy hər yerdə deyilsin,
Subaylığım deyil sirr:
Bir həsirəm, bir yesir,
Kimdi mənə qız verən?!

Düş qapı-qapı, sına:
Ket qırçı qapısına...
Çırparlar, qapı sınar...
Kimdi mənə qız verən?!

Heç nə başa düşməyən Üdfi oxuduğumu meyxana sanıb həvəslə çırtma çalmağa başladı.

Nəyə lazım bu qılıq,
Baş-beynimi etmə dığ,
Bir eybim var — kasıblıq...
Kimdi mənə qız verən?!.

— Mən ölüm, zakonnu qəzəldir, qədeş! Amma xeyri nədir? Özün deyib, özün də eşidirsən...
Tələsdiyindən çölə çıxdıq. Par-par parlayan maşınının yan-yörəsinə keçib salamat olduğunu gördükdən sonra sakitləşdi. Yazıq, bayaqdan daxmamda mənimlə söhbət edirdisə də, nikaran ürəyi burdaydı — "Jiquli"sinin yanında.
— Hə, qədeş, onu deyirəm də, kecə-gündüz əl-ayaqdayam, bir xor dincliyim yoxdur. — Ülfi adəti üzrə yenə dil boğaza qoymurdu. — Hələ iki yüz dənəyəcən paketim qalıb, üç-dörd günə paylayıb qurtarmalıyam. Ayın on doqquzu səhər tezdən gərək bizdə olasan. Mən də toyunda qulluq elərəm. Bəs dost dosta nə gündə gərəkdir, qədeş? Amma fısqırıq toy olacaq ey, fısqırıq! Paxıllıqdan Burnuyırtıqgilin ürəyi partlayacaq!
Ülfinin çənəsinin qızışdığını görüb yüngülcə maşınına söykəndim. Ayaq üstə dirək kimi durub onun intəhasız monoloqunu dinləmək asan iş deyildi.
— Söykənmə, qədeş, kapot əyilər — ehmalca qolumdan tutub məni maşınından araladı. Əvvəlcə pərt oldum, axı nə çəkim vardı ki, bu qalınlıqda dəmiri əyəydim də, sonra ürəyimdə dostumun hərəkətinə haqq qazandırdım: "Güc deyil ki, kişi maşınını məndən çox istəyir də!.."
— Hə, qədeş, çalış elə on səkkizi dəy bizə. Maşınınla kələ bilsəydin lap yaxşı olardı. Kalan iş var. Gedib ustol-ustulçun prakata dəyməliyik, hələ araq, mineralnı şüşələrini daşımaq...
— Ülfi, mənim xeyir işim səninkindən qabaqdır axı!.. — deyə cibimdən "çağırış kağızı"nı çıxarıb ona uzatdım. Ülfi kağızın ora-burasına baxıb bir şey anlamadı:
— Bu nədir belə?
— Dəvətnamədir, — dedim. — Ayın on yeddisi "toyumdur". Oxu: səhər saat onda. Toy, Fəhlələr Rayon Xalq Məhkəməsinin binasında olacaq. Gəlib tamaşa edə bilərsən...
Məsələnin nə yerdə olduğu indi Ülfiyə çatdı. Əlində tutduğu "çağırış kağızı"na bir xeyli küt-küt baxıb məyus səslə dilləndi: — Gör a, axır ki, suda verdilər səni...
— Yaxşı, zarafat bir yana, — dedim, — əgər tutulmasam gələrəm.
0:
— Eh, mən də elə bildim on səkkizi-on doqquzu maşınla gəlib bizə kömək edəcəksən. Maşının lap yerinə düşərdi... — heyif... — İndi gərək nə qədər xərc çəkib bir qruzavoy tutam...
— Yəqin qismət beləymiş...
— Neylək, qədeş, şəhərdə maşından çox maşın var, amma bir ətək pulum gedəcək küləyin ağzına, — deyə heyfsiləndi. Bir zaman kəsdiyimiz duz-çörək xatirinə dilucu mənə xeyli ürək-dirək verəndən sonra işinin çoxluğunu bəhanə edib, par-par parıldayan qəttəzə maşınını "xoddayıb" gözdən itdi...


***
Daxmamın qapısını örtüb, stolun üstünə tökdüyüm qalaq-qalaq əlyazmalarımı eşələyidim ki, qəfildən qapı açıldı və tanımadığım yaşlı bir kəndçi qadın əlində... aftava(!) içəri girmək istədi. Bir ayağı artıq daxmamın içində olan bu qadın sınıq-salxaq taxta döşəməyə sərilmiş cındır palazı körüb başını qaldırdı, əvvəlcə mənə, sonrasa qabağımdakı vərəqlərə, divana, dam-divara heyrətlə baxaraq tələsik geri çəkildi.
— Bağışla, qadan alım, elə bildim...
Dəhşət içində quruyub qaldım. Damarlarımdakı qan şiddətlə üzümə vurdu. Hiss etdim ki, xəcalətdən qıp-qırmızı qızarmışam. Qələm də taqətsiz barmaqlarım arasından sürüşüb yerə düşdü. Hələ də təəccüb hissindən tam ayrılmamış qadın pərt-pərt üzürxahlıq elədi:
— Qadan alım, a bala, qonağam, qonşunuz Dünyamalının anasıyam. Qərib adamam bu həyətdə. Ayaqyolunuz hardadır?
Güclə bu sözləri deyə bildim:
— Həyətin girəcəyindədir. Darvazanın yanında... göy qapı...
Qadın təəssüflə başını bulaya-bulaya gedən kimi əvvəlcə ürəyimdə kirənişin tələbə Dünyamalını o ki var söydüm: yanına qonaq kəlmiş anasına ayaqyolunu göstərmədiyindən bu qərib arvad aftavayla xalxın evinə girir. Sonra fikirləşib Dünyamalının halına acıdım.
"Burnuyırtıq" adlandırdığı kasıb qonşularının darısqal evlərinə "zaxod" deyə rişğəndlə hırıldayan Ülfi daxmama girən əli aftavalı qadını görsəydi, görəsən heç xəcalət çəkəcəkdimi ki, əslində qonşularına deyil, öz dostuna gülürdü?!.
Buyur, indi gedib Samson gavur balasını inandır ki, böhtanlayıb iki min manat tələb etdiyin adam var-dövlət içində üzən bəyzadə yox, daxması ayaqyoluna oxşadılan müflis oğlu müflisdir!..
Qarşıma səpələnmiş əlyazmalarıma ikrahla baxıb düşündüm ki, on il sərasər qaraladığım bu vərəqlərin mağazalarda satılan "tualet kağızlarından" körəsən fərqi nədir?..
Qəhərdən boğulur, ağlamaqdan özümü güclə sağlayırdım. Bədbəxtlik içində qovrulan qəlbimdən indi mənə zibil təpəcikləri kimi körünən bu yığın-yığın kağızlara od vurub daxmaqarışıq yandırmaq istəyi keçirdi!

Göz açandan dərd qoşunu
Qabağımda çəkibdi səf.
Lap başımı itirmişəm,
lə dolaşıb ki, kələf.

Bir ömrüm var — var-yox budur!
Onu da ki; illər udur...
Kasıbçılıq qəm oxudur,
Edib ürəyimi hədəf.

Bədnam olan pak adındır,
İstədiyin qız yadındır.
Bəxt — fahişə bir qadındır,
Meyli pullulara tərəf!..



16 avqust.
Valideynlərimə artıq hər şeyi danışmışdım. Macəralarımı eşidən anamın əvvəlcə dili tutulmuş, haçandan-haçana bir balaca özünə gələn kimi: "Vay, evim yıxıldı!" - deyə şivən qoparmışdı. Qanı qaralmış atamsa xeyli acı-acı fikirləşdikdən sonra düz gözümün içinə demişdi: "Ölüsü iki ilin var!".. Bir vaxt qazamat çəkmiş bu adam Cinayət məcəlləsini əzbər bilirdi. Məhəllədən biri tutulan kimi uzaqgörənliklə bildirirdi: "Filankəsə filan qədər iş kəsəcəklər!" Qəribəsi bu idi ki, həmişə də o deyən olurdu!
"Ölüsü iki ilin var" sözlərini eşidən anamın qol-qanadı sınıb yanına düşmüşdü: "Dilün qurusun, ay ilanvurmuş, bəd fal açma!.."
Sonra həyəcanla vurnuxmuşdular: evdən nə satmaq, borcdan ötrü kimin qapısını deymək?!. Hər yerdən əlləri üzülmüş bu yazıqların nə satılmalı bir şeyləri, nə də qapısını döyməli bir adamları vardı.
— Elə indi gedib nənövə xəbər eylərəm!.. — Anamın son güman yeri anasıydı. Bu avam arvada elə gəlirdi ki, Sovet məhkəməsi Sovet dövləti uğrunda davada iki oğul itirmiş nənəmi görən kimi cinayət işimə xitam verib mənə bəraət qazandıracaqdı. Yəni kommunist hakim kommunist sistemindən etrü öz qanlarını axıtmış, canlarını qurban vermiş iki ikidin bacısı oğlunu əfv etməyəçəkdi?!.
Arvadının sadəlövhlüyünə gülməyi tutmuş atam kinayə ilə demişdi:
— Pa... — sudyanın kitabı bağlandı ki!..


