QARABAĞ ŞEİRLƏRDƏ
Müəllif: Yazarlar.AZ


27.08.2019





AZƏRBAYCAN – QARABAĞSIZ ŞİKƏSTDİR

Azərbaycan – Qarabağsız yaralı ,
Azərbaycan – Qarabağsız şikəstdir .
Xocalıdan , Kəlbəcərdən aralı ,
Bunca dözdüm , daha yetər , əbəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Ruhumuza yaraşıqdir , bəzəkdir ,
Oddan , Sudan daha artıq gərəkdir .
Biz bir caniq , o sinədə ürəkdir ,
Qəlbi candan ayrı salan nakəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Yerdən Marsa ” İpək yolu ” çəksək də ,
Min ” göydələn ” körpü , saray tiksək də ,
Tərəqqidə Avropanı keçsək də ,
Qarabağsız həyat bizə qəfəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Həm xanəndə , həm aşıqdir Qarabağ ,
Həm Günəşdir , həm işıqdır Qarabağ ,
Ana yurda yaraşıqdır Qarabağ ,
Millətimə candır , qandır , nəfəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Gör Şuşasız nə virandır bu Vətən ,
Xankəndisiz bir zindandir bu Vətən .
Qarabağsız yarimcandır bu Vətən ,
Ruhsuz , başsız qaldığımız ta bəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Saakyan Şuşada fərman verir ,
Xocalının yaraları qan verir .
Azərbaycan Qarabağsız can verir ,
Bu zülmdür , bu sistemdir , bu qəsddir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Yaquboğlu , bir gün ola , görəsən ,
O cənnətdə azad , rahat öləsən .
Bu arzuya qovuşmağın deyəsən ,
Boş xülyadir , xam xəyaldır , həvəsdir ,
On səkkiz il səbr elədik ta bəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .

12 . 02 . 2010 .

<<<<QARABAĞ ŞEİRLƏRDƏ>>>>
QARABAĞ

Ölüb torpağına qarışmamışam ,
Yanında qaradır üzüm , Qarabağ .
Səni əsir edib yağıya , yada ,
Didərgin olmuşam özüm , Qarabağ .
****
Səndən ayrilanı batmısam yaşa ,
Qürbətdə ömür də olurmuş qısa .
Sənə efirlərdən baxmaqdandisa ,
Kaş ki , kor olaydı gözüm , Qarabağ .
****
Sənsən damarımda dövr edən qanım ,
Varlığım , həyatım , ürəyim , canım .
Sənsən adım , sanım , şərəfim , şanım ,
Söhbətim , Qarabağ , sözüm , Qarabağ .
****
Torpağın dərmandır könül ağrıma ,
Öpüm çınqılını , başım bağrıma .
Geniş çöllərinə , dar cığırina ,
Düşmür neçə ildir izim , Qarabağ .
****
Sənsiz bir arzum da yetməyib başa ,
Ümidim , niyyətim toxunub daşa .
Ölüm mənimkidir , təki sən yaşa ,
Sənə qurban olsun Nazim , Qarabağ .

Müəllif: NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

2 dəfə oxundu

Axtarış