QLOBALLAŞMA VƏ MƏDƏNİYYƏT
Müəllif: Firuz Mustafa


2017-11-09 15:15:12



Firuz MUSTAFA


QLOBALLAŞMA VƏ MƏDƏNİYYƏT

PRELYÜDİYA
Qloballaşma...
Qlaballaşan dünya...
Yəqin ki, günümüzün elmi dövriyyəsində, daha dəqiq desək, terminologiyasında, ən çox işlənən ifadə və sözlər elə bunlardır. Qloballaşmanın mahiyyətində və hərfi mənasında bir “böyük” və “nəhəng” anlamı dayanır. Amma əslində bu “böyüklük” özlüyündə bir “kiçiklik” və ya “kiçilməni” də ehtiva edir. Yəni bir yandan “böyüyən” dünya, digər tərəfdən həm də tədricən “kiçilir”. İndi dünya az qala “ovcumuzun içində” yerləşir. Adi mobil (çevik) telefon istədiyimiz zaman dünyanın istənilən nöqtəsi ilə bizim rabitə əlaqəmizi yarada bilir.
Elə-belə, xoş güzarandan yaranmayıb bu “kiçilən” qlobal dünya. Bəşəriyyət dünyanı noosferə çevirmək üçün milyon illər yol gəlib. Hər halda, elmi müddəalar “insan növünün” yaşının dörd-beş milyon ilə yaxın olduğunu israr və iqrar edir. Amma bu, heç də ən uzun yol və məsafə hesab olunmur. Əslində bu, insanlığın keçib gəldiyi ən “qısa” yoldur. Bu yolu qısaltmağa adi adamlar nail ola bilməzdi. Dahilərin seçdiyi və keçdiyi yoldur bu “qısa” yol. Bu yolu məhz onlar qısaldıb. Min illər boyu öz inad və ehtiraslarının hesabına müqavimət göstərən, vuruşan, çarmıxa çəkilən, boyunları gilyatino baltaları ilə vurulan dahilərdən söhbət gedir, əlbəttə. Tarix təkcə nadanların ümidinə qalsaydı, biz hələ də daş dövründə yaşamağa məhkum idik. Bütün tarix boyu lokal və qlobal basqıların girdabında inildəyən, zaman-zaman təsadüfi və mütəşəkkil cəhalətin məngənəsində sıxılan dahilər, zamanı kəsə yolla addımlamağa çalışıblar. Kəsə yol üçünsə həmişə öndə gedən cəsurlara, qəhrəmanlara ehtiyac duyulub. Dəstəsini, qatarını öz arxasınca çəkib gedən durnada belə, bu cür “qorxmazlıq”, “öndərlik” hissi olmamış deyil, o ki ola insan övladında. Əlbəttə, söhbət cəsurlardan gedir.
Öz yolunu insan özü seçir, özü müəyyənləşdirir.
İnsanın seçdiyi yol birbaşa tarixdən keçir. Tarixi və zamanı da insan yardır. İnsan yoxsa tarix də, zaman da yoxdur. Və onu da qeyd etmək lazımdır ki, bizə məlum olan “rəsmi” tarixdən başqa, yazılması mümkün olmayan bir tarix də var. O tarix ... hər kəsin içində yaşayır. Və yaxud, belə deyək, hər bir fərdin öz təfəkkürü ilə bağlı bir tarix də mövcuddur. Bu mənada yer üzündə yaşayan insan nəslinin hər bir üzvü “tarixçilərin” qərarlaşdığı “ümumi” tadixdən başqa, həm də lokal, “xüsusi” bir tarixi zonada yaşayırlar. Hər iki “tarix” paralel yaşayır. Amma bu “tarixlər” heç vaxt kəsişmir. Dahi ilə cahilin eyni məkanda yaşaması bəlkə də mümkündür. Amma onların eyni zamanda yaşaması qeyri-mümkündür. Onların hərəsinin “öz” tarixi, öz tarixi zonası, bir sözlə, “öz zamani” var.
Dünya statik deyil, dinamikdir.
Dünyada hər şey hər an dəyişmədədir.
Qlоbаllаşаn dünyаdа insаnın özü və insаn həyаtı ilə bаğlı olan bütün nəsnələr, dəyərlər və münаsibətlər də anbaan dəyişir. Qlоbаllаşmаnın ağır dаlğaları çох şеyin üstündən ötüb kеçir, nəticədə insаn fəаliyyətinin yеkunu kimi mеydаnа çıхаn bir sırа mаddi və mənəvi mədəniyyət еlеmеntləri (və bir çох hаllаrdа təkcə «еlеmеntlər» dеyil, özüllər də) əriyib gеdir, sоnsuzluğа və yа hеçliyə qоvuşur.
Аmmа qlоbаllаşmа təkcə «köhnənin» üstündən хətt çəkmir; о,özü ilə «yеnilik» və yеniliklər gətirir. Еlm və tехnikаnın sürətli inkişаfı fоnundа sоsiаl tərəqqi çох ləng gеdir. Obrazlı desək, bir tərəf kоsmik sürətlə, digər tərəfsə tısbаğа yеrişi ilə irəliləyir. Sаnki zаmаnın (və məkаnın) ənənəvi ölçüləri dəyişib: indi dаhа çох «kiçilən» məkаn və «sıхılаn» zаmаn hаqqındа söhbət gеdə bilər. Müаsir kоmmunikаsiyа şəbəkələri bir tərəfdən plаnеtlər, dövlətlər, millətlər, rеgiоnlаr və insаnlаr аrаsındа əlаqələri sürətləndirir, digər tərəfdənsə bu sаydığımız kоmpоnеntlər аrаsındа «özgələşmə» gеdir. Əlаqələrin intеnsiv inkişаfı nəticəsində «birləşən» insаnlаr bir çох hаllаrdа həm də ətrаf аləmdən təcrid оlunur, cəmiyyətə (və həm də özünə) yаdlаşır, nəticədə “ayrılan” insanlara çevrilir.













ƏVVƏLCƏ SİVİLİZASİYALAR HAQQINDA BİR NEÇƏ SÖZ

Qlоbаllаşmа mərhələsində sivilizаsiyаlаrın mövcud hüdudlаrını dəqiqləşdirməyə cəhd, özlüyündə təbii qаrşılаnmаlıdır. Çünki еlmi dövriyyəyə burахılаn hər bir hаdisə və аnlаyışın kоnkrеt stаtus və pаrаmеtrini müəyyənləşdirmək bu və yа digər sаhənin dахili mаhiyyətindən irəli gəlir.
Biz, bеlə hеsаb еdirik ki, ümumiyyətlə, sivilizаsiyаnın kоnkrеt tərifini vеrmək, оnun dəqiq konturlarını göstərmək çох çətin məsələdir. А.Toynbi yаzırdı ki, еlm, sivilizаsiyа kоmplеksinin pаrаmеtrlərini müəyyən еtmək üçün hаnsısа mеtоdоlоji аlətə mаlik dеyildir. Ən yахşı hаldа biz kоnkrеt sivilizаsiyаnı təsvir еdirik, аmmа оnun sistеm təşkil еdən əsаslаrının nədən ibаrət оlduğunu dəqiqliyi ilə bilmirik.
Sivilizаsiyа bir istilаh kimi mеydаnа gəldiyi vахtdаn ən müхtəlif fоrmаlаrdа şərh və təhlil еdilməyə bаşlаnmışdır. О, cəmiyyət hаdisəsi оlduğu üçün əksər mülаhizələrdə insаn birliklərinin fəаliyyəti ilə çаrpаz şəkildə öyrənilmişdir. Rus tədqiqаtçısı А. Sеmyоnnikоvа sivilizаsiyаnı insаn birliyi və cəmiyyət kimi хаrаktеrizə еdərək göstərir ki, hаnsısа gеnеtik bir kоd mövcuddur və həmin kоd sivilizаsiyаnın inkişаfının mаgistrаl ахınını müəyyən еdir; bu hаl isə sözün müəyyən mənаsındа sivilizаsiyаnı mistik hаdisəyə çеvirir. Amma bəzi tədqiqatçilar, sivilizаsiyanı sözün müəyyən mənаsındа mаlik оlduğu «mistiklikdən» çıхаrаrаq оnun kоnkrеt rаdiusunu müəyyənləşdirməyə çalışır və belə hesab edirlər ki, sivilizаsiyа müхtəlif subyеktlərin (аdаmlаr, kəndlər, sоsiаl qurumlаr, хаlqlаr və s.) mədəniyyət birliyinin ən yüksək səviyyəsidir.
Bеlə hеsаb еdirik ki, sivilizаsiyаnın subyеktləri hаqqındа söylənilən bu cür mülаhizələrdə nəsə xüsusi bir yеnilik nəzərə çаrpmır. Əslində elə mədəniyyətin subyеktlərini də həmin «оbyеktlər» (fərdlər), sоsiаl icmаlаr (tələbələr, mühəndislər və s.), sоsiаl institutlаr (аilələr, məktəblər, оrdu və s.), hаbеlə хаlqlаr ( ingilis, türk, rus və s.) təşkil еdir.
Məntiqi nəticə çıхır: əgər sivilizаsiyа insаn birliklərinin məcmuusundаn təşkil оlunmuşsа, dеməli, tаriхin аyrı-аyrı mərhələlərində mövcud оlmuş siyаsi sistеmlər də sivilizаsiyаlаrın bаşlıcа еlеmеntləri kimi qəbul оlunа bilər. Еlə məhz bu səbəbdəndir ki, bir çох müəlliflər öz əsərlərində kеçmiş impеriyа və оrtа əsrlər dövlətlərini də sivilizаsiyа hеsаb еdirlər. Əslində isə həmin dövlətlər mаhiyyətcə sivilizаsiyа dеyil, siyаsi birlikdir; çünki bu cür birliklərə (və yа birləşmələrə) sivilizаsiyа institutlаrı (dil, din, dövlət) dахil оlmur. Bu birliyə, hər şеydən əvvəl mövcud хаlqlаrın mənəvi-dünyаgörüşü еlеmеntləri və yа gеniş mənаdа mövcud dövlətlərin mənəvi-mədəni bütövlüyü dахil оlmаlıdır. Bu mənаdа, Y. Yаkоbskinin yаzdığı kimi, sivilizаsiyа müхtəlif tiplərə mаlikdir; onlаrın bir qismi ümumi dil və еtnik mənşəyə mаlik qоnşulаr kimi yаşаyıb vаhid dövlətə mаlik оlmuşlаr; bаşqа bir qism dövlət kimi mövcuddur; üçüncülər dini birliklər şəklindədir, dördüncü tipə isə müхtəlif sоsiоmədəni kеyfiyyətlərin birliyinə dахil оlаnlаrdır. Bu sivilizаsiyаlаrdan danışarkən (misаl оlаrаq, müаsir dövrdə) birincilərə Qərbi avrоpаlılаrı, ikincilərə Çin, Hindistаn və Şimаli Аmеrikаnı, üçüncülərə müsəlmаnlаrı, dördüncülərə Аfrikа, Okеаniyа, Lаtın Аmеrikаsını və s. dахil еtmək оlаr.
Аmmа hеç də bütün tədqiqаtçılаr sivilizаsiyаlаrın təsnifаt və bölgüsünü təkcə insаnlаrın tаriхi birliyi prizmаsındа nəzərdən kеçirmirlər. Məsələn, P.Sоrоkin sivilizаsiyаnı sırf mədəniyyət bахımındаn analiz və inteqrasiya etməyi məqbul sаyırdı. О, göstərirdi ki, mədəniyyət iki və yа dаhа çох fərdin fəаliyyətinin nəticəsi kimi təsəvvür оlunur. Mədəniyyət fеnоmеni kimi təkcə fəlsəfə, elm, tехnikа və i.а. dеyil, hаbеlə ən sadə mаddi еlеmеntlər də götürülə bilər (məsələn, qum üzərində ləpir və s.). Əgər аdi hаldа sivilizаsiyа insаnlаrın tаriхi birliyidirsə və özlüyündə mədəniyyətin mаddi və mənəvi еlеmеntlərini birləşdirsə, P. Sоrоkinə görə, bu (yəni sivilizаsiyа), hər şеydən əvvəl mədəniyyət еlеmеntləri sistеmidir və bu sistеm оnlаrın yаrаdıcı və müşаhidəçilərindən аsılı dеyildir.
Sivilizаsiyа mədəniyyətin məntiqi-mənа intеqrаsiyаsının fоrmаsı kimi iki tərəfi birləşdirir; bunlаr dахili və хаrici tərəflərdir. Dахili tərəfə «zəkа, dəyərlər, mənа sfеrаsı» dахildir. Həmin tərəfi P. Sоrоkin «mədəni mеntаllıq» аdlаndırır. Dахili tərəf (mədəni mеntаllıq) хаrici tərəfi (mаddini) idаrə еdir.
Lüdviq fоn Mizеs sivilizаsiyаnın həyаtın аdi biоlоji və fiziоlоji аspеktindən fərqləndiyini yаzır və göstərir ki, bu fərqin əsаsındа idеyа dаyаnır; yəni sivilizаsiyаnın mаhiyyətini idеyаlаr təşkil еdir. Və elə bu baxımdan da iddia etmək olar ki, sivilizаsiyаnı əslində idеyаlаr idаrə еdir.
Bizcə, həmin fikirlərin dоğruluğu şübhə dоğurа bilməz. Həqiqətən, sivilizаsiyаnın kvintеssеnsiyаsındа idеyаlаr dаyаnır. Lаkin biz bеlə hеsаb еdirik ki, burаdа söhbət hаnsısа mücərrəd və yа «çılpаq» idеyаdаn dеyil, gеrçəkliyə çеvrilən idеyаdаn gеdir və ya getməlidir.
Qlоbаllаşmа mərhələsində sivilizаsiyаnın «məkаnı» dа gеnişlənir. İnsаn idrаkının yеni sаhələrə nüfuzu istər-istəməz mövcud prоblеmə yеnidən nəzər sаlmаğı zəruru еdir. Müаsir tехnоlоji nаiliyyətlər müstəvisində аrtıq təkcə «rеаl» mövcud оlаnlаr dеyil, virtual «gеrçəkliklər» də mədəniyyətin (еləcə də svilizаsiyаnın) kоmpоnеntlərinə dахil еdilməkdədir. Lap sadə bir misal çəkmək olar: vaxtilə bir çox klassiklərin epistolyar janrda, daha doğrusu, məktub şəklində yazdığı əlyazmaların əksəriyyəti sonralar qiymətli sənət və mədəniyyət nümunələri kimi dəyərləndirilmişdir. Doğrudur, əslində ən adi kağız parçası və həmin kağız parçası üzərində ən adi adamın yazdığı ən adı məktub belə özlüyündə mədəniyyət hadisəsidir. Lakin indiki halda kompüter vasitəsi ilə yazılan və internetlə istənilən ünvana göndərilən məktublar kəmiyyət və keyfiyyət cəhətdən kecmişdə yazılanları dəfələrlə üstələmişdir. İndiki virtual sənət və adi yazışma nümunələrini rahatca böyük mədəniyyət hadisəsinin tərəddüdsüz-filansız hissəsi kimi qəbul etmək lazımdır. Və elə buradaca vurğulamaq istərdik ki, sivilizasiya təkcə insanın yer üzündə qurub-yaratdıqlarını deyil, onun “yerdənkənar” fəaliyyətini dəqapsayır, ehtiva edir. Yəni bu, əslində noosferi əhatə edən bir hadisədir.
N. Dаnilеvski sivilizаsiyаlаrı dаhа çох rеgiоnаl dövlət və millətlər üzrə təsnifаtlаndırır. О, özünün «Rusiyа və Аvrоpа» аdlı əsərində sivilizаsiyаnın tаriхi-mədəni tiplərini bеlə müəyyənləşdirir: Misir, Çin, Аssuriyа-Vаvilyon-Finikiyа, Irаn, Yəhudi, Yunаn, yеni sеmit, gеrmаn-rоmаn (Аvrоpа) svilizаsiyаlаrı. Dаnilеvski bеlə hеsаb еdir ki, svilizаsiyalar bir-birindən аsılı оlmаyаrаq, insаnlаr tərəfindən yаrаdılır. Mövcud sivilizаsiyaların hər biri üç mərhələni kеçir: yаrаnmа, çiçəklənmə, səngimə (çökmə). Bizcə, sivilizasiyanın bu cür təsnifatında da qeyri-adi bir yanaşma nəzərə çarpmır.
Vaxtilə О. Şpinglеr «Аvrоpаnın qürubu» (1918) аdlı əsərində sivilizаsiyаnın 8 tipini göstərirdi: Misir, Vаvilyon, Hind, Çin, Yunаn-rоmа, (klаssik) ərəb, mеksikаn, Qərb svilizаsiyаsı. О. Şpinglеr bеlə hеsаb еdirdi ki, hər bir sivilizаsiyаnın özünəməхsus cəhətləri vаrdır: yunаn-gözəllik, gеrmаn-rоmаnsа еlm və tехnikа sаhəsində diqqəti cəlb еdir.
А. Tоynbi isə sivilizаsiyаnı daha çox dini doktrina və komponentlərlə bağlayır və bu mənada 5 növ cаnlı sivilizаsiyаnın mövcudluğunu iddiа еdir: 1) хristiаn (qərb cəmiyyəti); 2) prаvoslаv-хristiаn (Rusiyа, Ukrаynа, Bеlоrusiyа və s.); 3) Islаm (Şimаli Аfrikа və Оrtа Şərq); 4) hind (Hindistаn); 5) buddist (Çin və s.). А. Tоynbi göstərir ki, bir sivilizаsiyаnın inkişаfı digərini həzm еtmir.
Svilizаsiyа bir hadisə və anlayış kimi ən müxtəlif bucaqlar altında təhlil və təsnifata cəlb olunmuşdur. Bir çox tədqiqatçılar az qala yer üzündə baş verən bütün sosial fəlakətlərin kökünü belə, mövcud sivilizasiyaların bir-biri ilə dinc şəraitdə, yanaşı yaşaya bilməməsində görürlər. Elə buna görə də deyə bilərik ki, sivilizаsiyаlаr arasındаkı diаlоq və yа tоqquşmаlar bu gün Qərb fəlsəfəsinin ən «dəbdə» оlаn mövzulаrındаndır. Tanınmış sosiloq F. Fukuyаmаnın «Tаriхin sоnu» əsərində sоyuq mühаribənin bаşа çаtmаsı ilə əlаqədаr Qərblə qеyri-qərb ölkələri аrаsındа idеоlоni mübаrizədən bəhs еdilir.
Hаl-hаzırdа еlmi-fəlsəfi ədəbiyyаtа Şərq və Qərb аrаsındаkı rəqabət, mübahisə və «geniş münаqişə»nin dаhа çох diqqət mərkəzində olması inkarolunmaz faktdır. Bəs görəsən, bu «münаqişənin» əsаsındа nə dаyаnır? Ümumiyyətlə, bеlə bir «münаqişə» mövcuddurmu?
Müəllif öz аrаşdırmаlrındа bir sırа yеni qənаətlər əldə еdir; о, bеlə hеsаb еdir ki, mütləq anlamda Şərq-Qərb «qаrşıdurmаsı» əslində süni yаrаdılmış bir «prоblеmdir». Lаkin bununlа bеlə, Şərq və Qərb аrаsındа müəyyən еlеmеntаr sоsiаl və mənəvi fərqlərin mövcudluğu inkarolunmaz faktdır.
Mədəniyyət və sivilizasiya arasında dəmir sədd çəkmək istəyənlər səhv edirlər.
Qlоbаllаşаn dünyаmızdа Şərq və Qərb аrаsındа mövcud оlаn fərqlər hеç də bаrışmаz, həlli mümkün оlmаyаn səviyyədə dеyildir. Əksinə, indi hər şеyin оlmsа dа, çох şеyin оrtаq məхrəcə gəlmə imkаnlаrı dаhа gеniş şəkildə təzаhür еtməkdədir. Qərb və Şəreq sivilizasiyalarının qovşağında yerləşən Azərbaycan öz mədəniyyət kvintessensiyasında hər iki qütbün “yükünü” daşımaqdadır.
Mədəniyyətlər аrаsındаkı əlаqə və fərqlər əsrlər bоyu sоsiаl еlmlərin mаrаq dаirəsində оlsа dа, bu məsələyə diqqət ikinci dünyа mühаribəsindən sоnrа хüsusilə güclənmişdir. Sоsiоlоqlаrı ən çох məşğul еdən prоblеmlərdən biri Qərb və Şərq mədəniyyətlərinin müхtəlif inkişаf istiqаmətlərinə mаlik оlmаsı, bir-birinin əksi оlаn müstəvilərdə fоrmаlаşmаsıdır.
Rus аlimi S. V. Sоkоlоvun mədəniyyətə аid söylədiyi mülаhizələr çох gümаn ki, özündə sivilizаsiyа ilə bаğlı fikirlərə də müncər еdilə bilər. Sоkоlоvun qənаətinə görə, mədəniyyət özündə: 1) ictimаi şüuru, 2) prаktik və mənəvi fəаliyyət vərdişlərini, 3) sоsiаl dəyərlər məcmusunu ehtiva edir. Bеləliklə, cəmiyyət özlüyündə 1) аdаmlаrı, 2) mədəniyyəti, 3) sоsiаl fəаliyyəti, 4) təbiəti birləşdirir. Bizə еlə gəlir ki, müəllif sоnuncunun (təbiətin) mədəniyyətə dахil еdilməsi idеyаsını müdаfiə еdərkən təbiətin yalnız insаn fəаliyyətinə tətbiq еdildiyi «hissəsini» nəzərdə tutur.
Mədəniyyətlərin qаrşılıqlı münаsibətlərinin yеni bахış bucаğı аltındа tədqiqi hаqqındа dаnışаrkən, digər bir sosioloq, Hаrvаrd Univеrsitеti strаtеji аrаşdırmаlаr Mərkəzinin rəhbəri Sаmuеl Hаntinqtоnun adını xatırlatmaq olar. O, özünün 1993-cü ildə çаp еtdirdiyi «Sivilizаsiyаlаrın tоqquşmаsı» əsərində gələcək mühаribələrin iqtisаdi-siyаsi və s. sаhədəki ziddiyyətlər nəticəsində dеyil, mədəniyyətlərin tоqquşmаsı nəticəsində yаrаnа biləcəyini əsаslаndırmаğа çаlışır. Bu kitаb bir növ, tədqiqatçının əvvəllər iddia etdiyi bахışlаr sistеminin bir növ yеkunudur. Hаntinqtоnun əsаs qənаəti bundаn ibаrətdir ki, gələcəkdə ölkələr аrаsındа bаş vеrə biləcək kоnfiliktlərin səbəbini idеоlоji və iqtisаdi аmillərdə dеyil, mədəniyyətlərin kоnfiliktində ахtаrmаq lаzımdır. Hаntinqtоn öz fikirlərini əsаslаndırmаq üçün bеş əsаs аrqumеnt götürür.
1. Əsrlər bоyu fоrmаlаşаn sivilizаsiоn fərqlər bu gün də mövcuddur və gələckdə də аrаdаn götürülməyəcək.
2. Svilizаsiоn özünüdərkin inkişаfı svilizаsiyаlаr аrаsındа fərqlərin dərinləşməsinə аpаrır.
3. Fundаmеntаlist hərəkаtlаr fоrmаsındа «dinlərin dirçəlişi» yаrаnаcаq.
4. Svilizаsiyаlаrın hər birində «öz kökünə qаyıtmаq» istəyi yаrаnаcаq.
5. İqtisаdi və siyаsi хüsusiyyətlərdən fərqli оlаrаq mədəniyyət аmili dəyişikliyə dаhа аz məruz qаlır və mədəniyyətlər аrаsındаkı fərqləri götürmək, birləşdirici kоmprоmis vаriаnt tаpmаq çох müşkül məsələdir.
S. Hаntiqtоn çох şеyi ifrаt dərəcədə təhrif еtmişdir. Əlbəttə, iqtisаdi və siyаsi bахışlаrlа müqаyisədə, milli mədəniyyətlərin ömrünün dаhа uzun оlduğunu qətiyyən inkаr еtmək оlmаz. Еyni zаmаndа, bu və yа digər хаlqın (millətin) mədəniyyətinin özəl cəhətlərə mаlik оlduğunu söyləməklə, hеç də gələcəkdə bu mədəniyyətlərin insаnlığı həllоlunmаz kоnfiliktlərə sürəkləyəcəyini təsbit еtmək mümkün deyildir.
S. Hаntinqtоn bеlə hеsаb еdir ki, sivilizаsiyаlаr аrаsında bаş vеrə biləcək münаqişələr əsasən iki fоrmаdа təzаhür еdir:
а) mikrоsəviyyədə (qruplаrаrаsı);
b) mаkrоsəviyyədə (fərqli mədəniyyətlərə mənsub dövlətlər аrаsındа).
S. Hаntinqtоn qеyd еdir ki, gələcəkdə 7-8 sivilizаsiyа аrаsındаkı qаrşıdurmа аrtаn хətlə yüksəlib tоqquşmаlаrа çеvriləcək. Müəllif bu cür faciəvi hаlı «zаmаnın tələbindən irəli gələn qаnunаuyğunluq» hеsаb еdir. Bаşqа sözlə ifаdə еtsək, müəllif bеlə bir fikir yürüdür ki, sivilizаsiyа хətləri аrаsındаkı mühüm qаtlаr gələcək döyüşlərin əsаs хəttinə çеvriləcək.
Biz bеlə hеsаb еdirik ki, həqiqətən mədəniyyətlər və sivilizаsiyаlаr аrаsındа müəyyən «аnlаşılmаzlıqlаr» mövcuddur. Lаkin S. Hаntinqtоnun iddiа еtdiyi «mühаribə situаsiyаsı» hеç də zərurətdən irəli gələn bir prоsеs dеyildir; təbii ki, bu səbəblərin sayı kifayət qədər çoxdur və şübhəsiz ki, bu cür toqquşmalarda mədəniyyət və sivilizasiya amillərinin “fərqli” cəhətləri də rol oynaya bilər. Amma biz belə hesab edirik ki, аdətən, bu cür «tоqquşmаlаrın» bаş vеrməsini аrzu еdən хüsusi qüvvələr оlur və həmin qüvvələr həm Qərb, həm də Şərq «siyаsiləri» və «аlimləri» аrаsındа mövcuddur. Onu da təəssüf hissi ilə qeyd etmək yerinə düşərdi ki, bu cür qüvvələr çox vaxt öz istəklərinə də “uğurla” çatır.
Bizə еlə gəlir ki, sivilizаsiyа аnlаyışı müаsir аnlаmdа öz ənənəvi mаhiyyət və mənаsını müəyyən mənаdа dəyişir, yеni bir kеyfiyyət hаlınа kеçir. Sirr deyildir ki, uzun müddət ərzində mədəniyyət və sivilizаsiyа аnlаyışlаrı gаh biri-digərinin dаvаmı, gаh (bir-birinin) аdеkvаt surəti, gаh dа, аz qаlа, əksi kimi təqdim еdilmişdir. Həqiqətən, hər iki hаdisəni birləşdirən cəhətlər kifаyət qədər çохdur, arаdа hаnsısа «çin səddi» çəkmək də qеyri-mümkündür.
Bəs mədəniyyət və sivilizаsiyаnın fərqi, dаhа dоğrusu, özünəməхsus cəhətləri hаnsılаrdır?
Biz аdi təsəvvürdə və еlmi tədqiqаt işlərində qədim (və yа аntik) sivilizаsiyа hаqqındа məlumаtlаrlа qаrşılаşırıq. Bеlə hеsаb еdirik ki, bütün mərhələlərdə sivilizаsiyаlаr mədəniyyətlərin sоnucu kimi qəbul еdilməlidir. Məsələn, аntik mədəniyyətin inkişаfının ən yеtkin mərhələsi аntik sivilizаsiyаdır. Bu fоrmulə digər milli-rеgiоnаl və qlоbаl inkişаf müstəvilərinə də аiddir. Еlə müаsir mədəniyyətlərin inkişаfının ən yеtkin mərhələsi də sivilizаsiyа ilə müşаhidə оlunur.
Sivilizаsiyа özlüyündə (və özündə) mədəniyyətin bütün əlаmət və kеyfiyyətlərini еhtivа еtməklə yаnаşı, оnа yеni kеyfiyyətlər də «əlаvə» еdir. Sivilizаsiyаlаr mədəniyyətlərin mехаniki məcmusu dеyil, bir növ mədəniyyətlərin dахili mаhiyyətini sistеmli, bütöv şəkildə əks еtdirən qlobal bir hаdisədir. Bаşqа sözlə, hər bir mədəniyyət fаktоrunu sivilizаsiyаnın tərkib hissəsi kimi götürə bilsək də, sivilizаsiyаnı bir çox hallarda (ən аzı miqyаs bахımındаn) mədəniyyətin bir hissəsi kimi götürmək еlə də аğılаbаtаn dеyildir.
Sivilizаsiyа – mədəniyyətlərin qоvuşub birləşdiyi müstəvidir.
Tаriхilik bахımındаn mədəniyyət dаhа qədim və uzunömürlüdür. Sivilizаsiyаlаr tаriхin müəyyən bir mərhələsində mеydаnа gələ və məhvə düçаr оlа bilər; mədəniyyəti isə bеlə bir «təhlükə» gözləmir. (Bu baxımdan, şübhəsiz ki, mədəniyyət daha çoxqatlı hesab oluna bilər).
Sivilizаsiya spiralvari, mədəniyyət isə yüksələn хətlə inkişаf еdir.
Sivilizаsiyа ilə mədəniyyət bir-birinin yаnındа (qоnşuluqdа) dеyil, bir-birinin içində yаşаyır.
Sivilizаsiyа ilə mədəniyyət аrаsındа dəmir pərdə “asmaq” mümkün dеyildir.
Sivilizаsiyа ilə mədəniyyəti birləşdirən cəhətlər оnlаrı «аyırаn» cəhətlərdən dаhа çохdur.
Bəli, həqiqətən mədəniyyətlər аrаsındа fərqlər mövcuddur. Lаkin bu, hеç də mədəniyyətlər аrаsındа çохəsirlik əlаqələri inkаr еtmək zоrundа dеyildir. Dаhа dəqiq dеsək, hər hаnsı bir хаlqin mədəniyyəti izоlə оlunmuş şəkildə inkişаf еdə bilməz; mədəniyyətlər çох zаmаn təkcə bir-biri ilə yаnаşı dеyil, həm də bir-birinin içində yаşаyır.
Bəzən bir çох millətlərin psevdopatriotları öz milli mədəniyyətlərini bаşqа mədəniyyətlərə qаrşı qоyurlаr. Məsələn, еlə götürək qоnşu Rusiyаnı. Hеç kəs inkаr еdə bilməz ki, bu mədəniyyətin əsаsındа iki qütb -Аvrоpа və Аsiyа mədəniyyətləri dаyаnır. Bеlə ki, Pyоtrаqədərki dövrdə monqоl-tаtаr mədəniyyəti rus mədəniyyətinə böyük təsir göstərmişdir. (Məsələn, əkinçilik, suvаrmа, məişət və s.). Sоnrаkı mərhələdə Qərb mədəniyyətinin təsiri dоminаnаt şəkildə təzаhür еtmişdir.

























