QƏRƏNFİL
Müəllif: Yazarlar.AZ


20.01.2020


Qərənfil

Otuz ildi ağlayır,
Məzar üstə qərənfil.
Ürəkləri dağlayır,
Boyu bəstə qərənfil.

Şəhidlər xatirəsin,
Yad edir insanlarla,
Yayıb obaya səsin,
Ağlayır məzarlarla.

Azadlığın uğrunda,
Haray etdi hamıya,
Şəhidlərin yolunda,
Çağrış etdi dünyaya.

Şəhid qanın bəzədi,
Yas saxladı Bakıda,
Məzarlar üstə gəzdi,
Beləcə qaldı yadda.

Baş əyirəm qarşında,
Ağla,qərənfil ağla!
Yenə fani dünyada,
Düşmən ürəyin dağla.

Qobu Park 20-01-2020.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış