QƏLƏM HAQQI VƏ YA MÜRƏKKƏB PULU
Müəllif: Zaur USTAC


2018-04-02 13:14:12




ON DÖRDÜNCÜ YAZI

QƏLƏM HAQQI VƏ YA MÜRƏKKƏB PULU
(HESABAT)

Salam, dəyərli oxucum... Uca Yaradana şükürlər olsun ki, Bizə qarşı çox səxavətlidir və hər dəfə Sizinlə yeni görüşə gələndə bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız an üçün şükürlər olsun... Min şükür... Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə yazıma bir sözdən ibarət ad seçə bilmədim... Söz addan düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a gəlib çatdıq.
2018 – ci ilin Mayın 24 –də ilk yazımın rəsmi şəkildə mətbu orqanda işıq üzü görməsinin 30 ili tamam olur. 24 May 1988 – ci il “Əməyə məhəbbət” adlı məqaləm, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. ("OTUZ İLDİR ƏLDƏ QƏLƏM" adlı kitabın üz qabığına çıxarılmış foto - cild “Ağdam” qəzetinin Zaur Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk qələm haqqımı deyim, mürəkkəb pulumu deyim - qonorar - aldığım vaxtdan 30 il keçir... Təfsilata keçmədən sadəcə onu qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə...
Sözüsüzki, yaradıcılığımız həyatımızın inkası olduğundan – “qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda mən nəzmi deyil, məhz nəsri nəzərdə tuturam ... Yaşadıqlarımız yazdıqlarımıza çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız yazdıqlarımızı yaradır... Yəni, belə uzun və keşməkeşli bir zamanın müqabilində Biz heç nə yazmamışıq... Adları qoyulmuş, içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və hekayələr – yazılacağı günü gözləyir... Və gözləyə-gözləyə zənginləşir, dərinləşir, vacibləşir... Yəqin elə buna görədir ki, kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə naz edirlər... Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək yazılmışlara... 30 il əvvəl bir məktəbli məqaləsi ilə başlayan sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü görən kitablarım aşağıdakılardır:
"GÜNAYDIN" ("AĞÇİÇƏYİM") Bakı - 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

"İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN" Bakı - 2010. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
"GÜLZAR" Bakı - 2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. )

"MUM KİMİ YUMŞALANDA" Bakı - 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)

"MƏHDUD HƏYATIN MƏCHUL DÜŞÜNCƏLƏRİ" Bakı - 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)

"ŞEHÇİÇƏYİM" Bakı -2011. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

"BALÇİÇƏYİM" Bakı - 2012. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var. )

"BƏRZƏXDƏ" Bakı - 2014. (Bu günə qədər bir dəfə nəşr olunub)

"NİŞANGAH" Bakı - 2016. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)

"ORİYENTİR ULDUZU" Bkı -2011. (Bu günə qədər beş dəfə nəşr olunub və elektron variantı var.)

"GÜLÜNÜN ŞEİRLƏRİ" Bakı - 2011. (Bu günə qədər üç dəfə nəşr olunub və elektron variantı var.)

"SEVİN Kİ, SEVİLƏSİZ" Bakı - 2014. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

"BAYATILAR" - بایاتیلار " زائـــور اوستاج " - Bakı -2014. (Bu günə qədər iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.)

"QƏLBİMİN AÇIQCASI" Bakı - 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

"USTADNAMƏ" Bakı - 2016. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

"USUBCAN ƏFSANƏSİ" (MƏQALƏLƏR) Bakı - 2017. (Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

"ÇƏHRAYI KİTAB" Bakı – 2017. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.)

"OTUZ İLDİR ƏLDƏ QƏLƏM" Bakı – 2018.
(Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)

YANDIRILMIŞ (LƏĞV OLUNMUŞ) KİTABLAR:

"93 – ün yayı və ya bir qaşıq qatıq", Roman, Bakı – 2011. (Bərpa olunacaq.)

"2016", Povest, Bakı – 2011. (Bərpa olunacaq.)


Yuxarıda sadalanan müəllifi olduğum kitablardan əlavə, dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları bunlardır:


“ZİRVƏ” antologiyası. Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud” kitabxanası seriyasından. Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)

“MƏQAM” Toplu. Bakı – 2017. (Hacıxanım Aidaya təşəkkürlər.)