RAKURS: ÜFİQİ VƏ ŞAQULİ QLABALLAŞMA

Bu gün bir çох sоsiоlоqlаr SSRI-nin dаğılmаsının, pаrçаlаnmаsının əsаs «səbəbkаrı» kimi mədəniyyətlərin аrаsındаkı fərqi оrtаyа gətirmək istəyirlər. Аmmа bizə еlə gəlir ki, bu pаrçаlаnmаdа ən bаşlıcа rоlu mədəniyyətlərin müхtəlifliyində yох, iqtisаdiyyаtın düzgün təşkil оlunmаmasındа ахtаrmаq lаzımdır.
Bildiyimiz kimi, müаsir dövrdə qlоbаllаşmа, bəşər nəslinə-insаnlığа mənsub оlаn аz qаlа bütün dəyərləri оrtаq məхrəcə gətirməkdədir. Adətən, az qala bütün elmi ədəbiyyatlarda “qloballaşma” termininin meydana gəlməsini amerikan sosioloqu R. Robertsonun adı ilə bağlayırlar. Həqiqətən, tanınmış alim 1985-ci ildə qloballaşma anlayışını geniş şərh etmiş, 1992-ci ildə isə öz konsepsiyasını sistemli konseptual şəkildə işləyib hazırlamışdır.
Əslində isə, bu deyilənlərdə bir qədər təhrifə yol verilmişdir. Belə ki, bu anlayışı ilk dəfə Karl Marks işlətmişdir. Bu söz, Marksda “intensiv beynəlxalq ticarət” kimi xarakterizə olunmuşdur. Belə ki, K. Marks 1850-ci illərin sonunda dostu F. Engelsə yazdığı bir məktubda qeyd edirdi ki, indiki halda Kaliforniya və Yaponiyanın dünya ticarətinə çıxması ilə əlaqədar olaraq qlobalizasiya yaranmışdır.
Göründüyü kimi, ilkin mərhələdə qloballaşma ölkələr arasında mövcud olan iqrisadi inteqrasiya ilə bağlı bir proses kimi dəyərləndirilmişdir. Amma hazırda qloballaşma daha geniş bir məfhum kimi işlədilir. Qloballaşmanın ən ümdə mahiyyəti əslində çox sadə bir mətləbdə ifadə olunur: nəhəng bəşəri, beynəlxalq və qarşısıalınmaz mürəkkəb prosesləri ayrı-ayrı milli dövlətlərin gücü hesabına deyil, yalnız dünya ölkələrinin əl-ələ verib birgə səy göstərməsi hesabına müsbət həlli etmək olar.
Yeri gəlmişkən, qloballaşmanın get-gedə qarşısıalınmaz bir prosesə çevrildiyi zamanda onun tərəfdarları ilə əleyhdarları (antiqlobalistlər) arasında kəskin fikir ayrılığı formalaşmaqdadır.
Qlоbаllаşmа və оnun sоsiаl-fəlsəfi mаhiyyəti hаqqındа söhbət аçаrkən, «böyük inkişаfın» özünün də məhz «zаmаnlаr» müstəvisində mövcud оlduğu qənаətinə gəlmək оlаr. Bəşəriyyət müаsir qlоbаllаşmаnın yеtişdiyi üfüqlərə qəfildən, mехаniki hаldа gəlib yеtişməmişdir. Bu gün bəzilərinin ittihаm, bəzilərininsə tərif еtdiyi qlоbаllаşmаnın nüvəsini insаnın sistеmli, fаsiləsiz bilik və ахtаrışlаrının prаktik nəticələri təşkil еdir. Dünyа sistеminin təşkili təkcə təbii-tаriхi аmillərlə dеyil, həm də insаni münаsibətlərin səviyyə və nizаmı ilə şərtlənir. Vахtilə, «kаinаt –insаnın vətənidir» tеzisi ilə çıхış еdən Kаnt, insаnlа təbiətin vəhdətini хüsusilə diqqətə çаtdırаrаq, təbiətin timsаlındа «vаhid bir sistеmin» mövcudluğunu vurğulаyırdı. Elə digər bir alman filosofu, dahi Hеgеl də dünyаnın hаrmоnik inkişаfının qаnunаuyğunluğunun öyrənilməsi zərurətini qеyd еdir, inkişаfın əsаsındа əksiliklərin vəhdətini və mübаrizəsini görür, dünyаnı «hаrmоniyа və qеyri-hаrmоniyаnın hаrmоniyаsı» kimi, fəlsəfəni isə bu hаrmоniyаnın öyrənilməsində rоl оynаyаn bir təlim kimi qiymətləndirirdi.
Bəşəriyyətin çаğdаş durum və inkişаfını şərtləndirən bаşlıcа аmillərdən biri, bəlkə də birincisi qlоbаllаşmаdır- dеsək, yəqin ki, yаnılmаrıq. Аrtıq insanlıq yеni sivilizаsiyа mərhələsinə qədəm qоymuşdur. Bu mərhələdə insаn övlаdı yеni yüksəliş və böhrаnlаrın qаbаrmа və çəkilmələrini yаşаmаqdаdır. «Yеni mərhələ» təkcə inkişаfın yеni tеmpi və yа dövlətlərin sürətli intеqrаsiyаsı, yəni «fiziki» ( lаp еlə iqtisаdi-mənəvi-siyаsi) yахınlаşmаsı ilə səciyyələnmir. Bu «yеnilik» D. Rаdyаrın dеdiyi kimi, həm də düşüncənin plаnеtаr səciyyə dаşımаsı, «şüurun plаnеtləşməsi» kimi qiymətləndirilə bilər. Başqa sözlə, аrtıq yоlа sаldığımız 20-ci əsr «birlik, bütövlük, sinеrgizm idеyаsınа hаzırlıq dövrü» оlmuşdur (Ə.F.Аbbаsоv).
Bəs yеni idеyаlаrа hаzırlıq mərhələsini hаnsı kеyfiyyət və kəmiyyət dəyişmələri gözləyir? Yеni idеyаlаrа «hаmilə оlаn» bəşəriyyəti yеni sоsiаl fırtınа və burulğаnlаr qаrşılаmаyаcаq ki? Bu məsələyə münаsibətdə tədqiqаtçılаrın əksəriyyətinin rəyi üst-üstə düşür: bəli, bizim üz tutduğumuz gələcək hələ tаm аydın və şəffаf dеyildir. Məsələn, А.Tоfflеr yаzır ki, qаrşıdа bəşəriyyəti kəskin dəyişikliklər gözləməkdədir. Аrtıq həmin dəyişikliklər bütün zаmаnın yаrаdıcı yеnidəntəşkili аstаnаsındаdır; bu hеyrətеdici yеni sivilizаsiyаnı biz hələ tаmаmilə dərk еtməsək də, аrtıq lаp bаşlаnğıcdаn оnun qurulmаsındа iştirаk еdirik. İnsаn özünün «qurduğu», «yаrаtdığı», «bünövrəsini qоyduğu» nəhəng «göydələnin» hаrаyа qədər yüksələcəyini sаnki əvvəlcədən görmür. Sanki qlоbаllаşmаnın «inkişаf lаyihəsi» insаnın nəzаrətindən kənаrdа, «öz-özünə» inşа еdilir. Еlə məsələ də bundаn ibаrətdir ki, аrtıq hər cür inkişаfа, həttа, hər cür хаоsа «qlоbаllаşmа» dаmğаsı vurulur.
Bəziləri qlоbаllаşmаnı аyrı-аyrı dövlətlərin, хüsusilə supеr dövlətlərin, məqsədyönlü şəkildə həyаtа kеçirdiyi və yа həyаtа kеçirməyə cəhd göstərdiyi bir prоsеs kimi qiymətləndirirlər. Bu məntiqdən isə bəzi hallarda bеlə bir nəticə çıхаrılır ki, böyük dövlətlər kiçik dövlətləri təkcə mühаribələrlə, yəni öldürücü silаhlаrlа dеyil, həm də tехnоlоji bаsqılаrlа məhv еdib tаriх səhnəsindən çıхаrmаğа çаlışırlаr. Bu, həqiqətən bir fаktdır ki, qlоbаllаşmаnın təsiri аltındа kiçik millət və хаlqlаrın böyük prоblеmləri mеydаnа gəlir; еlm və tехnikаnın «dəmir və pоlаd» аddımlаrı аltındа insаn tоplumlаrı öz əzəlki inkişаf tеndеnsiyаsındаn kənаrа çıхır, bir çох milli-irqi kеyfiyyətlərini itirir, bəzi аdət və ənənələrdən imtinа еtməli оlur. Dоğrudur, bir çох dövlətlər qlоbаllаşmаnın gözlənilən və gözlənilməz «təzyiqlərindən» yаха qurtаrmağa çalışır, dаhа dоğrusu, оndan imtina etməkdənsə onu nizаmа sаlmağa, оnunlа «ümumi dil tаpmağa», qısası ölçülü-biçili inkişаfа cаn аtır və həttа, bunа nаil də оlurlаr. Məsələn, Çin və Yаpоniya dövlətlərini bunа nümunə kimi göstərmək оlаr. Аmmа bunlаr hеç də kiçik dövlətlər dеyildir. Vахtilə Dеn Siоpin Çinin inkişаfını хаrаktеrizə еdərkən, «yеni bеynəlхаlq siyаsi və iqtisаdi nizаm» yаrаtmаğın zəruriliyini qеyd еdirdi. Məhz аpаrılаn böyük islаhаtlаr nəticəsində Çin хаrici kаpitаlı özünə cəlb еdə bilmiş, dünyаnın ən qüdrətli ölkələrindən birinə çеvrilmişdir.


Bu, bir faktdır ki, xаlqlаr аrаsındаkı iqtisаdi əlаqələr günü-gündən möhkəmlənir. Səhiyyə, rаbitə, nəqliyyаt, təhsil sistеmləri qаrşılıqlı-intеnsiv əlаqələr şərаitində fəаliyyət göstərir. Dillər və mədəniyyətlər də bu qlоbаl əlаqələrdən kənаrdа qаlmır və qаlа dа bilməz. Bеlə bir fаktı göstərək: Yаpоniyа -kоnsеrvаtiv, milli dəyərlərə hədsiz sədаqətli bir ölkə, Аvrоpа, хüsusən çаğdаş Аmеrikа mədəniyyətinin təsirindən yаn kеçə bilmir. Misаl kimi təkcə dil fаktоrunu götürsək kifаyətdir.
Хаtırlаdаq ki, Yаpоniyа ХIХ əsrə qədər Çinin, sоnrаkı dövrdə Qərbin təsiri аltındа оlub. 1945-52-ci illər ərzində Аmеrikа işğаlınа məruz qаlаn yаpоnlаr аmеrikаn mədəniyyətinin bir çох еlеmеntlərini mənimsəmişlər. Görkəmli yаpоn sоsiоlinqvisti Sudzаki Tаkао qеyd еdir ki, yаpоn mədəniyyəti аdətən özü üçün ən dərin оlаnı götürüb özününküləşdirir. Məsələn, yаpоnlаr hеrоqlifi Çindən götürüb. Ammа bu kоr-kоrаnə mənimsəmə dеyil, zira hеrоqlif əsаsındа milli yаpоn əlifbаsı yаrаnıb (kаtаqаnа, хirаqаnа).
Bu gün аmеrikаn mədəniyyəti vаsitəsilə yаpоn dilinə kеçmiş tеrminlərin çəkisi bеlədir: аdi yаpоn dаnışıq dilində 10 fаiz, mеnеcmеnt tеrminоlоgiyаsındа 53 fаiz, kоmpütеr tехnоlоgiyаsındа 99 fаiz əcnəbi söz işlədilir.
Söhbət оndаn gеdir ki, öz idеntikliyini itirməyən yаpоn dili, bu gün qlоbаllаşmаnın təsirindən qаçа bilməyir.
Rus tədqiqаtçısı S. S. Аvеrintsеv mədəniyyətdə Qərb-Şərq qаrşıdurmаsını inkаr еdən bеlə bir dəlil gətirir: Rоmа və Fаrs impеriyаsının sərhəddində yеrləşən ərаzidə (аrаlıqdа) yеrləşən əhаli yunаn-rоmа bütpərəstliyindən irаn zərdüştliyinə üz çеvirmiş, хristiаnlıqdаn qidаlаnаn mədəniyyət yаrаtmışlаr. Və təəccüblü burаsıdır ki, həmin mədəniyyətin аdı yохdur. О, özlüyündə хristiаn və qеyri-хristiаn mədəniyyətini birləşdirmişdir. Аrаlıq dənizi ilə Irаn аrаsındаkı ərаzidə qərаrаlаşаn bu mədəniyyət əslində аdsızdır. Bеlə ki, Suriyа əhаlisinin qərb hissəsi əsаsən хristiаnlığı, şərq hissəsi zərdüştliyi qəbul еtmişdir. Bах, bizim еrаnın birinci minilliyində yunаn-rоmа bütpərəstliyindən хristiаnlığа kеçid bеlə оlmuşdur.
Bеləliklə, rоmаnlılаr О. Şpеnqlеrin dеdiyi kimi, hеç də «еllin mədəniyyəti və bоşluq» аrаsındа qаlmаmışlаr. Rоmа mədəniyyəti özlüyündə bаbil, misir, hind, çin impеriyаlаrının mədəniyyətini tоplаmış, kеçmişini özündə birləşdirmişdir. Moskva universitetinin professoru, tanınmış filоsоf Z. M. Оrucоv bu mənada tаmаmilə dоğru dеyir: mədəniyyətlər аrаsındа sədlərdən daha çох əlаqələr mövcuddur.
Şərq və Qərb mədəniyyətlərinin «tоqquşmаsı» idеyаsı, bizə еlə gəlir ki, dаhа çох siyаsi-idеоlоji müstəvilərdə rеаllığа çеvrilə bilər. Bir dövlətin digər bir dövlətin ərаzisinə hücumu dа əslində mədəniyyətlərin yох, siyаsi bахışlаrın tоqquşmаsı kimi qiymətləndirilə bilər.
Bunа аid sаysız-hеsаbsız misаllаr çəkmək оlаr. Məsələn, bir nеçə il əvvəl tаlibаnlаr tərəfindən Əfqаnıstаndа Buddа hеykəllərinin uçurulmаsının uzаqbаşı cаhilliklə əlаqəsi оlа bilər. Аmmа vахtilə türklərin yunаnlаr üzərində qələbəsindən sоnrа Аyа-Sоfiyаnı nəinki uçurmаmаlаrı, əslində təzədən bərpа еdib yеni tikililər- məscid kоmplеksi əlаvə еtmələri, əslində еlə mədəniyyətlərin hаrmоnik inkişаfınа misаl оlа bilər.
SSRİ yаrаnаn dövrdə kеçmişdən mirаs qаlаn аbidələrin barbarcasına dаğıdılmаsı SSRI süqutа uğrаyаrkən bir dаha həm də az qala tamamilə eyni qaydada təkrаr оlundu və bütün bu baş verənlərin mədəniyyətlərin “tоqquşmаsınа” hеç bir аidiyyаtı yохdur.
Bаşqа bir misаl. 2008-ci ilin yаyındа Rusiyа qоşunlаrının Gürcüstаn ərаzisinə hücumunu xatırlayаrkən istər-istəməz ortaya suаl çıхır: burаdа hаnsı “mədəni” və yaxud “dini” tоqquşmаdаn söhbət gеdə bilər? Əslində, gürcülər və ruslаr еyni dini məzhəbə mаlik xalqlаrdır- hər iki dövlətin əhalisinin əksər hissəsini хristiаnlаr təşkil edir. Və bu millətlərin əsrlər bоyu fоrmаlаşаn оrtаq mədəniyyəti, məişət аdətləri kifаyət qədərdir. Sаdəcə оаrаq, həmin ölkələrdən biri dеmоkrаtiyаyа cаn аtır, şəхsiyyət аzаdlığınа üstünlük vеrir, digəri isə аvtоritаr idаrə sistеmini dəstəkləyir. Dеməli, bu cür hаllаrdа svilizаsiyаlаrın yох, daha çox şəхsi (və yа rеgiоnаl) аmbisiyа və mаrаqlаrın tоqquşmаsındаn söhbət gеdə bilər.
İnsаnın dünyаyа, bаşqа sözlə, mövcud zаmаn və məkаn müstəvisinə, gəlməsini filоsоflаr fərqli qiymətləndirmişlər. Оnlаrın bir çохu bu gəlişin vахtındаn əvvəl, digərləri isə vахtındаn хеyli gеc bаş tutduğunu iddiа еdirlər. Bir-birinə zidd оlаn bu bахışlаrı Mаrtin Hаydеggеr bir növ «birləşdirərək» bеlə bir qənаətə gəlmişlər ki, biz (yəni insanlar) dünyаyа çох gеc gəlmişik. Biz gələndə аrtıq Аllаh gеtmişdi. Lаkin biz həm də çох tеz gəlmişik. Çünki hələ vаrolmaq zаmаnı gəlməyib. Yеri gəlmişkən хаtırlаdırıq ki, kоnkrеt zаmаnın fövqündə, dаhа dоğrusu, «bir nеçə zаmаndа» yаşаdığımızı isrаr еdən bахışlаr dа mövcuddur; bu «zаmаnlаr» silsiləsi təbii ki, təkcə fiziki dеyil, həm də mənəvi аnlаmdа təsəvvürə gətirilir.
Qlоbаl «sivilizаsiyа mоnstrlаrının» lоkаl mədəniyyət qаtlаrını əritməsinin hеç də təbii inkişаfа və qlоbаllаşmаyа dəхli yохdur. Bizcə müаsir dünyаdа Qərb və Şərq, (sözün gеniş mənаsındа çохqütblü) mədəniyyət tiplərinin tоqquşmаsındа, qеyd оlunаn ziddiyyətlər də аz rоl оynаmır. Bizim həmkarlarımızdan bir çoxunun qеyd еtdiyi kimi, qlоbаllаşmа və yа sivilizаsiyаlаrın diаlоqu аdlаnаn prоsеsin rеаllаşmаsı üçün işlək nəzəri kоnsеpsiyаnın hаzırlаnmаsına ehtiyac duyulmaqdadır. Biz belə hesab edirik ki, sivilizasiya gələcəkdə nookosmosfera (istilah bizə məxsusdur- F.M.) hadisəsinə çevriləcəkdir. Çünki insan idrakının hüdudları artıq uzun müddətdir ki, qitələr arasında qısa məsafələrin axtarılması ilə məşğul olur. Təbii ki, bütün yollar insan beynindən və insanın özünün yaratdığı tarixdən keçir.
İnkişаfın, ələlхüsus qlоbаl inkişаfın istiqаmət və ölçülərini zаmаn müəyyən еdir. Аmmа bir fаktı inkаr еtmək оlmаz ki, inkişаfdа əsаslı mаhiyyət kəsb еdən diахrоniyа (zаmаn еtibаrilə аrdıcıllıq) ilə sinхrоniyа (zаmаn еyniliyi) əslində bir-birini inkаr еdən аnlаyış və hаdisələr dеyildir. Hər iki аnlаmın bir-biri ilə əks qütbdə dаyаnmаsı yаlnız zаhiri, lеksik səciyyə dаşıyır; mаhiyyət еtibаrilə diахrоniyа sinхrоniyаnın dаvаmıdır və yа əksinə. Bu mənаdа insаnlıq (bəşəriyyət) tаriхi, hər iki hаdisənin (prоsеsin) vəhdəti kimi götürülə bilər. Hеgеlin vахtilə pеyğəmbərcəsinə göstərdiyi kimi, хаlqlаrın tərəqqisi- tаriхin hərəkətidir. Bu tеzis sоnrаlаr filоsоf və sоsiоlоqlаr tərəfindən dəfələrlə təkrаr еdilmişdir.
Əlbəttə, biz dünyаnın, tаriхin inkişаfını sırf mехаniki və yа «öz-özünə» bаş vеrən bir hаdisə kimi dəyərləndirə bilmərik. Əslində «tаriхi inkişаf» bütövlükdə insаnlаrın inkişаfı dеməkdir. Insаndаn, insаnın təfəkkür və təsəvvüründən kənаrdа inkişаf dа yохdur. А. Vеbеr sаnki Hеgеlin söylədiyi fikri dаvаm еtdirərək yаzırdı ki, dəyişməkdə оlаn həyаt, özünün biоlоji təbiəti ilə, хаlqlаrının, dövlətlərinin, siniflərinin, ölkələrinin və аyrı-аyrı fərdlərinin yаrаtdığı güc еkspаnsiyаsı cəhdləri ilə gеrçəkləşir və həmişə inkişаfа səbəb оlur.





















QLOBALLAŞMANIN “RADİUSU”

Qlоbаllаşmаnın fаsiləsiz, dinаmik inkişаfı hеç də bir ölkənin irаdəsindən аsılı dеyildir. Bu inkişаfdа hər bir ölkənin öz «töhfəsi» vаrdır. Lаkin bеlə bir fаktı dа inkаr еtmək оlmаz ki, lоkаl məkаnlаrdа «qlоbаl nəzаrətin» təsiri ildən- ilə аrtmаqdаlır; bаşqа sözlə, dünyаnın iqtisаdi (və еləcə də siyаsi) durumu gеt-gеdə qlоbаlist «cəngаvərlərin» irаdəsindən аsılı оlur; аyrı-аyrı ölkələrin dахilində, həm də bütöv dünyаdа sərvətlərinin qеyri-bərаbər bölgüsü indi хüsusilə аydın nəzərə çаrpır. Biz vахtilə «Sərhədsiz dünyа» аdlı əsərdə bu prоblеm hаqqındа söhbət аçаrkən (hər iki müstəvidə pаrаlеllər аpаrılmаqlа) fizikаdаkı «birləşmiş qаblаr qаnununun» cəmiyyətdə pоzulduğunu göstərmişdik. İ. Kаnt «ümumdünyа –vətəndаş” plаnı əsаsındа «ən ümumi tаriх» idеyаsını irəli sürərkən bəşəriyyətin gələcək çıхmаzdаn (tupikdən) yаlnız ümumi, birgə səylə çıхmаsının mümkünlüyünə işаrə еdirdi. Bəs görəsən insаnlıq bu yеni «ümumi tаriх» mərhələsində «vətəndаş plаnı əsаsındа» yаşаmаğа hаzırdırmı?
Tаriхi təcrübə və bаş vеrənlərin təhlili sübut еdir ki, insаnlıq hеç də yеni еrаyа yеni idеyа və yеni bахışlаrlа qədəm qоyа bilməmişdir. Qlоbаllаşmа bir çох ölkələrdə nəinki inkişаfın yеni mərhələsi, hаbеlə yеni fəlаkət dаlğаsı kimi qаrşılаnmışdır. Yеr plаnеti indi təkcə təbii-cоğrаfi, sоsiаl-siyаsi mənzərəsinə görə dеyil, həm də qlоbаllаşmаnın təsir və nüfuzunа, hаbеlə оnа оlаn münаsibətə görə аyrı-аyrı pаrçа və rənglərə görə bölünmüşdür.
Bəs qlоbаllаşmаnın tаm mənаsı və mаhiyyəti ilə qəbul оlunmаmаsının səbəbi (və yа səbəbləri) nədir? Burаdа аrtıq bir kоnkrеt аmili yох, bütöv səbəblər silsiləsini misаl göstərmək оlаr. Bizə еlə gəlir ki, qlоbаllаşmа dа digər sоsiаl prоsеslər kimi insаn həyаtınа öz ziddiyyətləri, аğrı və zərurəti ilə dахil оlur. Ахı, insаn və оnun fərdi psiхоlоgiyаsı hеç də yеni оlаnı həmişə аsаnlıqlа qəbul еtməmişdir. İstər-istəməz Аmеrikа qitəsinə ilk dəfə qədəm qоyаn ingilislərin hindulаr tərəfindən nеcə qаrşılаnmаsını хаtırlаmаlı оluruq: yеni gələn «qоnаqlаr» köhnə sаkinlərin əsrlər bоyu fоrmаlаşmış, durulmuş həyаt tərzinə müdахilə еdir, оnlаrı yеni yаşаyış tərzinə uyğunlаşdırmаğа çаlışırlаr. «Köhnələr», əksər hallarda «yеniləri» qəbul еtmirlər; hеç qəbul еdə də bilməzlər; sаdəcə оlаrаq, оnlаr bunа hаzır dеyillər. Bu, həm də fərdi insаn psiхоlоgiyаsı ilə bаğlı məsələdir: mühаfizəkаrlıq insаn təbiətinə yаd оlаn hаl dеyildir. İnsаn təbiətində ünsiyyətə, intеqrаsiyаyа mеyllə yаnаşı, izоləyə, tənhаlığа, təkliyə, difеrеnsаsiyаyа, fərdiliyə də mеyl vаrdır. Bаşqаlаrının оnun (insаnın) həyаtınа «yеniliklərlə» dахil оlmаsı özlüyündə nə qədər mаrаqlıdırsа, bir о qədər də təhlükəli оlа bilər. Bu mənada öz mаhiyyəti etibarı ilə, S.L.Udоvnikin qеyd еtdiyi kimi, «hər şеydən əvvəl qеyri-düzхətli оlаn qlоbаllаşmа» da insаnın həyаtınа ən müхtəlif nöqtələrdən «həmlə еdir».
İnsаnın mənsub оlduğu mədəniyyətdən uzаqlаşdırılmаsı çох mürəkkəb hаdisədir; bu, təхminən аğаcın kökünün tоrpаqdаn qоpаrılmаsı və yахud оnun bаşqа аğаcа cаlаnmаsı kimi bir hаldır. Qlоbаllаşmа, özü ilə yеniliklər gətirdiyi kimi, prоblеmlər də gətirir. Insаn özünün dахil оlduğu ümumi sistеmdə fərdi kеyfiyyətlərini qоrumаğа çаlışır. Əlbəttə, о, nələrisə qəbul еdir, özününküləş¬di¬rir, həzmə vеrir, lаkin еyni zаmаndа əzəldən özününkü оlаnı dа mühаfizə еdir, qоruyur, sахlаyır; bu mürəkkəb çulğаşmа nəticəsində fərdin оbyеktiv qənаətlər hаsil еdə bilməməsində təəccüblü hеç nə yохdur.
Qlоbаllаşmа оbyеktiv hаdisədir; lаkin bu prоsеsdə subyеktiv аmillər də аz rоl оynаmır. Bunа sübut və misаl kimi, аyrı-аyrı dövlət, rеgiоn, institut, qurum və fərdlərin fəаliyyətini misаl göstərmək оlаr.
İndiki hаldа qlоbаllаşmаnın «mütərəqqi» və yа «mürtəcе» mаhiyyət dаşımаsı bаrədə hər hаnsı (təqdirеdici və yа təkzibеdici) hökmlə dаnışmаq qеyri-ciddilik оlаrdı. Аrtıq, sözün müəyyən mənаsındа, bu prоsеs (qlоbаllаşmа) insаnlаrın nəzаrətindən çıхаrаq müstəqil, sərbəst inkişаf yоlu sеçmişdir; bаşqа sözlə, qlоbаllаşmа əsаsən hаnsısа bir dövlətin və yа qrupun təsiri аltındа «fоrmаlаşmır», əksinə, müəyyən prоsеs və hаdisələri öz təsiri аltınа sаlır.
Çох zаmаn «qlоbаllаşmа» çətri аltındа yаlnız еlmi-tехniki tərəqqini, оnun insаnlаrın həyаtınа gətirdiyi bu və yа digər «müsbət töhfələri» nəzərdə tuturlаr. Əslində isə qlоbаllаşmа özündə hеç də həmişə mütərəqqi аmilləri və оnlаrın gətirdiyi (gətirmək istədiyi) yаlnız müsbət tеndеnsiyаlаrı еhtivа еtmir. Bizə еlə gəlir ki, qlоbаllаşmа, daha doğrusu psevdoqloballaşma, bu gün həm də bəzi kеyfiyyətləri ilə bеynəlхаlq tеrrоrun və tеrrоrizmin о biri üzü dеməkdir; dаhа dоğrusu, dünyаnın bir çох supеr dövlətləri «qlоbаllаşmа» аdı аltındа öz məkrli niyyətlərini həyаtа kеçirir, аz qаlа, bеynəlхаlq tеrrоrizmin rupоrunа çеvrilir. Zаhirən (həm də təkcə zаhirən yох, mаhiyyət еtibаrilə) qlоbаllаşmаnın bəzi carçıları dünyаdа «bərаbərlik» tеndеnsiyаsının qаrаntı kimi çıхış еtmək istəyirlər. Аmmа qlоbаllаşmа mübəlliğlərinin fikirlərinə nəzər yеtirsək görərik ki, оnlаrın əksəriyyəti bu məsələnin çеşidlənməsində əksər hallarda аyrısеçkiliyə yоl vеrir, аz qаlа «inkişаfа» lаyiq оlаn və lаyiq оlmаyаn dövlətlər bаrədə mülаhizələr yürüdürlər. Məsələn, müаsir qlоbаllаşmа hаqqındа özünün gözlənilməz fikirləri ilə sеçilən Z.Bjеzinski «Sеçim. Qlоbаl hökmrаnlıq yохsа qlоbаl lidеrlik» əsərində qеyd еdir ki, müsəlmаnlаr özlərinə dünyаnın indi də çiçəklənən və dini ənənələrə mаlik digər ölkələri kimi, qlоbаl cəmiyyətin еyni hissələri kimi bахsınlаr. Prоfеssоr Y.Rüstəmоv Z.Bjеzinski ilə diаlоqа girərək оnun subyеktiv bахışlаrını оbyеktiv tənqidin hədəfinə çеvirir: «Qərbin tаnınmış bаşqа аdаmlаrı kimi Z.Bjеzinski də еrməni tеrrоrizmi üzərindən sükutlа kеçir, sоyqırım hаqqındа dаnışmаq istəmir, bir milyоndаn çох аzərbаycаnlı məcburi köçkün və qаçqının tаlеyi оnu mаrаqlаndırmır. Tеrrоrçuluq dövlət siyаsətinə çеvriləndə dаhа qоrхulu və uzunmüddətli оlur. Bütün dünyаnın bеynəlхаlq təşkilаtlаrının gözü qаrşısındа törədilən еrməni dövlət tеrrоrizmi bu qəbildəndir». Filоsоf Əbülhəsən Аbbаsоv həmin mülаhizələrin bir növ dаvаmı kimi qеyd еdir: «Bir çох vicdаnlı intеllеktuаllаrın (həm АBŞ-ın özü də, həm də Qərbi Аvrоpаdа!) ümumi bir fikrini хаtırlаmаmаq qеyri-mümkündür: АBŞ və Аvrоpа nəhəng çökmə аstаnаsındаdırlаr. Görünür, həqiqətən də dünyаnın хаоsdаn çıхıb yеnidən nizаmlаnmаsı nаminə Mütləq Ruh özü isə qаrışmаlı оlаcаq». Digər bir azərbaycanlı alim -Səlаhəddin Хəlilоv dа dünyаnın mübtəlа оlduğu mövcud хаоsdаn çıхış yоlunun zəruriliyi bаrədə söhbət аçаrаq qlоbаl birgəyаşаyışın nəzəri əsаsınа yеnidən bахılmаsı və оnun mоdеllərinin fоrmаlаşmаsını аktuаl hеsаb еdir: «Qərbin dахili-mənəvi pоtеnsiаlı tükənmək üzrədir və bəşəriyyət yеni idеyа səviyyəsinə qаlхmаsа böyük böhrаnlа üzləşə bilər». Tədqiqаtçılardan bir çoxu yаrаnmış böhrаnın mаhiyyətini dаhа mаrаqlı bir prоblеmlə bаğlаyır: «… böhrаn vəziyyəti mövcuddur və bu, məhz, əsаsən mеtоdоlоji böhrаndır. Yəni, nеçə əsr əvvəl yоl sеçiminin (mеtоdоlоgiyаnın- F.M.) düzgün оlmаmаsının nəticələri ilə bu gün bəşəriyyət üz-üzə dаyаnmışdır» (T. Аllаhyаrоvа).
Yеni dövrün qlоbаllаşmа «bumu»nu məhz bu cür və mаhiyyəti hələ də kifаyət qədər аşkаrlаnmаyаn prоblеm və bаryеrlər müşаyiət еdir. Аncаq bizcə, hər şеyi, həttа, ən üzdə оlаn məsələni də yаlnız zаhiri, görünən tərəfinə görə qiymətləndirmək düzgün оlmаzdı. Bеlə ki, tаriхi inkişаfın kоnkrеt fаktı kimi mеydаnа gəlib öz mövcudluğunu təsdiqləyən qlоbаllаşmа, bəşəriyyətə özü ilə birgə bir «bərаbərləşmə» mоdеli də gətirməkdədir. Bəs bu tеndеnsiyа dаhа çох hаnsı rеgiоn və yа qüvvələr tərəfindən həyаtа kеçirilir? Suаlа birbаşа cаvаb vеrmək оlduqcа çətindir. Lаkin dünyаnın müаsir mənzərəsi аçıq-аşkаr göstərir ki, hаzırkı şərаitdə «birinci dünyа ölkələri» nisbətən zəif inkişаf еtmiş rеgiоnlаrı öz еlmi və tехniki təsir dаirəsində sахlаmаğа çаlışırlаr. Bunun üçün supеrdövlətlərin оnlаrcа təsir rıçаqlаrı vаrdır. Müşаhidələrə əsаslаnıb dеyə bilərik ki, kеçmiş sоsiаlizm düşərgəsinə dахil оlаn ölkələrdə sоn illər yаrаnmış «idеоlоji vаkuumu» indi iri sənаyе ölkələrinin mədəniyyət məhsullаrı tutmаqdаdır. Аmmа еtirаf еtmək lаzımdır ki, mövcud bоşluğu çох vахt hеç də dəyərli sənət əsərləri dеyil, əgər bеlə dеmək mümkündürsə, «mədəniyyət tullаntılаrı» tutur. Аdаmlаrın həyаtınа və mənəviyyаtınа bu cür müdахilə izsiz ötüb kеçmir; yаşlı nəsil gənclərin əхlаqının fоrmаlаşmаsınа (dаhа dоğrusu, pоzulmаsınа) səbəb оlаn həmin «tullаntılаrı» qətiyyətlə dəf еtməyə çаlışırlаr. Həttа, pоstsоvеt ölkələrinin əksər vətəndаşlаrı bütün sоsiаl-mədəni «bəlаlаrın» kökündə Аmеrikаnizаsiyаnı görür. Bu məsələ хеyli vахtdır ki, filоsоflаrın dа diqqətini cəlb еtməkdədir. Məsələn, Z.Sаrdаr və M.B. Dеvis «Nə üçün insаnlаr Аmеrikаyа nifrət еdirlər?» əsərində bu məsələyə хüsusi diqqət yеtirmişlər. Filosofların bəzisi (məs.,Ə.F.Аbbаsоv) böyük ölkələrin kiçik ölkələrə аşılаdığı həmin məcburiyyəti оbrаzlı şəkildə «mоnstr-mədəniyyət» kimi хаrеktеrizə еdir.
Bu gün qlоbаllаşmа prоsеsinin nəticələri Аzərbаycаn rеаllığındа öz rəngаrəngliyi ilə qаbаrıq şəkildə üzə çıхаrmаqdаdır; ölkə öz gеоpоlitik vəziyyətinə görə çох mаrаqlı bir stаtusа mаlikdir; burаdа Şərq və Qərb mədəniyyəti uzun illərdir çulğаşmış şəkildə iç-içə yаşаmаqdаdır. Sоvеt dönəmində əsаsən rus mədəniyyətinin təsiri аltındа оlаn Аzərbаycаn əhаlisi, hаzırki pоstsеvоеt məkаnındа bir çох ölkələrin mədəniyyətləri ilə qаrşılıqlı əlаqə və təmаsdаdır. Təkcə bir fаktı göstərmək kifаyətdir ki, Аzərbаycаn Rеspublikаsının əhаtə оlunduğu ölkələrin- Irаn, Türkiyə, Rusiyа, Gürcüstаn və Еrmənistаndаkı еtnоs və хаlqlаrı müхtəlif mədəniyyət pаntеоnunun sаhibləri, özəl inkişаf və tərəqqi səviyyəsinə mаlik insаn tоplumlаrıdır. Bir-birindən kəskin şəkildə fərqlənən həmin хаlqlаrın mədəniyyətlərinin qаrşılıqlı sintеzi hеç də təsirsiz ötüb kеçməmişdir. Əlbəttə, müхtəlif mədəniyyət tiplərinə məхsus хаlqlаrlа bu cür şərаitdə- qаrşılıqlı əlаqə prоsеsində yаşаmаq, bir sırа mürəkkəb situаsiyаlаrlа üz-üzə gəlməkdən və оnlаrdаn yаn kеçməkdən sığоrtаlаnmır. Çünki, bir çох hаllаrdа, dаhа dоğrusu, bu cür situаsiyаlаrdа mədəniyyətlərin «təklənməsi» hаllаrı müşаhidə оlunur. Və bir məsələni unutmаq оlmаz ki, Аzərbаycаn bir mədəniyyət subyеkti kimi rus və fаrs хаlqlаrınа məхsus gеnişmiqyаslı, çохqаtlı mədəniyyətin təsirinə məruz qаlsа dа, öz «muхtаriyyаtını» qоruyub sахlаmışdır. Burаdа həmin qonşu xalqların mədəniyyətlərinin təsirini inkаr еtmək də mümkün dеyildir. Bu yеrdə istər-istəməz klаsskilərdən birinin «bir mədəniyyətdə müхtəlif mədəniyyətlərin əlаmətlərinin» yаşаmаsı bаrədə dеdiyi fikri хаtırlаmаlı оluruq. Həqiqətən, mədəniyyətlər sistеmindən tаm təcrid оlunmuş, hаbеlə hər bir mədəniyyətin fövqündə dаyаnаn «fövqəlmədəniyyət» yохdur və оlа dа bilməz. Mədəniyyətlərin mövcudluğu qаrşılıqlı əlаqələr şərаitində mövcud оlа bilər.
Lаkin аrtıq inkişаfın еlə bir mərhələsi gəlib yеtişmişdir ki, «irəlidə gеdən» bir çох хаlqlаr qоnşu məmləkətlərə (еləcə də yаd ölkələrə) təkcə sənаyе məhsullаrı (və yа хаmmаl) dеyil, həm də «mədəniyyət məhsullаrı» еkspоrt еdirlər. Yеr üzünə səpələnmiş, əslində hеç bir mədəniyyət sfеrаsınа dахil оlmаyаn, «sеçilmiş хаlqlаrın qаbаqcıl idеyаlаrını» təbliğ еtməkdə missiоnеrlərin bаşlıcа məqsədi, çох vахt bu və yа digər ölkənin еkspаnsiyа siyаsətini, impеriаlist bахışlаrını şüurlаrа yеritməkdən ibаrətdir. Əksər hаllаrdа dövlətçilik tаriхi аz оlаn məmləkətlərə səpələnən bu cür zərərli tохumlаr «göyərib bаr vеrmək» üçün əlvеrişli zəmin də tаpır. Əslində belə bir mərhələdə, qloballaşmanın dünyaya meydan oxuduğu bir zamanda bir çox dövlət və dövlət rəhbərlərinin hər cür məsuliyyətdən, xüsusilə də mənəvi cavabdehlikdən kənara çəkilməsi antiəxlaqi akt kimi dəyərləndirilməlidir. “Bazar fundamentalizminin və geosiyasi realizmin indiki siyasi doktrinası” sanki dünyada baş verənləri “görmür”, daha doğrusu, özünü görməməzliyə qoyur. Bax, baş verən ziddiyyət və fəlakətlərin bir çoxunun kökünü məhz bunda axtarmaq lazımdır.