17 avqust.
Qədim, cırıldayan divanımda uzanıb çürük taxta-şalbanları körünən çılpaq tavana tamaşa edə-edə, Ülfinin təkidiylə hələ mart ayında ayrıldığım, dünən axşamüstü işinə gedib yenidən tapdığım Solmazı düşünürdüm...

***
...Nizami adınə parka yollanıb xəlvət skamyaların birində əyləşərək dərdləşdik.
“İki min nə olan puldur ki, onun üstündə adam da tutula?! — deyə heyrətləndi. — Evdə nəki qızıl-mızılımız, xrustallarımız var, hamısını lambarda qoyub verrəm sənə, qurtar özünü!”
Mən onun zil qara közlərinin düz içinə baxaraq bu sözləri sidq-ürəkdən söylədiyinə əmin oldum. Lakin daha gec idi.
“Qədeş, qırıl ondan, uşağa qalıb-elər, salar səni zibilə!.." Ülfi, kaş sənə qulaq asmayıb "qırılmayaydım" Solmazdan, kaş elə onun "zibilinə" düşəydim, indi bəlkə də heç Haykanuş dəyyus qızıyla rastlaşmazdım da...
...Dodaqlarımdakı, əllərimdəki xoş kiziltiylə kecə şəhərdən qayıdıb daxmama kirən kimi qorxumdan işıqları da yandırmamışdım ki, atamgil evdə olduğumu körüb üstümə tökülüşəçək, mənasız ittihamlarla, boş mübahisələrlə, qanqaraldan ah-vaylarla səhərəcən zəhlemi apararaq, onsuz da inamsız, ümidsiz ürəyimi bədbinliklə yükləyəcəkdilər.

***
Sübhəcən yuxum ərşə çəkildi. Kirpiklərimdən dəyirman daşı asıldığı bir vaxtda — məhkəmənin başlanmasına bir saat qalmış anamla nənəm şaxsey-vaxseylə içəri girdilər. Sanki ölüm xəbərimi eşitmişdilər. Bir azdan atam kəlib "camaat eşidər, eyibdir!" — deyə onları sakitləşdirməsəydi, bu bədbəxt arvadlar yəqin ki, fəryadlarıyla bütün məhəlləni tamaşaya yığacaqdılar.
— Neylək, nənə qurban, sudyaya deyərsən ki, alıram o qızı, yaxandan əl çəkərlər! Bir-iki ay saxlayıb, sonra…
Atam qayınanasının avamlığına acı-acı küldü:
— Ay arvad, sud ZAQS döyül...

***
...Allah, Məhəmməd, ya Əli!
Məndən ötrü Samsonla Anuşa yalvarmasınlar deyə, yolda anamla nənəmi vəkilin hədəsiylə qorxutdum: "Məhkəmədə qızgilə yaxınlaşmayasız, işim ağırlaşar..."
Atam Axundovla tez dostlaşdı. Artıq bir-iki dəqiqəlik xosunlaşmadan sonra yaxınlıqdakı kafeyə yollanıb boğazlarını yaşlamaqdan ötrü kirəvə axtarırdılar. Anamla nənəm arxala-rın bizə çevirib bir qıraqda durmuş Samsonla Anuşu yalvarış dolu baxışlarla süzərək, gözlərilə onlardan imdad diləyirdilər. Mənsə ürəyimdə məhkəmədəki nitqimi məşq edirdim...
Dəhlizin sonunda taxta döşəməyə dəyib taqqıldayan qoltuq ağaclarının səsi eşidildi.
— Aha, sudya gəlir! — Axundov pıçıldadı.
Hamı həyəcanla hakimə tərəf baxdı. Onun sağ ayağı dizdən aşağı yox idi, Qoltuq ağaclarını özündən bir addım irəlidə taqqıltıyla döşəməyə vurub, iri gövdəsinin ağırlığını bu taxta dayaqların üstünə salaraq, yerdən azacıq üzülən sol ayağını "kastellərinin" ardınca sürüyürdü. hakimin arxasınca əlində iri bir qovluq tutmuş cavan oğlan (yəqin katib idi), kostyumlu kişi və orta yaşlı qadın təmkinlə, ağır-ağır gəlirdilər.
Hakimin yaxınlaşdığını görən Samson yüksək rütbəli zabitlə rastlaşan sıravi əskərtək tələsik köynəyinin yaxasını boğazına qədər düymələyib farağat dayandı:
— Salam, tavariş xakim! — dedi, sonra məhkəmə iclasçılarının ardınca baxa-baxa güllü cib dəsmalını çıxarıb iri daz başını, yoğun peysərinin tərini silməyə başladı.
Anamla nənəm yalvarıcı baxışlarını hakimdən çəkmədən qorxa-qorxa dilləndilər:
— Salam, yoldaş sudya!
Anam yaltaqlandı: "Allah çanıvu sağ eləsin, yoldaş sudya! Allah balalarıvu saxlasın, yoldaş sudya! Allah bizim ömrümüzdən kəsib onların ömrünə calasın, ay yoldaş sudya! Allah-taala..."
Atam qəzəblə arvadına açıqlandı:
— Kəs də, ay yaltaq!
Burda dünya başıma hərləndi. Əlimi divara dayaq etməsəydim, yəqin ki, üzüquylu yerə tirtab sərilib hönkür-hönkür ağlayacaqdım. Axı bu nə oyun idi mən bu binəvaların başına kətirdim?! Axı niyə bu bədbəxt arvadlar öz daxmalarında oturub kasıbçılıqlarının dərdini çəkməkdənsə, çamaatın heç quru salamını da almağı özünə rəva bilməyən "xalq hakimi"nə yaltaqlanmalıydılar?!
Yer aralansaydı xəçalətimdən yerə girərdim. Mənə elə gəlirdi ki, nənəmin "iki çavan-çavan oğlum davaya gedib-gəlmədilər" deməyə məcbur etməklə şəhid dayılarımın müqəddəs ruhlarını təhqir etmişdim...
Bu ixtiyar arvadın səsindəki yalvarışın təsirindənmi, ayağını bəlkə də cəbhədə itirdiyinə görə "dava" sözünü eşitdiyindənmi, nədənsə, yalnız bu zaman hakim çiyni üstündən ötəri olaraq mənə baxdı. Onun gözlərində mərhəmət axtardım. "Belə yalvararsız-a!" Taleyim əlində olan adamın baxışlarındakı ifadənin mənası bu idi. Bəlkə də mənə elə kəlirdi...
Axundov kabinetin üzümüzə çırpılan meşin qapısına baxıb mənalı-mənalı dedi:
— Kişinin nastroyenisi yoxdur... — Sonra pıçıldadı: — İki min atsaydız ağzına, işə xətm verərdi. O gün özü mənə işarə elədi... Dedim kasıb adamdılar, qayıtdı ki, elə mən də kasıbam...
Samsongilə yaxınlaşıb üzümü Anuşa tutdum:
— Səndən bir xahişim var.
— Heç bir xahiş-zad yoxdur, — əvəzinə atası acıqlı-acıqlı cavab verdi.
Anuş:
— Ata, işin olmasın, — deyib həyəcanla mənə baxdı: — Nə istəyirsən?
— Ancaq bir şey, — dedim, — həqiqət! İndi məhkəmə başlanacaq. Ancaq düzünü de. Vəssalam!
Anuş qorxa-qorxa soruşdu:
— Düzünü danışsam məni tutmazlar ki?!
Samsonun gözləri kəlləsinə çıxdı:
— Sən nə danışırsan, it qızı?! Adamın lap atasını yandırarlar. İkimizi də tutarlar. İstintaqda nə yazmısan onu da danışarsan!
Bu qızda deyəsən vicdana oxşar bir şey baş qaldırmışdı. Amma o, hələ də atasının təsirindən qopa bilmirdi, buna görə də tərəddüd edirdi.
— Anuş, qorxma, — dedim, — qız xaylağısan, sənə heç nə etməyəcəklər.
Samson dəli oldu:
— Ara, bu nə danışır, ara?!
Anuşun yaşarmış gözlərinin içinə baxdım, ürəyimin dərinliklərində ümid qığılcımı parladı: o, mənim halıma acıyırdı.