ASKEF-in yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN ÇANAKKALE’YE” (şiir seçkisi) antologiyası. Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)

Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz əlçatanlığı təmin etmək məqsədi ilə yaradıcılığın 30 iliyi yubley tədbirləri çərçivəsində təkrar EK nəsrlər olacaq.

Son illər müntəzəm olaraq, http://yazarlar.az/ , http://ustac.az/ , http://zaurustac.tr.gg/ saytlarında,
“EV BAZARI” yomoristik e-qəzetdə, “MAKLER-VİP” satirik e-jurnalda, “MARALLAR” satirik bloqda yazılarımı yayımlayıram. Bunlardan əlavə istər http://www.tezadlar.az/ saytı olsun, istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti Bizim üçün Ağdamın bir parçasıdır, “AĞDAM” qədər doğmadır.
Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda və şeirlərimi hər iki qayda ilə mətbu orqanlara göndərirəm və yayımlanıram. Əlbətdə, vacib bildiyim mövzularda....
“YARADANLA BAŞ-BAŞA” kitabına daxil olan “QƏLƏM HAQQI VƏ YA MÜRƏKKƏB PULU” (on dördüncü yazı) adlı, hesabat xarakterli bu məqalə "OTUZ İLDİR ƏLDƏ QƏLƏM" kitabında və yubley tədbirləri çərçivəsində Elektron Kitab formatında nəşr olunacaq bütün kitablarda yer alacaq. Ona görə məhz bu yazıda bir məlumatı da açıqlamaq istəyirəm.
Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə bilərəm... Bilirsiz ki, 2007 – ci ildən fəaliyyət göstərən YAZARLAR.AZ - Yazarlar jurnalının yaranma səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək, yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC” Milli Mükafatını təsis etdim. Mükafat diplomdan, nağd puldan və laureatın YAZARLAR.AZ –da yayımlanmış yazılarından ibarət, “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının nəşr olunmasından ibarətdir. Pul mükafatının məbləği bütün dövrlərdə stabil və inflyasiyaya davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti həcmində nəzərdə tutulur. Pul mükafatı bir dəfə, tam həcimdə ödənilir və qanunamüvafiq olaraq bəxşiş - bağışlama, hədiyyə etmə əsasında olduğuna görə vergidən azaddır. Mükafat ildə bir dəfə, yalnız bir nəfərə 28 May Respublika Günü ərəfəsində - əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə qdər çap olunub, laureata təhvil veriləcək. Mükafat barədə ətraflı məlumat YAZARLAR.AZ da elan olunacaq.
Bu arada “AZAD QƏLƏM”, “HAQQIN SƏDASI”, “ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”, “ULDUZ”, “AZƏRBAYCAN”, “KİRPİ”, “MOLLA NƏSRƏDDİN XXl ƏSRDƏ”, jurnallarının, eləcə də
http://azpress.az/ , http://senet.az/ , http://zaman24.net/
http://www.yazar.in/ , http://take.az/ , http://siirvideo.com/ https://10yazar.wordpress.com/ , https://yazyarat.com/ ,
http://www.tehsilproblemleri.com/, http://ayb.az/
http://azeri.press/ , http://www.tezadlar.az/ ,
saytlarının bütün işçi heyyətlərinə və rəhbərbərlərinə, ölkəmizdə elektron kitabçılığın və kitabxanaçılığın əsasını qoymuş, günümüzdə olduqca zəngin, böyük həcmli e-kitab bazasına malik http://www.kitabxana.net/ saytının qurucusu, bir çox vacib ictimai işlərdə daim öndə fəallığı ilə seçilən, gənclərə həmişə dəstək olan Aydın Xan müəllimə xüsusi təşəkkürlər... Var olasız, Dostlar və əlbətdə, Bizim tanımadığımız digər Qəhrəmanlar ... Kim cəhaləti ortadan qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt adamdır... Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş bəxş edə bilməz.... Uğurlarımız bol olsun... Amin... (Amen...)
Düzü, bilmirəm nəsə unutdum ya yox... Ancaq, yazımı yekunlaşdırmaq istəyirəm.
Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu edirəm! Arada kitab oxumağı da unutmayın!!!! “Mütailə orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir....” (Z.U)
02.04.2018. Bakı.
Müəllif: Zaur Ustac ,
© Zaur USTAC,2018. Bakı.


11 dəfə oxundu

Axtarış