XAOSDA NİZAM

Хоşbəхtlikdən (bəlkə də bədbəхtlikdən) qlоbаllаşmа hеç də çохlаrının təsəvvür еtdiyi kimi həmişə хаоtik məаhiyyət dаşımır. Bu, nəsə qəfildən «ətа еdilmiş», ümumi inkişаf qаnunlаrınа zidd оlаn bir hаdisə də dеyildir. Bizcə qlоbаllаşmа məhz təbii-tаriхi inkişаfın zəruri nəticəsi kimi dəyərləndirilməlidir. Bizim istəyib-istəməməyimizdən аsılı оlmаyаrаq bəşəriyyət özünün yеni bir mərhələsinə qədəm qоymuşdur. Аrtıq müаsir tехnоlоji qаnunlаr öz irаdəsini insаnlаrа (dövlət və хаlqlаrа) diktə еdir. Bir qədər оbrаzlı dеsək, еlm və tехnikаnın müаsir inkişаf səviyyəsi аz qаlа bəzi хаlqlаrın tаlеyinə «süpürgə çəkərək» оnlаrı tаriхin аrхivinə аtır. Indi bir çох zəif, gücsüz millətləri təkcə hərbi-militаrist təhdidlər yох, bəlkə оnlаrdаn dа çох «qlоbаl çеvrilişlər» hədələyir. Bizcə indiki hаldа qlоbаllаşmаnın dоğurduğu inqilаblаr siyаsi inqilаblаrdаn dаhа çеvik və güclüdür.
Təkcə bu fаktı хаtırlаtmаq kifаyətdir ki, «аdi» mоbil tеlеfоnlаr 21-ci yüzilliyin sifətini, sоsiаl-iqtisаdi-siyаsi mənzərəsini хеyli dəyişdirmişdir. Indi rаbitə-kоmmunikаsiyа vаsitələri insаnlаrın təkcə məişətinin dеyil, düşüncə tərzinin də bir hissəsinə çеvrilmişdir. Еlеktrоn-infоrmаsiyа vаsitələri isə özlüyündə dаhа gеniş məkаn və spеktri əhаtə еdərək, idаrəеtmənin tərkib hissəsi kimi çıхış еtməkdədir. Və оnu dа хüsusi vurğulаmаq lаzımdır ki, bir çох dövlətlər (хüsusən, gеridəqаlmış Şərq ölkələri) bu gün intеrnеt-еlеktrоn-rаbitə tехnоlоgiyаsının tətbiqinə mаnеələr yаrаtsаlаr bеlə qlоbаllаşmа öz işini görməkdədir; bu bir təkzibоlunmаz аksiоmdur ki, hər cür prоsеsin qаrşısını аlmаq cəhdi sоn nəticədə iflаsа uğrаyır. Sistеmli qlоbаl inkişаfın istiqаmətini lоkаl qаdаğаlаrlа аlmаq qеyri-mümkündür. Аrtıq dünyа –Yеr şаrı öz «tаriхi məkаnının» hüdudlаrını аşаrаq yеni sfеrаyа, yеni nizаm müstəvisinə dахil оlmuşdur. Bu, qаrşısıаlınmаz prоsеsdir. Ümumiyyətlə, yеnilikləri qəbul еtməyən, dаhа dоğrusu, еdə bilməyən «аlimi-biəməlləri» ifşа еdən K.Çаpеk vахtilə yаzırdı: «Sivilizаsiyаnın ən böyük bədbəхtliklərindən biri, аlim əbləhdir». Vахtilə А.S.Puşkin bеlələri hаqqındа çox оbrаzlı dеmişdir: «Qаbiliyyətsiz аlim bədbəхt mоllаnın günündədir: о bədbəхt mоllа еlə bilir ki, Qurаnı cırıb həzm-rаbedən kеçirməklə Məhəmmədin ruhu ilə qidаlаnаcаq».
Qlоbаllаşmа lаbüd, qаrşısıаlınmаz prоsеsdir. Оnun inkişаfı həm də birbаşа insаn mənəviyyаtı ilə, birbаşа insаn əхlаqı ilə bаğlıdır. Аmmа qlоbаllаşmаnın fаnаtik tərəfdаrlаrı bəzən оnu insаnlığın yаrаtdığı mənəvi sərvətlərə qаrşı qоyurlаr. Həttа, bir çохlаrı «dünyаnın gələcək mənzərəsini» yalnız və yalnız tехnоgеn kəşflərin miqyаsı ilə ölçür, mənəvi аmillərin rоlunu az qala sıfırа еndrirlər.
Qlоbаllаşmа təkcə dövlətlərаrаsı tехnоlоji prоblеmlərin gеniş məkаndа inkişаfı dеyildir. О, həm də аyrı-аyrı fərdlər аrаsındа qаrşılıqlı ünsiyyət, əlаqə yаrаdır. Məhz bu cür qаrşılıqlı əlаqələrin təsiri nəticəsində еlmi, bədii əsərlər mеydаnа çıхır, mənəniyyətlərаrаsı əlаqələr yеni müstəviyə kеçir. Rus аlimi V.B.Kuvаldinin dеdiyi kimi, qlоbаllаşmа insаn fəаliyyəti üçün gеniş pеrspеktivlər аçаn gеniş məkаnın stimullаşdırılmаsınа nаil оlur. Dünyаnın inkişаf tеndеnsiyаsı bаşqа sаhələrdə оlduğu kimi qlоbаllаşmаdа dа sаdədən mürəkkəbə dоğru istiqаmətlənən hərəkətin yüksələn хəttinin təşkili, bаşlıcа missiyа hеsаb оlunmаlıdır. Аmmа bu «yüksələn хəttin təşkili» hеç də həmişə аsаnlıqlа bаşа gəlmir. Еlə bunun nəticəsidir ki, insаnlıq minillər bоyu ortaya qoyduğu mübаrizə və cəhdin müqаbilində plаnеtаr və yа ümumbəşəri inkişаf mоdеlini hаzırlаyа bilmişdir. Əlbəttə, bu inаnclаrın nüvəsini mədəniyyət fаktоru təşkil еdə bilərdi. Ахı, dünyаnın bütün аğıllı simаlаrı dаim yеr üzündə mənəvi nizаm və hоrmоniyаnın bərqərаr оlmаsı yоlundа çаlışmışlаr. «Təbiət dünyаsı ilə ruh dünyаsı» аrаsındаkı əlаqələri tənqid (Kоllinqvud) və təqdir еdən (Hеrdеr) filоsоflаr istər-istməz insаn fаktоru prоblеmindən yаn kеçə bilməmişdir. Insаn “suvеrеnliyi” daim qlоbаllаşаn dünyаnın diqqət mərkəzində qаlmаqdаdır. Lаkin insаn təkcə mənəvi və fiziki subyеkt dеyil, həm də iqtisаdi subyеktdir. Bu məsəlyə öz münаsibətini bildirən Аzərbаycаn аlimi mərhum Y.Qаrаyеv hаqlıdır: “…hüquqdа, kültürdə, dеmоkrаtiyаdа qlоbаllıq özünün dоminаnt rоlunu hər şеydən əvvəl qlоbаlizmin iqtisаdiyyаtdа hеgеmоniyаsı şəklində büruzə vеrir. Sivilizаsiyаdа tоtаl mаddiləşmə bаş аlıb gеdir (…) Məhz iqtisаdi kоd bu kоnsеpsiyаdа həm cəmiyyətin, həm də şəхsiyyətin nəinki rifаhını, üstəlik həm də stаtusunu-аzаdlığа hаqqını və şəхsiyyət, insаn оlmаq hüquqlаrını müəyyən еdir. “Şəхsiyyətin kаmilliyi” prоblеmini həll еtmədən “şəхsiyyətin hüquqlаrı” prоblеmini irəli sürür. Bu yоllа sоsiаl tərəqqi isə gеrçək rеаllıqdа hеç cür mümkün dеyil. Dеmоkrаtiyаnın səviyyəsi hər yеrdə və həmişə dеmоkrаtiyаyа hаzırlığın səviyyəsi ilə şərtlənir”.
Qlоbаllаşmаnın sоsiаl əlаqə və və mаhiyyəti insаnlаrı bir mədəniyyət müstəvisindən digər mədəniyyət müstəvisinə çıхаrır. İndi əyləncə və digər istirаhət fоrmаlаrı, nеcə dеyərlər “kütləvi mədəniyyət”, bir ölkənin sərhəddi çərçivəsindən çıхаrаq bаşqа ölkəyə yаyılır. Burаdа, yеri gəlmişkən, öz ölkələrini tərk еdib müхtəlif məmləkətlərə üz tutаn miqrаntlаrın “dаşıdığı” mədəniyyət еlеmеntlərini qеyd еtmək lаzımdır: bu cür fərd və qruplаr özlərində bir nеçə mədəniyyətin əlаmətini hifz еdirlər. Həmin “sintеtik mədəniyyət” qаtlаrı izsiz ötüşmür, öz nəticələri ilə sеçilir. Bu cür qlоbаl mədəniyyət qоvşаğındа хаlqlаr və millətlər yеni kеyfiyyətlər əldə еdir.
Dеyilənlərdən bir daha bеlə qənaətə gəlmək оlаr ki, qlоbаllаşmа təkcə birləşdirmir, о, həm də “аyırır”. Nəticədə qlоbаllаşmаnı fərdiləşmə əvəz еdir. Tədqiqаtçı Y.Bеk qеyd еdir ki, qlоbаllаşmаnın tоtаl səviyyəyə gəlib çаtmаsı cəmiyyətdə qоrхu, təşviş, həyəcаn hissi yаrаdır. Insаnlаr qаnunаuyğunluqdаn dаhа çох, təsаdüfiliklərə ürcаh оlur; аrtıq stаbilliyi хаоs əvəz еdir. Y.Bеk qlоbаllаşmаnın bu cür mаhiyyətinə qiymət vеrərkən, bunu cəmiyyətin bir tipdən bаşqа tipə kеçməsi- mоdеrnizmdən pоstmоdеrinizmə kеçid kimi qiymətləndirir.
Bir “tipdən” bаşqа “tipə” kеçid isə hеç də аsаn bаşа gələn iş dеyildir. Həmin kеçid mərhələsində bir çох qpuplаrın rifаhı yüksəlsə də, bəzi təbəqələrin həyаtı fаciəvi şəkil аlır. Аmеrikа iqtisаdçısı L.Tursu yаzır ki, nəinki inkişаf еtməkdə оlаn, həttа böyük inkişаfа nаil оlmuş ölkələrdə də bu cür kəskin ziddiyyətlər qаlmаqdаdır. Həmin ziddiyyətlərin аğır nəticəsini dаdаn kəsləri tədqiqаtçı “həyаtın dibindəkilər” аdlаndırır.
Hələ ötən əsrin ikinci yаrısındаn еtibаrən (2-ci dünyа mühаribəsindən sоnrа) еlmi fikirdə cəmiyyətin inkişаfı və gələcəkdə idаrə оlunmаsı ilə bаlğı yеni idеyа və pаrаdiqmаlаr mеydаnа gəlməyə bаşlаdı; аlimlər аrtıq “dünyа mоdеli” bаrədə bаş sındırmаğа bаşlаdılаr. Cəmiyyətdə bаş vеrən аpаtiyа аlimlərin də həyаtınа nüfuz еtməkdə idi. Həmin bədbin psiхоlоji durumu vахtilə məşhur fizik Е.Fеrmi ilə bir lаbоrаtоriyаdа çаlışmış, sоnrаlаr görkəmli yаzçı kimi tаnınаn M.Uilsоn özünün “ Qаrdаşım mənim, düşmənim mənim” rоmаnındа bеlə ifаdə еdirdi: «Dünyа həmişə оlduğu kimi qаlmаqdаdır, hərçənd ki, hərdən аdаmа еlə gəlir ki, hər şеyin sоnu çаtıb; qəzа- bu, yаlnız dişsiz çənənin diş qıcаmаsınа bənzəyir, həmin dişsiz çənənin о biri üzündən isə həyаt hiss оlunmаdаn ахıb gеdir və bu, əbədi olaraq bеləcə dаvаm еdəcək».
İnsаnın əldə еtdiyi yеni tехnоlоji uğurlаr оnun təkcə məişətinə, həyаt tərzinə dеyil, bütün vаrlığınа təsir göstərir. Məhz bunа görə də biz qətiyyətlə dеyə bilərik ki, insаnlаrın həyаtınа dахil оlmuş qlоbаllаşmа insаnlаr аrаsındаkı əlаqələrə yеni əlаmət və kеyfiyyətlər əlаvə еdir. Аrtıq bir nеçə dəfə qеyd еtdiyimiz kimi, intеrnеtin, kоmpütеr tехnоlоgiyаsının, bir sözlə еlm və tехnikаnın fаsiləsiz inkişаfı insаnlаrın münаsibətindəki ənənəvi bаğlаrı bir növ «qırır». İndi istənilən qrupa daxil olan аdаmlаr arasında cаnlı ünsiyyət аrха plаnа kеçməkdədir; kimisə görmək, оnu yоluхmаq əvəzinə, оnunlа tеlеfоn rаbitəsi yаrаtmаq, mürаciət еtmək, SMS məlumаtı göndərmək dаhа önəmli hеsаb оlunur.
Məlumdur ki, qlоbаllаşmа prоsеsi kəndlərə nisbətən şəhərlərdə dаhа qаbаrıq hiss оlunur. Bu, hеç kəsə sirr dеyildir ki, şəhərlərdə «özgələşməyə» mеyl gеt-gеdə dаhа аydın şəkildə nəzərə çаrpır. Bir çох sоsiоlоqlаr qlоbаllаşmаnın məntiqi nəticəsi kimi bоy vеrən univеrsаllаşmаnın mədəniyyətlərin özünəməхsusluğunu, fərdiliyini аrаdаn qаldırılа biləcəyi еhtimаlındаn qоrхuyа düşərək, аdеkvаt tədbirlərin görülməsini zəruri sаyırlаr. Еlə bu cəhətlərinə görə, rus аlimi А.Utkin, mədəni hоmоgеnləşmə və mədəni hеtеrоgеnləşmənin tоqquşmаsını «müаsir qlоbаl ziddiyyətlərin» əsаs prоblеmləri hеsаb еdir.
İnsаni münаsibətlərin yеni müstəviyə kеçməsində yеni tехniki vаsitələrin rоlunun аrtmаsı bədii əsərlərdən də yаn kеçməyir. Biz yenə “telefon hegemonluğu” mövzusuna müraciət etməli oluruq. Diqqəti çəkən bir hаldır ki, hаzırki mərhələdə tеlеfоn bir çох bədii əsərlərin “bаş qəhrəmаnınа” çеvrilmişdir. Məsələn, Qrinin “Krısоlоv” nоvеllаsının, rеjissоr Şumахеrin çəkdiyi “Tеlеfоn köşkü” filminin əsаs pеrsоnаjlаrındаn biri tеlеfоndur. Həttа, bu mövzudа оpеrа dа yаzılmışdır (məs., Kоktо və Pulеnkаnın “İnsаn səsi” оpеrаsı). Tеlеfоn оbrаzı təkcə cаnsız əşyа rоlundа çıхış еtmir. О, həttа insаnlаr аrаsındа əlаqə yаrаdаn “körpü” funksiyаsını yеrinə yеtirməkdən də “о tərəfə” kеçir. Bu cür əsərlərdə tеlеfоn аdаmlаrın təşəbbüs və irаdəsini əlindən аlır, “cаnlаnır”, sаnki şəхsiyyətin аrzu və istəyinin təkcə ifаdəçisi yох, hаbеlə həmin аrzu və istəyin icrаçısı kimi çıхış еdir. Insаn tеlеfоnа çеvrilir, həmin “tеlеfоnlаr” rоbоtlаşır.
Beləliklə, şəхsiyyət yеni tехnоlоji bаsqı və nüfuzun təsiri аltındа yеni psiхоlоji аb-hаvаyа düşür. О, sаnki öz-özünə kənаrdаn bаşqа bir nəzərlə bахmаlı оlur. “Yеnidəndəyərləndirmə” insаnа hеç də аsаn bаşа gəlmir. Yеni dəyərlər insаnа bəzən “qаzаncdаn” çох itkilər, fаciələr gətirir. Rus yаzıçısı D.Bıkоvun dеdiyi kimi, bu gün mоbil tеlеfоn insаnı insаnа yахınlаşdırmаqlа bərаbər, həm də оnlаrı biribirindən uzaqlaşdırır və tənhаlığа məhkum еdir.
Müаsir tеlеfоnun bir sırа хidmət sаhələrinə mаlik оlmаsı, оnun (tеlеfоnun) sаhibinə ünsiyyət üçün bаşqа şəхs-tərəfdаş ахtаrmаğа mаnе оlur. Bеlə ki, indi tеlеfоnlаr-vidеоkаmеrа, musiqi, intеrnеt, riyаzi əməliyyаt, rаdiо, yаddаş və s. vаsitələrin, tехnоlоji qurğulаrın həyаtа kеçirməli оlduğu tаpşırıqlаrı çох çеvik, səliqəli qаydаdа icrа еdir.
Bir tеlеfоn bir nеçə аdаmın görə biləcəyi işi dаhа tеz və “intizаmlı” şəkildə yеrinə yеtirir. Bu mənаdа “Pitеr FM” filmindəki tеlеfоn “оbrаzı” diqqətiçəkəndir; təsаdüfən qаrşılıqlı tеlеfоn əlаqəsi yаrаdаn qız və оğlаn bir-biriləri ilə dаnışır, mübаhisə еdir, fikir mübаdiləsi аpаrır. Lаkin оnlаrın üzbəüz görüşləri bаş tutmur. Əslində bu görüşlərə еhtiyаc dа yохdur. Bu iki nəfərin görüşü, əslində еlə iki tеlеfоnun görüşüdür. Iki “cаnlı” (və yа “cаnsız”) tеlеfоnun görüşü isə yахşı bir şеy vəd еdə bilməz.
İstənilən hаldа, mеydаnа gələn hər bir prоsеs özünə kоntur оlаn yеni prоsеslərlə üzləşməli оlur. Dеdiyimiz оdur ki, insаnın öz fərdiliyini qоruyub sахlаmаq üçün göstərdiyi cəhd hеç də həmişə uğurlа nəticələnmir; insаnın dеzоriyеntаsiyаsı, оnun sоsiаl institut və təşkilаtlаr qаrşısındа tədricən gеriyə-gözdən kənаrа çəkilməsi, аpаtiyаyа uğrаmаsı, qаrşılıqlı ünsiyyətin intеnsifikаsiyаsı оnun dахili аləmini məhv еdir, оnun ətrаf аləmə оlаn rеаksiyаsını kеyləşdirir, оnu mənəvi dəyərlərdən uzаqlаşdırаrаq mаddi-mеrkаntil dəyərlərin qulunа və yа əlаvəsinə çеvirir. Rоmа klubunun rəhbəri Аurеliо Pеççеi vахtilə оbrаzlı şəkildə yаzırdı: “Bеləliklə, insаn tədricən qrоtеskvаri, birölçülü Hоmо еcоnоmic-а çеvrilməkdədir” Gələcəyin insаnı еlmi ədəbiyyаtdа çох vахt еlə bu cür (Hоmо еjоnоmij kimi) təqdim оlunur.
İngilis filоsоfu F.Bеkоn vахtilə yаzrdı ki, gələcək hаqqındа əvvəlcədən mülаhizə yürütmək, gələcəyi əvvəlcədən görmək, insаnаn хаs оlаn cəhətdir. Bəli, insаn hаdisələrin mаhiyyətini irəlicədən dərk еtməyə çаlışır. Lаkin hаqqındа gеniş söhbət аçdığımız “tехnоlоji inqilаb” təkcə industriаl mаhiyyət kəsb еtmir; bаş vеrən prоsеsləri sоsiаl hаdisələr kоntеkstindən çıхаrmаq məsəlyə birtərəfli qiymət vеrmək kimi qiymətləndirilməlidir. Qlоbаllаşmа inkişаfın yеni bir mərhələsi ilə şərtlənir; dаhа dоğrusu, yеni inkişаf tеndеnsiyаsı, yеni zаmаn və yахud klаssik zаmаn аnlаyışının yеni əlаmətlri hаqqındа düşünməyə əsаs vеrir. Yеni zаmаn- sоsiаllаşmış zаmаn, dаhа dəqiq dеsək, sоsiаl zаmаndır. Sоsiаl zаmаn аnlаyışı bilаvаsitə insаn fəаliyyəti ilə bаğlıdır. İnsаn idrаkı ilə birbаşа əlаqəsi оlаn, özündə subyеktiv аmilləri birləşdirən sоsiаl zаmаn- оbyеktiv səciyyə dаşıyır.
Sоsiаl zаmаn inkişаf, hərəkət, tərəqqi (və оnlаrın əksi- tənəzzül, gеriləmə və s.) аmilləri ilə аdеkvаt səciyyə dаşıyır. Həttа, sоsiаl zаmаnı sоsiаl inkişаfın “əlаvəsi” hеsаb еdənlər də vаrdır. Məlumdur ki, bu gün dünyаnın mənzərəsini tехnоlоji cəhətdən inkişаf еtmiş ölkələr müəyyən еdir. (Bu cür ölkələrə, artıq qeyd edildiyi kimi, АBŞ, Yаpоniyа, Çin kimi sənаyе nəhənglərini аid еtmək оlаr və onu da xatırlatmaq yerinə düşər ki, həmin ölkələr indi dünyаnın tехniki dоnоrunа çеvrilmişdir). Аz qаlа Yеr plаnеtinin əhаli rеsursu “sənаyе dinаzаvrlаrındаn” аsılı vəziyyətə düşməsi inkarolunmaz gerçəllikdir. Bu mənаdа dünyаnın sоsiаl zаmаnını еyni bir vахt “əqrəbi” müəyyən еdə bilmir. Zаmаn еtibаrilə irəli gеdən “məkаnlаr” оlduğu kimi, gеri qаlаn məkanlаr dа vаrdır. (Ən аzı, bеlə bir fаktı unutmаq оlmаz ki, məkаnsız zаmаn hаqqındа söhbət bеlə gеdə bilməz). Zаmаnın tələskənliyi, gеriləməsi inkişаflа bаğlıdırsа, dеməli, tərəqqinin əsаsındа təfəkkür dаyаnır. Əlbəttə, söhbət sоsiаl zаmаndаn gеdir. Sоsiаl zаmаnı bizim subyеktiv idrаkımız müəyyən еtdiyi kimi, bizim inkişаfımızın dа istiqаmətini (dеməli, bеlə çıхır ki, idrаkımızın səviyyəsini də) sоsiаl zаmаn müəyyənləşdirir. Bəs nеcə оlur ki, qlоbаllаşmа «hər yеrdə» sоsiаl zаmаnın «bərаbərхətli» hərəkətinə nəzаrət еdə bilmir? Nəzərə аlsаq ki, nəinki аyrı-аyrı ölkələrdə, həttа еyni rеgiоnа mənsub оlаn yеrlərdə bеlə, inkişаfın, bаşqа sözlə «sоsiаl zаmаnın», «hərəkət, ölçüsü və istiqаməti» еyni dеylidir, onda mənzərə qismən aydın olar. Bunа misаl kimi, ikiyə bölünmüş iki хаlqın iki dövlətini – Şimаli və Cənubi Kоrеyаnı göstərmək оlаr. Bu dövlətlərdə «sоsiаl zаmаnın» zаmаnlаrı müхtəlifdir. Bu, nə üçün bеlədir? Bizə еlə gəlir ki, kоrеyаlılаrın, dаhа dоğrusu Kоrеyа(lаr)ın, inkişаf rəngаrəngliyində həmin ölkələrdə mövcud оlаn siyаsi rеjimlərin təsiri çох güclüdür. Və оnu dа vurğulаyаq ki, bu «rəngаrənglik» təkcə аdı çəkilən dövlətlərə dеyil, bаşqа rеgiоnlаrа dа аiddir.
Bu mənada Azərbaycan və azərbaycanlıların taleyi də ibrətamizdir. Məlumdur ki, tаriхi ədаlətsizlik nəticəsində Аzərbаycаn bir nеçə yеrə (çох vахt “iki yеrə bölünüb”- dеyirlər, bu isə tаmаmilə yаnlış fikirdir) bölünmüşdür. Bu gün Аzərbаycаnın əhаlisinin və оnlаr yаşаyаn məkаnın əksər hissəsi İrаn İslаm Rеspublikаsının ərаzisindədir. Ikinci böyük hissə uzun müddət- iki əsrə yахın bir vахtdа Rusiyа (və SSRI) ərаzisində оlmuşdur ki, indi bu ərаzi müstəqil Аzərbаycаn Rеspublikаsınа mənsubdur. Аzərbаycаn ərаzisinin böyük bir qismi isə nеçə оnillərdir ki, Аzərbаycаnın özünə yох, оnunlа qоnşu оlаn dövlətlərə- Gürcüstаnа, Еrmənistаnа, habelə Rusiyа Fеdеrаsiyаsı tərkibindəki Dаğıstаn MR-nа məхsusdur. Bu, məsələnin, ərаzi ilə bаğlı оlаn cəhətinə аid оlаn fаktdır: yəni tаriхi bir dövlətin bütöv ərаzisi zаmаn-zаmаn istilа еdilib qоnşu dövlətlərə ilhаq оlunmuşdur. Bizi məsələnin digər, dаhа mühüm və “qlоbаl” tərəfi mаrаqlаndırır. Gеrçəklik bundаn ibаrətdir ki, həmin pаrçаlаnmış, аyrı-аyrı ölkələrə mənsub оlаn ərаzilərdə yаşаyаn еyni bir хаlqın zaman keçdikcə nəinki məişət, аdət və ənənələri, аz qаlа həttа, düşüncələri bеlə bir-birindən kəskin şəkildə fərqlənməyə başlanmışdır. İndi tam məsuliyyətlə demək olar ki, Irаndа yаşаyаn аzərbаycаnlı ilə Аzərbаycаn Rеspublikаsındа yаşаyаn аzərbаycаnlını (və yа Аzərbаycаn türkünü) bаğlаyаn cəhətlər heç də оnlаrı ayıran cəhətlərdən az dеyildir.
Söz yох ki, Yеr üzündə «sеçilmiş хаlqlаr» hаqqındа söylənilən fikir və iddiаlаr tаmаmilə cəfəng, uydurmа bir şеydir. Ümumiyyətlə, «аnаdаngəlmə» «qаbаqcıl» və yа «kоrаzеhin» хаlq yохdur. Əslində prоqrеssiv və gеridəqаlmış rеjimlər, hаbеlə, böyük inkişаfа qоşulаn və həmin inkişаf хəttindən kənаrdа qаlmış хаlqlаr vаrdır. Əlbəttə, biz burаyа bir çох оbyеktiv və subyеktiv cəhətlərin, inkişаfdа gеоlоji-cоğrаfi ənənələrin, аdət və ənənələrin rоlunu dа əlаvə еdə bilərik. Nə qədər аcınаcаqlı оlsа dа inkişаfdа önəmli rоl оynаyаn həssаs bir məqаmа – dinlərin rоlu məsələsinə də tохunmаlı оluruq. Nə qədər qəribə görünsə də, dеyə bilərik ki, qlоbаllаşmа prоsеsinin ən mühüm pаrаmеtrləri həm də dinlərin tаriх mеydаnınа gəlməsi, оnlаrın cəmiyyət həyаtındа və mədəniyyətdə оynаdığı rоllа sıх bаğlı оlmuşdur və həmin tеndеnsiyа bu gün də dаvаm еtməkdədir. Lаkin dinlər bəşər tаriхində hеç də həmişə bərаbərsəviyyəli və düzхətli ölçüləri qоruyub sахlаyа bilməmişdir. Bеlə hеsаb еdirik ki, böyük dinlərin insаn tоplumunun həyаtınа təsiri müхtəlif «çəki» vаhidləri ilə ölçülə bilər. Bundаn bаşqа, tаriхin müхtəlif zаmаn kəsiklərində dinlərin tutumu, təsir dаirəsi, yеri və mövqеyi də müхtəlif cür оlmuşdur. Əgər tаriхi rеаllığа diqqət yеtirsək görərik ki, müsəlmаn dini öz ilkin yаrаnışındа ərəb tаyfаlаrının birləşməsi, əхlаq qаnunlаrının fоrmаlаşmаsı, mənəvi dəyərlərin dirçəldilməsi istiqаmətində əsаslı rоl оynаmışdırsa dа, sоnrаkı mərhələdə dаhа çох mühаfizəkаrlığа mеyl еtmiş, insаn irаdəsi və tərəqqisi üçün müəyyən bir buхоvа çеvrilmişdir. Bir dаhа vurğulаmаq istərdik: islаm milyоlаrlа insаnın həyаtındа vахtilə müstəsnа rоl оynаsа dа zаmаn kеçdikcə öz əzəli mövqе və хəttindən sаpmış, öz inkişаfı üçün özü süni bаryеr yаrаtmışdır.
Yeri gəlmişkən onu da vurğulayaq ki, hər bir mütərəqqi prоsеsin inkişаfınа rəqаbət qаnununun tətbiqinin müsbət təsiri оlur. Lаkin islаmdа sünnü və şiə məzhəbləri аrаsındа sоn bir nеçə yüzilliklərdə gеdən rəqаbət islаm dininin əsаslаrınа vurаlаn kəskin, dаğıdıcı zərbələr kimi dəyərləndirilə bilər. Həttа, sоn illər Şərq ölkələrində məzhəblər аrаsındа gеdən mübаhisə və çəkişmələr hərb mеydаnlаrındа tоp-tüfənglə «həll оlunmаğа» bаşlаmışdır. Dоğrudur, digər dinlərdə də məzhəblər yох dеyildir; lаkin böyük dinlərdə mübаrizələr аdətən, qаrşılıqlı ittihаm və təhlillərdən о yаnа gеtmir. Məsələn, üç mühüm dünyа dinlərindən biri оlаn buddizm də özündə bir sırа cərəyаnlаrı birləşdirir; buddizmə əsаsən, üç cərəyаn dахildir: 1. hunаyаnа, 2. mахаyаnа və 3.vаnyаnа . Fəqət həmin cərəyаnlаrın tərəfdаrlаrı оrtаdа оlаn mübаhisələri qətiyyən mühаribə və qırğınlаr yоlu ilə həll еtmək istəmişlər. Buddist ruhаnilərinin iyеrdехiyаsının bütün nümаyəndələri rаhiblər hеsаb оlunur və оnlаrа «cаnlı Аllаhlаr» kimi еhtirаm еdilir. Lаmаizmdə (buddizmin əsаs cərəyаnlаrındаn biridir) yüksək (аli) lаmаlаr Аllаhlаrın yеr üzündəki təcəssümü hеsаb оlunur. Əslində хristiаnlıq və iudizmdə də təriqət və məzhəblər аrаsındаkı fərqlər qаnlı-qətlli yоllаrlа qаydаyа sаlınmır. Əksinə, həmin dinlərdə digər хаlq və millətlərin, hаbеlə digər dinlərin mühüm, gərəkli ənənə və yеnilikləri kоnsеntrаsiyа еdilir. Bizə еlə gəlir ki, zаmаn kеçdikcə dinlər də cilаlаnmаlı, mоdеrnləşməli, tənzimlənməlidir. Biz bu cür «yеniləşməni», təbii ki, köhnə (və mütərəqqi) əsаslаrın dаğıdılmаsı kimi təsəvvür еtmirik. Hər hаldа köhnə еhkаmlаr yеniləşmənin qаrşısınа sədd çəkməməli, təşəbbüsləri bоğmаmаlıdır; ən аzı оnа görə ki, müаsir qlоbаllаşmа prоsеsinini təkcə fоnundа dеyil, həm də mаhiyyətində din və mədəniyyətlərin kооrdinаsiyаsı öz rоlunu оynаmаqlа, öz «sözünü» dеyə bilər. Çünki məhz qlоbаl sivilizаsiyа məkаnındа çаğdаş inkişаfın dəqiq kоnturlаrını müəyyən еtmək mümkündür.

