***
Meşin qapı açıldı və katib məni, vəkili, Samsonla Anuşu içəri dəvət etdi. Canına vəlvələ düşmüş nənəm tələm-tələsik əlini başıma çəkdi: "Allah köməyin olsun, ay bala!" Arxadan anamın qəhərdən boğulan səsini eşitdim: "Sən özün bu balama kömək ol, ya Həzrət Abbas!.."
Küncdəki stulda yer köstərdilər, əyləşdim. Katib qapını örtüb öz balaca stolu arxasında oturdu. Onun təkcə stolu yox, boyu da, qələmi də, vəzifəsi də balaca idi; o da mənimtək, Samsontək, Anuştək, elə Axundovtək bəşəriyyətin bəlkə də yarısından çoxunu təşkil edən milyardlarla balaca adamlardan biri idi. Xəcalətdən, künahsız ola-ola günahda ittiham olunduğumdan, daxili sarsıntıdan sanki yumağa dönmüşdüm. Üzərinə od rəngli qırmızı parça çəkilmiş iri stolun arxasında iki məhkəmə iclasçısının arasında oturmuş hakim bəlkə də elə buna görə — bu an dünyada ən köməksiz, ən balaca adam olduğuma görə nəzərimdə nəhəng üçbaşlı əjdahaya bənzəyirdi.
0, qovluğa sancılmış kağızları tələsmədən, barmaqlarının ucunu yaşlamadan vərəqlədiyindən xışıltısı sükutu pozub ətimi ürpəşdirirdi. Axır ki, əlində tutduğu kağız parçasını oxumağa başladı:
— Bu gün on yeddisi avqust min doqquz yüz yetmiş doqquzuncu il Bakı şəhərinin Fəhlələr Rayon Xalq Məhkəməsi tərəfindən Azərbayçan SSR Cinayət məcəlləsinin yüz on birinçi maddəsinin birinci bəndiylə ittiham olunan 1955-ci ildə Bakı şəharində doğulmuş, "Kolxoztikinti" baş idarəsində sürücü işləyən vətəndaş Azadzadə Azad Xəyal oğlunun cinayət işinə baxılır. Məhkəmə heyəti: xalq hakimi Əlimərdanov Millət Vətən oğlu, məhkəmə iclasçıları: Məmmədova Svetlana Rəşid qızı, Göyüşov Qeyrət Xudu oğlu, katib — Salamov Balacabəy Böyükxan oğlu. — Sonra kağızı qovluğa qoyub üzünü mənə tutdu: — Müttəhim, özünü təqdim elə.
Ayağa qalxıb:
— Azadzadə Azad Xəyal oğlu, — dedim və elə bil qəfildən dərin letarkiya yuxusundan oyandım. Birdən mənə elə gəldi ki, mən mən deyiləm: bu baş, bu əllər, bu ayaqlar, bu bədən mənim deyil, Azad adlı bir oğlanındı; guya bu vaxta qədər mən olmamışdım və birdən-birə hansı bir közəkörünməz qüvvə məni hardansa gətirib bu dar qəfəsə — mənim olmayan bu başın, bu bədənin içinə dürtüb, indən belə Azad adlı bir adamın əvəzinə yaşamağa, onun etdiyi səhvlərin, axmaqlıqların cəzasını çəkməyə məhkum etmişdi. Sanki mənə xəbərim olmadan özgəsinin pal-paltarını geyindirmişdilər. Nə qədər etdimsə də, bu cansıxıcı qəlibdən — mənim olmayan bu başın, bu bədənin içindən qopub çıxa bilmədim ki bilmədim.
— Müttəhim Azadzadə, təkrar edirəm, — hakimin əsəbi səsi indi-indi gəlib mənə çatdı — məhgəmənin bu heyətdə işinə baxmağına etirazın yoxdur ki?!
Fikirləşmədən:
— Yoxdur, — dedim və Axundova, Samsona, Anuşa, bütün otaqdakılara mat-mat baxaraq özümü uzaq, yad bir dünyada hiss edirdim.
Yenə də hakimin qəzəbli səsi eşidildi:
— A bala, ağır eşidirsən? Səninləyəm! Yaşı on altıya çatmamış qızla cinsi əlaqəyə kirməkdə ittiham olunub Azərbaycan SSR-i Cinayət məcəlləsinin yüz on birinci maddəsinin birinci bəndiylə müqəssir bilinirsən. Məhkəməyə nə ifadə verə bilərsən? Əvvəlcədən xəbərdarlıq edirəm, yaddan çıxarma ki, yalan ifadəyə görə məsuliyyət daşıyacaqsan.
Bayaqdan bəri baş-beynimə çökmüş duman yavaş-yavaş seyrəldikcə, düşdüyüm anlaşılmaz, qəribə haldan — özümü özümdə, öz bədənimin içində yad sanmaq hissindən tədricən ayrılırdım.
— Müttəhim, məhkəmə sənin qısa, konkret ifadəni közləyir! Bir ayağıyla uçurumun kənarında duran mən, başıma gələnləri bitdə-bitdə, olduğu şəkildə danışaraq, künahsızlığıma heç kəsdə şəkk-şübhə belə qalmayacağına uşaq kimi ümid edirdim.
Heç üçcə dəqiqə keçməyən monoloqumun bitdiyini görən hakim, nəhayət, rahatca nəfəs alıb rusca Anuşa müraciət etdi:
— Zərərçəkmiş Ambarsumyan Haykanuş Samsonovna, məhkəməyə nə ifadə verə bilərsən?
Anuş bir mənə baxdı, bir də hakimə, başını aşağı dikib dinmədi. Nədənsə tələsən, darıxan hakim səsinin tonunu ucaltdı:
— Zərərçəkmiş Haykanuş, səninləyəm, məhkəməyə nə ifadə verə bilərsən? Başını qaldırıb cavab ver. Bura uşaq bağçası deyil. — Səsinin zəhmindən qızın qorxduğunu körüb yumşaq-yumşaq dedi: — Qızım, tələsmədən hər şeyi olduğu kimi danış. Səni gözləyirik, bala, başla görək.
Anuş hakimin süni mülayimliyindən ürəklənib mənimlə keçirdiyi o lənətəgəlmiş bir günü hıqqana-hıqqana təsvir eləməyə başladı. Samson qızının indiki ifadəsinin istintaqda yazdığı ifadədən tam fərqləndiyini görüb dəli kimi oldu:
— Anuşcan, matağa, sən nə danışırsan?! Elə onu istəyirsən ki, səni də tutsunlar?.. — Samson imdad diləyən baxışlarını məhkəmə iclasçılarına tərəf yönəldib: — Yoldaşlar, böhtandır, — dedi, — qızıma təzyiq göstərilib. Azad dəhlizdə qızıma yaxınlaşıb onu öldürəcəyilə hədələmişdi.
Anuş közlənilmədən çığırdı:
— Yox, ata, mən düzünü deyirəm! — Sonra başını aşağı dikib əlləriylə üzünü qapayan kimi hakim sorğu-suala başladı.
— Zərərçəkmiş Haykanuş, bəs niyə istintaqa başqa ifadə vermisən?
— Qorxurdum.
— Kimdən?
— Səndən soruşuram: kimdən qorxurdun?
— Atamdan.
— Tovariş sudya, bu uşax...
— Vətəndaş Ambarsumyan, susun, sizə sual verən yoxdur! İcazəsiz danışmağı sizə qadağan edirəm!
Və təzədən sorğu-sualı davam etdirdi:
— Zərərçəkmiş Haykanuş, deməli istintaqda verdiyin yazılı ifadənin əksinə olaraq indi bildirirsən ki, evdən qaçdığın bir həftə ərzində Azadla olmamısan, hə?
— Bəli.
— Müttəhimlə neçə gün olmusan?
— Bir gün... axırıncı gün... Ertəsi kün məni evə gətirdi.
— 0, səni evə gətirməsəydi qayıdan deyildin?
— Bilmirəm.
— Tez-tez evdən gedirsən?
— Hərdənbir, atam döyəndə...
— Tovariş sudya... — Samson zingildədi.
— Susun!
Kabineta dərin sükut çökdü. Sükutu keynəyinin yaxasından, qoltuqlarının altından su kimi tər axan Samsonun fısıltısı pozurdu. Elə bil onun daz başına bir vedrə su tökmüşdülər. Güllü cib yaylığıyla islanmış kəlləsini, piydən qat bağlamış peysərini həyəcanla qurulayaraq tərs-tərs qızına baxırdı. Fikirləşdim ki, deyəsən Anuş bu axşam da döyülüb evdən qaçmalı olacaq...
— Yoldaş xalq hakimi, mənim kefçəkmişə... tfu, bağışlayın, zərərçəkmişə sualım var. — Axır ki, vəkilim dilləndi, hakim icazə verən kimi, blaknotunu açıb qələmini hazır tutaraq eynəyinin şüşələri arxasında bir az iri, bərəlmiş görünən gözlərini Anuşa zillədi. — Anuş xanım, zəhmət olmasa de körək evdən qaçdığın bir həftə ərzində, yəni Azadla tanış olan künə qədər haralarda idin?
Anuş daxilən sarsılmışdı. Əlləri, çiyinləri, dodaqları xəfifcə titrəyirdi. Yaşarmış gözlərilə üzümə xeyli baxdı. Mənim yazıqlıq yağan görkəmimdönmi ürəyi yumşalıb rəhmə gəldi, yoxsa içində.— hardasa qəlbinin dərinliklərində vicdan deyilən şey baş qaldırdı, — bilmirəm, yalnız onu gördüm ki, vəkil öz sualını bir də təkrarlayan kimi, bu qız gözlənilməz cəsarətlə birnəfəsə dedi:
— Vağzalda! Küçələrdə! Orda-burda!..
— Aha! — Axuidovun közləri parladı. — Danış görək vağzalda, küçələrdə, "orda-burda" neyləyirdin!..
— Bunun məhkəməyə dəxli yoxdur! — Hakim dedi.
— Dəxli var! Bu o deməkdir ki...
— Yoldaş Axundov! — Hakim az qala özündən çıxacaqdı. — İşlə əlaqədar konkret suallarını ver.
— Olsun, — deyə vəkil gözlərini Samsonun pörtmüş sifətinə zillədi. — İndi sizə sualım var, vətəndaş Ambarsumyan. Niyə körə qızınız evdən qaçdıqdan dərhal sonra yox, məhz o, evə qayıdandan, daha doğrusu qaytarılandan beş kün sonra prokurorluğa şikayət etmisiz? Bu beş gün nəyinizə gərək idi? Tərəddüd edirdinizmi? Müttəhimə möhlət vermişdinizmi?.. Yoxsa...
Samson özünü itirdiyindən çaş-baş qalmışdı. Kəkələyə-kəkələyə dedi:
— Gərək şikayət etməyəydim, hə?
— Niyə ki? Qızı yoxa çıxan ata dərhal milis şöbəsinə xəbər edər. Balanız bir həftə itmişdi — susurdunuz... qayıtdı — susdunuz... Beş kündən sonrasa — şikayət. Bəlkə o, bir ay qayıtmayaydı, dinməyəcəkdiniz? Niyə görə qızınız evə qaytarıldıqdan, təkrar edirəm, müttəhim tərəfindən qaytarıldıqdan beş gün sonra prokurorluğa şikayət etdiniz? Axı...
Hakim hövsələsiz halda vəkilin sözünü ağzında qoydu:
— Axundov., məhkəməni mətləbdən uzaqlaşdırma!
Hakim tərəfindən susdurulan vəkil elə yazıq-yazıq üzümə baxdı ki, ürəyimdə özümdən çox onun halına acıdım və elə burdaca başa düşdüm ki, məhkəmədə qələbə çalan vəkilləri ancaq sovet filmlərində görmək olar.
Axundov taəssüflə köksünü ötürüb üst dişləriylə alt dodağını kəmirə-gəmirə yenidən Samsona müraciət etdi:
— Vətəndaş Ambarsumyan, siz Kareni tanıyırsınızmı? Karen İşxanyanı deyirəm.
Samson pomidor kimi qıp-qırmızı qızarıb təzədən qan-tər içində oldu.
— K... k... Karen kimdir? İlk dəfədir eşidirəm.
Hakim təəccüblə soruşdu:
— Karenin bura nə dəxli var?
— Dəxli var, möhtərəm hakim. Məsələ ondadır ki, vətəndaş Ambarsumyan Samson Vazgenoviç tərəfindən keçən il Şaumyan Rayon Daxili İşlər Şöbəsinə şikayət ərizəsi daxil olmuşdu. Ərizədə vətəndaş Ambarsumyan şikayət edirdi ki, — Axundov eynəyini taxıb vərəqlədiyi bloknotunda axtardığı yeri tapdı, — qonşuluqlarında yaşayan İşxanyan Karen Mkrtıçoviç onun azyaşlı qızını yoldan çıxarıb ez evlərinə aparmış və qızla cinsi əlaqədə olmuşdur.
Kabinetdə canlanma yarandı. Samsonun güllü yaylığı təzədən işə düşdü.
— Qrajdanin sudya, o iş çoxdan bağlanıb. — Samsonun həyəcandan səsi titrəyirdi, dili də topux çalırdı. — Sübut olunub ki, Karenin günahı yox imiş. Bunu ekspertiza da təsdiqləyib...
Hakim acıqlı-acıqlı dilləndi:
— Yoldaş Axundov, çoxdan bağlanmış bir işi qurdalamağın nə mənası?
— Mənası odur ki, Ambarsumyan hər il bir oğlanı məhkəməyə verəcək...
— O iş çoxdan bağlanıb! — Samson dad elədi.
— Elə məsələ də ondadır ki, bağlanıb! — Axundov "bağlanıb" sözünü xüsusi vurğuyla dedi. — Bizdə lazım olanda lap ölüm işini də bağlayırlar, o ki qala...
Hakim qəzəblə:
— Axundov, sən lap ağını çıxartdın a! — deyib bərkdən əlini stolun üstünə çırpmaqla kabinetin — bu balaca dünyanın ye kanə imperatoru olduğunu bir daha sübuta yetirdi.
Otağa qəbir sükutu çökmüşdü. Hənirti belə eşidilmirdi. Vəkil baxışlarını hakimə zilləyərək onun hirsinin soyumasını közləyirdi. O, çox şey bilirdi, çox şey danışa bilərdi... Bir vaxtlar məhkəmələrdə "imperatorluq" etmiş vəkilə cib dəsmalıyla alnının tərini silərək oğrun-oğrun baxan hakim də bunu yaxşı başa düşürdü. Ona körə də asta, lakin aydın-aşkar kin duyulan səslə soruşdu:
— 0 iş bağlanıb, ya yox?
Axundov kinayəylə:
— Bağlanıb, — dedikdən sonra eyhamla əlavə etdi: — bağlatdırıblar...
— Ekspertizanın rəyi?
— Qız təmiz çıxıb...
— Vəssalam, daha nə istəyirsən?
— Bir sualım var.
— Sualları mən verəcəyəm! — hakim diktatorcasına dilləndi. — Sənə hələlik susmağı məsləhət körürəm.
Vəkil mənə baxıb çiyinlərini xəfifcə çəkdi, yəni beləsinə nə deyəsən. Mənsə sadəlövhcəsinə düşünürdüm ki, kor-kor, gör-gör, heç bir təqsirim yoxdur və "yəqin belə də lazımdır, O bilən məsləhətdir".
Hakim kinli baxışlarını Axundovdan çəkib Anuşa tərəf yönəltdi:
— Zərərçəkmiş Haykanuş, müttəhim səninlə cinsi əlaqəyə kirdikdə yaşınızı bilirdimi?
— Bilirdi. — Anuş başını qaldırmadan pıçıltıyla dedi. — Ona demişdim ki, on səkkiz yaşım var.
— Deməli, müttəhim elə bilirdi ki, on səkkiz yaşınız var, hə?
—Bəli.
— Bəs niyə ibtidai istintaq zamanı başqa ifadə vermisən? Yaşını gizlətməklə niyə müttəhimi aldatmışdın?
Qısa pauzadan sonra Anuşun mızıltısı eşidildi:
— Qorxurdum ki, elə bilər uşağam, atar məni... həm də böyük körünmək istəyirdim...
Hakim indi acıqlı közlərini mənə zilləmişdi:
— Müttəhim Azadzadə, iyirmi üç yaşın var, demək olar ki, yekə kişisən. Yoldan keçən tanımadığın bir qızla tanış olursan, deyir on səkkiz yaşım var, sən də uşaq kimi inanırsan. Buna nə ad qoyaq?
— Axı niyə görə ona inanmamalıydım?
— Niyə görə? Onu hələ heç yaxşı tanımırdın, elə ona körə də inanmamalıydın.
Məni külmək tutdu:
— Yoldan keçən tanımadığım bir adamı saxlayıb filan küçəni soruşuram. O da cavab verir ki, iki tin kedib sağa burularsan, axtardığın küçə ordadır. Epə çıxır ki, gərək o adama inanmayım, o adam məni aldadır, çünki hələ onu yaxşı tanımıram? Gərək əvvəlcə onu izləyim, kimliyini öyrənim, harda yaşadığını, işlədiyinibildikdən sonra...
Hakim qəzəblə sözümü kəsdi:
— Bəsdir! Nə danışırsan? Tin nədir, küçə nədir? Hakimin sağ tərəfində oturmuş maneken — kostyumlu kişi axır ki, dilə kəlib canlı olduğunu köstərdi:
— A bala, şanlı hakim səndən söz xəbər alır: tanımadığın bir qız yaşını şişirdərək səni aldadır, niyə körə ona inanırsan? Ədalət məhkəməsi sənin cavabını közləyir!
Ürəyimdə ona acıya-acıya dedim:
— Axı niyə körə ona inanmamalıydım? Onu tanımadığıma körə? Bəyəm tanıdığımız adamlar az aldadıblar bizi? Dedi on səkkiz yaşım var, mən də inandım. Bəyəm on səkkiz yaşlı qıza oxşamır? Desəydi ki, on beş yaşım var, bax onda inanmazdım. Yaxşı, bəs nə etməliydim?
— Gərək pasportunu tələb edəydin! — bu da hakim.
Kostyumlu kişi şəhadət barmağını mənə tərəf tuşlayaraq:
— Vot imenno, — dedi, — gərək pasportunu tələb edəydin!
Elə bilirdim ki, bu adam ancaq iki söz bilir: "şanlı ha-kim", "ədalət məhkəməsi", amma deyəsən onun söz ehtiyatı "vot imenno" kimi çox "incilərlə" zəngindi. Məni kic gülmək tutmuşdu, uğunub getməkdən özümü güclə saxlayırdım.
Hakim Samsona müraciət etdi:
— Vətəndaş Ambarsumyan, məhkəməyə nə ifadə vermək istəyirsiz?
Samson sözə başladı. Başladı, nə başladı! Dava vaxtına düşən ac-yalavac, ayaqyalın uşaqlıq illərindən, ta on üç yaşından vətənimizin rifahı naminə əmək cəbhəsinə atılmaqla canına belə hayıfı gəlmədən düz otuz iki il kecə-gündüz sükan arxasında xarüqələr köstərib "əmək veteranı" fəxri adına layiq körülməsindən, qarajlarındakı şərəf löv həsinin ən gözəgəlimli yerində asılmış rənkli fotoşəkilinin idarələrindəki bütün gənc sürücülərin zəhmət yollarına mayaktək işıq saçmasından rus dilində ağız dolusu uzun-uzadı, cansıxıcı bir dastan açdıqdan sonra nəhayət gəlib mətləbə keçdi:
— Mən bu qabarlı əllərimin halal zəhmətiylə əziz-girami, doğmaca Haykanuşumu ona görə boya-başa çatdırmamışam ki, yoldan ötən fırıldaqçının, dələduzun biri "səninlə evlənəcəyəm" deyə öz mundar ehtirasını söndürməkdən ötrü azyaşlı günahsız qızciyəzimi aldadaraq tora sala, ləkələyə, namusuna toxuna. Etot seksualnıy manyak (elə belə də dedi: "seksualnıy manyak") bilməlidir ki, xalq öz namusunu çöldən tapmayıb. Türk, tfu… azərbaycanlıların gözəl bir sözü var: namusu itə atdılar, it atkaz elədi (elə bu cür də söylədi: "it atkaz elədi"). Məkər xalqın namusu, hər şeydən uca olan namus...
Mən danışanda "qısa eylə", "uzatma", "müxtəsəri" deyə dəfələrlə sözümü ağzımda qoyan hakim axır ki, darıxdığını büruzə verdi:
— Vətəndaş Ambarsumyan, vaxtımız azdır, mətləbə keçin!
Samson davam etdi:
— Uca məhkəmə! ("Vısokiy sud!") Qeyd etmək istəyirəm ki, şəhvət əsiri olan bu cavan oğlan adi, sadə adamın yox, sovet "əmək veteranının" qızının namusuna toxunmuşdur!
Bu yerdə vəkil gülüşünü saxlaya bilmədi:
— Sözünüzdən elə çıxır ki, "adi", "sadə" adamların qızlarının namusuna toxunmaq olar, hə?..
— Axundov, mane olma, sənə söz verilməyib!
