QARABAĞ ŞİKƏSTƏSİ
Müəllif: Nəriman Mahmud


21.10.2017


Nəriman MAHMUD

Ötən əsrin sonunda,
Huri, mələk donunda
İvanla Con bir olub,
Şeytanla əlbir olub
Süni ocaq çatdılar,
Problem yaratdılar.
“Qara qızıl”dan ötrü
Var-yoxundan keçdilər,
Az-çoxundan keçdilər.
Yüz ölçüb, bir biçdilər –
Zəhrimar neftdən yana,
Dərin şırım açdılar
Ulu yurdun başında.
(“Ayının min oyunu,
Bir armudun başında”)
Neçə oğul, neçə qız,
On minlərlə günahsız
Keçdi şirin canından,
Qarabağ savaşında.
Fəqət vecinə deyil,
İngilisin, almanın,
Fransızın, ya rusun.
(Lap istəyir qırılsın
Bu dünyanın yarısı)
Axı bunlar nədir ki,
Kapital yarışında…
Heç ayıra bilmədik
Düşməni dostumuzdan.
Nəhəng filin qulağı
Bizlərə yataq oldu.
Tanımadıq xaini, –
Sərvətə ortaq oldu.
Bada verdik illəri
Yada verdik elləri.
Problemin həllini
Ötürdük ildən-ilə,
Ötürdük əldən-ələ,
Ötürdük eldən-elə.
Qarabağın açarın
Verdik öz əlimizlə
Parisə, Moskvaya.
Ax! O boyda torpağı
Etibar etdik Cona,
Alekseyə, Jordana –
Böyük, kiçik şeytana.
İnandıq Jak Şiraka,
Volodyaya, Baraka,
Reyqana, Klintona –
ABŞ-a – Vaşinqtona,
Rusa, Firəngistana.
Onlar da xamelyon tək
Girdilər dondan-dona.
Gah aranı qatdılar,
Gah da “sülh” yaratdılar.
Atəşkəs eylədilər,
Atəşkəsi pozdular.
Günahı ordumuzun
Ayağına yazdılar.
Cəbhədən gəldi xəbər: –
“Filankəsi vurdular”.
Başları qatmaq üçün,
Vaxtı uzatmaq üçün
Tez-təcili yığışıb
Min bir oyun qurdular:
“Lissabondakı sammit,
Ki-Uest danışığı,
Madrid prinsipləri
Buxarest danışığı
Soçi, Paris görüşü,
Moskva anlaşması”.
Şuşada, Kəlbəcərdə,
Cəbrayılda, Laçında
Yurd saldı yağı düşmən.
Yalan çıxdı, fıs çıxdı
ATƏT araşdırması.
BMT qətnaməsi
Biri 1 qəpik oldu.
“Nə sülh, nə müharibə”
Bizə arxadan dəyən
Güclü bir təpik oldu.
İnandıq zaman-zaman
BMT-yə, ATƏT-ə…
(Layiqdilər nifrətə)
Ağ Ev də, Kreml də,
Yelisey Sarayı da
Bir bezin qırağıdır.
Arakelin, Arturun,
Aşotun, Xaçaturun,
Haykanuşun, Anuşun
Silvanın, Siranuşun,
Yanbızların, yanların,
Fahişə doğanların
Arxası, dayağıdır…
Mənim mehriban xalqım,
Qəlbi bir ümman xalqım,
Zaman o zaman deyil
İndi qeyrət vaxtıdır.
Düşməni heyrətə sal,
İndi heyrət vaxtıdır.
İngilisə, urusa
Bir daha aldanmağın,
Bir daha inanmağın,
Boş-boş oyalanmağın
Vaxtı, zamanı deyil.
İndi şükür Allaha
Silah var silahdan çox.
Xəlil Ulutürk demiş:
“Silahsız dayanmağa
Bir qırpım da haqqın yox”.

15 dəfə oxundu

Axtarış