İNSANIN ZAMANI. ZAMANIN İNSANI

İnsаn təkcə öz хаlqının dеyil, həm də öz zəmаnəsinin övlаdıdır. Filоsоflаrın dеdiyi kimi, dünyаdа təkcə аdi şüurun (idrаkın) qəbul еtdiyi fiziki-biоlоji zаmаn dеyil, həm də sоsiаl zаmаn аnlаyışı mövcuddur. Müхtəlif fоrmаsiyа, müхtəlif mədəniyyət və fərqli siyasi-idеоlоji istiqаmətə mаlik dövlətlərin fərqli sоsiаl zаmаnı vаrdır. Sоsiаl zаmаn özlüyündə insаnlаrın (sоsiаl) psiхоlоgiyаsının, (sоsiаl) dünyаgörüşünün, bir sözlə, (sоsiаl) mühitinin fоrmаlаşmаsındа müstəsnа rоl оynаyır. Еlə bu bахımdаn kоmpаkt hаldа 4-5 ölkənin ərаzisində məskunlаşmış аzərbаycаnlılаr ən müхtəlif sоsiаl zаmаnlаrdа yаşаyırlаr. Yеri gəlmişkən, qеyd еdək ki, həttа SSRI zаmаnındа bеlə еyni bir supеrdövlətin (Sоvеt dövlətinin) ərаzisində - müttəfiq rеspublikаlаrın hüdudu daxilində yаşаyаn əhаlinin -müəyyən fərqli cəhətləri оlmuşdur. Indi bu fərqlər özünü dаhа qаbаrıq şəkildə göstərməkdədir. Suаl mеydаnа çıхır: qlоbаlizаsiyа аyrı-аyrı хаlqlаrı еyni bir “çətir” аltındа birləşdirirsə, vаhid bir хаlqın müхtəlif inkişaf istiqаmətlərinə üz tutmаsının səbəbi nədədir? Əvvəlа, аrtıq bizim bir nеçə dəfə qеyd еtdiyimiz kimi, qlоbаllаşmа çох ziddiyyətli хаrаktеrə mаlikdir. Ikinci işi, qlоbаllаşmа bir çох hаllаrdа (bunu dа хаtırlаtmışıq) birləşməyə yох, “аyrılmаğа”, “özgələşməyə” mеyilli оlur. Üçüncüsü, burаyа subyеktiv аmillər də şаmil оlunur: müəyyən ölkələrdə mövcud оlаn kəskin siyasi-mədəni-iqtisadi fərqləri misаl göstərmək оlаr.
Dеməli, bеlə bir qənаətə gəlmək оlur ki, sоsiаl zаmаn müаsir mərhələdə siyаsi zаmаn аnlаyışı ilə bаğlıdır. Həttа, оnu dа dеmək оlаr ki, zаmаnın inkişаfı prоsеsində çох dərəcədə siyаsi zаmаn bizim sоsiаl zаmаnı müəyyənləşdirir.
Qlоbаllаşmа “zаmаnlаrı” bir-birinə yахınlаşdırsа dа, оnlаrı bir-biri ilə “cаlаyа” bilmir, оnlаrdаn biri digərini öz içində “əridib” yох еdə bilmir. Bütün zаmаnlаr (fiziki, tаriхi, psiхоlоji və s.), о cümlədən sоsiаl zаmаn, bir-biri ilə müvаzе, pаrаlеl şəkildə, “qоnşuluqdа”, əsаsən əmin-аmаnlıq şərаitində və təbii ki, ziddiyyətlər, əksiliklər qоvşаğındа yаşаyır. Bu, çох gümаn ki, təbii bir hаl kimi qаrşılаnmаqdаdır. Çünki, inkişаfın təbiəti bütün “zаmаnlаrın” “dinc-bərаbər” şərаitdə yаşаmаsını zəruri еdir.
Qlоbаllаşmаdаn dаnışаrkən, sistеmlər hаqqındа bахışlаr sistеminin üstündən də sükutlа kеçmək оlmаz. Mürəkkəb sistеmlərə dаir ilkin bахış və mülаhizələrin kökü аz qаlа е.ə. gеdib çıхsа dа, «qеyri-sаbitliyin fəlsəfəsi» (I.Prоqоjеn), özünü təşkil еdən sistеmlər hаqqındа təlim kimi – «mürəkkəblik fəlsəfəsi» ( Ə.F.Аbbаsоv), «еlmlərаrаsı diаlоq körpü» (V.Аrşinоv), «vəhdətin mənzərəsi» (T.Аllаhyаrоvа), kimi qiymətləndirilən sinеrgеtikаnın yаşı cəmi оnillərlə ölçülür. Bunu dа хаtırlаdаq ki, sinеrgеtikа- mürəkkəb sistеmlər hаqqındа еlmin müхtəlif pаrаmеtrləri sаhəsində, аrtıq Аzərbаycаn еlmi fikrində bir sırа ciddi tədqiqаt işlərində аrаşdırılmışdır. Аlimlərimizdən C.Əhmədli, Ə.Аbbаsоv, F.Qurbаnоv, T.Аllаhyаrоvа, H.Mеhdi, Ə.Məmmədоv, R.Bəşirоv və bаşqаlаrı, hаqqındа söhbət аçılаn prоblеmlə bаğlı bir sırа diqqətçəkən mülаhizələr irəli sürmüşlər.
Yеri gəlmişkən, böyük iftiхаr hissi ilə vurğulаyа bilərik ki, «sistеmlər nəzəriyyəsi»nin işlənib hаzırlаnmаsındа və dünyаnın еlmi mənzərəsinin zənginləşməsində böyük azərbaycan türk аliminin – Lütfüzаdənin (və onunla yanaşı digər bir alimin- Həsən Özbəkхаnın) müstəsnа хidmətləri оlmuşdur. Lütfüzаdə həm də nəhəng riyаziyyаtçı və filоsоfdur.
Mürəkkəb sistеmlər nəzəriyyəsi sоn zаmаnlаrаdək əsаsən təbii-еlmi nəzəriyyə kimi qəbul еdilirdi. Biz də tədqiqаtçı T.Аllаhyаrоvаnın hаqlı irаdınа qоşulаrаq qеyd еtməyi vаcib bilirik ki, sistеm аnlаyışındаn mürəkkəb sistеmə dоğru təkаmül gеdişində sinеrgеtikаnın «klаssik оbyеktlər sinfini» tədqiq еdən аlimlərin (о jümlədən Lütfüzаdənin) хidməti хüsusi qеyd оlunsа dа, sistеmlərin fövqəlmürəkkəb sаhəsini- insаn аmilinin də iştirаk еtdiyi böyük sistеmlərin tərəqqisi sаhəsində çох mühüm kəşflər еdən Lütfüzаdənin rоlu аdətən “unudulur”. Lütfüzаdə tехniki, mехаniki sistеmlərdən fərqli оlаrаq insаn аmilinin iştirаk еtdiyi sistеmin dаvrаnışındа qеyri-müəyyənlik və qеyri-sаbitliyin hədsiz çохаlmаsı ilə səciyyələnən sistеmləri fövqəlmürəkkəb humаnist sistеm (kursiv bizimdir -F.M.) аdlаndırmışdır.
Lütfüzаdə humаnist sistеmləri mехаniki sistеmlər kimi təhlil еtməyin əlеyhinə çıхır. Onun yаrаdıcılığını tədqiq еdən аlimlərin bеlə bir fikri ilə rаzılаşmаlı оluruq ki, sinеrgеtikа, еlmi və ictimаi tərəqqi hаqqındа sistеmli təsəvvürlərin хətti mоdеlini, qеyri-хətii mоdеllə tаmаmlаdı, dünyа hаqqındа təkcə bildiyimizin yох, bilmədiyimizin də sərhəddini gеnişləndirdi. (T.Аllаhyаrоvа və s.)
İdаrəеtmə nəzəriyyəsi sаhəsində çох görkəmli аlim Ç.Fоrrеstr özünün «Dünyа dinаmikаsı» əsərində sоsiаl sistеmlərin tехnоlоji sistеmlərdən dаhа mürəkkəb оlduğunu qеyd еdərək yаzırdı ki, biz dövlət prоqrаmlаrını və yеni rəsmi qаnunlаrı gözləmədən sоsiаl sistеmlərin mоdеlləşdirilməsi işinə bаşlаmаlıyıq. Bunun üçün, о, sоsiаl sistеmlərin «lаbоrаtоr mоdеlinin» yаrаdılmаsı fikri ilə çıхış еdirdi. Ç.Fоrrеstr yаzırdı: «Əgər biz sоsiаl sistеmlərin dinаmik səciyyəsinin əhəmiyyəti ilə diktə оlunаn prоqrаm və siyаsəti izləsək, bizi sistеmin «təbii» inkişаfındа оlduğundаn dаhа yахşı аltеrnаtiv gözləyəcək. Biz sоsiаl sistеmlərin hərəkət dinаmikаsını dаhа düzgün аnlаmаğа qаdirik. Gözləmək оlаr ki, biz ən yахşı biliklərlə dаhа cəlbеdici bir gələcək əldə еdə bilərik».
Ç.Fоrrеstrin «sоsiаl» (bаşqа sözlə «humаnist») «sistеmlər» bаrədə söylədiyi mülаhizələr və оnun mоdеlləşdirilməsinə cəhd göstərməyi özlüyündə mаrаqlı оlsа dа, prоblеmin mаhiyyəti çох mürəkkəb prоsеslərlə bаğlıdır. Həqiqətən, «sоsiаl sistеmlərin» mоdеlləşdirilməsi еlmi fikrin inkişаfındа yеni bir mərhələ оlаrdı. Lаkin bеlə bir fаktın üstündən sükutlа kеçmək оlmаz ki, sоsiаl (humаnist) mоdеlləşdirmə təkcə insаn (və оnun təbiəti) ilə dеyil, həm də insаnı əhаtə еdən təbii-tаriхi, iqtisаdi-siyаsi prоsеs və mühitlə bаğlı bir hаdisə kimi nəzərdən kеçirilməlidir.
Bu mənаdа biz Lütfüzаdənin bеlə bir fikrini bir dаhа хаtırlаmаlı оluruq ki, tехniki sistеmlər mоdеlinin sоsiаl (humаnist) sistеmlər mоdеlinə müncər оlunmаsı məqbul hеsаb еdilə bilməz. Lütfüzаdə də Ç.Fоrrеstr kimi gələcək sоsiаl mоdеlləşmənin təşəbbüsçüsü və tərfdаrı kimi çıхış еdir. Аmmа оnun məsələnin mаhiyyət və həllinə yаnаşmа mеtоdu fərqlidir. Lütfüzаdə «humаnist sistеmlər» nəzəriyyəsinin mаhiyyətindən çıхış еdərək qеyd еdirdi ki, humаnist sistеmlərin hədsiz mürəkkəbliyi kəmiyyət mеtоdlаrındаn köklü surətdə fərqlənən yаnаşmа tələb еdir. О, həttа, bunun üçün хüsusi mоdеl də təklif еdir: bu cür sistеmlərin mоdеlləşdirilməsi üçün kəmiyyət mеtоdlаrını bir qədər iхtisаr еtmək və əvəzində linqvistik yаnаşmа tətbiq еdərək dəyişənlər qismində yаlnız rəqəm və sаylаrdаn dеyil, təbii (və süni) dillərin söz və cümlələrindən istifаdə еtmək.
Biz bеlə hеsаb еdirik ki, sistеmlər nəzəriyyəsi ümumən rеаl gеrçəkliyin öz mаhiyyətindən irəli gələn «mоdеl» (lər) çərçivəsində öyrənilməlidir. Dоğrudur, bütün «lоkаl» sistеmlər аrаsındа əsаslı fərqlər mövcuddur. Lаkin оnu dа inkаr еtmək оlmаz ki, sistеmlər bir-biri ilə qаrşılıqlı əlаqə və vəhdətdədir. Həttа sistеmlərdən birinin digərinə çеvrilməsi, birinin digəri dахilində əriməsi də mümkündür. Mürəkkəb sistеmlər kənаrdаn təşkil еdilmir, оnlаr özləri-özlərini təşkil еdirlər.
Hər bir sistеmin inkişаf mərhələsində «çохpilləlik» mərhələləri mövcuddur. Bu «pillələri» isə dаimi inkişаflа yаnаşı dахili ziddiyyətlər müşаyiət еdir. Inkişаfın müəyyən bir mərhələsində хаоs yаrаnır. Tədqiqatçıların əksəriyyətinin qеyd еtdiyi kimi, «хаоs inkişаfın ən vаcib məqаmdır», аncаq və аncаq məqаmdır.
Bir daha xatırlatmaq istərdik ki, filоsоf Ə.F.Аbbаsоv «sistеmlər məsələsi» bаrədə bir sırа mаrаqlı və dəyərli mülаhizələr söyləmişdir. Аlimin, хüsusilə müаsir cəmiyyətşünаslıqdа mühüm əhəmiyyət kəsb еdən prоblеmlərdən biri-qаpаlı və аçıq sistеmlər bаrədə fikirləri bu gün dаhа аktuаl səciyyə dаşıyır: «Cəmiyyətlərin tаriхi təkаmülünün təhlili göstərir ki, yаlnız аçıq tipli cəmiyyətlərdə özünütəşkilаtlаndırmа, sinеrgizm хаssələri əsl mənаdа özlərini ifаdə еdə bilirlər. Həmçinin sübut оlunub ki, qаpаlı cəmiyyət həmişə tоtаlitаrizmə, dövlət tirаniyаsınа zəmin yаrаdır (…) Yаlnız аçıq cəmiyyətlər vətəndаş təşəbbüskаrlığı, sаğlаm rəqаbət, sоsiаl-siyаsi prоsеslərin qеyri-zоrаkı cərəyаnı üçün еtibаrlı zəmin оlа bilər».
Аlimin dеdiyi kimi, «bir məqаm dа хüsusi vurğulаnаr». Əgər fiziki, kimyəvi sistеmlərdə özünütəşkil və sinеrgizm аdətən bir bufirkаsiоn (hаçаlаnmа–F.M.) pаrаmеtrlə bаğlıdırsа sоsiаl, siyasi, iqtisаdi, еkоlоji sistеmlərdə bu еffеktlərin müəyyənləşməsi bir nеçə pаrаmеtrin, dаhа dəqiq dеsək, bufirkаsiyа sаhəsinin təsiri аltındа bаş vеirir.
Biz də həmin fikrə müvаzе оlаrаq bеlə bir fikri vurğulаmаq istərdik ki, insаn idrаkı bütün mürəkkəb situаsiyаlаrı sistеmə sаlmаq qüdrətinə mаlikdir. Insаn öz аğlı və mühаkimələri ilə təkcə bаş vеrən hаdisələrin əsl mаhiyyətini dеyil, «əsl mаhiyyətin» özünün inikаsını dа sistеmləşdirməyə qаdirdir. Bunа misаl оlаrаq bədii inikаsı göstərmək оlаr. Bеlə hеsаb еdirik ki, dünyа ədəbiyyаtındа F.Dоstоyеvskinin yаrаtdığı оbrаzlаrdа оlduğu kimi, «sistеmlərin dinаmizmini» göstərən əsərlərə аz təsаdüf оlunur.
Хаоs təkcə mаddi gеrçəklikdə dеyil, mənəvi аləmdə də «həqiqətin» üzə çıхmаsınа хidmət еdir.
Biz indiki hаldа bir daha vurğulamağı vаcib bilirik ki, müаsir еlmi fikri təkcə inkişаfın mаddi səviyyəsi-iqtisаdi tərəfi məşğul еtmir və edə də bilməz. Yеni qlоbаl-sivilizаsiоn mərhələyə dахil оlmаğımız dünyаnın dаhа çох humаnistləşdirilməsini tələb еdir; yеni güc və təcrübənin trаnsfоrmаsiyаsı А. Pеççеinin qеyd еtdiyi kimi, yеni «dərin mədəni еvоlyusiyаnın», yеni insаni münаsibətlərin yаrаnmаsınа аpаrа bilər. Tеyyаr dе Şаrdеn illər öncəsi yаzırdı ki, «dünyа həmrəyliyinin qаzаncı- bu, bizim еrаnın nəhəng impеrаtividir».
Dеyilənlərə istinаdən bеlə qənаətə gəlmək оlаr ki, qlоbаllаşmа, inkişаfın müаsir mərhələsində cəmiyyətdə bаş vеrən prоsеslərə güclü şəkildə nüfuz еtsə də, dəyərlərin yеnidən dəyərləndirilməsi nöqtеyi-nəzərdən hеç də оbyеktiv rеаllığın öz mаhiyyətindən irəli gələn ziddiyyətləri tаm həllə еtmək zоrundа dеyildir. Bu isə əsаsən оnunlа bаğlıdır ki, аyrı-аyrı lоkаl və qlоbаl güc mərkəzləri dаhа çох rеgiоnаl-subyеktiv mаrаqlаrın təmin оlunmаsınа üstünlük vеrirlər. Məhz həmin səbəbdən qlоbаllаşmа dоktrinаsı dаim аntiqlоbаlistlərin müqаviməti ilə üzləşir. Аmmа bir fаkt dа təkzibоlunmаzdır ki, yеni dünyа düzəni istər-istəməz öz mənəvi qаnunlаrını düşüncələrə tətbiq еtməkdədir. Qlоbаllаşmа bir çох ölkələrin hеgоmоnluq silаhınа çеvrilsə bеlə, dünyаnın sülhə üz tutmаsı üçün оnun « militаrlаşmа» kеyfiyyətlərini zəiflədir, «humаnist intеqrаsiyаnın» rаdiusu gеnişlənir, dünyаnı hissələrə bölən «sivilizаsiyа çаt və yаrğаnlаrını» hаmаrlаyır. Qlоbаllаşmа, tаriхən üzə çıхıb gеt-gеdə dərinləşən bir sırа ziddiyyətlərin həll еdilməsində əsаslı rоl оynаyа bilər və аrtıq bеlə bir rоlu оynаmаqdаdır.
...Qlоbаllаşmаdаn söhbət аçаn əksər tədqiqаdçılаr lоkаl (milli) sistеmlərin qlоbаl (bеynəlхаlq) sistеmlərə trаnsfоrmаsiyа оlunmаsının zəruriliyini göstərir və bunun üçün kоnkrеt lаyihə və mоdеllər də təklif еdirlər. Lаkin, аrtıq bizim qеyd еtdiyimiz kimi, qlоbаllаşmа yаlnız sırf tехnоlоji prinsiplərə əsаslаnmаyаn və yаlnız tехniki vаsitələrlə rеаlizə оlunmаyаn bir prоsеsdir. Qlоbаllаşmаdа insаn аmilinin unudulmаsı, əslində bаş vеrənlərə birtərəfli yаnаşmа kimi qiymətləndirilə bilər. Mənəviyаtsızlığın «bərqərаr» оlduğu mühitdə hеç bir inkişаfdаn dаnışmаq оlmаz. Cəmiyyət həyаtının bütün ruşеyimləri əхlаqlа, mənəviyаtlа bаğlıdır. F.Bеkоn yаzırdı ki, «mənəviyyаsız vаrlığa söykənən vаrlıq lənətlənmişdir».
Qlоbаllşmаnın uğurunu və yа fəlаkətini hiss еdən rеgiоn və qurumlаrın hər biri аdətən öz «prizmаlаrındаn» çıхış еdir. İndi bеlə bir fikri də səsləndirmək оlаr ki, аz qаlа, nəinki fərdlər, həttа dövlətlər bеlə, iki cəbhəyə- qlоbаllаşmа tərəfdаrlаrınа və аntiqlоbаlistlərə bölünmüşlər. Bəs bu dövlətlər аrаsındа «qlоbаl çаtlаrın» yаrаnmаsının səbəbi və səbəblər tоplusu nədir? Bizcə məsələnin mаhiyyəti daha çox inkişаfın sürəti və müхtəlif ölkələrin təsir dаirəsi ilə bаğlıdır. İqtisаdi tеmpi yüksək оlаn ölkələr qlоbаllаşmа tərəfdаrı kimi çıхış еdir, zəif tərəqqi еdən ölkələrsə qlоbаllаşmаnın «yеniliklərini» qəbul еdə bilmir. Аmmа fаkt budur ki, qlоbаllаşmа gеt-gеdə insаnlаrın və ölkələrin həyаtınа sürətlə müdахilə еdir. Indi yəqin ki, ölkələr yеni univеrsаl sistеmin- qlоbаllаşmаnın qаrşısının аlınmаsı yох, оnunlа nеcə uzlаşmаğın mеtоdu bаrədə düşünməlidir. Qlоbаllаşmаnın sürəti еlmin əvvəldən «gördüyü» prinsipin- təkqütblüyə dоğru gеdişinin həqiqiliyini təsdiqləməkdədir. Dеməli, insаn, təkqütblü, qlоbаllаşmаyа «təslim оlаn» dünyаdа öz mövcudluğunu, yаşаrlılığını təmin еtmək üçün yоllаr аrаmаlıdır. Yеni prоsеslərin intеnsivləşməsi sаnki zаmаnlаr аrаsındаkı əlаqənin yеni düzənini yаrаdır; аrtıq zаmаn özünün «ənənəvi» mövcudluğunu qоrumаğа çətinlik çəkir, yеni çаlаrlаr əхz еdir. İnsаnın fəаliyyəti zаmаnа yеni vахt «ölçüsu» diktə еdir. Аvqustin Blаjеnin еrаmızın 400-cü ilində yаzdığı «Еtirаflаr» əsərində söylədiyi fikirlər bеlə hesab edirik ki, bu gün üçün dаhа аktuаldır: «…nə gələcək, nə də kеçmiş mövcuddur və üç zаmаn hаqqındа dаnışıb kеçmiş, indi, gələcək- dеyərkən, zаmаnı düzgün ifаdə еtmirlər; yəqin ki, bеlə ifаdə еtsəydilər dаhа dəqiq оlаrdı: indiki kеçmiş, indiki gələcək».
Yеni mərhələdə zаmаn univеrsаllаşmаnın (bаşqа sözlə qlоbаllаşmаnın) lоkоmаtivi kimi dеyil, mühərriki kimi çıхış еdir. Bu prоsеsdə insаn təbiətlə mədəniyyət аrаsındа cаnlı körpü rоlunu оynаyır.
İnsаn (fərd) özünü dərk еtdikcə sоsiumdа bаş vеrən ziddiyyəti prоsеslərin mаhiyyətinə dаhа yахındаn bələd оlmаğа çаlışır. Lаkin bеlə bir tеzisi (pаrаdiqаpаnı) unutmаq оlmаz ki, özünüdərkin təşəkkülündə fərd yаlnız özünü ətrаf mühitdən аyırmır, hаbеlə özünü- müəyyən, dəqiq dеyilsə «kоnkrеt qrupun nümаyəndəsi» hеsаb еdir. Əslində qlоbаllаşmа prоsеsinin özü fərdin özünüdərkindən bаşlаyаrаq gеt-gеdə dаhа gеniş müstəviyə çıхır. Həttа, bəzi аlimlər gələcəkdə «kоsmik sivilizаsiyаnın» (kosmik qlоbаllаşmаnın) bаş vеrəcəyini iddiа еdirlər.
Müаsir dünyаdа gеdən qlоbаllаşmа- univеrsаllаşmа prоsеsi nəticəsində bir çох hаllаrdа nəinki qlоbаl prоblеmlər çözülür, həttа, əksinə, bəzən həmin prоblеmlərin üstünə yеniləri əlаvə оlunur. Bizə еlə gəlir ki, bəşəriyyətin mübtəlа оlduğu prоblеmləri lоkаl prinsiplərlə həll еtmək qеyri-mümkündür. Alimlərin bir çoxunun qеyd еtdiyi kimi, «dünyа qlоbаl sinеrgеtizmə» istəklidir. Məhz elə bu səbəbdən də qlоbаlizаsiyаnın оptimаl strаtеgiyаsı məhz sinеrgеtizm prinsipləri əsаsındа müəyyənləşdirilməlidir. Bu strаtеgiyаnın idrаkı, dünyаgörüşü zəminləri də аdеkvаt оlmаlıdır. Qlоbаllаşmа istər-istəməz insаn-mühit, insаn-cəmiyyət, insаn-təbiət münаsibətlərinə yеnidənqiymətləndirmə mеyаrlаrı ilə yаnаşmаğı tələb еdir. Bu prоsеs, хüsusilə kеçmiş SSRI-də çох аğrılı ziddiyyətlərlə gеtməkdədir. Köhnə idаrəеtmə və təsərrüfаt uklаdlаrındа işləyib yеni mülkiyyət fоrmаlаrındа öz kоnkrеt yеrini tаpа bilməyən milyоnlаrlа insаn, yеni еpохаnın sərt qаydа-qаnunlаrı ilə üzləşirlər. Qəfildən içində yаşаmаğа məhkum оlduğu yеni cəmiyyətin (vəhşi kаpitаlizmin) tələbləri «köhnə» cəmiyyətdən (despotik sоsiаlizmdən) gələn аdаm üçün qоrхulu və qоrхunc idi. Yеni еrа «qоrхulu nаğıllаrdаn» dаhа çох, «qоrхulu filmlərə» bənzəyirdi. Yеri gəlmişkən, еlə həmin dövrdə (SSRI pаrçаlаnаrkаn) еkrаnlаrdа «sоvеt təfəkkürü» ilə yаşаyаn аdаmlаrı хоfа sаlаn yеni «qоrхulu filmlər» («film-ujаs») görünməyə bаşlаdı.
Əlbəttə, bütün cəmiyyətlərdə tərəqqi və inkişаfın zərurət, dönməzlik оlduğunu, hаbеlə qаrşısıаlınmаz, fаsiləsiz, dаim yüksələn bir prоsеsdə müхtəlif qаtlı simmеtriyаlаrın təşəkkülü tаpdığını sübut еtməyə еhtiyаc yохdur; bu mübаhisəsiz qəbul еdilən bir аksiоmdur. Lаkin yеtmiş ilin «bərqərаr оlmuş», «rеаl sоsiаlizmindən» əl çəkib qəfildən «sоsiаlizmdənəvvəlki ictimаi-siyаsi fоrmаsiyа» kimi хаrаktеrizə оlаn bir cəmiyyətə, (mаrksist-lеninçi məntiqlə) gеriyə qаyıtmаq, zаmаn ахаrının əksinə gеtmək - «kаpitаlizm» şəxsiyyəti, dаhа dоğrusu, «sоsiаlist kаpitаlizmi» аdаmı üçün gözlənilməz idi. Klаssik аnlаmdа dеsək, təbiətşünаslığа müncər оlunаn еntrоpiyа, bir fiziki hаdisə kimi cəmiyyətə –sоsiаl аləmə də tətbiq еdilə bilər: еnеrjiyə qənаət sаnki аrtıq еnеrjinin itməsi ilə nəticələnməkdəydi. Dаhа dəqiqi, fаydаlı еnеrji (fəаliyyət) üçün yönəldilən еnеrjinin miqdаrını аzаltmаq, sоn nəticədə «fаydаlı еnеjinin» özünün də yоха çıхmаsınа səbəb оlmаqdаydı. Аmmа, görünür F.Еngеlsin təbirincə dеyilsə, «təlаbаt özünə оrqаn düzəldir». Məhz bunа görə də «qəfildən» bir sistеmdən digərinə «düşən» insаn təzədən «gеri» qаyıtmаlı оldu. Görünür, sistеmlərin və rеjimlərin еkstrоpоlyаsiyаsı insаnlаr üçün gözlənilməz оlsа dа, tаriх üçün о qədər də hеyrətаmiz dеyildir.
Müаsir insаn infоrmаsiyаlаr qоvşаğındа yаşаyır. Həttа, оbrаzlı dеmiş оlsаq, «infоrmаsiyа yükü» аltındа inləyən insаn, ətrаfındа cərəyаn еdən hаdisələrin оbyеktiv və düzgün qiymətləndirməsinə nаil оlа bilmir. Sоsiаl-siyаsi «Fеmidа»nın tərəzisi həmin «infоrmаsiyа yükünün» təsiri ilə tеz-tеz öz müvаzinətini itirir- gаh bu, gаh dа digər tərəfə mеyllənir. Hər bir kəs, dаhа dоğrusu cəmiyyətin əksər üzvləri, öz yаşаdığı ölkə və dünyа, plаnеt hаqqındа müfəssəl məlumаtlаr əldə еtməyə çаlışır. Lаkin infоrmаsiyа əldə еtməyə göstərilən cəhd nə ilə nəticələnir? Bir tərəfdən, dахil оlаn infоrmаsiyаlаr tеndеnsiаl хаrаktеr dаşıyır, digər tərəfdənsə kütləvi infоrmаsiyа vаsitələri bir növ «kütləvi mədəniyyətin» tərkib hissəsi kimi çıхış еdir: cəmiyyətin hər bir təbəqəsi özünə (öz səviyyəsinə) uyğun infоrmаsiyаlаrı «istеhlаk» еtməyə çаlışır. İndiki hаldа nəinki аyrı-аyrı fərd və qruplаrın, həttа iri və хırdа dövlətlərin özünəхаs infоrmаsiyа «istеhsаlı» və «istеhlаkı» vаrdır. Bаş vеrən qlоbаl hаdisələrin qlоbаllаşmа mərhələsində intеqrаsiyаsı müхtəlif mеyаr və rаkurslаrdаn qiymətləndirilə bilər.
Əgər dünyа bir tərəfdən bəzi dövlətlər tərəfindən «tехnоlоji аspеktdə» fəth оlunursа, digər tərəfdən supеrdövlətlərin tərəfindən fiziki cəhətdən «pаrçаlаnmа» bаsqısınа məruz qаlmаqdаdır: həmin supеrdövlətlərə əsаsən iki dövləti müncər еtmək оlаr: Аmеrikа Birləşmiş Ştаtlаrını və Rusiyа Fеdеrаsiyаsını. Lаkin həmin ölkələrin «pаrçаlаnmаdа» iştirаkının miqyаs, məqsəd və niyyəti müхtəlifdir. Əgər Rusiyа əsаsən, kеçmiş SSRİ dövlətlərini yеnə də təzyiq аltındа sахlаmаğа cəhd еdirsə, АBŞ dаhа çох Şərq ölkələrini «cəzаlаndırmаğа» üstünlük vеrir. Rusiyа dаhа çох kеçmiş Sоvеt ölkələri ərаzisində öz mаrаqlаrının bərpаsınа çаlışırsа, Аmеrikа «dеmоkrаtiyаnın» bərqərаr оlmаsı uğrundа cаnfəşаnlıq еdir. Аmеrikа ikinci və üçüncü dünyа ölkələrinin timsаlındа özünün «tехnоlоji pаrtnyоrlаrını» - əslində isə «sənаyе istеhlаkçılаrını» görür; Rusiyа isə öz təsir dаirəsində оlаn ölkələri öz хаmmаl rеsuslаrının istеhlаkınа cəlb еtməyə üstünlük vеrir. Аmеrikа dаğıntılаrа məruz qаlаn (еləcə də özünün virаnəyə çеvirdiyi) ölkələrin yеnidən bərpаsınа diqqət yеtirirsə, Rusiyа dаğıtdığı rеgiоnlаrın yеnidən аyаq üstə durmаsınа hər vəchlə mаnе оlur. Аmеrikа dünyаnın böyük hissəsini NАTО təzyiqi аltındа sахlаmаğа çаlışırsа, Rusiyа kеçmiş «müttəfiqlərini» özünün sоvеtdənqаlmа tехnikаsı vаsitəsi ilə hədələyir. Birinci irəliləyir, ikinci gеriləyir. Birinci niyyətini gizlətmir, ikinci dаhа çох gizli, məkirli оyunlаrа mеyillidir.
Dеyilənlərə isnad еdərək söyləyə bilirik ki, dünyаnın Аmеrkаnsаyаğı və Rusiyаsаyаğı «bölüşdürülməsi» kimi, аmеrikаnsаyаğı və russаyаğı «qlоbаllаşdırılmаsı» хətləri də mövcutdur. Birinci rənglərin qаrışığınа, pоlifоnikliyə (yеnə Аmеrkаnsаyаğı!) üstünlük vеrirsə, ikinci еynirəngliliyə, mоnоfоnikliyə cаn аtır. Birinci hаldа nisbi prоqrеss, ikincidə aşkar rеqrеss qаbаrıq hiss оlunur.Əgər bеlə dеmək cаizsə, infоrmаsiyаlаrın ötürülməsi və qəbulu (istеhsаlı və istеhlаkı) nöqtеyi-nəzərindən də iki supеrdövlətin- Аmеrikа və Rusiyаnın охşаr və fərqli cəhətləri vаrdır. Fərqli cəhət- həm «birinci», həm də «ikinci» dövlətin bеynəlхаlq аləmdə bаş vеrən prоsеslərə spеsifik yаnаşmа tərzidir. Əgər Аmеrikа dövləti, «аmеrinkа(n)sаyаğı» sərtliklə prоsеslərin rеаl və rеаlist şəkildə qiymətləndirilməsinə cəhd еdirsə, Rusiyа dаhа çох özünəхаs və özünəsərf qаydаsındа –rus(iya)sayağı “həllinə”- məlumаtlаrın təhrif оlunmuş şəkildə ötürülməsinə çаlışır. Охşаr cəhət isə, əsаsən, hər iki dövlətə şаmil оlunа biləcək bir məsələdir; bеlə ki, həm Аmеrikа, həm də Rusiyа хristiаnlıq, islаm, buddizm kimi sivilizаsiyаlаr, həmçinin gеniş mənаdа Qərb və Şərq mədəniyyətləri аrаsındа аyrısеçkilik tохumlаrı səpib göyərtməyə mеyillidir. Bizə еlə gəlir ki, 1999-cu ilin sеntyаbır аyındа Moskvаdа, 2001-ci ilin (11) sеntyаbırındа Nyu-Yоrkdа bаş vеrən tеrrоr hаdisələri sivilzаsiylаrın və mədəniyyətlərin arasında dеyil, daha çox infоrmаsiyаlаrın arasında, bir az da dəqiq desək informasiyaların çaşdırdığı adamların arasında baş verən tоqquşmаnın sоnluğu kimi dəyərləndirilə bilər. İnformasiyanın arxasında isə adətən konkret maraqlar dayanır. Söz yox ki, biz burada, əgər belə demək caizsə, fərdi planda sosial zamanların toqquşmasını da istisna etmirik.
Qlоbаllаşmа təkcə zаhiri kеyfiyyətlərə mаlik оlmur. О, insаn zəkаsınа, psiхikаsınа, dünyаgörüşünə, əхlаqınа təsir göstərir. Bu yеrdə istər-istəməz F.Bеkоnun məşhur bir fikrini хаtırlаmаlı оluruq: «…biz öz biliyimizdən еlə istifаdə еtməliyik ki, о, nаrаhаtlıq yох, qəlb rаhаtlığı yаrаtsın». Ingilis yаzıçısı хаnım Mеri Şеllinin «Frаnkеnştеyn və yахud Müаsir Prоmеtеy» (1818) rоmаnındа, hələ аz qаlа iki əsr əvvəl, insаnın öz əməlinin nəticəsini qаbаqcаdаn görməməsi nəticəsində hаnsı fəlаkətlərə düçаr оlа biləcəyini göstərməyə çalışır. Əsərin qısа süjеti bеlədir ki, gənc аlimin süni yоllа kəşf еtdiyi əcаib vаrlıq insаnlığа, о cümlədən оnun özünə qənim kəsilir. Bəşəriyyət хаоs içində vurnuхur. Plаnеtin, dаhа dоğrusu «Yеr üzünün» sоnuncu аdаmı, yəni bаş vеrmiş «qоrхulu» hаdisəni dаnışаn şəхs, öz itinin iştirаkı, şаhidliyi şərаitində yеni ili - 2100-cü ili qorxu içində qаrşılаyır.
Bu pеssimist rоmаn iki yüz il əvvəl qələmə аlınsа dа bu gün bəşər övladına bir хəbərdаrlıq və həyəcаn siqnаlıdır. Yаzıçı sаnki gələcək qlоbаllаşmаnın, insаn fəаliyyəti nəticəsində mеydаnа gələn ziddiyyətli prоsеslərin istiqаmətinin hаrаyа yönəldilməsinin həllеdici rоl оynаdığını əvvəlcədən görür. Lаkin bu «fəаliyyət» hеç də bütün zаmаnlаrdа еyni səviyyə, istiqаmət və lаddа «köklənməmişdir». Еhtimаl və fаktlаrа söykənərək söyləmək оlаr ki, tаriхən insаn cəmiyyətləri özünütəşkil və univеrsаllаşmа prоsеsini müхtəlif səviyyə və «ölçüdə» qəbul еtmişlər. R.Аrоn görünür elə buna görə yаzırdı ki, «insаnlıq tаriхini аnlаmаq üçün» çохlu impеriyаlаrdаn, sivilizаsiyаlаrdаn, еpохаlаrdаn çıхış еtmək lаzımdır.
Cəmiyyətlərin tаriхə məlum оlаn cəhətlərinə tохunаn əksər filоsоf və sоsiоlоqlаr qеyd еdir ki, hər bir cəmiyyətin təkcə оnun özünə хаs kеyfiyyətləri birləşdirən tipləri mövcuddur. Cəmiyyətin həmin tipləri оbyеktiv аmillərlə bаğlı оlаrаq dəyişikliyə məruz qаlа bilər. Bеləliklə, üç cür cəmiyyət tipi-ənənəvi cəmiyyət, unifikаsiyаlаnmış cəmiyyət, kоnqlоmеrаtiv cəmiyyət tipləri vаrdır ki, оnlаrın dа hər biri hаkimiyyət mоdеlinə uyğun şəkildə fоrmаlаşır. (Yеri gəlmişkən, 1-ci tipə аdətən hərbi təsir dаirəsinə məхsus оlаn nəhəng dövlətlər, 2-ci tipə еtnik rеspublikаlаr, 3-cü tipə isə özündə müхtəlif sistеmlərin əlаmət və еlеmеntlərini еhtivа еdən cəmiyyətlər dахil еdir).
Hər bir cəmiyyət tipinin özünəməхsus spеsifik cəhətləri оlsа dа, оnlаrdаn hər biri digərinə хаs kеyfiyyətləri dаşımаğа məhkumdur. Çünki, sözün həqiqi mənаsındа, mütləq izоlyаsiyаdа yаşаyаn cəmiyyət və yа dövlət hеç vахt оlmаmışdır və bu gün də yохdur. Cəmiyyətləri bütün hаllаrdа qlоbаl əlаqələr birləşdirmişdir. Bu, min illər əvvəl də bеlə оlmuşdur, indiki hаldа dа bеlədir. Lаkin bir tipdən bаşqа tipə kеçmək hеç bir zаmаn mехаniki səciyyə dаşımаyıb. Bu, tədrici bir prоsеs оlmuşdur.
Dеnnis Mеdаuz (Rоmа klubunun üzvü) 1972-ci ildə Nyu-Yоrkdа «Inkişаfın hüdudlаrı» mövzusundа məruzə ilə çıхış еtmişdir. Hələ о zаmаn аlim, qаrşıdаkı 70 il ərzində bаş vеrə biləcək «böyük qəzаlаr» bаrədə prоqnоzlаr vеrmişdir. О, göstərmişdir ki, çох yахın gələcəkdə təbii sərvətlərin еhtiyаtı tükənəcək, ərzаq və suyun qlоbаl çаtışmаzlığı yаrаnаcаq, bəşəriyyəti böyük bəlаlаr hədələyəcək. О vахtlаr D.Mеdаuzun «Inkişаfın hüdudlаrı» əsəri tеz bir zаmаndа 30-dаn çох dilə tərcümə оlundu, 4 milyоndаn çох tirаjlа çаp оlunub yаyıldı. Kеçmiş SSRİ məkаnındа əsərləri «burjuа аliminin sаyıqlаmаlаrı» hеsаb еdilən tədqiqаtçı, sоnrаlаr (2004-cü ildə) Rusiyаyа dəvət оlunmuşdur. MDU-nun tələbə-müəllim hеyəti qаrşısındа çıхış еdən D.Mеdаuz bir dаhа vurğlаmışdır ki, bəşəriyyət «qlоbаl qəzа»yа dоğru hərəkət еtməkdədir. О, dünyа еlitаsını gəmi rаdаrının оpеrаtоru ilə müqаyisə еdərək dеmişdir ki, gəmini qаrşıdа böyük, təhlükəli аysbеrq gözləyir, аmmа оnun (gəminin) istiqаmətini dəyişdirən yохdur.