Hakimin bayaqdan ona sadəcə "Axundov" deməsini görən vəkil rəsmiyyətçiliyi bir kənara qoyub köhnə tanışlar kimi:
— Bilirsiz, Millət müəllim, — deyə hakimə müraciət etdi, — bu adamın külünc məntiqi var.
Bu, Millət müəllimi açmadığından səsinə yenidən rəsmi ton verib:
— Yoldaş Axundov, — dedi, — sizin borcunuz kimisə məntiqsizlikdə günahlandırmaq deyil, müttəhimi müdafiə etməkdir. Özü də bura "məntiqli, düzgün danışıq qaydaları" barədə dis-kusiya otağı yox, məhkəmədir. Odur ki, sizə söz verilməyincə susun. — Sonra üzünü Samsona tutdu: — Vətəndaş Ambarsumyan, davam edin. Qısa, müxtəsər!
Samson yaş-su olmuş güllü dəsmalıyla kəlləsini, peysəri-ni qurulayıb dedi:
— Uca məhkəmə, mən bir əmək veteranı kimi, yorulmaq bilməyən bir zəhmətkeş kimi (Axundov mənə baxıb bığaltı gülümsəyirdi), "Azmejbombromtrom" idarəsinin ən qabaqcıl sürücüsü kimi, nəhayət, bir sovet vətəndaşı kimi öz adımdan, uşaqlarımın xəstə anası adından, bütün əməksevər ailəmizin, nəslimizin, bir az sərt desom, lap sadə millətimizin adından sizdən xahiş edirik, — burda yoğun şəhadət barmağını tapança lüləsi tək üstümə tuşladı, — insanlıq simasını itirmiş bu şəxsi ən ağır cəzaya məhkum edin! Göndərin onu Sibirə, qoy gedib yetmiş dərəcə şaxtada meşə qırsın, taxta-şalban daşısın, qoy o, ədalətli sovet qanunlarını bütün sərtliyilə, ağırlığıyla öz üzərində hiss edib anlasın ki, dinc sovet vətəndaşlarının namusuna toxunmaq nə deməkdir! Qoy çoxdan barışıb qardaşlaşmış iki millətin arasını vurmaq istəyənlərə bu bir ibrət dərsi olsun, qoy bu bütün...
Zəhləsi tökülmüş hakim hörsələsiz halda onun sözünü kəsdi:
— Vətəndaş Ambarsumyan, sizi bura prokurorluq etməyə çağırmayıblar. Məhkəmə sizdən zərərçəkmişin atasıtək ifadə vermənizi xahiş etmişdi. İndi suallarıma cavab verin. Qızınız bir həftə evdə olmayıb, niyə maraqlanmamısınız ki, o, haralardadır?
— Elə bilirdim ki, ya bacısıgildədir, ya da xalasıkildə. Tezinciyən uşaqdır. Bir balaca qulaqburması verən kimi qaçır qohumlarıgilə,.. Elə buna görə də arxayındım. Amma nə biləydim ki, seksualnı manyakın biri...
— Qızınız qayıtdıqda elə həmin gün onun haralarda olduğunu öyrəndinizmi?
— Bəli, elə həmin gün. Uşaqciyəz hər şeyi mənə danışdı.
— Məsələni bilib, niyə elə həmin gün milis şöbəsinə, rayon prokurorluğuna şikayət etmədiniz? Qızınız mayın on yeddisi evə qayıdıb, sizsə iyirmi üçü orqanlara şikayət etmisiz. Bu beş-altı gün ərzində nə ilə məşğulduz?
Samsonun tərəddüd etdiyini gerüb onun əvəzinə cavab verdim:
— Prokurorluğa şikayət etməməkçün məndən iki min manat pul tələb etməklə məşğul idi! Mənə iki gün möhlət vermişdi, dediyi pulu gətirmədiyimi görüb şikayətə yollandı.
Samson şivən qopardı:
—Yalan deyir, qrajdanin xakim, yalan deyir! Namusuma and olsun ki, yalan deyir! O.özü mənə təklif etmişdi ki, iki min verirəm, orqanlara şikayət etmə!
— Bəxtəvər oğlu, iki minim olsaydı, sənə yox, elə... — dedim və az qala ağzımdan "...Hakimə o iki mini verib işimi bağlatdırardım!" sözləri çıxacaqdı ki, Allah üzümə baxdığından məhkəmə sədri üstümə acıqlandı:
— Yum ağzını, sənə söz verilməyib! — Sonra Samsona müraciət etdi: — Qızınızın oxuduğu texniki-peşə məktəbinə gedib heç bir dəfə olsun onun təhsiliylə maraqlanmısınızmı?
Samson lap yaxşı bilirdi ki, Anuş texniki-peşə məktəbinin heç qapısını da tanımır. Əlacsız qalıb bir bəhanə taparaq hıqqana-hıqqana cavab verdi:
— Uca məhkəmə, mən zəhmət adamıyam. Ailəmi halal çörəyimlə dolandırmaqdan ötrü səhərdən-axşamadək sükan arxasında oluram. İnanırsınızmı, heç başımı qaşımağa belə vaxt tapa bilmirəm...
— Boş bəhanədir, — hakim soyuq-soyuq dilləndi, sonra qovluqdakı kağızları qurdalayaraq heç başını da qaldırmadan: — Söz verilir vəkilə, — dedi və tələsik əlavə etdi: — konkret, müxtəsər!
Axundov öncə məhkəmənin diqqətini Samsonun prokurorluğa kec şikayət etməsi faktına yönəltməyə çalışdı və bunu İşxanyan Karen məsələsiylə əlaqələndirdi: Karen Samsonun pəncəsindən rüşvət verməklə xilas ola bilmişdi, müttəhiminsə buna imkanı yox idi. Namus alveri edən Samson, verdiyi üç kunluk möhlət başa çatan kimi, Azaddan tələb etdiyi iki min manat pulun gəlib çıxmadığını görüb orqanlara şikayət etməklə hədəsini yerinə yetirmişdi. Samsonun şikayət ərizəsinin beş gün yubanmasının əsl səbəbi də elə bu idi. (Bu yerdə Sam-son dəli bir vaveylə qopardı və elə o an da hakim tərəfindən susduruldu). Sonra Axundov ibtidai istintaqın qeyri-obyektiv aparıldığını qeyd etdi: müstəntiq istintaq prosesi boyu bir dəfə də olsun zərərçəkmişlə müttəhimi üzlədirməmişdi; işlə əlaqədar olan adamların, şahidlərin heç biri dindirilməmişdi, bunlarsa sovet qanunçuluğunun kobudcasına pozulması idi. Daha sonra Axundov dedi:
— Kefçəkmiş... tfu, bağışlayın, zərərçəkmiş də, müttəhim də boyunlarına alırlar ki, onlar may ayının on altısından on yeddisinə keçən gecə, yəni artıq mayın on yeddisi cinsi əlaqə-də olublar. — 0, bloknotunu vərəqləyib karandaşla etdiyi qeydə baxdı. — Möhtərəm məhkəmə, diqqət yetirin: onlar cinsi əlaqədə olduqdan düz bir gün sonra — mayın on səkkizi Ambarsumyan Haykanuşun on altı yaşı tamam olub. Elədimi, vətəndaş Sam-son? (Samson dinmədi). Elə bu bir gün də Azadzadəyə qarşı cinayət işi qaldırmaqdan ötrü əsas götürülüb. Əgər onlar ayın on səkkizi, yaxud on səkkizindən on doqquzuna keçən gecə, saat birə bir dəqiqə işləmiş cinsi əlaqəyə kirsəydilər, deməli, Azadzadə günahsız sayılmalıydı! Əlbəttə, deyə bilərsiniz ki, qanuna görə lap bir dəqiqə də, lap bir saniyə də rol oynayır. Amma o gözəgörünməz adamlar ki, bu qanunları yazırlar, bəzi-bəzi incəlikləri nəzərdən qaçırırlar. Məsələn, qanuna görə hər yeniyetmə adam guya düz on altı yaşı tamam olan günü həddi-buluğa yetir, pasport alır. Qanunyazanlar nəzərə almırlar ki, bu qanunu hər adama şamil etmək olmur, çünki təbiətin də öz qanunları var. Biri həddibuluğa tez yetir, o biri gec. Kimi on üç-on dörd yaşında əsər yazır, musiqi bəstələyir, özünü şəxsiyyət kimi aparır, bir başqası elə qırx, əlli yaşında da uşaqdır ki, uşaq. Məgər Ambarsumyan Anuşun orqanizmi may ayının on yeddisi cinsi əlaqəyə hazır deyildi? Guya Azadzadə bir kün tez bu qızla əlaqəyə girməklə onun orqanizmində baş verəcək böyük bioloji və ya fizioloji dəyişikliklərin qarşısını almışdı.
Vəkilim qızışmışdı. Mənə elə gəlirdi ki, o, gözəl danışır və əvvəllər içki düşkünü sandığım, indisə işini vicdanla, professianalcasına görən bu adama gətirdiyi kəsərli faktlara görə ürəyimdə "əhsən!" deyirdim.
Axundov çantasını açıb üzərində "Uqolovnıy kodeks RSFSR" sözləri yazılmış bir kitab çıxartdı, əvvəlcədən qatladığı səhifəni açıb qıvraq səslə dedi: — Budur o — Rusiya Federasiyasının Cinayət məcəlləsi! Vətəndaş Azadzadəni caniyə döndərən bizim yüz on birinci maddəmiz bəs Rusiya Federasiyasının Cinayət məcəlləsinin müvafiq maddəsində necə səslənir? — 0, eynəyini taxıb kitabın ucu qatlanmış səhifəsini oxudu: — "Azyaşlı qızla cinsi əlaqəyə girmək". Kördünüzmü, "azyaşlı qızla!" Bizdəsə, "yaşı on altıya çatmamış qızla"—dır. Sual verirəm: eyni cinayətin iki adından hansı birisi daha ədalətlidir? Bizdəki, ya onlardakı? (hakim əsnəyirdi, sağ-solunda oturmuşlarsa heç nə ifadə etməyən ölü qoyun gözlərilə vəkilə baxırdılar). Əlbəttə onlarınkı! Rusiya qanunvericiləri nə qədər uzaqgörən, nə qədər ağıllıdırlar. Kitabın sonunda hətta bu maddənin bənd-bənd izahı da verilib. İstəyən baxa bilər. İzahatda deyilir ki, məhkəmə qızın, yəni zərərçəkmişin əqli və fiziki yetkinliyini əsas götürməlidir. Yəni ki, öz fiziki yetkinliyini duyan, dərk edən, ağlı başında olan lap on dörd, on beş yaşlı qız ürəyi istədiyi kişi xeylağıyla cinsi əlaqəyə girə bilər. Bundan ötrü şübhələnib heç bir pasport-filan tələb etmək lazım deyil. Belə gülünc şeylərə görə Rusiyada heç kəsi məkhəməyə cəlb etmirlər... Mənim nənəm on dörd yaşında ikən babama ərə gedib doqquz uşaq doğmuşdu, doxsan yaşında da vəfat etmişdi. Babam indi sağ olsaydı, yəqin ki, kişini "yaşı on altıya çatmamış qızla cinsi əlaqəyə" girdiyinə körə məhkəməyə çəkərdilər, çünki pasport...
Hakim acıqla onun sözünü kəsdi:
— Ay Axundov, hara kedib çıxdın, qurtar görək!
— Deməlm, Rusiya məhkəməsi Azadzadəni künahsız elan edərdi. Yaxşı, sədr tələsdiyindən, keçək mətləbə. Məhkəmə-tibbi ekspertiza kefçəkmişin, tfu... (Ay səni, Axundov!) zərərçəkmişin əqli və fiziki cəhətdən tam sağlam olduğunu subut edib. İndi bu Anuş xanıma diqqətlə baxın, görürsünüzmü, yetişib... İnsafla deyin, kim bu qıza on altı yaş verər, kim deyər ki, bu qız uşaqdır? Özü istəməsə, ağlı başında olan bir qızı da aldatmaq olar? Əslində müttəhim özü aldadılıb. Bayaq kef... tfu, zərərçəkmiş hər şeyi olduğu kimi açıb söylədi. Müttəhim onun xoşuna gəlib, hər şey xoşluqla, qızın razılığıyla olub. Bu cavan oğlan, atasının zülmündən qaçıb bəlkə də pozğun yola qədəm qoyacaq bir qızı uçurumdan xilas edib. Budurmu onun günahı? Yox, bu uşaqların heç bir təqsiri yoxdur. Günahkar vətəndaş Ambarsumyandır! (Samsonun gözləri təpəsinə çıxdı). Bəli, bəli, günahkar təkcə Ambarsumyandı! Onun başı "əmək cəbhəsinə" elə qarışıb ki, övladlarının tərbiyəsinə vaxtı qalmayıb. Öz "rənkli şəklini qarajda kənc sürücülərin yoluna işıq saçan mayak sanan" bu adamın tərbiyəsinin bəhrələri cöz qabağındadır: böyük oğul islah-əmək koloniyasındadır, kiçik oğul ata zülmündən Ermənistana qaçmaqla canını qurtarıb, qızsa... hər şeyi bayaq etiraf etdi. 0, vağzallarda gecələməyi, "küçələrdəki", "orda-burdakı" macəraları atasının "qulaqburmasından" üstün tutdu.
— Yalandır!
—Bayaq qızınız özü etiraf etdi.
— Müttəhim dəhlizdə qızıma təzyiq göstərdi, hədələdi ki, ifdəsini dəyişdirsin.
— Təzyiq, hədə, şantaj, zorakılıq — kişiliyə yaraşmayan məqsədinizə çatmaqdan ötrü tez-tez istifadə etdiyiniz ən sevimli üsullarınızdır. Məhkəmə nə qızınıza, nə də bu oğlana la-zım idi, məhkəmə sizə gərəkdi. İndisə...
Hakim əlini stolun üstünə çırpıb əsəbi-əsəbi:
— Qurtardıq! — dedi.
— Mənim şikayətçiyə bir sualım var. — Cuşa gəlmiş Axundov soyuya bimirdi.
— Heç bir sual-zad yoxdur.
— Sualım olduqca vacibdir.
— Dedim ki, qurtardıq. Məhkəməni bazara döndərməyin.
Vəkil əl çəkən deyildi:
— Millət müəllim, xahiş edirəm, ancaq bir-iki kəlmə...
Hakim əlacsız qalıb:
— Yaxşı, — dedi, — bir-iki kəlməyə icazə verirəm. Amma yadda saxla ki, bu sənin axır sözündür, bununla da qurtaracağıq.
Axundov eynəyini, bloknotunu, qələmini, "RSFSR-in Cinayət məcəlləsi" kitabını səliqəylə "Diplomat" çantasına yığıb üzünü Samsona tutdu:
— Vətəndaş Ambarsumyan, bütün faktların sizə qarşı olduğuna baxmayaraq, günahsız cavana qara yaxmaqdan etrü dəridən-qabıqdan çıxırsız. Tutaq ki, bu gənc sizin günahsız, məsum qızınızı aldadıb, yoldan çıxarıb, ləkələyib. Sizin günahsız qızınız da bu adama inanıb, bu adama təslim olub. Belə çıxır ki, bu oğlan məhkəmə-tibb ekspertizasının rəyinə görə qızınızın bəkarətini pozub. Əgər belədirsə, bəs niyə günahsız qızınız sağ ayağının dizindən bir qarış yuxarıda göy tuşla müttəhimin adını yox, "Karen" sözü döydürüb?!.
— Böhtandır! — Samson çığırdı.
— Xeyr, dostum, həqiqətdir, — vəkil təmkinini pozmadan de-di. — Karenlə əlaqədar ustalıqla bağlanmış cinayət işinin izi təkcə Şaumyan Rayon Daxili İşlər Şöbəsinin arxivindəki qovluqda deyil, ilk məhəbbət damğası kimi, "pak məsum, namuslu" qızınızın ayağında da qalmışdır.
Heyrətdən gözləri hədəqəsindən çıxmaq dərəcəsinə çatmış Samson qızının çiyinlərindən tutub bərk-bərk silkələyirdi:
— Anuşcan, matağa, bu adam nə deyir, bu adam nə deyir?!.
Anuşsa dünyada ən müqəddəs sirrini aləmə faş etdiyimə görə nifrət dolu gözlərini üzümdən çəkmədən ürəyində yəqin ki, erməni xalqının bütün lənət və qarğışlarını üstümə yağdırırdı.
Samson qızını daha da bərk silkələməyə başladı:
— Bu adam düz deyirmi, bu adam düz deyirmi?!
Atasının qüvvətli əlləri arasında silkələnməkdən təngə kəlmiş Anuş, axır ki, dözə bilməyib çağırdı:
— Bəli, düz deyir! Ayağımda Karenin adı var, mən onu sevirdim, özün də bilirsən ki, birinci dəfə onunla olmuşdum!.. — Sonra dəli kimi: "Baxın, hamınız baxın!" — deyə qışqırıb donunun balağını qaldıraraq, iri hərflərlə "Karen" sözü yazılmış dolu, ağ ayağını məhkəmə iclasçılarına nümayiş etdirdi. Hakimin sağında oturmuş kostyumlu kişinin sönük, ölkün, yuxulu gözlərində bu zaman ilk dəfə olaraq bir parıltı gördüm. Elə məhkəmə sədrinin közlərində də küclə seziləcək qəribə bir işartı vardı.
Pərtlik kəl cüssəli Samsonu elə bil yumağa döndərmişdi. Mənəvi zərbələrin ağırlığından o boyda iri, zırpı başını enli sinəsinə əyməyə məcbur olaraq, donuq gözlərini ayaqları altındakı məchul bir nöqtəyə zilləyib key-key baxırdı.
Vallah, mənimtək həyatın dibində çapalayan bu bədbəxt ata-balaya ürəyimdə yazığım kəlirdi. Onlarsa mənim soyuq Sibirdə taxta-şalban daşımağımı istəyirdilər, parça-tikə edilməyimə razıydılar, məndən ötrü məhkəmədən "ən ağır cəza" tələb edirdilər. Guya kitabımı bağlatdırmaqla üzlərinə səadət qapıları açılacaq, guya məni bədbəxtliyin qaranlıq uçurumuna yuvarlatmaqla talelərinə xoşbəxtlik künəşi doğacaqdı! Əgər bir qaşıq qanımın tökülməsilə bu qarabəxt ailə — doğma ocaqlarından pərən-pərən düşmüş bu beş-üç zavallı adamciyəz intəhasız bəxtəvərliyə uğrayacaqdısa, heç düşünmədən sinəmi güllə qabağına verməzdimmi? Bəs niyə elə hey mə-ni təpikləyib qayadan üzüaşağı — silahlı əsgərlərin qoruduğu tikanlı məftillərin arxasına, dörd divarlar arasına dığırladaraq, başqaları tərəfindən ləkələnmiş adlarının, təhqir edilmiş mənliklərinin hayıfını məndən almaqla təsəlli tapmaq istəyirdilər?!
Axundov üzünü üstünə qırmızı məxmər salınmış stol arxasında əyləşənlərə tutub ağır-ağır sözə başladı:
— Möhtərəm məhkəmə, Allah şahiddir ki, mən öz vəkillik borçumu mürüvvətlə yerinə yetirib, müdafiə etdiyim kəncin ta-mamilə günahsızlığını obyektiv faktlarla, inandırıcı dəlillərlə sübuta yetirdim. Söz sizindir, möhtərəm məhkəmə! Əgər damarlarınızda həqiqətən də azərbaycanlı qanı axırsa, qəlbinizdə həqiqətən azərbaycanlı rəhmi, müsəlman insafı varsa və əgər həqiqətən də bu, Sovet ədalət məhkəməsidirsə, əlinizi ürəyinizin başına qoyub vicdanla deyin: bu kasıb oğlanın künahı varmı?!.
Mənə son sez verildi. Ayağa qalxıb əllərimi arxamda düyünləyərək düşündüm: nə edim? Günahsızlığımı sübuta yetirməkçün yalvarıb-yaxarımmı? And-aman edimmi? Uzun-uzadı bir monoloq söyləyimmi? Televiziyanın "İnsan və qanun" proqramından, məhəllə uşaqlarının zəngin təcrübələrindən yaxşı bilirdim ki, "son söz" formal xarakter daşıyır, məhkəmə hökmünə, xalq iclasçılarına heç bir təsir göstərə bilmir və heç bir həlledici kücə də malik deyil. Elə buna körə də belə qərara gəldim ki, bir-iki kəlməylə kifayətlənim, hərkah bu da artıq şeydi...
— Möhtərəm məhkəmə, — dedim, — özümü günahsız bilib ədalətli hökm çıxaracağınıza böyük ümid bəsləyirəm.
Hakim məşvərət eləmək üçün fasilə elan etdi.



