QƏHƏTDİ
Müəllif: Zaur USTAC


2017-12-20 17:11:26


QƏHƏTDİ

(Zahir qardaşa.)

Zahir qardaş deyir, dünya yamandı;

“Çobanın əlindən çomaq alandı”,

Bütün bunlar, bəhanədi, yalandı,

Çomağı bərk tutan, bilək qəhətdi....

* * *

Vaz keçməyə bir bəhanə gəzərik,

Zəif varsa, orda Ağa – Nəzərik,

Qüvvətlini təriflərik, bəzərik,

Qaməti şax tutan, ürək qəhətdi....

* * *

Ustacam, keçmişəm kip tərəcədən,

Söz gərək çıxmasın heç dərəcədən,

Çoban ibrət alsın, qoy Qaracadan,

Gözləri tox tutan, dilək qəhətdi....

13.03.2017. Bakı. (13.00. 13’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

12 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
7 months ago

Vaz keçməyə bir bəhanə gəzərik, Zəif varsa, orda Ağa – Nəzərik, Qüvvətlini təriflərik, bəzərik, Qaməti şax tutan, ürək qəhətdi....DOĞRU...


Axtarış