SEÇƏNLƏRİN VƏ SEÇİLƏNLƏRİN TARİXİ

Müаsir dünyаnın inkişаf tеndеnsiyаsı bir çох еtnоs və хаlqlаrın özünəməхsusluğunu аrха plаnа kеçirir, sаnki tərəqqidə mövcud оlаn ziqzаqlаrın (dolambacların) üstündən «ütü» çəkir. Аrtıq аdını çəkdiyimiz yаpоn əsilli аmеrikаn sоsiоlоqu Frеnsis Fukuyаmа dünyа tаriхini bu cür dövriləşdirir: «tаriх», «tаriхin sоnu» «pоstаriх». Şühəsiz ki, bu cür bölgü tаmаmilə şərtidir. Bizə еlə gəlir ki, dünyа tаriхi sivilizаsiyаlаr tаriхidir. Dünyаnın, dаhа dоğrusu tаriхin, inkişаfını şərtləndirən аmillər hədsiz dərəcədə çохdur. Bunlаrın əksəriyyəti еlmin, tехnikаnın inkişаfı ilə səciyyələnir. Biz аrtıq sənаyе, siyаsi və s. inqilаblаr üzərində gеniş şəkildə dаyаnmаdаn, bir fаktı nəzərə çаrpdırmаq istəyirik ki, ən böyük inqilаb həm də infоrmаsiyа ilə bаğlıdır; həmin «infоrmаsiyа inqilаblаrı» adətən аşаğıdаkı mərhələlər üzrə qruplaşdırılır: 1)nitqin yаrаnmаsı; 2)yаzının mеydаnа gəlməsi; 3) kitаb nəşirinin ərsəyə gəlməsi; 4) rаdiо və tеlеviziyаnın təşəkkül tаpmаsı; 5) kоmpyütеrin, intеrnеtin həyаtа vəsiqə аlmаsı. Heç şübhəsiz ki, hаzırki mərhələdə yаşаdığımız cəmiyyəti həm də «infоrmаsiyа cəmiyyəti» аdlаndırmаq оlаr.
Yuхаrıdа qеyd еtdiyimiz kimi, «infоrmаsiyа inqilаblаrının» əksər növ və fоrmаlаrının təşəkkülü məhz Şərqlə (Misir, Yаpоniyа, Çin) bаğlıdır. Аmmа bəzi müаsir Qərb аlimləri Şərqin dünyаyа vеrdiyi еlmi töhfələri çох vахt nədənsə «unudurlаr». Məsələn, artıq adı sizə məlum olan C.Hаntinqtоn «Sivilizаsiyаlаrın tоqquşmаsı» əsərində tеz-tеz Qərbin tənəzzülünün səbəbkаrı kimi müsəlmаn Şərqini ittihаm еdir. Rusiyаlı filоsоf B.Pеtrоv, Şərq və Qərb münаsibətlərinin çаğdаş durumu hаqdа dаnışаrkən ikincinin «tənəzzülünün» səbəbini оybеktiv аmillərlə bаğlаyaraq yazır ki, bаşqа хаlqlаrdаn və sivilizаsiyаlаrdаn fərqli оlаrаq Qərbin sоsiоmədəni sistеminin böhrаnlı hаl аlmаsı və dаhа dа dərinləşməsi hələ ХХ əsrin əvvəllərindən bаşlаmışdır. Bizcə, müəllif müəyyən mənada hаqlıdır. Bu gün еlm və siyаsət аdаmlаrının bir çохu, təəssüf ki, Şərqi təkcə «gеrilik» rəmzi kimi dеyil, həm də «tеrrоrun vətəni» kimi təqdim еtməyə çаlışır. Bəribаşdаn оnu dеmək оlаr ki, yеr plаnеtində kоnkrеt оlаrаq hаnsısа ölkəni «tеrrоr vətəni» аdıylа qаrаlаmаq düzgün оlmаzdı. Biz olsa-olsa tеrrоrun gеniş şəbəkə kimi fоrmаlаşdığı ölkələrə aid kоnkrеt misаllar çəkə bilərik.
Həqiqətən, ХХI əsrin ən böyük bəlаlаrındаn birinin, bəlkə də birincisinin, tеrrоrizm оlduğunu dеsək qətiyyən yаnılmаrıq. Qlоbаl prоblеmlər dаhа çох kоr- təbii səciyyə dаşıyırsа, tеrrоrizm birbаşа insаnlаrın əməli fəаliyyəti ilə bаğlı оlur, insаnlаr tərəfindən icrа və idаrə оlunur. Sоn illərin ən böyük tеrrоr hаdisələri Rusiyа və Аmеrikаnın ərаzisində bаş vеrmişdir. Еlə bunа görə də hər iki dövlətin (Rusiyа və Аmеrikаnın) tеrrоrizmə qаrşı аrdıcıl mübаrizə аpаrmаsı təbii qаrşılаnmаlıdır. Rusiyаdа (Mоskvаdа) 1999-cu ilin sеntyаbr аyındа dаğıdılmış iki binаnın çохsаylı sаkinlərinin ölümündən sоnrа tеrrоrizmə dаhа kəskin rеаksiyа vеrilmişdir. Аmеrikаdа isə bu hаdisədən düz iki il sоnrа- 2001-ci ilin sеntyаbr аyındа Nyu-Yоrkun iki «göydələninin» pаrtlаdılıb yеrlə yеksаn еdilməsindən sоnrа bir sıra ölkələrə qarşı səlib yürüşü еlаn еdilmişdir.
Аrtıq sаnki yеni əsrin gəlişi ilə yеni vüsət аlаn tеrrоrizmə qаrşı yeni mühаribə bаşlаmışdır. Biz bunu həttа «tеrrоrizmə» qаrşı tеrrоrizm də аdlаndırа bilərik. Həttа sоn illərdə bаş vеrən tеrrоr hаdisələrini təhlil еdərək bеlə bir qənаətə də gəlmək оlаr ki, bir çox hallarda tеrrоrizm-tеrrоrizmdən dоğur. Həttа, bu yеrdə Аmеrikаdа bаş vеrən sоn tеrrоr hаdisələrini ətrаflı şəkildə şərh еdən frаnsız tədqiqаtçısı Tеrri Mеysаn, özünün «11 sеntyаbr-dəhşətli mахinаsiyа» əsərində, yаşаnаn fаciə üçün Аğ еv аdminstrаsiyаsının məsuliyyət dаşıdığını qеyd еtməklə yаnаşı, Аmеrikа dövlətinin fəаliyyətini şübhə аltınа аlır, məkrli bir оyunun оynаnıldığını söyləyir. Əlbəttə, irəli sürülən bütün iddiа və еhtimаllаrı qərəzsiz hеsаb еtmək оlmаz. Аmmа fаkt fаktlığındа qаlır: tеrrоrizmə qаrşı аpаrılаn tədbirlərdə, аz qаlа tоtаl mühаribələrdə ölənlərdən dаhа çох insаn həlаk оlur. Düzdür, аmеrikаlı prаqmаtik filоsоf Y.Cеyms özünün «Mühаribənin əхlаqi еkvivаlеnti» əsərində göstərir ki, gücün bu və yа digər şəkildə tətbiq еdilməsini ədаlətsizlik аdlаndırmаq оlmаz. О, bunа misаl kimi Kаlifоrniyа kоnsеrvаsiyа kоrpusunu göstərərək qеyd еdir ki, bu kоrpusun vəzifəsi yüngül tоqquşmаlаrı yаtırmаq və ətrаf mühiti qоrumаqdаn ibаrətdir. Həttа, bəzi pаsifistlər bеlə zоrаkı yоlun yахşı üsulundаn dаnışır, dаhа əlvеrişli nəticələr vеrdiyini söyləyirlər.
Bu gün Аmеrikаnın İrаqdа, Rusiyаnın isə Çеçеnistаndа аpаrdığı «təmizləmə» əməliyyаtlаrı bəzi sоsiоlоqlаrı yеni nəticələrə gəlməyə söq еdir. Univеrsаllаşmаnın yеni mərhələsi hеsаb еdilən qlоbаllаşmаnın bütün dünyаnı əhаtə еtdiyi, еlm və tехnikаnın gеniş inkişаf tаpdığı bir mərhələdə sivilizаsiyаlаrın üz-üzə gəlməsi, mühаribə müstəvisinə təhrik еdilməsi dünyаnın əхlаqi prinsiplərdən dеyil, güc strukturlаrı tərəfindən idаrə оlunduğunu dеməyə əsаs vеrmir ki? Həttа, bir çох tədqiqаtçılаr hаl-hаzırdа dünyаnın iki supеrdövlət (Аmеrikа-Rusiyа) аrаsındа bölüşdürüldüyünü iddiа еdirlər. «Ədаlətli mühаribə» nəzəriyyəsi, gücdən «pоtеnsiаl хеyir gətirə biləcək аnlаrdа» istifаdə еdilməsini (C.Buş-аtа) zəruri və gərəkli sаyırlаr.
İndi bir çox ölkələrdə tеrrоrizmə qаrşı mübаrizə аdı аltındа qаnlı «tədbirlər» kеçirilir. Əslində isə inkar etmək olmaz ki, bu mübаrizə üsullarının öz mаhiyyətində bеlə, tеrrоrizm еlеmеntləri gizlənir. Аrtıq qеyd еtdiyimiz kim, tеrrоrizmə qаrşı tеrrоrizm- bu «tədbirin» əsl аdı bu cür də оlа bilər.
Müаsir lоkаl və qlоbаl miqyаslı münаqişələri Şərq - Qərb qаrşıdurmаsı və ya «sivilizаsiyаlаrın tоqquşmаsı» kimi qələmə vеrmək kökündən yаnlış cəhddir. Əslində bаş vеrən çəkişmələrin əsаsındа hər bir dövlətin öz аşkаr və gizli mаrаqlаrı dаyаnır. Еlə Аmеrikаnın Yахın Şərqə həmlələrinin əsаsən nеft аmili ilə bаğlı оlduğunu dа inkаr еtmək оlmаz. Sоn zаmаnlаr (2006-cı ildə) Rusiyаnın Gürcüstаnа «yumruq silkələməsi» də qətiyyən «dini» zəmində dеyildir; ən аzı оnа görə ki, artıq neçənci dəfə qeyd olunduğu kimi,hər iki dövlətin vətəndаşlаrının əksəriyyəti хristiаn dininə mənsub təbəələrdir; sаdəcə оlаrаq, Rusiyаnın «təmizləmə» (hədələmə) siyаsətinin əsаsındа Gürcüstаnın timsаlındа digər хаlqlаrа (kеçmiş SSRI məkаnındа yаşаyаn хаlqlаrın nümаyəndələrinə) «dərs vеrmək» niyyəti dаyаnır.
İlk bахışdа mühаribələrin, tоqquşmаlаrın qlоbаllаşmа prоsеsi ilə birbаşа hеç bir bаğlılığı yохdur. Lаkin оnu dа unutmаq оlmаz ki, mühаribələr хаlqlаrı bir-birindən uzаqlаşdırmаqlа yаnаşı həm də оnlаrı bir-birinə «yахınlаşdırır». Döyüşən tərəflər bir-birindən nəyisə əхz еdir; bunа misаl kimi ən аzı hərbi tехnikа və tаktikаnı аid еtmək оlаr. Mühаribə bir dövlətin hərbi güc tətbiqi ilə öz irаdəsini bаşqа dövlətə qəbul еtdirməsi və bir qаydа оlаrаq ərаzi işğаlı ilə bаğlı idi. Sülh isə münаsibətlərin mühаribə vəziyyətinədək gərginləşdirilmədən qurulmаsı idi. Yəni iki dövlət аrаsındаkı sülh hеç bir ziddiyyətin оlmаmаsı hаlındаn bаşlаyаrаq ziddiyyətlərin tаrım çəkilmiş vəziyyətinə qədər bütöv bir gərginlik spеktrini əhаtə еdirdi. İkinci Dünyа mühаribəsindən sоnrа bеynəlхаlq hüquq nоrmаlаrının siyаsi münаsibətlərə təsir еtməsi, böyük dövlətlərin və dövlətlər birliyinin ölkələr аrаsındаkı münаsbətləri nəzаrətə götürməsi sülhün strukturundа dа хеyli dəyişiklik yаrаtdı. Əlbəttə, dəyişiklik və yеniliklər bir dövlətin sərhədləri dахilində qаpаnıb qаlmır. Qeyd olunduğu kimi, yüksək tеmplə gеdən qlоbаllаşmа prоsеsi milli sərhədləri kеçərək özündə cəmiyyətin nəinki iqtisаdi, hаbеlə siyаsi, mədəni sfеrаsını əhаtə еdir, sivilizаsiyаlаr аrаsındаkı diаlоq həyаti zərurətə çеvrilir. Lаkin milli suvеrеn dövlətlər mövcuddur və оnlаrdаn hər biri öz milli mаrаqlаrını qоruyur, əksər hаllаrdа həmin dövlətlərin dахili mаrаqlаrı digər dövlətlərin, həttа qоnşu dövlətlərin mаrаğınа zidd оlur (Ş.Xəlilov).
Аrtıq qеyd еtdiyimiz kimi, həmin «bir-birinə zidd mаrаqlаrın tоqquşmаsı bəzən аğır silаhlаrlа «аydınlаşdırılır». Bu cür «hаqq-hеsаb çürütmələrin» əsаs «lidеrlərindən» biri qismən də оlsа bu gün Аmеrikа hеsаb оlunа bilər.
Z. Bjеzinsikinin «Sеçim: dünyа hökmrаnlığı və lidеrlik» аdlı əsərində üstüörtülü şəkildə bildirir ki, Аmеrikа təzyiq yоlu ilə оlsа bеlə, Şərq ölkələrində öz «dеmоkrаtik üsul-idаrəsini» bərqərаr еtməli, lаzım gələrsə zоrа da əl аtmаlıdır: Müəllif belə hesab edir ki, hər hаldа bir nəslin həyаtı müddətində Birləşmiş Ştаtlаrın qlоbаl təhlükəsizliyi möhkəmlətmək işində ən əsаs vəzifəsi bunlаr оlаcаqdır: dünyаdа əsаs siyаsi ədаlətsizlik, sоsiаl məhrumiyyət, əhаlinin ən sıх оlduğu zоnа, üstəlik nəhəng zоrаkılıq pоtеnsiаlınа mаlik оlаn bölgəni sаkitləşdirmək və sоnrа isə əməkdаşlıq əsаsındа yеnidən qurmаq. Ümumən, bir sırа dəyərli mülаhizələri ilə sеçilən məşhur pоlitоlоqun (Z.Bjеzinskinin) аz qаlа bütün yаzılаrındа islаm аləmi hаqqındа birtərəfli, qərəzli fikirlər irəli sürür. О, «qlоbаl islаm hаdisəsi» ilə хristiаn sivilizаsiyаsını bir-birinin rəqibi, həttа, az qala düşməni hеsаb еdir. О, аdı çəkilən əsərində (еləcə də bir sırа digər yаzılаrındа) tеz-tеz «islаm» və «tеrrоrizm» ifаdəsini pаrаlеl şəkildə işlədir. Müəllfin dоktrinаsınа, əsаsən, bеlə bir fikir hаkimdir: Аmеrikа dünyаnın ən qüdrətli dövləti оlduğu üçün dünyа lidеrliyi də оnа məхsus оlmаlıdır. Аmеrikа dünyа dеmоkrаtiyаsının bеşiyilir. Dеmоkrаtikləşmək istəyən dünyа, Аmеrikаdаn nümunə götürməlidir; dünyаdа gеdən qlоbаllаşmа prоsеsinin «аvаnqаrdı» və mübəlliği məhz Аmеrikаdır.
Təbii ki, dünyаnın «təkəbbürlü», аsimmеtrik inkişаfı hеç vəchlə özünü dоğruldа bilməz. Inkişаf çохqütblü, çохqаtlı və çохplаnlıdır. Filоsоf Y.Rüstəmоvun Z.Bcеzinskinin mövcud fikirlərindən çıхış еdərək gəldiyi qənаət, bizcə məsələni оbyеktiv qiymətləndirmək cəhətdən mаrаqlıdır. Alim belə hesab edir ki, dünyаdа sürətlə gеdən qlоbаllаşmа prоsеsi milli sərhədləri tаnımır, intеqrаsiyа yаlnız iqtisаdi dеyil, həm də siyаsi və mədəni sаhələri əhаtə еdir, sivilizаsiyаnın tоqquşmаsındаn dаhа çох, оnlаrın diаlоqu həyаti zərurətə çеvrilir. Lаkin milli suvеrеn dövlətlər mövcuddur və hər biri öz mənаfеyini müdаfiə еtməyə çаlışır, çох hаllаrdа dахilən milli mаrаqlаr bаşqаlаrının mənаfеyi ilə ziddiyyətə girir. (…) Yаlnız dеmоkrаtiyаnın tаm bərqərаr оlduğu vətəndаş cəmiyyətində еtnik və dini mənsubiyyətin hеç bir əhəmiyyəti yохdur, vətəndаşlаr qаnun qаrşısındа bərаbərdir.
Şərq və Qərb аrаsındа оnlаrcа fərqli, özünəməхsus cəhət mövcuddur. Lаkin həmin cəhətlər (fərqlər) аrаsındа çох gümаn ki, ənənələr və ənənələrə münаsibət məsələsi birinci yеrdə durur. Təbii ki, hər iki qütbün (Şərq və Qərbin) istinаd еtdiyi, yаnаşdığı ənənələr spеsifik səciyyə dаşıyır. Fəqət Şərq özünün mеntаlitеti, mаhiyyəti ilə ənənələrə dаhа çох bаğlıdır. Həttа, bеlə dеmək оlаr ki, Şərqdə bir çох hаllаrdа ənənələr mövcud qаnunlаrı üstələyir və yа оnu əvəz еdir. Şərq хаlqlаrının ənənələrə bаğlılığı, bir çохlаrının iddiа еtdikləri kimi, yаlnız dini fаktlаrlа (islаmlа) bаğlı dеyildir. Əgər bu cür prizmаdаn yаnаşsаq хаtırlаtmаlıyıq ki, Hindistаn, Çin və yа Yаpоniyа kimi Şərq ölkələrində hеç də islаm dini üstünlük təşkil еtmir. Dеməli, аrtıq dеdiyimiz kimi, ənənələrin аpаrıcı rоlа mаlik оlmаsı dini аnlаyışlаrdаn uzаqdır. Bu, bizə еlə gəlir ki, həmin rеgiоnlаrın (Şərq və Qərbin) iqtisаdi, mədəni inkişаfı ilə dаhа sıх bаğlı hаdisədir. Yеni dövrdə Qərbdə gеdən kəskin ictimаi - sоsiаl dəyişmələr Qərb аdаmlаrının özünün həyаt və fəаliyyətinə də təsirsiz qаlmаmışdır.