***
Dəhlizə çıxmağımızla atamgilin üstümüzə tökülüşüb sulları yağış kimi yağdırmaları bir oldu:
— Neylədilər?!
— Nə dedilər?!
— Uşağı buraxacaqlar?!
Samsonla Anuş dəhlizin o biri başında xəlvət yerə çəkilib oturdular. Nənəm Anuşu göstərib qorxa-qorxa soruşdu:
— A bala, demədilər ki, o qızı almalısan?
Anamın məsləhəti:
— Eybi yoxdur, desələr al, deyərsən ki, alıram, yoldaş sudya. Allah eləməmişkən, birdən sudya hirslənər...
— Onlarla işiniz olmasın, — Axundov dedi. — Gəlin çıxaq təmiz havayə.
Küçədə isti yay havasıydı, yavaş-yavaş külək də əsirdi. Üç gün idi Bakıda bərk bürkü ağalıq edirdi. Darısqal həyətimizin adamları istinin əlindən səhərə qədər yata bilmirdilər. Bu gecə deyəsən sərin olacaqdı, camaat ləzzətlə xorna çəkəcəkdi. "Nə rahat yatacağam" - düşündüm. Atam elə bil fikrimi gözlərimdən oxudu. Siqaretini vəkilin siqaretinə calayıb alışdıra-alışdıra anamgil eşitməsinlər deyə Axun-dova pıçıldadı:
— Bu gün Bayılda bir az eərin olar...
Vəkil atamın işarəsini əlüstü anladı:
— Onu allah bilir...
Ürəyimə qorxu düşdü. Bu iki qoca qurdun işarəli replikalarını özlüyümdə belə "tərcümə" etdim: "Oğlumu tutacaqlar?" — "Məlum deyil".
— Ay oğul, başuva dönüm, uşağıma heç nə eləməzlər ki? - Nənəm nigarançılıqla Axundovdan soruşdu.
— Allah kərimdir, ay nənə, qorxma.
Arvadların yanında heç nə danışmaq olmurdu, mənasız, sadəlövh suallarla baş-beynimizi aparırdılar. Yazıqlar mən sarıdan nigarandılar və Axundovun dilindən təhlükəsizliyimdən ötrü tam, qəti təminat almaq istəyirdilər.
Gizli işarələrlə kənara çəkildik: mən, atam və Axundov. Əvvəlcə vəkilimin əllərini bərk-bərk sıxıb gözəl çıxışına görə Axundova öz minnətdarlığımı bildirdim, sonrasa birbaş mətləbə keçdim:
— Düzünü de, məni tutacaqlar?
Siqaretdən dərin qullab vurub köksünü ötürdü. Sinəsindən ahla birlikdə bir ciyər tüstü çıxdı.
— Azad, nə deyim sənə... qeyrətləri varsa buraxacaqlar. Dünəndə, srağakündə hakimi "görsəydiz" indi heç belə kinli də olmazdı, sözümüzü də hər dəqiqə kəsməzdi, xitam verərdi işə, fit çala-çala gedərdin evinə...
— Ay səfeh, bir on gün qabaq bunu bizə xəbər eyləyəydin, satıb sovurardıq var-yoxumuzu, qurtarardıq səni, — deyə atam təəssüfləndi. Sonra əlini çiynimə vurub mənə ürək-dirək verdi: — Əşi dilxor olma, onsuz da üç ildən artıq verə bilməyəçəklər. Altı-yeddi ay yatarsan çıxardarıq səni pasileniya.
Bu da atanın oğula verdiyi "təsəlli". Ömrünün bir hissəsi qazamatlarda keçmiş bu adamçün üç il dustaq olmaq bir şey deyildi.
Axundov könülsüz halda:
— Ürək-göbəyini yemə, hər şey yaxşı olacaq, — deyib üzünü atama tutdu: — Hardasa buralarda zabeqalovka olmalıdır e. Ada-ma yüz-yüz gillədərdik.
İndi vəkil yenidən küçə jarqonuyla danışan ən adi adam idi. Könlünə içki düşmüşdü.
— Tində boçkavoy çaxır verirlər. — Atam təklif etdi. "İndi gəlirik" deyib getdilər.
Heç bir dəqiqə keçməmişdi ki, məhkəmədə katiblik edən oğlan mənə yaxınlaşıb siqaretini alışdırmaqçün kibrit istədi. O, çox həyəcanlı görünürdü. Sözlü adama oxşayırdı. Başa düşdüm ki, kibrit bir bəhanədir.
Siqaretini alışdıraraq asta səslə:
— Qağa, — dedi, — yatmısan fil qulağında...
— Necə bəyəm?
— Vay dədə, vay, dünyanın işlərinə bax e.
— Məni tutacaqlar?
— Bilmirəm... — Birdən güclə eşidiləcək səslə: — Qağa, — de-di, — qaç, canını qurtar...
— Deməli tutacaqlar?..
— Elə bil ki, sənə heç yaxınlaşmamışdım... Millətimsən, ürəyim yandı.. Qaç, qağa, işlər şuluqdur... — deyib tələsik uzaqlaşdı.
“Qağa, qaç, canını qurtar... canını qurtar... canını qur-tar!..» Oğlanın pıçıltıyla dediyi sözlər qulaqlarımda kilsə zəngləritək həyəcanla səslənirdi.
Hara qaçaydım?! İçində siçan oynayan boş ciblərimlə, ürəyimə şələlənmiş palan-palan qəm-qüssəylə, dərdi-sərlə hara qaça bilərdim axı? SSRİ adlanan nəhəng qazamatın bir küncündən başqa bir küncünəmi?..
Anamgil yaxınlaşıb təlaşla soruşdular:
— Sudda şləyən oğlan nə deyirdi?!.
— Deyirdi ki, fikir eləmə, buraxacaqlar səni!
Yalanlarım zavallıları uşaq kimi sevindirdi.
— Ay onu görək şadxəbər olsun!
— 0 gün olsun ki, Allah-taala onu böyüdüb sudya eləsin!
— İnşallah, burdan qurtarıb evə yollanan kimi, — bunu nənəm deyirdi, — səhər cibüvə qoyduğum onluğu qabağuva çıxan birinci dilənçiyə nəzir verərsən!
Atamkil kefləri kök, damağları çağ halda qayıdıb gəldilər. Göz-başları qaynaşır, səslərində bir arxayınçılıq duyulurdu.
— Ürəyüvi buz kimi saxla, Azad, mənim kimi vəkillə sənə ölüm yoxdur!
— Adə, qorxma, uzaqbaşı bir il uslovnı verəcəklər də!
— Mənə də Axundov deyərlər, bir işə kirişdim ki, vəssalam... o adam buraxılmalıdır!
Bu kişilərin damarlarında indi qan əvəzinə çaxır axırdı.

