QƏDİM AZƏRBAYCANIN YENİ MİXİ YAZILI ƏLİFBASI
Müəllif: Tariyel Azərtürk


14.11.2017


QƏDİM AZƏRBAYCANIN YENİ MİXİ YAZILI ƏLİFBASI
Bir halda deyirik ki, mixi yazı sisteminin yaradıcısı bizim Ataerkil (patriarx) Türk olub, o zaman onun yenidən dirçəldilməsi və hətta istifadəsi vacibliyi ortaya çıxır. Bu, onun həqiqətən bizim olduğu ideyasının təbliği üçün vacib şərtdir. Bu, gil lövhələrin bərpası deməkdir. Kağız kimi asan yazılan və pozulan, bilgisayar və onun yazı atributları kimi elektron sisteminin varlığı fonunda gil lövhələr lazımdırmı? Bizim üçün mütləq lazımdır ! Lap elə bütün dünya üçün. Gil lövhələrin, daşa qazılmış çivi yazıların hesabına, biz bu gün 6-8 min il bundan qabaq yaşayıb yaratmış Baba və Nənələrimizlə danışa bilirik.
Kağıza yazılan isə - "Yazdın buza, qoydun yaza!" - fəlsəfəsinə xidmət edir. Lap uzun ömürlü olsa onlar 500-600 il yaşayır! Vəssəlam!
Niyə də öz əsərini min illərin səmasına fişəng kimi atan müasir müəlliflər olmasın? Onlar üçün gildən tökülmüş lövhə üzərinə yeni yaradılmış asan oxunan mixi (çivi, ox) yazılı əlifbada hər kəsin kiçik həcmli əsər və vəsiyyətlərini, sənəd və sözlərini qazıyır və onları sobada bişirib çərçivə içərisində hədiyyə etmək olar. Müəlliflər onları istədikləri yerdə saxlayır, basırır və öz gələcək nəsillərinə ərməğan edə bilərlər.
Bu həm də Azərbaycana turist axınını gücləndirər.
Əgər Azərbaycan Prezidenti, hökuməti, H.Əliyev Fondu və ya imkanlı xeyirxah insanlar maddi yardım edərlərsə, biz, Azərbaycanda, deyək Bakıda, "Tariyel Çivi Yazıları İnkorporasiyası" (Tariyel ÇivYazİn) açmağı planlaşdırırıq.
Orada xüsusi gil tığları, su, palçıq hazırlayan kiçik maşınlar, müxtəlif taxta qəliblər, samit, sait səslərin, hecaların, hətta ayrı-ayrı sözlərin, adların, ölkələrin, günlərin, ayların, illərin metaldan yüksək səviyyədə tökülmüş modelləri (klişeləri), lazımi hərarətdə işləyən qaz sobası/ları, taxta çərçivələr hazırlayan kiçik emalatxanadan ibarət istehsalat sexi olacaq. Və bir gün görəcəksiniz ki, min illərə yadigar qalacaq YAZILI materialların əbədiləşdirilməsi üçün "Tariyel Çivi Yazıları İnkorporasiyası" (Tariyel ÇivYazİn) əhalidən sifariş qəbul edir.
SABAH ARTIQ TARİXƏ ÇEVRİLƏCƏK BU GÜNÜÜZÜ ƏBƏDİLƏŞDİRMƏK, AZƏRBAYCANIMIZIN ƏHALİSİNİN BƏŞƏR TARİXİNDƏ İLK SİVİLİLİZASİYA YARATMIŞ ULULARDAN TÖRƏDİYİ OLQUSUNU (FAKTINI) DÜNYAYA QANDIRMAQ İSTƏYİRSİNİZSƏ, SƏSİMƏ SƏS VERİN.
Hələlik isə Babaların mixi yazı sisteminin bu günkü latın qrafikalı (əslində türk pelasqların və etruskların) əlifbamızın və Yapon heroqlifləri sistemi əsasında yaradılmış ƏN YENİ MİXİ YAZILI ƏLİFBANIZLA - MÜASİR AZƏRBAYCAN MİXİ İŞARƏLƏRİ ilə tanış olun. Burada onun əsas bir hisssəsi təqdim edilir.

34 dəfə oxundu

Axtarış