Qıfılbənd Çingiz Kürdəmirli, Vahid Çəmənli
Müəllif: Vahid Çəmənli


18.01.2019


Vahid Çəmənli
Gecə təcnis gəlir, gündüz qıfılbınd,
Tilsimi qırmağa ta qalmayıb zənd.
Gəzdim doğma yurdu, ev - ev , kəndbəkənd,
Sən ruhda, sən canda yazan görmədim.

Çingiz Kürdəmirli
Dostu tərifləmək, deyildi lazım,
Beş-on cızmaqara olubdur yazım.
Çoxum çoxdan gedib, qalıbdır azım,
Şairtək özümü bə"zən görmədim...

Vahid Çəmənli
Çağlayır içində bahar tufanı,
Dondurur ürəyi, dondurur qanı.
Tənqid tilovuna düşənlər hanı?
Vallahi, onlar tək sazan görmədim.

Çingiz Kürdəmirli
Başım qarışıbdı, az-az vurmağa,
İmkan yoxdu bu gün vaxt ayırmağa.
Sakit səhifəmdə düşüb qarmağa,
Onun kimi yolun azan görmədm.

Vahid Çəmənli
Sakit yaxşı duyur həyatın dadın,
Daima qayğısın çəkir ustadın.
Çatar harayına qohumun, yadın,
Onun kimi şair, ozan görmədim

Çingiz Kürdəmirli
Nə olsun ki, Sakit dostdu, qardaşdı,
Bir də görürsən ki, həddini aşdı.
Keçən dəfə sənə yaman sataşdı,
Nə oldu seçdiyin cəzan? - Görmədim...

Vahid Çəmənli
İnsanı məhv edən qəzəbdi, kindi,
Kim dosta can dedi, hörmətə mindi.
Dostluğun şərtləri bir deyil, mindi,
Mən onu əhdini pozan görmədim.

Çingiz Kürdəmirli
Dostunu buraxsan, sən özxoşuna,
Zəhər qatılacaq bir gün aşına.
Göz yuma bilmərəm bil ki, çaşına,
Bu işdə tərəzi-mizan görmədim.

Vahid Çəmənli
Hər günün öz hökmü, öz ahəngi var,
Söz də gül kimidir, neçə rəngi var...
Eniş var, yoxuş var, dalan, döngə var,
Yağmursuz yay gördüm, xəzan görmədim.

Çingiz Kürdəmirli
Nə şeir yazmışam, qalmaqal salıb,
Ruhum saf duyğuya köklənlb qalıb.
Pərim Samramida kimi bağ salıb,,
Bülbülün cəh-cəhin yozan görmədim.

Vahid Çəmənli
Boşuna yazılmır hər yazılan söz...
Düzə əyri baxsan çaş-baş qalar göz.
Dosta dost dedinsə, cəfasına döz,
Vəfalı dostlara qızan görmədim.

Çingiz Kürdəmirli
Çağır köməyinə, dostun bəs hanı?
Bərkə - boşa düşdün, dar gündə tanı.
Ruhum gəzdi göyləri, Asimanı,
Bəs hardadı sənin "fəzan" görmədim..

Vahid Çəmənli
Bu yağış, bu külək, bu soyuq gecə,
Vallahi, heç birin almadım vecə.
Ölərəm, dostumu salmaram gücə,
Bəs sənin necədir rizan, görmədim...

Çingiz Kürdəmirli
Rahat oturmuşdun, gözəl guşəndə,
Rəy yazırdın bəzən, yeri düşəndə.
"Kombi"yə dönürəm, mən deyişəndə,
Cismimi başqa cür qızan görmədim...

Vahid Çəmənli
Ay qardaş hardasan, dinmirsən niyə?
Tükənir söz yüküm, bitir qafiyə.
Gəl söz meydanına özün dur yiyə,
Deyişmə bu qədər uzun görmədim.

Çingiz Kürdəmirli
İstəmirəm gözdən axa yaşını,
Nəzərə alacam bu gün yaşını,
Ömrümdə mən iki qoçun başını,
Qaynadıbdı bircə qazan, - görmədim..

Vahid Çəmənli
Vahidəm, el bilir sözüm dildədi,
Meylim gözəllərdə, gözəl güldədi.
Gücüm dostlarımda, bir də eldədi,
Başqa ürəyimə sızan görmədim.

Çingiz Kürdəmirli
Azalır söz deyən zaman əzabım,
Sübhə qədər desən olacaq tabım,
Hələ açılmamış qalıb kitabım,
Çingizəmsə, məni əzən görmədim.

Şəkli Sakit Məmmədov çəkib!

10 dəfə oxundu

Axtarış