***
Məhkəməyə dəvət edilən kimi, heç kəsin eşitməyəcəyi bir səslə atama dedim:
— Yazılarımdan muğayat ol, onlardan başqa dünyada heç nəyim yoxdur...
Arxamca yağdırılan xeyir-duaların müşayiəti altına hakimin kabinetinə girdim. O dəqiqə iki milis işçisi peyda olub canlı hasar kimi qapının ağznı kəsdirdilər. Qoltuq ağaclarına söykənib tək ayağı üstündə durmuş hakim məhkəmə hökmünü oxumağa başladı. Sağ tərəfindəki kostyumlu kişiylə sol yanındakı qadın sifətlərinə rəsmi ciddilik verməyə çalışaraq əsgər kimi farağat dayanmışdılar. Təkcə məhkəmə katibi — cavan oğlan təəssüf hissiylə gözlərini üzümə zilləmişdi.
Hakimin nə oxuduğunu anlamırdım, çünki milis nəfərlərinin məni həbs etməkdən ötrü çağırıldıqlarını başa düşdüyümdən özümü elə itirmişdim ki, ətrafımda nələr baş verdiyini heç cürə qavraya bilmirdim. Hökmün son cümlələrini oxuyan hakimin səsi zindan üzərinə dəyən kürz zərbələrinə bənzəyirdi: "...müqəssir bilinib ümumi rejimli islah-əmək kaloniyalarında saxlanılmaqla iki il müddətinə azadlıqdan məhrum edilsin. Həbsdə saxlanılma müddəti həbs olunduğu gündən — on yeddisi avqust min doqquz yüz yetmiş doqquzuncu ildən hesablansın...."
Vəssalam! Elə bil dibsiz bir quyuya düşdüm. "Hər şey bitdi!.." — haçandan-haçana ağlıma gələn ilk fikir bu oldu. Hara baxırdımsa, elə bil közlərim qarşısında dəhşətli "hər şey bitdi!" sözləri yazılmış bulanıq bir levhə canlanırdı. Ətrafımdakıların sifəti sanki bu lövhə ardında körünməz olmuşdu.
Qapı ağzındakı milislər hərə bir tərəfdən qoluma kirib məni çölə çıxartdılar. Öncə anamı gördüm. Közlərindən yaş axıda-axıda hər iki əlini sinəsi üstünə qoyub məhzun baxışlarla mənə baxaraq nəsə deyirdi. Bu dəqiqə o, nəzərimdə dünyanın bəlkə də ən bədbəxt qadınıydı. Sonra gözümə nənəm sataşdı. Müsibətin yekəliyindən yumağa dönmüş bu qarı nəvəsini bağrına basmaq istəyirmiş kimi sısqa qollarını açıb yerində heykəltək dayanmışdı: bu cılız bədəndə dərdin ağırlığından tərpənməyə belə taqət qalmamışdı. Atam bir kənarda durub titrək əllərilə siqaret alışdırırdı. Axundov qeyb olmuşdu.
Dəhlizin sonu alaqaranlıq idi. Siluet kimi korünən Samsonla Anuş qol-qola girib qapıya tərəf addımlayırdılar. Ata-bala çölə çıxdılar, gün işığında Samsonun yoğun peysəri par-par parıldadı və qapının örtülməsiylə sanki işıqlı dünya üzümüzə bağlandı, biz çıxılmaz, qaranlıq quyuda qaldıq...