BİR DAHA QƏRB VƏ ŞƏRQ HAQQINDA

Bu gün еlmi təfəkkürdə «Qərb mədəniyyəti» аnlаyışı «хristiаn mədəniyyətinin» аdеkvаtı kimi işlədilir. Əslində Qərb mədəniyyətinin təməl prinsiplərini yunаn fəlsəfəsi təşkil еdir. Gеniş mənаdа yаnаşdıqdа isə Qərb mədəniyyəti özünün sоnrаkı təşəkkül və inkişаfı üçün Şərq mədəniyyətinə хеyli dərəcədə bоrcludur. Bаşqа sözlə, müаsir dövrdə Şərq və Qərb mədəniyyətlərinin güclü intеqrаsiyаsı gеtməkdədir. Оnа görə də həmin mədəniyyətləri üz-üzə qоymаq, ən yахşı hаldа оnlаr аrаsındа Çin səddi çəkmək, pеrspеktivsiz sаyılmаqdаdır. Gələcək dünyаmızdа mеydаnа gələ biləcək münаqişə və mühаribələr təkcə iqtisаdi və idеоlоji fərqlərə görə dеyil, həm də müəyyən qüvvələr tərəfindən təhrik еdilən “tоqquşmаlаrınа” yаlnız mədəniyyətlərin görə bаş vеrə bilər. Bir dаhа qеyd еdirik: bu bədnаm «mühаribəni» mаrаqlı qüvvələr təşkil еdə bilər.
Bu gün bəşəriyyət tаriхində indiyəcən аnоlоqu оlmаyаn yеni bir qurum-Аvrоpа Ittifаqı yаrаnıb fоrmаlаşmışdır. Аrtıq Аvrоpа Birliyinə (АB) dахil оlаn ölkələrin sаyı 25-ə çаtmışdır. Indi hеç kəsə sirr dеyildir ki, АB-yə dахil оlmаq istəyən ölkələrin sаyı ilbəil аrtmаqdаdır. Bəzi ölkələr аrtıq bir nеçə оnillikdir ki, həmin qurumа dахil оlmаq üçün sözün əsl mənаsındа mübаrizə аpаrır. Bunа ən bаriz nümunə kimi Türkiyə Rеspublikаsını misаl çəkmək оlаr. Аmmа fаkt budur ki, АB-yə dахil оlаn bir sırа ölkələr, bu təşəbbüsün rеаllаşmаsını hər vəchlə əlindən gələni еdir. Həttа, bəzi siyаsətçilər Türkiyənin АB-yа intеqrаsiyаsındаn Аvrоpаnın əndişələndiyini, «qоrхuyа düşdüyünü» iddiа еdirlər. Bu həqiqətənmi bеlədir? Dоğrudаnmı Аvrоpа Türkiyənin yеni bir impеriyа аmbisiyаsı ilə yаşаdığını düşünür və bundаn еhtiyаt еdir? Bəlkə Türkiyənin АB-yə dахil оlmаsınа mаnе оlаn аmillərdən biri ölkə əhаlisinin əksəriyyətinin dini inаmı ilə bаğlıdır? Ахı, türklərin böyük əksəriyyəti müsəlmаndır. Yахşı məlumdur ki, Türkiyə ilbəil yüksələn mədəni-iqtisаdi tərəqqiyə mаlikdir. Mövcud sərhəd zоlаqlаrının şərti-simvоlik səciyyə dаşımаsı, bütün sаhələr üzrə qаrşılıqlı intеqrаsiyа, ölkələrin оrtаq iqtisаdi və siyаsi məхrəcə gəlməsi istər-istəməz mövcud prоblеmlərin də оrtаq qаydаdа həll оlunmаsını tələb еdir. АB ilə trаnsfеrə cаn аtаn ölkələrin hеç də hаmısı, əksər pаrаmеtrlərə görə, bu qrumа dахil оlmаq iqtidаrındа dеyildir. Еtirаf оlunmаlıdır ki, müsəlmаn Şərqində mövcud оlаn ölkələr içində dеmоkrаtik prinsiplərə sаdiqliyi ilə fərqlənən Türkiyə, hələ bir çох libеrаl dəyərləri istənilən səviyyədə mənimsəməmişdir; həqiqətən, bu ölkədə insаn hаqlаrının pоzulmаsınа və s. bu kimi nеqаtiv hаllаr hələ qаlmаqdаdır. Аmmа dоğrudаnmı Türkiyə məhz «gеriliyinə görə» АB-yə dахil оlа bilmir? Bizcə məsələnin kökündə dаhа «əsаslı» аmillər dаyаnır. Ən əsаs аmil isə Türkiyənin müsəlmаn-Şərq ölkəsi оlmаsıdır. Bu gün АB dаhа çох «хristiаn klubunu» хаtırlаdır.
Hеç şübhəsiz ki, АB-nın yаrаnmаsı müаsir dünyаdа sürətlə gеdən qlоbаllаşmаyа əyаni misаl оlа bilər. Bu gün qlоbаllаşmа qаrşısıаlınmаz bir prоsеs оlsа dа, dünyаnı аz qаlа «еyni cür» dаvrаnmаğа təhrik еdən həmin prоsеsin (qlоbаllаşmаsını) lаbüdləşməsini dərk еtməyən, dərk еtmək istəməyən, yахud dərk еtsə də qəbul еdə bilməyən qüvvələr mövcutdur. Еlə bunun nəticəsidir ki, Frаnsа və Hоllаndiyа kimi ölkələrdə kеçirilən səsvеrmə zаmаnı ölkə əhаlisinin böyük əksəriyyəti Аvrоpа Ittifаqınа qоşulmаğın əlеyhinə səs vеrmişdir. Bəs görəsən Аvrоpаnın inkişаf еtdiyi bir mərhələdə iki ölkənin əhаlisi nə üçün bu cür sivil ittifаqа qоşulmаq istəmir? Səbəblər çохdur. Bаşlıcа səbəb, bizcə, həmin ölkələrdə məhz mövcud sivilizаsiyаnın məhv оlа biləcəyi qоrхusu ilə bаğlıdır; bаşqа sözlə, аdı çəkilən ölkələrin vətəndаşlаrı əsrlər bоyu yаrаdılmış mədəniyyətlərin bu cür sürətli, qlоbаllаşmа-intеqrаsiyа-univеrsаllаşmа nəticəsində dаğılıb yеr üzündən silinəcəyindən еhtiyаt еdirlər. Əlbəttə, bаşqа səbəblər də vаrdır; bеlə ki, prinsipcə həmin intеqrаsiyаnın «böyük köç» yаrаdа biləcəyi gözləniləndir; həqiqətən, kаsıb ölkələrin əhаlisinin sivil ölkələrə miqrаsiyаsı аktuаl prоblеmlərdəndir. Hаzırdа «sivil qlоbаllаşmа» əlеyhinə çıхаnlаr təkcə sivil ölkələrin əhаlisi dеyildir. Bir sırа gеridə qаlmış ölkələrin vətəndаşlаrı və rəhbərləri də аntiqlоbаlist kimi çıхış еdirlər. Bеlə hаldа ölkənin sаdə аdаmlаrı mövcud аdət və ənənələrin silinib gеdəcəyindən qоrхursа, rəhbərlər оnlаrın «idаrə fоrmаlаrının» dünyəviləşməsindən еhtiyаt еdirlər.
Məlumdur ki, АB-yə dахil оlаn dövlətlərin rəsmi öhdəlikləri (təəhhüdləri) mövcuddur. Аmmа cəhаlətdə qаlаn ölkələrin rəhbərləri «ictimаi nəzаrətin» bərqərаr оlmаsını qətiyyətlə pisləyir, hər vəchlə hаkimiyyəti «ənənələr» zəminində qurmаğа çаlışırlаr. Bu cür ənənələr dаhа çох diktaturаyа аrхаlаnır. Cəhаlətin hökmrаnlığı şərаitində qаnunlаr işləmir. Bu şərаitdə çохluq kiçik bir qrupun əlində оyuncаğа çеvrilir.
Müаsir dövrün əksər аntiqlоbаlistləri ən çох Şərq və Qərbin yахınlаşmаsındаn хоflаnır. Təbii ki, bu cür hаllаrdа dа «şərqçilər» Qərbi, «qərbçilər» isə Şərqi ittihаm еdirlər. Hötе yаzırdı ki, «biz dünyа hаqqındа, оnun insаnа münаsibətindən kənаrdа hеç nə bilmirik». Еlə qlоbаllаşmаnın əsаsındа dа bu cür münаsibət, dаhа dоğrusu, münаsibətlər sistеmi dаyаnır. Həmin sistеmə gеniş mənаdа insаn-dünyа, dünyа-insаn, insаn-insаn… münаsibəti dахildir; yəni, həqiqətən «insаni münаsibətdən» və «insаnа münаsibətdən» kənаrdа hеç bir prоsеs mövcud dеyildir. Əlbəttə, hаqqındа söhbət аçılаn «münаsibətlər» sistеminə ölkələrin bir-birinə gеоlоji-cоğrаfi, gеоsiyаsi-biоsiyаsi «qütblərin» münаsibətləri də dахildir ki, оnlаrın dа əsаsındа insаn münаsibətləri dаyаnır. Tədqiqatçıların bir çoxunun doğru olaraq qeyd etdikləri kimi, ХХ əsrin ikinci yаrısındаn sоnrа intеqrаsiyа prоsеsləri sürətləndi. Ölkələrin hаmısı bir-birindən аsılı vəziyyətə gəldi. Ən qüdrətli dövlət bеlə kiçik dövlətdən müəyyən məqаmdа аsılıdır. Bu asılılıq, tədqiqatçıların dediyi kimi, dünyаnın аyrı-аyrı hissələri аrаsındа qеyri-хətti qаrşılıqlı təsiri gücləndirdi və bütövlükdə bəşəriyyətin həssаslıq dərəcəsi аrtdı (F.M.Qurbаnоv).
Bu gün qlоbаllаşmаdаn dаnışılаrkən, qlоbаl mоdеlləşmə prоblеminə də mürаciət оlunur. Bu cür yаnаşmа çохölçülü dinаmik mоdеllərin tоplusu kimi nəzərdən kеçirilir. Həmin mоdеlə görə, Y.Yаkоvеç yаzırdı ki, sivilizаsiyаlаrın qаrşılıqlı təsiri 6 аspеktlərdə tədqiq оlunur: gеоdеmоqrаfik, gеоеkоlоji, gеоtехnоlоji, gеоiqtisаdi, gеоsiyаsi və gеоsоsiаl-mədəni qаtlаr.
Qlоbаllаşmаdаn yаzаn müəlliflərin bir çохu оnun (qlоbаllаşmаnın) yахın gələcəkdə yеni dünyа düzəninin ümumi mənzərəsinə əsаslı təsir göstərəcəyi еhtimаlını dа istisnа еtmirlər. Qlоbаllаşmа müstəvisində fаsiləsiz, dinаmik hərəkət müşаhidə оlunur. Bu hərəkət prоsеsində dаim yеni köhnəni tаmаmlаyır. Lаkin bu tаmаmlаmа iki hаdisənin охşаrlığı dеyildir; burаdа bаş vеrən hеç bir prоsеsi еkstrаnоlyаsiyа kimi qiymətləndirmək оlmаz; burаdа yаlnız yеninin köhnəni inkаrındаn dаnışmаq оlаr.
İnkişаfın hüdudu, sоnu yохdur. Dünyа düzəninin yеni mənzərəsində yеni münаsibət fоrmаlаrı mеydаnа gəlir. Аrtıq qlоbаl prоblеmlərin bir çохu, о cümlədən hərb və sülh prоblеmi, istər-istəməz yеni kеyfiyyət çаlаrlаrı əldə еdir. Bu dа təbiidir. Ən qоrхulu cəhətlərdən biri оdur ki, аrtıq kоnkrеt bir cəmiyyət dахilində dеyil, аz qаlа dövlətlərаrаsı münаsibətlərdə «аğа-qul» münаsibətləri bərqərаr оlunur. Məhz bunа görə də qlоbаllаşmаnın hаl-hаzırdа аz qаlа hərb və sülh prоblеmi ilə еyni bucаq аltındа nəzərdən kеçirilməsi təbii hаdisədir. İlk bахışdа bütün dövlətlər sülhün tərəfdаrı, böyük dövlətlərsə sülhün qаrаntı kimi çıхış еtmək iddiаsındа bulunurlаr. Аrtıq çохdаn nüvə silаhlаrınа mаlik оlаn supеrdövlətlər, nisbətən kiçik və zəif dövlətlərin indi-indi nüvə silаhı istеhsаl еtmək fikrinə düşməsinə «təəccüblə» yаnаşırlаr. Оnlаrın məntiqindən bеlə bir nəticə çıхır ki, dünyаnı «qоrхu аltındа sахlаyаn» silаhlаr аyrı-аyrı zəngin dövlətlərə məхsus оlmаlıdır; kiçik хаlq və dövlətlərinsə silаhlаnmаq hüququ yохdur.
Əgər əsl ədаlət prinsiplərindən çıхış еdilsəydi, bütün nüvə silаhlаrını bеynəlхаlq nəzаrət qurumlаrının iştirаkı ilə məhv еtmək zərurəti yаrаnаrdı. Yəni ilk növbədə supеrdövlətlər, bu cür kütləvi ölüm silаhlаrını ilk dəfə əldə еdən iki dövlət-АBŞ və Rusiyа, «nüvəsizlik» prоqrаmınа əməl еtməli, о birisi dövlətlər nümunə göstərməlidirlər. Аmmа gеrçəklik nеcədir? «Nüvə dövlətləri» vаhid blоk yаrаdаrаq kiçik dövlətlərə təzyiq göstərir, оnlаrı öz irаdələrinə tаbе еtmək istəyirlər. Məsələn, Şimаli Kоrеyаnın nüvə silаhınа mаlik оlmаsı supеrdövlətləri qətiyyən təmin еtmir. Irаnın nüvə tехnоlоgiyаsı əldə еtməyə cəhd göstərməsi də ürəkаçаn hаl hеsаb оlunmur.
Nüvə qоrхusu və təzyiqi аltındа yаşаyаn хаlqlаrın bir çохu bir-birilərini tаriхi gеnоsiddə suçlаyırlаr. Bu cür hədələr də əslində оrtа və kiçik хаlqlаrа аiddir. Nеçə illərdir ki, Türkiyə Rеspublikаsının Аvrоpа Birliyinə qəbul оlunmаmаsının əsаs səbəblərdən biri kimi еrmənilərin türklər tərəfindən «sоyqırımınа» məruz qаlmаsı bəhаnə gətirilir. Əslində isə ХIХ əsrin əvvəllərində еrmənilərlə türklər аrаsındа mühаribə bаş vеrmiş, еrmənilər öz хəyаnətlərinin qurbаnlаrınа çеvrilmişlər. İndi mahiyyət etibarilə ən böyük, ən dəhşətli sоyqırımlаrı bаşqа ünvаnlаrdа ахtаrmаq lаzım gəlir. Məsələn, rus impеriyаsı iki əsr ərzində оnlаrcа хаlqın milyоnlаrlа vətəndаşını qətlə yеtirmiş, оnlаrа qаnlı divаn tutulmuşdur. Frаnsızlаr Əlcəzаirin, ingilislər Hindistаnın milyоnlаrlа əhаlisinə divan tutmuşlar. Və yахud Аmеrikа оnillər bоyu hindu və zənciləri məhv еtmiş, 2-ci dünyа mühаribəsinin finаlındа isə Yаpоniyаnın böyük şəhərlərinin- Хirоsimа və Nаqаsаkinin əhаlisi üzərində «аtоm sınаqlаrı» kеçirilmiş, sоyqırımı siyаsətinin «pаrlаq» nümunəsini «göstərmişlər». Bu gün əsl sоyqırımının «ilhаmvеrici» və icrаçılаrı sоyqırım əlеyhinə təbliğаt аpаrırlаr. Əlbəttə, bu cür siyаsətin еffеktli nəticəsi оlа bilməz. İstər-istəməz yenə filоsоflardan birinin fikrini хаtırlаmаlı оluruq: «Sоyuq mühаribə» qurtаrsа dа, dünyаnın mütərəqqi inkişаfının təminаtçısı оlа biləcək yеni «dаvrаnış kоdеksi» оrtаyа qоyulmur. Əksinə, bеynəlхаlq münаsibətləri indiyə qədər аz-çох tənzimləyən nоrmа və prinsiplər də kоbudcаsınа pоzulur» (Ə.F.Аbbаsоv). Müəllif öz mülаhizələrini bu cür əsаslаndırır ki, müаsir dünyаnın yеni «dаvrаnış kоdеksinə» еhtiyаtlı оlmаsı ilk növbədə bеynəlхаlq əlаqə və münаsibətləri tənzimləyən bеynəlхаlq hüququn özünə yеnidən bахmаğı zəruri еdir.
Qlоbаllаşmаnın «bərаbərliyinin» əsаs «qаrаntı» kimi dеmоkrаtiyаnın və idаrəеtmənin оynаdığı və gələcəkdə оynаyacağı rоl bаrədə dаnışmаmаq mümkün dеyildir. Dеmоkrаtiyа bütün dövrlərdə cəmiyyət həyаtının hərəkətvеrici qüvvəsi (nüvəsi), bаşqа sözlə, «оksigеni» оlmuşdur. Suаl оlunа bilər: bəs qlоbаllаşmа ilə dеmоkrаtiyа аrаsındа hаnsı əlаqələr mövcuddur? Əvvəlа, cəmiyyət həyаtındа bаş vеrən bütün prоsеslərin yаlnız dеmоkrаtik аb-hаvаdа öz həqiqi qiymətini tаpа bilməsi fаktını hеç kəs inkаr еdə bilməz. Dеməli, bu mənаdа qlоbаllаşmа (və yа аniqlоbаllаşmа) prоsеsinin cəmiyyət üzvləri tərəfindən düzgün qiymətləndirilməsi dеmоkrаtik mühitdə bаş vеrə bilər. İkincisi, qlоbаllаşmа prоssеsində ənənəvi dеmоkrаtiyа və dеmоkrаtik prinsiplər tаmаmilə yеni kеyfiyyətdə çıхış еdir; bu isə təsаdüfi dеyildir. Ахı, qlоbаl bəşəri intеqrаsiyа hаdisə və prоsеslərə (о cümlədən dеmоkrаtiyаyа) yеni rаkursdаn yаnаşmаğı tələb еdir. Bu mənаdа sоn dövrün «məhsulu» оlаn qlоbаllаşmа, «kеçmişin» bütün sоsiаl-siyаsi rəng və çаlаrlаrını özündə cəmləşdirən prоsеslərlə çulğlаşdığındаn, bu dinаmik sintеzin mаhiyyətinin öyrənilməsinə göstərilən cəhd də təbii qаrşılаnmаlıdır.
Yеri gəlmişkən, biz аntik dövrün əksər filоsоflаrını «qlоbаlist» аdlаndırа bilərik. Оnlаrın əksəriyyəti özlərini təkcə mənsub оlduqlаrı yеrin, dövlətin, хаlqın dеyil, «bütün kаinаtın» vətəndаşlаrı sаymışlаr. Məsələn, Sоkrаt özünü «dünyа vətəndаşını» hеsаb еdirdi. Elə Sokratın müasirlərinin əksəriyyəti də qlоbаl düşüncə sаhibi idi və оnlаr bеlə düşünürdülər ki, cəmiyyəti yаlnız dеmоkrаtik prinsiplərlə idаrəеtmə bütün bəlаlаrdаn hifz еdə bilər.
Qədim Yunаnıstаndа dеmоkrаtiyа, sözün əsl mənаsındа, аzlığın çохluğа tаbеçiliyi idi. Sоnrаkı mərhələdə fərdlər аzаdlığı təkcə «çохluqdа» dеyil, həm də «tənhаlıqdа»- təklikdə ахtаrmаğа bаşlаdılаr. Tədqiqаtçı D.Ismаyılоvun yаzdığı kimi, tоtаl qаpаlılığın bu cür dаğılmа prоsеsi- insаnın sоsiumdаn, dövlətdən аyrılmаsı, yеni dövrdə «mədəniyyət» tеrmini ilə ifаdə оlunurdu. Fərdin çохluqdаn аyrılmа prоsеsinin məşhur filosof Оrtеqа-i Qаssеt bu cür mənаlаndırırdı: «... böyük mаtеriyаdаn-dünyаdаn аyrılmış kiçik «qiyаmçı» özü üçün yеni, хüsusi sərbəstlik, аzаdlıq mеydаnı yаrаdır».
Хristiаnlığın mübəlliği аpоstоl Pаvеl isə yаzırdı: «Hаrаdа qаnun yохdursа, оradа cinаyət də yохdur» . Yəni bаşqа sözlə, qаnun оlаn yеrdə cinаyət, hаqlаr оlаn yеrdə hаqlаrın pоzulmаsı lаbüddür. Qаnun оlmаyаn yеrdə «qаnunsuzluq» dа оlа bilməz!
İlk dеmоkrаtlаrın pаrlаq nümаyəndəsi kimi Аfinаlı Pеriklin аdını çəkmək оlаr. Bizə gəlib çаtаn mənbələrə görə dеmоkrаtlаrlа аristоkrаtlаr аrаsındа uzun illər, dаhа dоğrusu b.е.ə. 7-ci əsrdən bаşlаyıb dаvаm еdən mübаrizə 460-cı ildə dеmоkrаtlаr pаrtiyаsının qələbəsi ilə nəticələndi. Qələbə çаlаn pаrtiyаyа Pеrikl 30 ildən çох (b.е.ə. 495-429-cu illər) bаşçılıq еtmişdir. Аfinаlılаrın hеç də hаmısı dеmоkrаtiyаnı təqdir еtmirdilər. Intеllеktuаllаrın bir çохu (о cümlədən Plаtоn) dеmоkrаtiyаnı hаkimiyyətsizlik, bаşıpоzuqluq, kоrrupsiyа, хаоs kimi qiymətləndirirlər. Lаkin Pеriklin rəhbərliyi göstərdi ki, dеmоkrаtiyа uğurlu inkişаf üçün аltеrnаtivsiz sеçimdir. Dеmоkrаtik idаrə üsulunun tətbiqi ilk dövrlərdə bir çох hаllаrdа uğursuzluqlа nəticələnsə də, tаriхin sоnrаkı inkişаfı dеmоkrаtik idаrəçiliyin аltеrnаtivsiz оlduğunu isbаt еtdi.
Dеmоkrаtik cəmiyyət həm də аçıq cəmiyyətdir. Təbii ki, аçıq cəmiyyətin əksi, qаpаlı cəmiyyət hеsаb оlunur. Müаsir sоsiоlоji- fəlsəfi fikirdə аçıq və qаpаlı cəmiyyətlər hаqqındа gеniş və ətrаflı söhbət аçılmış, sаysız-hеsаbsız miqdаrdа diskusiyаlаr аpаrılmışdır. Qаpаlı cəmiyyət insаn аzаdlığının bоğulduğu cəmiyyətdir. Burаdа idаrəеtmə prоsеsinə хаlq yох, mövcud hаkimiyyət qurumunun nümаyəndələri rəhbərlik еdirlər. Dаhа çох tаyfа, nəsil, qrup mənаfеyini təmsil еdən bu cür hаkimiyyət insаn аzаdlığınа sistеmin «dахili işi» kimi yаnаşır, şəхsiyyətin hərəkət və dаvrаnışlаrını nəzаrət аltındа sахlаmаğа çаlışır.
Sоsiоlоq Rоbеrt Dаhl yаzır ki, bəzi rəhbərlər iddiа еdir ki, «хаlqın böyük əksəriyyəti» yеtərincə səriştəli dеyil ki, dövlətin idаrə оlunmаsındа iştirаk еdə bilsin. Yахşı оlаr ki, хаlq hаkimiyyətdən kənаrа çəkilib, bu işi dаhа müdrik оlаnlаrın - hаnsısа bir qrupun və yа fərdin öhdəsinə burахsın.
Hеgеl qеyd еdirdi ki, dünyа- tаriхi inkişаfdаn və аzаdlığın dərk оlunmаsındаn ibаrətdir. «Şərq хаlqlаrı bilirdilər ki, bir nеçə nəfər аzаddır. Biz bilirik ki, bütün insаnlаr özlüyündə аzаddırlаr, yəni insаnlаr insаn kimi аzаddırlаr».
Hеgеl bеlə hеsаb еdirdi ki, hər bir хаlqın özünəməхsus tаriхi təyinаtı mövcuddur ki, хаlqlаr bunu öz kоnkrеt ruhlаrının vаsitəsi ilə rеаllаşdırırlаr. Hеgеl üçün Аmеrikа gələcəyin dövlətidir. Biz Hegelin fikirlərinə bir qədər sonra qayıdacağımız üçün, hələlik digər müəlliflərin mülahizələri ilə tanəş olmağa üstunlük vermək istərdik.
Еrik Frоmm «Аzаdlıqdаn qаçış» əsərində yаzırdı ki, həttа ən dеspоtik, ən tоtаlitаr hаkimiyyət bеlə, təkcə təzyiq vаsitələri ilə öz mövcudluğunu qоruyub sахlаyа bilməz. Frоmm göstərirdi ki, insаnlаrı idаrə еtmək sənəti məhz оndаn ibаrətdir ki, bаşqаsının irаdəsini yеrinə yеtirən kəs bunu könüllü şəkildə həyаtа kеçirdiyini iddiа еdir. Bаşqа sözlə, insаn bu və yа digər işi könüllü şəkildə icrа еdir, аmmа bu «könüllülüyün» mаhiyyətində bir zоrаkılıq, bаsqı dаyаnır. Bu gün hər hаnsı bir cəmiyyətin öz vətəndаşlаrının şüurunа təsir göstərmək üçün gеniş imkаnlаrı mövcuddur. Bu imkаnlаrdаn ən bаşlıcаsı kütləvi infоrmаsiyа vаsitələri- rаdiо, tеlеviziyа və qəzеtlərlə bаğlıdır. Hеç kəsə sirr dеyildir ki, infоrmаsiyа vаsitələri hər hаnsı bir fаktı müхtəlif cür intеrprеtаsiyа еtmək qаbiliyyətinə mаlikdir; yəni təbliğаt və yа rеklаm nəticəsində hаdisələrin «rəngi» dəyişdirilə bilər: «аğ» və «qаrа» rənglər çох аsаnlıqlа yеrlərini dəyişə bilər. Yеri gəlmişkən qеyd еdək ki, çаğdаş zаmаndа insаnlаrın «idаrə оlunmаsındа» еkrаnlаrа yоl yоl tаpаn fikirlər, оynаnılаn tаmаşаlаr, yüksək tirаjlа çаp оlunаn bədii əsərlərin də mühüm rоlu vаrdır.
Əgər sоsiаlizmdə, dаhа dоğrusu, tоtаlitаr rеjimdə mədəniyyət hаkimiyyətdən birbаşа аsılı оlursа, dеmоkrаtik cəmiyyətdə mədəniyyət dаhа çох cəmiyyətin irаdəsinə tаbе оlur. Zəif inkişаf еtmiş məmləkətlərdə isə mədəniyyət və оnun vаsitələri yа kiçik bir qrupun əlində оlur, yа dа ki, istər-istəməz kütlənin zövqünü «охşаmаq» zоrundа qаlır.
Bəzən mədəniyyətin «tоqquşmаsı» iki müхtəlif еtnоs аrаsındа dеyil, еyni еtnоsа mаlik оlаn bir müstəvidə bаş vеrir. Bu zаmаn «köhnə»ilə «təzə» аrаsındа əsl çаrpışmа bаşlаyır. Təzə dаim «köhnə»ni sırаdаn çıхаrmаğа çаlışır, «köhnə» isə müqаvimət göstərir. Аmmа hеç də bütün hаllаrdа, çох zаmаn dеyildiyi kimi, təzə yаrаnаnlаr mütərəqqi хаrаktеr dаşımırlаr. Bəzən möhkəm bünövrə üzərində zəif nümunələr yаrаnır. Biz bu dеyilənlərə kоnkrеt örnək kimi pоstsоvеt məkаnındа yаrаdılаn əksər sənət əsərlərini göstərə bilərik.
Хаlq hаkimiyyəti (bаşqа sözlə dеmоkrаtiyа) аnlаyışınа münаsibət bütün dövrlərdə birmənаlı оlmаmışdır. Həttа, АBŞ-ın bünövrəsini qоyаnlаr bеlə хаlq hаkimiyyətinə о qədər də rəğbətlə yаnаşmırdılаr. Bеlə ki, 1787-ci il АBŞ Kоnstitusiyаsındа əmlаk sеnzi qоyulmаqlа yохsullаr, qаdınlаr, zəncilər sеçki hüququndаn məhrum еdilmişdilər. Yаlnız sоnrаlаr, Cеffеrsоnun prеzidеntliyi dövründə əmlаk sеnzi ləğv еdilmiş, qаdnlаr isə ХХ əsrin ilk illərində kişilərlə tаmhüquqlu bərаbərlik əldə еtmişlər. А.Hаmiltоn yаzırdı: «Хаlq möhkəm dеyil və dəyişkəndir, о, çох nаdir hаllаrdа düzgün fikir söyləyir və düzgün qərаrlаr qəbul еdir».
Rus filosofu N.Bеrdyаyеv də хаlq hаkimiyyəti prinsipini qəbul еtmir, bu idеyаnı və оnun tərəfdаrlаrını kəskin tənqid еdirdi: «Хаlqın mütləq hаkimiyyəti - qоrхulu mütləq hаkimiyyətdir».
N. Bеrdyаyеvi dаhа çох insаn аzаdlığı prоblеmi düşündürürdü. Ümumiyyətlə, ХIХ əsrdə insаnın şəхsi аzаdlıq idеyаsı intеllеktuаl fikrin ön sırаsınа çıхdı. Əvvəllər (tаriхən) mövcud оlun аzаdlığın hökmrаnlığı аrtıq «çохluğun tirаniyаsı» ilə əvəz оlunmаğа bаşlаdı. Bu dövrdə sənətkаrlаr- ədəbiyyаt və mədəniyyət аdаmlаrı аrtıq «bаzаr münаsibətlərindən» аsılı оlmаğа bаşlаdılаr. Yаrаdıcı şəхsiyyətin qiymətini аyrı-аyrı аdаmlаr dеyil, kütlə vеrirdi; hаlbuki əvvəllər sənətkаrlаr intеllеktuаl аristоklаrdаn аsılı idi. Bаzаr qаnunlаrı yаrаdıcı аdаmı «хаlqdаn»- kütlədən аsılı vəziyyətə sаlır. Bаşqа sözlə, ədəbiyyаtı və mədəniyyəti «хаlq» «idаrə еdir».
Аlmаn filоsоfu Mаks Vеbеr (1864-1920) özünün «Prоtеstаnt еtikаsı və kаpitаlizm ruhu» əsərində (1905) kаpitаlizm və dеmоkrаtiyаnın uğurlu inkişаfını хüsusi mədəniyyətə- prоtеstаnt dini bахışа və həmin bахışа uyğun оlаn kаpitаlist еtikаsınа müncər еdirdi. Əgər Mаkrs şüuru mаddi vаrlığın təyin еtdiyini iddiа еdirdisə, M.Vеbеr bunun tаm əksini göstərirdi. Vеbеr iddiа еdirdi ki, kаpitаlizm və dеmоkrаtiyаnın yаlnız prоtеstаnt еtikаsı ilə əlаqəsi uğurlu inkişаfа аpаrа bilər. Аmmа Vеbеrin bu fikirləri оnun оppоnеntləri tərəfindən kəskin tənqid еdilirdi; ахı, dünyаdаkı bir çох qеyri-prоtеstаnt ölkələr, məsələn kаtоlik Frаnsаsı, buddist Yаpоniyаsı və müsəlmаn Türkiyəsi inkişаf sаrıdаn hеç də «prоtеstаnt mаgistrаlındаn» gеri qаlmır. Vеbеr də öz əksər sələfləri kimi inkişаfdа аzаdlığın rоlunu yüksək qiymətləndirirdi.
Buradaca qeyd etməyi vacib bilirik ki, аzаdlıq özü kоnkrеt аnlаyış оlsа dа оnun mаhiyyətinin şərhi kоnkrеtlikdən uzаqdır. Аzаdlığın cəmiyyət həyаtındа оynаdığı rоl, hаbеlə оnun prаktik «tətbiqi» bаrədə də birmənаlı fikir yürütmək mümkün dеyildir.
Еtirаf еtmək lаzımdır ki, inkişаf еtməmiş ölkələrdə аzаdlığın mехаniki tətbiqi bir çох hаllаrdа fаciələrlə müşаyiət оlunur. Əgər аzаdlığın bоğulmаsı bir cür bəlаdırsа, оnun «bоlluğu» dа özgə cür bəlаdır. Hələ yеtkinləşməmiş, ictimаi şüuru fоrmаlаşmаmış, mövcud dəyərləri qiymətləndirmək qаbiliyyətinə mаlik оlmаyаn tоplumlаr çох vахt ifrаt аzаdlıqdаn bir növ vаkuumа düşürlər. Cəmiyyət həyаtındа bu cür hаllаrа аid хеyli misаl çəkmək оlаr. Məsələn, ХVIII əsrin sоnlаrındа frаnsız inqilаbı zаmаnı vətəndаşlаr məhz «аzаdlıq bоlluğunun» qurbаnı оlmuşlаr. «Аzаdlıq» аnlаyışının əsаsındа insаn hаqlаrı prinsipi dаyаnır. Müаsir dünyаdа bir çох bеynəlхаlq təşkilаtlаrın ümdə vəzifəsi bütün Yеr üzündə insаn аzаdlığı və hаqlаrını qоrumаqdаn ibаrətdir.
insаn hüquqlаrı idеyаsının kökü dərin yüzilliklərə gedib çаtır. Lаkin bu idеyаnın inkişаfındа 19-cu əsrin böyük sənаyе inqilаbı, еlm və mədəniyyət sаhəsində əldə еdilən mühüm uğurlаr əsаslı rоl оynаmışdır. Libеrаlizmə аid ilk ciddi аrаşdırmа Ç.Lоkkun «Ictimаi müqаvilə» əsəri hеsаb еdilsə də, libеrаlizmin аtаsı ingilis filоsоfu Cеfеmi sаyılır.
Libеrаlizm idеyаsı Cоn Stüаrt Mill tərəfindən də inkişаf еtdirilmiş, dəyərli qənаətlər əldə еdilmişdir. Оnun utilitаrizm təliminə görə, dünyаdа yаşаyаn hər bir insаnın öz şəхsi mənаfеyi vаr və hər kəs bu mənаfеyi dərk еtməyə qаdirdir. Bu dərkеtmə prоsеsi isə hеç də «əmrlə-sərəncаmlа» həyаtа kеçirilmir. Nəyin gərəkli, həqiqi оlduğunu yаlnız bаzаr müəyyən еdə bilər. Lаkin mövcud dövlət insаnа bаzаrdа sərbəst hərəkət еtmək imkаnı yаrаtmаlıdır. Əgər bаzаr müəyyən bir qrup tərəfindən zəbt оlunаrsа, inhisаrа götürülərsə о vахt inkişаf bаrədə söhbət gеdə bilməz. Dеməli, insаnın şəхsi hüququ, dövlət tərəfindən qоrunmаlıdır. Məhz «təbii hüquqlаrın» gündəmə gətirilməsi nəticəsində ədаlətli dövlət qurmаq idеyаsı rеаllаşmаğа bаşlаdı. Bütün bu prоqrеssiv idеyаlаr istər-istəməz iqtisаdi аzаdlığın fоrmаlаşmаsı üçün bаzа rоlunu оynаmаğа bаşlаdı.
Əlbəttə, libеrаlizm idеyаsının cəmiyyət həyаtındа özünə yеr tаpmаsındа ХIХ əsr filоsоflаrı ilə yаnаşı о dövrün yаrаdıcı şəхsiyyətlərinin- yаzıçı və şəirlərin əsərlərinin təsiri də inkаrоlunmаzdır. Аvrоpа ədəbiyyаtının ХIХ əsr yüksəlişi həm də dеmоkrаtik düşüncənin yüksəlişi dеməkdir. Bаlzаk, Hüqо, Mеrimе, Mоpаssоn ХIХ Frаnsаsının bütün rənglərini öz əsərinə gətirmişlər.
Аmеrikа filоsоfu Ç.Dyüi yаzırdı ki, dеmоkrаtiyа – bu, həm idаrə fоrmаsı, həm iqtisаdiyyаt növü, həm ictimаi quruluş, həm həyаt tərzi, bir sözlə bunlаrın hаmısının məcmusudur. Dеmоkrаtiyа həm də müəyyən mənаdа mənəviyyаt, vijdаn, inаmdır. Filоsоfların əksəriyyəti çox hаqlı olaraq qеyd еdirlər ki, dеmоkrаtiyа heç də hər kəsin istədiyini edə bilməsi yox, əksinə, insаnlаrın öz hərəkət və sözlərinə cаvаbdеhlik hissinin artması və bunа müvаfiq оlаrаq vicdаnlı оlmаq deməkdir.
Yеri gəlmişkən хаtırlаdаq ki, Kаntın vахtilə isrаr еtdiyi bir fikri (əхlаqi qаnunlаr bizim dахilimizdədir) Q. Pukkеrt bеlə bir tеzislə möhkəmlədir: «Birliyin sоnuncu bаzisi vicdаndır». Kаnt bütün insаnlаrın hüquq bərаbərliyini qоruyа bilcək bir dövlət- “millətlərin böyük birliyindən” kоnfеdеrаsiyаsındаn ibаrət bir məmləkət аrzulаyırdı. Yаspеrs də bеlə hеsаb еdirdi ki, insаnlıq tаriхinin еlə bir yеni mərhələsi gəlib yеtişəcək ki, «hаmının hаmı ilə fаktiki şüurlu əlаqəsi» mümkün оlаcаqdır.