***
Məni məhkəmə binasının təcridxanasına — dörd beton divardan, yerə pərçimlənmiş uzun dəmir oturacaqdan ibarət olan darısqal bir kameraya saldılar. Sanki yüksək voltlu elektrik cərəyanıyla vurulmuşdum, hələ də şokdaydım, eşitdiklərimi qavraya bilmirdim. Bütün səslər — anamın, nənəmin dəhlizdəki ağlaşmaları, qapı ardındakı milis işçilərinin əllərində oynatdıqları iri, ağır açarların cinkiltisi — qulaqlarımda boğuq, yeknəsəq bir uğultudan başqa bir şey deyildi.
- Ə, bir erməni qanjıxından ötər gədəyə iki il verdilər!
Milis nəfərinin qapı arxasından gələn səsini elə bil yuxuda eşidirdim. Bu səs kütləşmiş beynimə haçandan-haçana çatdı, olan-qalan ağlımla milisin sözlərinin mahiyyətini bütün dəhşətiylə dərk edə bildim. Mənə iki il iş kəsilib! Artıq məhkumam. Demə, hakim hökmünü oxuduğu dəqiqədən azadlıq mənimçün iki il qadağanmış. Bu andan etibarən həyatımın 731 kününü yüzlərlə həftələri, minlərlə saatları, milyon-milyon dəqiqələrilə birlikdə qadağalar, məhdudiyyətlər, məhrumiyyətlər içində keçirməliydim. Həqiqət hələ heç vaxt mənimçün bu qədər acı olmamışdı. Taqətsiz halda dəmir oturacağın üstündə əyləşib həyəcandan od tutub yanan başımı əllərim arasına alan kimi, yumulu gözlərimə yenə də gün işığı altında par-par parıldayan yoğun peysər göründü.

***
Yarım saatdan sonra çiynipaqonlular ardımca dustaqdaşıyan maşının kəldiyini bildirib məni anamkiliylə gerüşdürməklə beyük bir savab iş gördülər. Görünür anamla nənəmin göz yaşlarına, yalvarışlarına dözməyib qanuna zidd getmişdilər.
Nənəm quru, taxta qollarını boynuma dolayıb zarıltıyla dedi:
— Bir də səni körmərəm, ay bala...
Onun iki damla yaş parlayan sönük közlərinin içinə baxmağa cürətim çatmadı. Bu bir cüt göz yaşını o, bəlkə də ömrünün axır günüyçün ehtiyat saxlamışdı: həyatının ən son anında, davada həlak olmuş iki balasının həsrətilə bu iki damla yaş onun işığı öləziyən gözlərindən qırışları cəbhə yollarını andıran solğun yanaqlarına süzüləcəkdi. Mənsə qarının bütün var-yoxu olan bu bir cüt göz yaşını əlindən almaqla onu qəddarcasına qarət etmişdim...
Nənəmin bu halından elə sarsılmışdım ki, zoqquldayıb ağlayan anamı heç görə də bilmədim. Onları tələsik çölə çıxartdılar. Dəhlizdən atamın əsəbi səsi eşidildi. O, hönkürən arvadına acıqlanmışdı: "Nə ulayırsan, iki il nə olan şeydir, güllələnməyə aparmırlar ki!.."
Vəssalam! Beləliklə, üç aylıq intizara, nigarançılığa son qoyuldu. Bir azdan dustaqdaşıyan maşının qapalı banında qapalı dünyaya — qazamata yollanacaqdım. Demə bu vaxtacan dar ağacında yellənib kəndirin qırılacağına ümid edirdim...

***
Məhkəməm başlamazdan qabaq mənə elə gəlirdi ki, hamımız böyük bir salona dəvət edildikdən sonra iclasçı katib uca, amiranə səslə: "Qalxın, məhkəmə kəlir!" deyəcəkdi. Lakin nə böyük bir salona dəvət edildik, nə də “Qalxın, məhkəmə gəlir!" deyən oldu...
İndi gözlərim önündə hey hakimin kinli, qəzəbli baxışları və Samsonun gün işığında işım-işım işıldayan peysəri canlanır, beynimdəsə bəlkə bütün ömrüm boyu məni düşündürəcək bir sual dolaşırdı: "Gələn məhkəməydimi?!. Gələn məhkəməydimi?!"
















































































27 dəfə oxundu

Axtarış