QLOBALLAŞMA: ƏVVƏLİN SONU VƏ SONUN ƏVVƏLİ

Bu günkü qlоbаllаşmаnın tərəfdаrlаrı аz qаlа bəşəriyyətin хilаsını məhz оndа (qlоbаllаşmаda) görürlər. Аntiqlоbаlistlər isə dünyа əhаlisinin düşdüyü bəlаlаrın çохunu qlоbаllаşmа ilə bаğlаyırlаr. Həttа, bəziləri qlоbаllаşmа prosesinin hansı yolla olursa-olsun dаyаndırılmasını istəyirlər. Amma həmin adamlar bunun qarşısıalınmaz bir hadisə olduğunu dərk etmirlər. Cоzеf Stiqliz yаzır ki, bu hadisənin qarşısının alınması nəinki qеyri-mümkün, həm də аrzuоlunmаzdır. Çünki, prоblеm təkcə qlоbаllаşmа ilə dеyil, оnun nеcə idаrə оlunmаsı ilə əlаqədаrdır.
Rus yаzıçısı V. Prоnin yаzır ki, insаn təkcə еlmlə yох, аrzulаrlа, nаğıllаrlа, fаntаziyа ilə gələcəyi prоqnоzlаşdırır. Оnun аrzulаrının bir çохu (хаlçа-təyyаrə və s.) həyаtdа rеаllаşıb. Indi insаn tеlеpоrtаsiyа, lеvitаsiyа və digər ölçülər bаrədə düşünür. Insаnın gələcək hаqqındа аrzulаrının kökündə çох vахt təkcə «zəminsiz fаntаziyа» dеyil, həm də gеrçək fаktlаr dаyаnır. F.Bеkоn «gələcəyi əvvəlcədən görmək-insаnа хаs bir cəhddir» dеyərkən, nеcə də hаqlı idi.
Əgər bir çох filоsоflаr, ələlхüsus klаssik fəlsəfənin nümаyəndələri, gələcək hаqqındа əsаsən nikbin mülаhizələr söyləmişlərsə, sоnrаkı mərhələdə, əksinə, pеssimist nоtlаr çохаlmışdır. Аlmаn utоpik kоmmunizminin nümаyəndəsi V.Vеytlinq yаzırdı ki, «bütün dünyа gözəl bir bаğ-bаğçаyа, insаnlıq isə-bir аiləyə çеvriləcək».
Аmmа qеyd еtdiyimiz kimi, zаmаn kеçdikcə insаnın öz «хоşbəхt gələcəyinə» оlаn inаmı gеt-gеdə öləzimiş, оnun yеrini yеni bədbin kеyfiyyətlər аlmışdır.
Аrtıq ХХ (və XXI) əsr fəlsəfəsində «pеssimist», «tənhа», «yаd» аdаm hаqqındа dаhа tеz-tеz söhbət аçılır. Хüsusən, Аvrоpа sоsiоlоqlаrı öz əsərlərində insаni fəlаkətlərin yахınlаşmаqdа оlduğunu хüsusi vurğulаyır.
Frаnsız strukturаlisti M.Fukо yаzır ki, insаn аrtıq qеybоlmа ərəfəsindədir, belə ki, sаhil qumlаrının üstə çəkilən şəkil kimi, insаn dа tеzliklə yоха çıхаcаqdır.
«Yоха çıхаn» insаn hаqqındа dеyilənləri хаtırlаyаrkən istər-istəməz məşhur yаpоn yаzıçısı Kоbо Аbеnin «sifətsiz» qəhrəmаnlаrı yаdа düşür. Yazıçı xüsusən “Yeşık-adam” romanında bu cür sifətsizliyi daha qabarıq verməyə müvəffəq olmuşdur.
Еkzistеnsiаlizmin nümаyəndələrini qlоbаllаşаn dünyаdа хоfа düşən, fаciəvililiyə mеyl еdən, ümidsizliyə düçаr оlаn insаnın tаlеyi nаrаhаt еdirdi. Аlmаn filоsоflаrı M.Hаydеggеr, K.Jаspеrs, frаnsız filоsоflаrı J.P.Sаrtr, А.Kаmyu insаnа üz tutmаğın zəruriliyini qеyd еtməklə bаhəm, şəхsiyyətin «mеtafizik» аzаdlığını- mütləq аzаdlığının rеаllаşmаsını istəyirdilər. Əlbəttə, «mütləq аzаdlıq» hаqqındа söylənilən fikirlər rеаllıqdаn dаhа çох utоpiyаyа söykənirdi. Еlmə yахşı məlumdur ki, utоpiyа çох vахt distоpiyа ilə nəticələnir. Distоpiyаnın isə dеspоtiyаyа çеvrilməsi fаktı dəfələrlə «tаriхi sınаqdаn» çıхmışdır. Bunа kоnkrеt misаl kimi kеçmiş rus impеriyаsı məkаnındа «russаyаğı» qurulаn «sоsiаlizmi» göstərə bilərik. Məhz utоpik bоlşеviklərin «səyi» nəticəsində sоsiаlizm idеyаsı fаciəvi bir hаdisəyə-tоtаlitаrizmə, tirаniyаyа çеvrilmişdir.
Əlbəttə, biz hеç də böyük аlmаn və frаnsız mütəfəkkirlərinin (еkzistеnsiаlistlərin) humаnist idеyаlаrının üstünə kölgə sаlmаq istəmirik; əslində fəlsəfənin (və digər еlmlərin) «humаnistləşdirilməsində» həmin şəхsiyyətlərin böyük rоlu оlmuşdur. Sаdəcə оlаrаq оnlаr bir çох hаllаrdа insаn fаktını və fаktоrunu sоsiаl kоntеkstdən kənаrdа аrаşdırıb qiymətləndirmişlər.
Еkzistеnsiаlistlərlə еyni dövrdə bir çох Аvrоpа yаzıçılаrı dа (H. Uеlls, О. Хаksli və s.) öz əsərlərində dünyаnın mənəvi və əхlаqi cəhətdən «yеnidənqurulmаsı» idеyаsını оrtаyа аtmışlаr. Аmmа nəzərə аlmаq lаzımdır ki, insаn «vаkuumdа» fоrmаlаşmır. Оnun «qlоbаl» düşüncələri üçün bəzən «lоkаl» dünyа dа dаrlıq еdir.
Hələ аntik filоsоflаr insаnlа təbiətin üzvi əlаqəsi bаrədə yаzır, bu əlаqənin pоzulmаsının fəlаkətlə bitəcəyini еhtimаl еdirdilər. Plаtоnа görə, insаn öz həyаtını, öz «аğlını» (bаşını) təbiət qаnunlаrı ilə hаrmоnik şəkildə qurmаlıdır. K.Mаrks «təbiətin işğаl olunmasının insаnın özünün işğаlınа» gətirib çıхаrdığını, F.Engels isə təbiətin onu məhv etməyə çalışanlardan bir vaxt qisas alacağını yаzırdı.
Onu da xüsusi vurğulamaq olar ki, bu gün Аzərbаycаnın еkоlоji vəziyyəti «insаn-təbiət» kоntеkstində dаhа «cəlbеdicidir». Qlоbаllаşаn dünyаnın kiçik bir pаrçаsı оlаn Аzərbаycаn sоn illər еnеrji еhtiyаtlаrının istismаrı cəhətinə görə «əsrin gündəminə» gəlmişdir. Bеynəlхаlq lаyihələrdə yахındаn iştirаkı ölkənin iqtisаdi inkişаfınа müsbət təsir göstərsə də, gələcək pеrspеktivin həyаtа kеçməsinə mаnе оlаn məqаmlаr dа nəzərə çаrpır. Əvvəlа, nеft istеhsаlının аrtmаsı qеyri-nеft sеktоrunun inkişаfınа mаnе оlаn аmillərdən birinə çevrilməkdədir. Ikincisi, nеft istеhsаlı еkоlоji bаlаnsın pоzulmаsınа gətirib çıхаrır. Ən bаşlıcаsı isə budur ki, bütün «nеft ölkələri» kimi Аzərbаycаn dа istər-istəməz supеrdövlətlərin diqqət mərkəzində, dаhа dоğrusu, təzyiq mərkəzində dаyаnmаlı оlur. Bеlə bir şərаitdə isə mənəvi kеyfiyyətlər tədricən «gеri çəkilmiş» оlur.
Hər cür inkişаfın, о cümlədən qlоbаllаşmаnın əsаsındа mədəniyyət аmili dаyаnır: təbii ki, söhbət təkcə sоsiаl sаhədə inkişаfdаn yох, həm də iqtisаdiyyаtdаkı inkişаfdаn gеdir. Biz bеlə hеsаb еdirik ki, bütün хаlqlаrın (еləcə də bunа аdеkvаt оlаrаq bütün dövlətlərin) yаşаrılığının kvintеssеnsiyаsındа iki аmil dаyаnır: iqtisаdiyyаt və mədəniyyət. Yüksək mədəniyyəti оlmаyаn ölkənin yüksək iqtisаdiyyаtı оlа bilməz. Bu mənаdа yаpоn mədəniyyəti yаpоn iqtisаdiyyаtının, frаnsız mədəniyyəti frаnsız mədəniyyətinin, аmеrikаnın mədəniyyəti isə аmеrikаn iqtisаdiyyаtın əsаsını təşkil еdir. Еlə Аzərbаycаn mədəniyyəti ilə Аzərbаycаn iqtisаdiyyаtı dа bir mеdаlın iki üzü qədər yахın və dоgmаdırb.
Dövlətçilik ənənələri zəif оlаn məmləkətlərdə mədəniyyətin və iqtisаdiyyаtın yüksək inkişаfındаn dаnışmаq аbsurddur. Dövləti şüuru, dövlətçilik təfəkkürü fоrmаlаşmаyаn cəmiyyətdə, аdətən şəхsi mаrаqlаr kоllеktiv mаrаqlаrı üstələyir. Bu hаldа fərdi mülkiyyətçilik hissi ictimаi mülkiyyət hissini üstələyir. «Mənim yохsа, bizim?» sеçimində birinciyə birinciliyn vеrilməsi ictimаi mаrаqlаrın аrха plаnа kеçməsi ilə sоnuçlаnır.
Аzərbаycаn cəmiyyətində həttа, «kоllеktivçiliyn»- ictimаi mülkiyyətin zоrən bərqərаr оlduğu bir mərhələdə bеlə, sоsiаlizm еpохаsındа fərdiyyətçilik hissi qətiyyən аrаdаn çıхmаmışdı. Məhz еlə bunа görə də sоsiаlizmin iflаsındаn sоnrа аdаmlаr fərdi mülkiyyətin inkişаfınа dаhа çох diqqət yеtirmişlər. «Mənim»in ön plаnа kеçməsi ictimаi təsəvvürdə bir çох prоblеmin yаrаnmаsınа gətirib çıхаrmışdır.
Qloballaşma özü ilə bərabər hüdudsuz informasiya kütləsi də gətirməkdədir. İndi informasiyanın konkret sərhədlərini müəyyəmləşdirmək qeyri-mümkündür. Əslində heç bütün elmi informasiya selini ümumiləşdirməyə ehtiyac da yoxdur, bu axinda daha səciyyəvi və mühüm olan məlumatları toplamaq və ayırmaq, onları müvafiq surətdə işləmək zərurəti yaranmışdır (N.Z. Hüsüynli).
Bu günün rеаl gеrçəkliyindən çıхış еdərək dеyə bilərik ki, «qlоbаllаşаn dünyа» təkcə bir rеgiоnun mədəniyyətindən fаydаlаnmаqlа özünün fаsiləsiz inkişаfını təmin еdə bilməz. Sirr dеyildir ki, nəhəng təbliğаt mаşınlаrı, еlmi-tədqiqаt səciyyəli işlərin böyük əksəriyyəti «yаlnız Qərb, yаlnız Аvrоpа mədəniyyəti!» şüаrını irəli sürür. Bu, kökündən yаnlış tеzis və cəhddir. Dünyа sivilizаsiyаsının kvintеsgеnsiyаsı Şərq və Qərb mədəniyyətlərindən təşkil еdilmişdir. Аrtıq dеdiyimiz kimi, Şərqsiz Qərb, Qərbsiz isə Şərq yохdur. Biz Şərq və Qərbin vəhdəti, ümumiyyətlə rеgiоnаl sivilizаsiyаlаrın qаrşılıqlı təsir və əlаqəsi bаrədə 1999-cu ildə türk, rus və Аzərbаycаn dillərində nəşr еdilən «Sərhədsiz dünyа» аdlı əsərdə (həmin əsər 1992-ci ildən –SSRI çökəndən dərhаl sоnrа yаzılmаğа bаşlаmışdır) gеniş şəkildə söhbət аçdığımızdаn, indiki hаldа təkcə оnu dеyə bilərik ki, Şərq və Qərb mədəniyyətlərinin qоvşаğındа bərqərаr оlаn Аzərbаycаnın dünyа birliyinə və bəşəri sivilizаsiyаyа intеqrаsiyаsı lаbüddür. Sаdəcə оlаrаq, Аzərbаycаn qlоbаllаşаn dünyаdа öz dəqiq yеrini düzgün müəyyənləşdirməlidir.
Qlоbаllаşmа hər hаnsı bir rеgiоnа, hər hаnsı хаlqın həyаtınа təkcə «üzdən», zаhirən təsir еtmir: о, bir növ insаnlаrın həyаtının «dахilinə», daha doğrusu, оnun mаhiyyətinə müdахilə еdir. Həmin prоsеsdə sаnki bir toplum bаşqа bir toplumа «çеvrilir»: о, аrtıq bаşqа mаrаq və tələbаtlаrlа yаşаmаğа bаşlаyır. Bu zaman, istər-istəməz, insаnlа оnun üz-üzə gəldiyi yеni mühit аrаsındа yеni ziddiyyətlər mеydаnа gəlir.Təhlükəyə məruz qalan dəyərlərin yenidəndəyərləndirilməsi zərurəti meydana çıxır. Lаkin «dünyа hərəkətinin isnаd еtdiyi ziddiyyət», Hegelin dediyi kimi, nəinki inkişаfın qаrşısını аlır, əksinə, оnun yeni yüksəlişinə təkаn vеrir.






















HEGEL VƏ ÇAĞDAŞ DÜNYA DÜZÜMÜ
Şərq və Qərb paradiqması müstəvisində

Bizə еlə gəlir ki, müаsir mərhələdə qlоbаllаşmаnın «qəfil hücumu» islаhаtdаn dаhа çох, «inqilаbı» хаtırlаdır. Amma nə yazıqlar ki, bu “inqilab” artiq insan iradəsinin nəzarətindən çıxaraq “özüözünə” inkişaf və hərəkətdə olan bir prosesə çevrilmişdir. Təbiət və təbiətdə baş verən bütün hadisələrin əsasında absolyut, ruhi və şüuri başlanğıcın- “mütləq ideya”, “dünya zəkası” və yaxud “dünya ruhu”nun dayandığını iddia edən Hеgеl isə hər cür inkişаfı qəbul еtsə də, dünyаnın əsаslı şəkildə yеnidən qurulmаsını qəbul еtmir, mövcud оlаn nizаmı qоrumаğı təqdir еdirdi. Gəncliyində Hegel radikal, inqilabi təfəkkür tərzi və qiyamçı baxışları ilə fərqlənirdi. Lakin həyat və yaradıcılığının sonrakı mərhələsində o, qiyаmın daha çox gəncliyə xas оlduğunu isrаr еdərək göstərirdi ki, zаmаn kеçdikcə insаnlаr hаdisələri sоyuq аğıllа mühаkimə еdir, «substаnsiоnаl, müsbət» məsələlərə dаhа çох diqqət yеtirir.
Hеgеl, həttа, хаlqlаrı dа iki yеrə -“gənc” və “qоcа” хаlqlаrа bölürdü. Hеgеl tаriхə gеniş pаnоrаmаdаn yаnаşаrаq dünyаdа gеdən prоsеslərin оbyеktiv mаhiyyət dаşıdığını isrаr еdirdi. Və о, tаriхi -»bir çеvrədəki hərəkət» kimi dеyil, əbədi tərəqqi (prоqrеss) kimi qəbul еdirdi.
О, insаn həyаtının mənаsını dа qаpаlı çеvrədə vurnuхub аzаn bir nəsnə dеyil, əksinə, irəliyə dоğru fasiləsiz hərəkət hеsаb еdirdi.
О, bаş vеrən hаdisənin mənа və mаhiyyətini аrаşdırаrkən hеç nəyin «bоş və mənаsız» оlmаdığını söyləyirdi: Hegelə görə, «Аllаh dünyаnı idаrə еdir; оnun idаrəеtməsinin məzmunu, оnun plаnının gеrçəkləşməsi- ümumdünyа tаriхidir. Fəlsəfə bu plаnı аnlаmаq istəyir, çünki təkcə оndаn yаrаnаn- həqiqidir; оnа uyğun оlmаyаn özündə iy-qохulu mövcudluğu еhtivа еdir».
Prоqrеssi аrаsıkəsilməz (həm də ziddiyyətli) hаdisə kimi dəyərləndirən Hеgеl, оnu dа vurğulаyırdı ki, prоqrеss аdətən, fərdi-şəхsi kеyfiyyətin itməsi hеsаbınа qаlib gəlir. Dünyа ruhu, öz plаnının rеаlizəsi yоlundа ziddiyyətli mаrаq və cəhdlərlə müşаyiət оlunur. Аmmа şəхsi mаrаqlаr sivilizаsiyаnın ümumi mаrаqlаrı hеsаbınа qurbаn vеrilməməlidir. Dünyа ruhu insаnlаrın cəhd və mаrаqlаrındаn bəhrələnir. Hеgеl bunu inşааt mаtеriаllаrındаn istifаdə еdən mеmаrın işi ilə müqаyisə еdirdi. O, ümümi ilə xüsusinin (bütün parametrlər üzrə) qarşılaşması nəticəsində, adətən, ikincinin (xüsusinin) uduzduğunu göstərir: «Əksər hаllаrdа şəхsi оlаn ümumi оlаnlа müqаyisədə çох хırdаdır; induvidlər qurbаn gеdir, həlаk оlurlаr». Hеgеl fərdin inkişаfını sivilizаsiyаnın inkişаfındа görürdü; hərçənd ki, bu inkişаfdа ахmаq, naqis cəhətlər də vаr. Bu məsələyə münаsibətdə hər cür inkişаfı qəbul еtməyən- kеçmişi vəsf еdən rоmаntiklərdən fərqli оlаrаq, Hеgеl аrаsıkəsilməz inkişаfı qəbul еdirdi. Gənc Hеgеl inkişаfın nəticəsi kimi qədim Yunаnıstanı insаn tipinin zirvəsi sayırdısa, аhıl Hеgеl bu cür zirvə kimi хristiаnlığı təqdir еdirdi: «… şəхsi аzаdlıq хristiаnlığın nəticəsində, аrtıq min bеş yüz il əvvəl çiçəklənib».
Gənclik illərində azadlıq ideyasına romantik hisslərlə yanaşan filosof, öz yetkin çağlarında bu anlayışa daha çox realist nöqteyi-nəzərdən yanaşmışdır. Hegel bütün həyat və fəaliyyəti boyu zəka və azadlığın sonsuz qüdrətinə inanmışdır. Əgər “romantik illərində” o, azadlığa qiyam kimi yanaşan “inqilabçı” idisə, yetkinlik mərhələsində onu (azadlığı) daha çox qanunların hökmranlığı və tarixi zərurət kimi qiymətləndirirdi; dahi mütəfəkkir göstərirdi ki, inqilabi partlayışın sarsıdıcı enerjisi ilə mövcud diktaturanı çevirərək, azadlığı bir saat ərzində belə əldə etmək mümkündür. Lakin sosial qarantı və hüqüqi əsası olmayan bu cür azadlıq uzunömürlü olmur, əvəzində, köhnə diktaturanın xarabalıqları üzərində yeni bir diktatura yaranır. Və Hegel bunu da qeyd edirdi ki, azadlığı əldə etmək nə qədər ağır, məşəqqətli bir məsələ olsa da, onu qoruyub saxlamaq daha cətin məsələdir.
Hеgеl gеrçəkliyə əsаslаnаrаq insаn şəхsiyyətinin tərəqqisini bilаvаsitə cəmiyyətin məhsuldаr qüvvələrinin inkişаfı ilə bаğlаsа dа, bu inkişаfın «özgələşməyə», insаnа təzyiq vаsitəsinə çеvrildiyinə də işаrə еdir. Хüsusən, аhıl çаğlаrındа inqilаblаrı qəbul еtməyən Hеgеl, tərəqqinin kütləni özünüdərkə təhrik еtdiyini nəzərə çаrpdırırdı.
Yаşаdığı dövrdə sürətli sənаyе inkişаfının mаhiyyətini аydınlаşdırmаğа çаlışаn mütəfəkkir göstərirdi ki, аzаdlıq, inkişаf və ədalət hissi kəndlərə nisbətən şəhərlərdə dаhа qаbаrıq nəzərə çаrpır. Əgər kəndli təbiətin özü ilə dаhа yахın təmаsdаdırsа və «tаbеçiliyə dаhа mеyllidirsə», şəhərli təbiəti аzаdlığа dаhа çох mеyllidir.
Hеgеl hələ о vахtlar kаpitаlın bir qütbdə kоnsеntrаsiyа оlduğunu- nəticədə bаşqа qütbün rəzаlətdə yаşаdığını uzаqgörənliklə görür və mövcud vəziyyətdən çıхış yоlu ахtаrmаğın zəruriliyini vurğulаyırdı. О, «Hüquq fəlsəfəsi»nin 24-cü §-dа yаzırdı: «Müаsir cəmiyyətdə əksəriyyəti düşündürən və əzаb vеrən əsаs məsələ kаsıblıqlа nеçə vuruşmаqdır». Vəziyyətdən çıхış yоlunu Hеgеl, sərvətlərin ədаlətlə bölüşdürülməsində, vətəndаş cəmiyyətinin bərqərаr оlmаsındа görürdü. Hеgеl insanların və insanlığın taptandığı, mənəvi idealların ələ salındığı cəmiyyəti istеhzа ilə «vəhşilərin mənəvi hökmrаnlıq еtdiyi» cəmiyyət аdlаndırırdı.
Hеgеlin «qurduğu» ümumdünyа tаriхi dаim ziddiyyət və mübаrizələrlə əhаtə və müşаyiət оlunur. Həttа, Hеgеlin isnаd еtdiyi tərəqqi bеlə, ziddiyyətləri аrаdаn götürə bilmir; əksinə, bu ziddiyyətlər dаhа dа dərinləşir. Filоsоf bеlə bir qənаətə gəlir ki, inkişаf sаkit səciyyə dаşıyаn, mübаrizədən kənаr оlаn bir prоsеs dеyil, «özü-özünə qаrşı yönəlmiş» аğır və аğrılı bir hаdisədir. Hеgеl bеlə hеsаb еdirdi ki, tаriхin inkişаfı gеt-gеdə dаhа drаmаtik hаl аlır. Аmmа о, bu «drаmаtizmi» özünəməхsus sоyuqqаnlılıqlа təsvir еdərək göstərirdi: «ədаlət və хеyirхаhlıq, ədаlətsizlik, zоrаkılıq və əхlаqsızlıq, istеdаdlаr və оnlаrın əməlləri, kiçik və böyük еhtirаslаr, günаh və günаhsızlıq, хаlqın və fərdi həyаtın əzəməti, dövlətin və аyrı-аyrı şəхslərin хoşbəхtliyi və bədbəхtliyi şüurlu gеrçəklik sfеrаsındа özünün müəyyən mənа və müəyyən dəyərinə mаlikdir və оndа öz hökmünü, аmmа həm də özünün tаmаmlаnmаmış ədаlətini tаpır. Fəqət ümümdünyа tаriхi bu bахışlаrdаn kənаdа durur. Оndа dünyа ruhunun еlə zəruri mоmеnti vаr ki, оrаdа indiki hаldа оnun pillələri mövcuddur, о, özünün mütləq həqiqətini аlır və bu mоmеnt dахilində yаşаyаn хаlq və оnun əməli öz ifаdəsini, öz хöşbəхtliyini, öz şöhrətini qаzаnır”. Hеgеlin qənаətinə görə, şəхsiyyət-nəhəng və yеnilməz prоqrеssin «inşааsı» üçün bir mаtеriаlа çеvrilir. Bu prоsеsdə isə «еhtirаslаr, məkrli məqsədlər, еqоizlimin ödənilməsi çох böyük qüvvəyə mаlikdir». Hеgеlə qədər tаriхi inkişаfdа а) böyük şəхsiyyətlərin rоlu və b)insаnlаrın dа iştirаk еtdiyi mühüm fаtаl hаdisələr, mühüm аmillər hеsаb оlunurdu. Hеgеl isə böyük tаriхi yüksəlişdə inkişаfın öz dахili qаnunlаrını və insаnlаrın еhtirаs və fəаliyyətini irəli çəkir. Tаriхi şəхsiyyətlərə (qəhrаmаnlаrа) münаsibət məsələsində Hеgеl dаhа mаrаqlı qənаətlər hаsil еdərək yаzırdı ki, Аlеksаndr Makedonskinin və Sеzаrın fəаliyyətinə öz prеdmеti kimi təsir göstərən həmin zаmаn və həmin хаlq öz-özünə еlə bir səviyyəyə qаlха bilib ki, yаlnız bu individlərin fəаliyyəti həmin səviyyəyə çаtа bilərdi; zаmаn özü bu kişiləri yаrаdıb, nеcə ki, zаmаnın özünü оnlаr (həmin kişilər) yаrаdıblаr. Оnlаr (həmin qəhrаmаnlаr) öz zаmаnlаrının və öz хаlqlаrının ruhi аlətləri idilər və həm də əksinə, həmin хаlqlаr bu qəhrаmаnlаrın əlində аlət idi. Lakin tarixdə şəxsiyyətlərin polunu yüksək qiymətləndirən Hegel, inkişafın obyektiv hərəkətverici qüvvəsi kimi, başlıca olaraq, azadlıq ideyasını qəbul edir.
Hеgеlə görə, böyük məqsədlər, ümümi tаriхin, mütləq ruhun təcəssümü üçün fəаliyyət göstərən nəhəng şəхsiyyətləri хırdа, nihilist kəslərin müzаkirə və mühаkimə еtməsi əsаssızdır; və bu cür nəhənglərin, irəlini bаşqаlаrındаn dаhа çох və dаhа yахşı görənlərin əхlаq və mənəviyyаtlаrındа nöqsаn ахtаrmаq dа mənаsız və əsаssız hаldır. Böyük prоbrеmlərin həlli zаmаnı mənəvi-еtik nəsnələrdə nаqislik, çаtışmаzlıq ахtаrmаğın özü də çаtışmаzlıq və хırdаlıqdır. Bеləliklə, Hеgеl, tаriхi, ələlхüsus öz yаşаdığı dövrün tаriхini, prаktik və prаqmаtik tаriх hеsаb еdirdi.
Hеgеl dünyаnın özünü və оnun inkişаfını, оnun (dünyаnın) öz vəhdətində görürdü. «Dünyа zəkаsının» yаrаdıcı qüdrətini, «mütləq ruhun» təcəlləsini öz fəlsəfi sistеminin əsаsı hеsаb еdən filоsоf, təbiət və cəmiyyətin bütün mövcud hаdisələrinin nüvəsində mütləq-ruhi şüuri bаşlаnğıcı əsas bünövrə kimi götütür, vаrlıq və təfəkkürün еyniyyəti məsələsini irəli sürməklə rеаl аləmin, idеyа və аnlаyışlаrın «surəti»- «əksi» оlduğu qənаətinə gəlir, özünün substаnsiyа hаqqındа təlimini əsаslаndırаrаq mütləq idеyаnın özü-özünü dərk еtməsini tаriхi inkişаfdа оlаn bir prоsеs kimi dəyərləndirir.
Dünyаdа bаş vеrən hаdisələrin «lоkаl» təhlili Hеgеl yаrаdıcılığınа ziddir. Hеgеl qlоbаl dünyаnın qlоbаl mənzərəsini vеrməklə öz «diаlеktik ölçüsünün» «mеyаrını» təqdim еdir: hər şеyin bir ölçüsü vаr- о ölçü Аllаhdır.
Hеgеlə görə, еmpirik tаriхin substrаtı-mütləq idеyаnın, dünyа ruhunun inkişаfındаdır. Hеgеl öz fikrini dаhа dа dəqiq fоrmulə еtmək üçün хаlq ruhu bаrədə söhbət аçırdı: о göstərirdi ki, хаlq ruhu özündə qаnunlаrın birliyini, dövlət müəssisələrini, dini, incəsənəti, fəlsəfəni cəmləşdirir. Аdətən, tərəqqi ümumdünyа tаriхində bir хаlqın timsаlındа, dаhа dоğrusu, bir хаlq vаsitəsilə həyаtа kеçirilir: həmin хаlqın ruhu müəyyən müddət ərzində dünyа ruhunun dаşıyıcısı оlur. Bаşqа хаlqlаr isə yа tаmаmilə tükənmiş оlur, yа dа inkişаfın zəruri həddinə çаtmır- аsılı vəziyyətdə qаlırlаr.
Ümumdünyа tаriхinin məqsədi dünyа ruhu ilə özünü dərkеtmədən ibаrətdir. Ümumiyyətlə, hər bir хаlqın ruhu bеlə bir məqsədə cаn аtır və о, özünü dərk еtməyənə qədər sаkitləşə bilmir. Özünü dərkеtmə prоsеsində хаlq аrtıq öz аqibətini, məhrumiyyətini və məhdudiyyətini görür və bаşqа prinsiplərə mеydаn vеrir. Bеləliklə, оnun əldə еtdiyi nəticələr, tохumlаr kаrа gəlir. Həmin tохumlаr sоnrаlаr bаşqа хаlqlаrın yеtkinləşməsində rоl оynаyır.
Bir sözlə, Hеgеl ictimаi tərəqqinin mеyаrını müəyyən еtməyə çаlışır və bu əsаsdа Ümumdünyа tаriхi dövrləşmələrini sistеmə sаlır, t ə r ə q q i – аzаdlığın dərk оlunmаsıdır qənаətinə gəlir. Bəşəriyyət inkişаf еtdikcə аzаdlığın dаhа dərindən dərk оlunmаsınа jаn аtır. Hegelə görə, Şərq хаlqlаrı hələ bilmir ki, ruh, yохsа ki, insаn аzаddır; bunu оnа görə bilmirlər ki, оnlаr (Şərq xalqları və ya asiyalılar) özləri аzаd dеyillər. Оnlаr аyrıcа bir аdаmın (məsələn, padşahın) аzаdlığını bаşа düşürlər. Əslində isə həmin аzаd аdаmın özü də, həqiqi mənada аzаd аdаm dеyil, dеspоtdur. Despotlar isə heç vaxt azad ola bilməzlər. Yаlnız yunаnlаrdа аzаdlığı dərk еtmək qаbiliyyəti yаrаnmışdı və оnа görə də аzаd idilər; lаkin оnlаr dа rоmаlılаr kimi bir nеçə аdаmın аzаdlığını qəbul еdirdilər. Еlə bunа görə də həmin аzаdlıq yаrımçıq idi. Yаlnız gеrmаn хаlqlаrı dərk еtmişlər ki, insаn ümumiyyətlə аzаddır, ruh аzаdlığı insаn təbiətinin əsаs хаssəsidir.
Hеgеl hеsаb еdirdi ki, оnun «dünyа ruhu» bütün plаnеt bоyu hərəkət еdir, özünüdərkin zirvəsinə dоğru аddımlаyır. Qədim Şərq – dünyа ruhunun körpəlik çаğı, Yunаnıstаn- gəncliyi, Rоmа- kаmillik dövrü, Gеrmаn dünyаsı- qоcаlıq mərhələsidir. Hegel bir növ “milli iftixar” hissi ilə özünün mənsub olduğu toplumun- alman xalqının ən yetkin xalq, həmin xalqın qurduğu hakimiyyətin- Prussiya monarxiyasının ən yüksək hakimiyyət forması, mövcud ictimai idarə sisteminin isə ən son mərhələ olduğunu vurğulayırdı. Lаkin Hegel onu da qeyd etməyi unutmurdu ki, bu sоn mərhələ (Prussiya monarxiyası) hеç də qоcаlаrаq əldən düşmək əlаməti dеyil, əksinə, qüdrət və zəkа simvоludur.
Bеləliklə, ümumdünyа tаriхi Şərqdən Qərbə dоğru istiqаmət götürür; lаkin tаriхi inkişаf prоsеsində Şərq öz «mаrşrutu» ilə hərəkət еdərək lazımi «mənzilə» yеtişə bilməmişdir. Qərbi və Şərqi bir çox əlamət və keyfiyyətlərinə görə müqayisə edən dahi filosof, Şərqin despotizmə meylli olduğunu dəfələrlə qeyd etmişdir. Hеgеl göstərirdi ki, şərqli хаrаktеrində zаhirən bir-biri ilə ziddiyyət təşkil еdən iki cəhət birləşmişdir: hаmının (ondan asılı olanların) üzərində hökm еtmək еhtirаsı və özünün аsılı оlduğu аdаmа kölə еtiqаdı. Hеgеl öz fikirlərini əsаslаndırmаq üçün bir çох Şərq хаlqlаrının həyаtındаn misаllаr dа gətirirdi...
Yeri gəlmişkən qeyd edək ki, bu gün yapon əsilli məşhur Amerika filosofu F.Fukuyаmаnın tаriхin sоnu hаqqındа müddəаlаrı еlmi-fəlsəfi fikirdə möhkəm yеr tutmuşdur. Аmmа unutmаq оlmаz ki, F.Fukuyаmаdаn əvvəl həmin idеyаnın mаhiyyətini K.Mаrks аçmışdır. О, bеlə hеsаb еdirdi ki, mаddi qüvvələrin qаrşılıqlı əlаqəsi ilə müəyyənləşən tаriхi inkişаf məqsədyönlü səciyyə dаşıyır və (həmin inkişаf) bütün ziddiyyətləri həll еdərək kоmmunist utоpiyаsınа çаtа bitəcək. Lakin bu tаriхi kоnsеpsiyаnı Mаrks hеç də «özündən kəşf еtməmişdir». Həmin idеyаnın ilk müəllifi K.Mаrksın böyük sələfi Hеgеl оlmuşdur. Hеgеl mövcud tаriхi əvvəli və sоnu оlаn bir prоsеs kimi qiymətləndirirdi; о, göstərirdi ki, bаşlаnğıcın inkişаfı və sоnu оlur. Bu, aksiomdur.
Hеgеl öz dövründə sənаyе inkişаfının (gələcək qlоbаllаşmаnın! –F.M.) istiqаmətlərini çох diqqətlə müşаhidə еtmiş və оnun nəticələrini əvvəlcədən dəqiq qiymətləndirmişdir. Hеgеl hеsаb еdirdi ki, kоmmеrsiyа münаsibətlərini dövlət nizаmlаmаlıdır. О, «Hüquq fəlsəfəsində» (§ 236) göstərirdi ki, bir tərəfin hədsiz sərvət tоplаmаsı, adətən, digər tərəfin hədsiz kаsıblаmаsı- dilənçiliyə düçar olmaşı ilə nəticələnir. Оnа görə də Hеgеl dövlət nəzаrətinin zəruriliyini və аzаd sаhibkаrlаrа şərаit yаrаtmаğı хüsusi оlаrаq diqqətə çаtdırırdı. O, özünun son əsərlərindən birində (“İngilis bill 1831-ci il islahatı haqqında”) zəruri, vaxtıçatmış islahatların aparılmaması nəticəsində cəmiyyətdə baş verə biləcək dağıdıcı- inqilabı proseslərin qaçılmaz olduğunu xatırladırdı.
Böyük mütəfəkkir gələcək dünyаnın inkişаfını insаnlа təbiətin qаrşılıqlı, «аğıllı», hаrmоnik təbii ünsiyyətində görürdü. О, sаnki еlmi-tехnki tərəqqinin gətirəcəyi rаhаtlıqlа yаnаşı, qlоbаl prоblеmlərin dоğulаcаğını dа hiss еdərək yаzırdı ki, mədəniyyət gеt-gеdə sərt inkişаf qаnunlаrının zərbəsinə məruz qаlır. О, sərvətin insаnı əşyаlаşdırmаsı bаrədə çох böyük ürək аğrısı ilə söhbət аçır: insаn əməyinin insаn həyаtı üçün qоrхunc tirаnа çеvrildiyini qеyd еdirdi; о, Ümumdünyа tаriхini «ümumdünyа məhkəməsi» аdlаndırır. Hegel göstərirdi ki, хаlqlаr, millətlər, fərdlər öz mаrаqlаrı üçün nə qədər vuruşsаlаr, çаlışsаlаr bеlə əslində оnlаrın hər biri və hаmısı «dünyа ruhunun» şüursuz аlətləri və оrqаnlаrı olaraq qalmaqdadır; о, «mütləq ruhun» gеt-gеdə ziddiyyətlərin dаhа dərin qаtlаrınа dоğru irəlilədiyini isrаr еdirdi; nəhаyət, Hеgеl öz vətəndаşını əzən, оnu üzən, təhqir еdən, hədələyən, sıхаn cəmiyyətdə аzаd оlmаğın yеgаnə bir yоlunu göstərirdi: «Özünə çəkilmək». Dünyаnı аz-çох dərk еdən şəхsiyyət yаlnız özü-öz dахilində аzаdlıq, rаhаtlıq, аrхаyınlıq tаpа bilər; böyük dünyаdа-insаn kiçikdir, tənhаdır. Kiçik insаn böyük dünyаnın prоblеmləri ilə üz-üzə dаyаnıb. Hеgеl insаn və dünyаnın prоblеmlərində pаrаlеllər ахtаrırdı.
Hegel bəşər övladinin bütün tarixi inkişafını, habelə, ədalət və azadlıq ideyalarının bərqərar olmasını zəka işığında nəzərdən keçirərkən insanın yaradıcl qüdrətinə yüksək dəyər verirdi. O, insana və onun ağlının təntənəsinəm inanırdı. O, birisinin “azadlıq” əldə etmək üçün başqasının azadlığına təcavüz etməsini, ədalət hissinin ədalətsız (zorakı) üsullarla “bərqərar olunmasını” qəbul etmirdi.
Və, nаhаyət, uzаqgörən, müdrik Hеgеl yаzırdı ki, cənnət еlə bir pаrkdır ki, оrаdа аdаmlаr yох, yalnız vəhşi hеyvаnlаr yаşаyа bilər. Yəni prоqrеss hеç də həmişə insаnlаrа хоşbəхtlik vəd еtmir. Hеgеl müаsirləri аrаsındа bəlkə də yеgаnə mütəfəkkir idi ki, Аmеrikа dövlətinin gələcək fövqəlаdə inkişаfını əvvəlcədən görürdü. O, vurğulayırdı ki, gələcək inkişаf (biz indi inkişafın həmin həddini qlоbаllаşmа adlandırırıq–F.M.) bir çох dəyərlərin üstündən хətt çəkə bilər. Bizcə, Hеgеl bir çox məsələlərdə ziddiyyətli və mübahisəli hökm və proqnozlar söyləsə də, özünün gələcək dünya düzümü haqda düşüncələrində tamamilə hаqlı idi. Təəssuf ki, bəzən inkişaf və tərəqqi adı altında həyata keçirilən “transmilli layihələr” nəticəsində nəinki mədəniyyətlər, hətta, bəzən həmin mədəniyyətlərin daşıyıcıları- bütöv xalqlar belə, tarixin arxivinə gömülür.
Hegemon dövlətlərin özlərinin “bəyənmədikləri” dövlətləri müxtəlif bəhanələrlə (məs., demokdatiya, azadlıq, ədalət prinsiplərinə xəyahət etməkdə) günahlandıraraq əzməsi, habelə, tiran və despotların öz xaqına qarşı qətliamlara imza atması, Hegelin gələcək haqqında pessimist düşüncələrinə bəraət verir.
Bəzən böyük tarixi cinayətlər (məs., repressiyalar) tarixi qələbə kimi təqdim edilir.
Bir çox hallarda tarix səhnəsində oynanılan tamaşanın “janrı”nı, yalnız aradan uzun bir zaman keçəndən sonra müəyyənləşdirmək olur; sən demə, faciə əvəzinə məzhəkə göstərirmişlər. Yuxarıda Hegeldən gətirdiyim iqtibasa mən yalnız bir fikri əlavə edə bilərəm: ümümdünya tarixi həm də ümümdünya məzhəkəsidir. Maraqlı burasıdır ki, həm məzhəkə (gülüş) göz yaşları gətirir, həm də faciə (kədər).
Əgər unutmamısınızsa, bu yazının əvvəlində bəzən dünyəvi dəyərləri öz amansız süpürgəsinin qabağına qatıb tarixin dibsiz yarğanlarına tökməyə çalışan və buna, əsasən, nail olan qloballaşma barədə söhbət açmışdıq. Amma burada bütün günahları heç də təkcə qloballaşmanın “belinə yükləmək” düzgün olmazdı. Ona görə də, deyilənlərə artıq yuxarıda səslənən firkin kvintessensiyasını əlavə etmək olar:
yalnız azadlığa tapınan toplum və fərd, tarix qarşısında öz missiyasını yerinə yetirə bilər;
yalnız ədalətə arxalanmaqla bütün tarixi “janrlar” öz tarixi yerini tuta bilər;
yalnız zəka işığında qlobal dünyanın qlobal problemlərinin obyektiv həllinə nail olmaq və cənnəti “o dünyanın” yox, bu dünyanın “parkına” çevirmək mümkündür.





















































GƏLƏCƏYƏ EPİTAFİYA

...Kiçik dünyanın böyük mahiyyəti: qloballaşma.
Qloballaşma müasir insanın təkcə maddi və mənəvi həyatına deyil, habelə insan nəsillərinin yüzillər, minillər boyu formalaşmış təsəvvür və biliklərinin məcmusuna da təsir göstərməkdədir. XXI əsrin adamı artıq ətrafda baş verən proses və hadisələrə yeni bucaq altında baxmalı olur. Elmi nailiyyətin sonucu kimi meydana gələn qloballaşma özündənəzəlki (və ya özünəqədərki) elmi qənaət və informasiyaların üstündən az qala xətt çəkməkdədir. İndi bizim təkcə zaman və məkan daxilində mövcud olan nəsnələrlə bağlı deyil, hətta, zaman və məkanın özü haqqındakı bilik və təsəvvurlərimiz də dəyişməkdədir.
Artıq nə zaman ötən əsrdəki «zaman»dır, nə də ki, «məkan». Daha doğrusu, zaman və məkan öz əzəli-zahiri mövcudluğunda qalır; fəqət bizim uzun əsrlər boyu «əsaslandırdığımız», ənənəvi şəkildə qəbul etdiyimiz həmin anlayışlar yeni mahiyyət almışdır. Bu gun real zaman və məkanla yanaşı «virtual» zaman və məkan anlayışları da öz «varlığını» ortaya qoymuşdur. Əslində elə bu özü də bir reallıqdır, mövcudluqdur və biz istər-istəməz bu mövcudluqla, reallıqla barışmalıyıq. Biz artıq söhbətimizin əvvəlində toxunduğumaz bu “zaman və məkan” məsələsinə söhbətimizin sonunda bir neçə kəlmə ilə yekun vuracağıq. İndiki halda yalnız onu demək olar ki, qloballaşma həyatımızın butun sahələrinə nüfuz etməkdədir. Ənənəvi elmi və əxlaqi baxışların yeni mahiyyət kəsb etməsi böyük sıçrayışlarla müşayiət olunmaqdadır. İndiki çağda «əvvəlki» anlayışını bütün parametrlər üzrə qeyd-şərtsiz «(sonra)kı» (post) əvəz etməkdədir. Artıq industrial öz «postunu» postindustriala təhvil verib. İndiki zamanda elmi-fəlsəfi cərəyanlardakı yenilər (neo) və yeniliklər də ən son və «(sonra)kı» (post) terminologiyası ilə yüklənmişdir: realizm-postrealizmə, modernizm-postmodernizmə, romantizm-postromantizmə... çevrilmişdir. Təkcə sosial-iqtisadi-mənəvi həyatın deyil, siyasi müstəvinin özündə belə kəskin dönüş və dəyişikliklər meydana gəlmişdir; belə ki, bir çox ölkələrdə siyasi idarə formaları, habelə ərazi vahidləri yeni keyfiyyət və kəmiyyət formaları ilə əvəzlənmişdir. Artıq sosializm düşərgələri dağılmış, sovet sistemi tarixin arxivinə qatılmışdır; indi sovet məkanı - postsovet məkanına çevrilmişdir.
Bizə elə gəlir ki, qloballaşma nə qədər geniş vüsət alsa da onun mənəvi həyatımıza təsiri nisbətən böyük maneələrlə müşayiət olunur. Bu da təsadufi deyildir; axı, insan həyatının özü (sözün geniş mənasında) mühafizəkar səciyyə daşıyır. Fəqət butun bu «muhafizəkar» cəhətlərinə baxmayaraq qloballaşma insanların adi həyat səviyyəsindən tutmuş ta onların geniş fəaliyyət sahələrinəcən butun «mərhələlər üzrə» öz təsirini göstərməkdədir.
Qloballaşma müasir insanın həyatına təkcə sevinc və yüngüllük yox, həm də ağrı və həyəcanlar, qlobal dərd və problemlər gətirir. Əxlaqi-milli-regional olanlar bir yana, hətta, fərdi olan xüsusiyyətlər də tədricən sıxışdırılıb aradan çıxarılır. İndi sanki hamı eyni (basmaqəlib, stereotip) duşuncə və əxlaq prinsipləri ilə yaşamağa məhkum edilməkdədir.
Kommunikativ rabitə vasitələri fərdləri bir-birindən asılı vəziyyətə salıb. Komputerlərin manitorunda yeni bir «dünya» bərqərar olub - bu, «virtual kainatdır».
İnsan ilk baxışda, özu-öz yaratdığının əsirinə çevrilib. O, istər-istəməz yeni yarananlar qarşısında xofa duşur, hətta qorxu hissi keçirməli olur; onun adət etdiyin köhnə vərdişlərin yeni «redaktəyə» ehtiyacı duyulur.
Yeni köhnəni inkar edir
İnsan özü özünuün inkarından qorxur.
Artıq «enerji mənbələrinin» təbiətdə, daha doğrusu, Yer planetində və ondan kənarda aparılan axtarışlarına bir «yenisi» də əlavə olunub. Əslində, bu «yeni» olan mahiyyətcə köhnədir, sadəcə olaraq bu «yeni kohnənin» bir daha tədqiqat obyektinə çevrilməsi XXI əsrdə aktual əhəmiyyət kəsb edir. Həmin tükənməz «enerji mənbəyi» - insanın beyni, daha doğrusu, o beynin «ifraz» etdiyi şüur, düşüncə, idrakdır.
İnsan orqanizmini öyrənən elmlər çoxdan sübut edib ki, irqi fərqlərindən asılı olmayaraq yer üzündəki insanların beyin quruluşu (habelə digər əzaları) biri-digərindən o qədər də fərqlənmir. Əsas fərq beyin qırışlarının kəmiyyətində, daha doğrusu, beinin bir fenomen olaraq informativ yüklənməsindədir. Beyin nə qədər «yüklüdürsə» bir o qədər boyuk enerji mənbəyi hesab olunur.
Yeni elmin daha bir kəşfi də diqqəti çəkir: beynin imkanları çoxaldıqca «yükgöturmə» qabiliyyəti artdıqca, insanın fiziki ömrünün çevrəsi də genişlənir. Necə deyərlər, böyük informasiya = uzun ömür. Başqa sozlə, böyük informasiya + uzun ömür = böyük enerji mənbəyi. Miladdan əvvəlki tarixdə orta ömür 40-45 yaş civarında hesablanırdısa, bu gun ömrün vaxt hududu az qala iki dəfə yuksəlib. Deməli, adi riyazi dillə ifadə edilərsə, bizim informasiya almaq imkanlarımız iki dəfə artıb. Amma məsələ bununla bitmir. İş burasındadır ki, misal çəkdiyimiz dövrlə muqayisədə informasiyanın kəmiyyət yüz (bəlkə də min) dəfələrlə çoxalıb.
Böyük informasiya, hər şeydən əvvəl, böyük mədəniyyət deməkdir. Həmin mədəniyyətin daşıyıcıları olan insanlar öz tarixi təcrubəsindən çıxış edərək «zaman evi»nin divarlarına öz fakir «kərpiclərini» hörməkdədirlər. Axı, mədəniyyət həm də nəsillərin varisliyi deməkdir; bu müstəvidə heç nə «özbaşına» və birdən-birə meydana gəlmir. Burada dunən - bu gün - sabah formulu var. Mədəniyyət - elə bir fenomenal hadisədir ki, burada insan əməli ilə insan əxlaqı bir-biri ilə çulğaşır, qırılmaz əlaqədə olur.
Dünyanın müxtəlif qütblərinə səpələnmiş xalqlar və o xalqlara mənsub olan fərdlər bir çox hallarda özlərindən belə asılı olmayaraq eyni prosesin iştirakçılarına çevrilirlər. Mahiyyət etibarilə bu hadisənin məğzini dərk etmək elə də çətin məsələ deyildir: müasir texniki - kommunikasiya vasitələri adamların az qala hamısının «eyni məkanda” fəaliyyət göstərməsi üçün obyektiv zəmin yaratmışdır. Amma hadisələr heç də həmişə bu qaydada “cərəyan etməmişdir”. Yəni indiki halda söhbət keçmiş dövrdən gedir- elə bir vaxtdan ki, müxtəlif qütblərdə yaşayan insanların bir-biri ilə mütəmadi, intensiv, birbaşa informativ əlaqəsi qeyri-mümkün idi. Və həmin dövrlərdə mədəniyyətlər arasında mövcud olan əlaqələr istər-istəməz bu gunun özundə belə, bizdə heyrət doğurur. Bu baxımdan görkəmli Horveç tədqiqatçısı Tur Heyerdalın ortaya qoyduğu elmi nəticələr diqqəti çəkir: sən demə, qədim insanların yaratdığı mədəniyyət nümunələri, onların mənsub olduqları qəbilə və məkandan asılı olmayaraq, eyni bir ideya və zəmin uzərində pərvəriş tapmışdır. Doğrudur, Heyerdal özü bir çox hallarda bu «eyniliyin» kökünü «böyük köçdə» axtarmalı olmuşdur. Amma bizcə, məsələnin maraq doğuran tərəfi alimin irəli sürdüyu ideyada yox, ortaya qoyduğu nəticədədir.
Qloballaşma təkcə iqtisadi-sosial-siyasi proseslərə yox, insanların butun mənəvi-mədəni aləminə nüfuz etməkdədir. Yeni yaranan, formalaşmaqda olan fenomenal təpkilər köhnələrin üstündən xətt çəkir. Bu cəhətdən dillər də istisnalıq təşkil etmir.
Hal-hazırda dünyada iki min beş yuz (2500) dil mövcuddur. Lakin bu dillərin gələcək yaşarılığı elə bu gün təhlukə altındadır. Məlum olduğu kimi, artıq qədim yunan dili, aramey, latın, sanskrit, assuriya, qədim fars, ket və s. dillər «ölü» dillər «pantionuna» keçib. Xatırlatmaq lazımdır ki, həmin dillərin bir çoxu heç də uzaq keçmişdə «dəfn» olunmayıb. Məsələn, mayya dilinin sıradan çıxdığı vaxtdan o qədər də çox muddət keçməyib, cəmi beş yüz əvvəl bu, canlı danışıq dili idi.
Dillərin get-gedə tarix və mədəniyyət səhnəsindən çıxması indi də muşahidə olunur. Elə qonşu Rusiya və Ukrayna ərazisində yaşayan bir çox turkdilli xalqların nümayəndələri də bir təhlukə ilə üzləşiblər. Məsələn, hazırda Krımda cəmi 600 adam karaim dilində danışır.
Məlum olduğu kimi, BMT-də əsas altı işlək dil seçilib: ingilis, fransız, ərəb, rus, ispan, çin. Bəs digər dillərin taleyi necə olmalıdır? (Bu «seçilmiş» dillərin öz arasında da rəqabət gedir). Qeyd etmək lazımdır ki, hazırda internetin həyatımıza tətbiqi dillərin inkişaf və tənəzzulunə də təsir gostərir. Əslində elə «internet dilləri» də «seçilmiş» dillərdən təşkil edilib.
Bu gun qloballaşmanın mədəniyyət(lər)ə təsiri barədə danışarkən cəmiyyətin bətnində gedən müxtəlif dishormoniya və konsentrasiya proseslərindən yan keçmək mumkun deyildir. Artıq mövcud olan faktlar dünyadakı milli-mənəvi dəyərlərin «ortaq məxrəcə» gəldiyini təsdiq etməkdədir. İndi heç kəsin (fərdi və ictimai anlamda) yaratdığı təkcə onun özünə aid deyildir. İndi «mən» və «biz» eyniləşib, biri digərinin ekvivalentinə çevrilib. İndi mən > biz (və yaxud mən < biz, habelə mən + biz) formulu yeni duzəndə təqdim olunmaqdadır; bu formul indi mən = biz şəklində təqdim oluna bilər.
İnternetin həyatımıza nüfuzu bizə əvvəllər məlum olmayan yeni «gerçəklik» formaları gətirməkdədir. Bu gerçəkliyin adı «virtuallıqdır». Virtual gerçəklik, reallığı irreal fenomen kimi təqdim etməkdədir. Biz istəsək də, istəməsək də yeni «gerçəklik düsturunu» qəbul etməli, onun mövcudluğu ilə razılaşmalıyıq.
Yeni yaranan proseslər mədəniyyət(lər)in yeni qatlarının formalaşması, hətta, uzə çıxması prosesi ilə sonuclanır.








QLOBALLAŞMA: SEVİNCDƏN DOĞAN QORXU

Bu, bir hәqiqətdir ki, mədəniyyət(lər)də qloballaşma mədəniyyət(lər)in inteqrasiyası prosesindən keçir. Bəs mövcud inteqrasiyada dominantlıq «tərəzisi» hansı tərəfə daha çox «əyilməlidir»? Söhbət, (indiki halda), məsələn: kiçik və böyuk xalqların mədəni-ədəbi sintezindən, qovuşmasından gedir. Söhbət kiçik xalqların mədəniyyətinin əriyib yox ola bilməsi təhlükəsindən gedir. Söhbət əsrlər boyu yaranıb inkişaf edən maddi və mənəvi mədəniyyət abidələrinin - lokal «kültür» adalarının, nəhəng sivilizasiya «okeanında» itib-batmaq qorxusundan gedir. Bu, qorxunun özu də «qlobal» mahiyyət daşıyır və həmin qorxu hissi artıq «nəzəri» paralelləri addımlayaraq praktik sahələrə nüfuz etməkdədir. İndi həmin «qorxu» bədii yaradıcılığın bir çox sahələrində də özünü büruzə verməkdədir. Rəssamlıq, heykəltəraşlıq, musiqi, nəsr, poeziya, səhnə və ekran əsərləri nümunələrində bu cür «xof»un doğurduğu assosiativ duyuma aid çoxlu misallar gətirmək mümkündür.
Əslində yeni sivilizasiya «xof»unun kökü dərinliklərə - ən azı iyirminci əsrin ortalarına gedib çıxır. İlk dəfə Avropada çalınan «haray zənginin», «həyəcan təbilinin» səsi tezliklə bütün dünyada əks-səda vermişdir. Elə həmin vaxtdan bəri əks qütblər - qlobalistlər və antiqlobalistlər arasında kəskin fikir ayrılığı yaranmışdır. Amma hələ öz-özlüyündə mövcud olan ideya - «fikir» heç nəyi həll etmir. Fakt budur ki, «praktik» qloballaşma bəşər həyatının az qala bütün sahələrində öz hökmünü diktə etməkdədir.
Nə yazıqlar ki, qloballaşan dünyanın fonunda bəzən kiçik dövlətlər böyük dövlətlərin pltsdarmına çevrilir. Bu sınaq meydanında təkcə hərbi-teniki sənayenin döyüş maşınları deyil, mənəviyyat atributları da olum ya ölüm dilemması qarşısında qalır.
Nə yazıqlar ki, torpaqlarla yanaşı, insan mənəviyyatı da “zərərli tullantıların” “hücumuna” məruz qalır. Belə ki, bir sıra iri dövlətlərın istehsala buraxdığı “qorxulu” filmlər insanın daxili aləmini aşındırır. Bu cür zərərli “mənəvi tullantılar” bütöv nəsillərin həyatından izsiz ötüb keçmir.
Dünyada qarşısıalınmaz bir proses gedir.
Bir yandan qloballaşan dünya, digər tərəfdən “kiçilir”.
“Kiçik” dünyanın böyük problemləri insanı və insanlığı Hamlet sualı qarşısında qoymuşdur: olum ya ölüm? Sual budur, bu. Amma əsas məsələ heç də bu sualın özü, daha doğrusu, onun qoyuluş tərzi yox, ona cavab tapmaqdadır.
Bizə elə gəlir ki, qloballaşmanın dönməz, qarşısıalınmaz bir prosesə çevrildiyi bu dünyada insan üzləşdiyi qlobal problemlərin məngənəsindən öz tarixi təcrübə və yaddaşına arxalanaraq azad ola biləcəkdir.
İndi mədəniyyət anlayışının özü belə, az qala mahiyyəti etibarilə qloballaşmanın ekvivalentinə çeverilməkdədir. Başqa sözlə ifadə etməyə çalışsaq, qloballaşmada mədəniyyət amili, mədəniyyətdə isə qloballaşma amili güclənir.































TARİXİN VƏ ZAMANIN “DURNA YOLU”

Dеyirəm bir аzcа imkаnın оlа,
Bаşını götürüb çıхаsаn yоlа.

Bu bəd əməlləri, sахtа üzləri,
Şişmаn qаrınlаrı görməmək üçün
Zülmət gеcələri, bоz gündüzləri
Dəf еdib, göylərə uçаsаn bir gün.

Yеrin оrbitindən çıхıb, sоnrа dа
Rаhаt yеr sеçəsən göydə özünə.
Kеfin lаp kök оlа, həttа, аrаdа
Оrdаn tüpürəsən bu yеr üzünə.

…Biz söhbətimizin əvvəlində insanlığın (əlbəttə, bu keyfiyyət daha çox dahilərə- öndərlərə aiddir) “dünyanı kiçiltmək”, ixtiyari mənzilə tez çatmaq üçün axtardığı “kəsə yol” haqqında söhbət açmışdıq. Əgər xatırlayırsınızsa orada belə bir cümlə də vardı: “Kəsə yol üçünsə həmişə öndə gedən cəsurlara, qəhrəmanlara ehtiyac duyulub. Dəstəsini, qatarını öz arxasınca çəkib gedən durnada belə, bu cür “qorxmazlıq”, “öndərlik” hissi olmamış deyil, o ki ola insan övladı”. Əslində bu “durna yolu” tarixin düz içindən keçir. Bu, həm də elmin və insanlığın keçdiyi məşəqqətli bir yoldur. Nəzəri biologiya artıq çoxdan sübut etmişdir ki, sonra uçan hər bir durna, öndə uçan durnanın uçuş dalğasından yaranan ən az müqavimət zonasında, əgər obrazlı deməyə çalışsaq, “azad zonada” uçur. Yəni yaranan müqaviməti həmişə köçün önündə uçan durna qırır və ya zəiflədir. Bu, təbiətdə də belədir, cəmiyyətdə də. Elə qloballaşma da, gətirdiyi bütün problemlərə (və bəlalara) baxmayaraq, elmin kütləviləşdirdiyi bir prosesə çevrilməkdədir. Burada da yaxşı mənada öndə gedən fərdlər, şəxsiyyətlər vardır. Amma nə yazıqlar ki, ayrı-ayrı şəxsiyyətlərin, alimlərin dünyaya bəxş etdiyi dəyərlərdən bəzən cahillər daha gen-bol bəhrələnir.
Qloballaşma bəşəriyyətin seçdiyi bir yoldur. Bu, heç də ən uğurlu yol deyildir. Bu, yönü və istiqaməti tam müəyyən edilməmiş, stixiya ilə müşaiyət olunan əzablı bir yoldur. Amma hələlik onun daha optimal alternativi yoxdur. Yadımıza demokratiya haqqında deyilən fikirlər düşür: “Demokratiya ən əlverişli yol deyil; amma bəşəriyyət hələlik ondan yaxşısını kəşf etməyib”.
Dünya qloballaşır.
Qloballaşan dünyanın özü “kiçilir”, problemləri böyüyür.
Bəs insan necə?

















QLOBALLAŞMA VƏ MƏDƏNİYYƏT
(mündəricat)
PRELYÜDİYA...........................................................................................................s.3
ƏVVƏLCƏ SİVİLİZASİYALAR HAQQINDA BİR NEÇƏ SÖZ........................s.
RAKURS: ÜFİQİ VƏ ŞAQULİ QLABALLAŞMA................................................s.
QLOBALLAŞMANIN “RADİUSU”........................................................................s.
XAOSDA NİZAM.......................................................................................................s.
İNSANIN ZAMANI. ZAMANIN İNSANI...............................................................s.
SEÇƏNLƏRİN VƏ SEÇİLƏNLƏRİN TARİXİ.......................................................s.
BİR DAHA QƏRB VƏ ŞƏRQ HAQQINDA.............................................................s.
QLOBALLAŞMA: ƏVVƏLİN SONU VƏ SONUN ƏVVƏLİ.................................s.
HEGEL VƏ ÇAĞDAŞ DÜNYADÜZÜMÜ
(Şərq və Qərb papradiqması müstəvisində).................................................................s..
GƏLƏCƏYƏ EPİTAFİYA.........................................................................................s.
QLOBALLAŞMA: SEVİNCDƏN DOĞAN QORXU...............................................s.
TARİXİN VƏ ZAMANIN “DURNA YOLU”............................................................s.








































İstifadə olunmuş ədəbiyyat:

Rusca:

Аббасов А.Ф. Философия социально- политического оптимума. Баку, 2000.
Аббасов А. Проблемы истории, теории и методологии познания. Баку, 2001.
Ауербах Ф. Эктропизм или физическая теория жизни. Спб., 1911.
Аристотель. Сочинения в четырех томах, т. 1. Метафизика. М., 1975, с. 255.
Бергсон Ф. Творческая эволюция. Материя и память. Минск, 1999.
Бердяев Н.А. Судьба России. М., 1990.
Бек У.Что такое глобализациия. М., 2001.
Бжезинский З. Великая шахматная доска. М., 2002.
Гаджиев Р.С. Проблема смысла жизни. Ваку, 2007.
Гегель Г. Смысль истории. М. Мысль, 1990.
Заде Л.А. Понятие лингвистической переменной и его применеия к принятию приблеженных решений. М., 1976.
Кант И. К вечному миру. М., АМФ. 1971.
Мамед-заде И. Р. Введение в этику. Б., 2004.
Ортега-и- Гассет. Что такое философия? М., 1991.
Поппер К. Открытое обшество и его враги. М.,1996.
Сорокин П. А. Главние тенденции нашего времени. М., Наука, 1997.
Сорос Дж. О глобализации. М., 2004.
Фукуяма Ф. Конец истории? // Вопросы философии, 1990, № 3.
Хайдеггер М. Бытие и время. Харьков. «Фолио», 2008.
Ясперс Л. Истоки истории и ее цель. М., 1994.




Azərbaycanca:

Allahyarova T. B. Sinergetika-1. Sinergetik ontologiya. Bakı, Elm, 2005.
Qurbanov F. Sinergetika. Xaosun astanasında. Bakı, 2004.
Hüseynli N.Z. Təfəkkürün anlayış- kateqorial aparatı: qnoseologiya və metodoloji təhlil. Bakı, “Diplomat”, 2003.
İsmayılov D. Azərbaycanın transformasiya prosesində ideologiyalar: konservatizm, liberalizm, sosial-demokratiya. Bakı, 2005.
Mehdiyev R. Ə. XX1 əsrdə milli dövlətçilik. Bakı,2003.
Mustafa F. Sərhədsiz dünya, Bakı, 1999.
Rüstəmova A. Sosial linqvistikanın fəlsəfi problemləri. Bakı, 2005.
Rüstəmov Y. Şərq-Qərb: sivilizasiyaların dialoqu qaçılmazdır. Bakı, 2004.
Qarayev Y. Azərbaycan ədəbiyyatı: X1X və XX yüzillər. Bakı,2002.
Xəlilov S. Şərq-Qərb. Ümumbəşəri ideala doğru. Bakı. 2004.































Firuz MUSTAFAnın

ƏSƏRLƏRI

Еlмi əsərləri:

«Мənəvi тələbатın inкişаf diаlектiкаsı» (“Elm” nəşrиyyatı, 1985)
«Yеnidənqurма və dемокrатiyа şərаiтində тələbə və şаgirdlərin hüquqi və мənəvi
тərbiyəsinin fоrмаlаşмаsı» (“APİ-nin nəşriyyatı”, 1987)
«Sərhədsiz dünyа» (“Diplomat” nəşriyyatı, 1999)
«Мədəniyyəт və fəlsəfə» (“Araz” nəşriyyatı, 2005)
“Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)


Bədii əsərləri:

«Göyəм коllаrı» (“Gənclik” nəşriyyatı, 1985)
«Dünyаnın rəngi» (“Gənclik” nəşriyyatı, 1989)
«Кəhrəbа» (“Elm fondu”nun nəşri, 1997)
«Bəhruz-Vəт ənə siпər оgul» (“Azərbaycan” nəş., 1997)
«Çəhrаyı тunеl» (“Şur” nəşriyyatı, 1999)
«Театr меydаnı» (“Çaşıoğlu”, 2001)
«Аdsız» (“Adiloğlu” nəşriyyatı, 2001
«Sifəт» (“Araz” nəşriyyatı, 2002)
«Buz üsтə səтirlər» (“Araz” nəşriyyatı, 2003)
«Комеdiyаlаr» (“Araz” nəşriyyatı, 2004)
«Qаrа qutu» (“Araz” nəşriyyatı, 2006)
“Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006)
“Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
“...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
“13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
“Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
“Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
“Qapı” (“Araz” nəşriyyatı, 2009)
“Dəniz köçü” (7 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
“Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
“At günü” (“MBM” nəşriyyatı, 2009)
“Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
“Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
“Sklerozlar üçün yaddaş” (“Araz” nəşriyyatı, 2011)
və s.


Rusca kitabları:

«Мир без граnиц» (“Dиplomat” nəşриyyatı, 1999)
«Морское кочевье» (“Aрaз” nəşриyyatı, 2008, 164 с.)
«Пьесы» (“Nuрlan” nəşриyyatı, 2008, 560 с.)
«…Дверь» (“Nuрlan” nəşриyyatı, 2008, 384 с. )
«Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşриyyatı , 2011, 120 с.)
«Манекен» (“MBM” nəşриyyatı nəşriyyatı, 2009)
«День лошади» (“MBM” nəşриyyatı nəşriyyatı, 2009)
«Подвал на крыше» (“MBM” nəşриyyatı nəşriyyatı, 2011)

İngiliscə kitabları:

“A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
“The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)

Tərcüмə:
«Putin. Birinci şəxsdən». (“Diplomat” nəşриyyatı 2000)

Тамаşаyа qоyulаn əsərləri(pyеsləri):

“Аğıllı Аdам” - Аzərbаycаn Dövləт Gənclər Театrı (1997)
“Qəfəs” - Аzərbаycаn Dövləт Gənclər Театrı
“Таbuт” - Аzərbаycаn Dövləт Gənclər Театrı (2002)
“Vidа маrşı” - Аzərbаycаn Dövləт Gənclər Театrı (09.05. 2004)
“Qаrа qutu” - Аzərbаycаn Dövləт Gənclər Театrı (08.06. 2008)
“Su pərisi” - Аzərbаycаn Dövləт Gənclər Театrı (11. 11. 2008)
“Мüqəvvа” - Nахcıvаn Dövləт Мusiqili Комеdiyа Театrı
“Аğıllı Аdам” - Şuşа Dövləт Мusiqili Комеdiyа Театrı (2000)
“Мusiqili мəктublа”- Şuşа Dövləт Мusiqili Комеdiyа Театrı
“Ilьıм”- Lənкərаn Dövləт Drам Театrı (25. 09. 2002)
“Sеvмəsən ölərəм”- Аğdам Dövləт Drам Театrı (20.11. 2002)
“Мüqəvvа”- «Yuğ» Dövləт Театrı”
«Мüqəvvа»- Tədris Teatrı
“Musiqili məktublar”- Tədris Teatrı
“Ifriтə”- Tədris Teatrı
“Əqrəb bürcü”- Tədris Teatrı (2004)
”Аyı тəbəssüмü”- Füzuli Dövləт Drам Театrı
“Dəhliz” - Мingəçеvir Dövləт Drам Театrı (26. 09.2003)
“Adsız”- Мingəçеvir Dövləт Drам Театrı (2007)
“Vida marşı”- Мingəçеvir Dövləт Drам Театrı (10. 04. 2008)
“Sənə sözüм vаr”- Qаzах Dövləт Drам Театrı
“Qаrışqа тələsi “- Qаzах Dövləт Drам Театrı (15. 12. 2006)
“Neytral zona” - Qаzах Dövləт Drам Театrı (16. 04. 2011)
“Аdsız”- Irəvаn Dövləт Drам Театrı
“Əqrəb bürcü”- Suмqаyıт Dövləт Drам Театrı
“Tələ” - Suмqаyıт Dövləт Drам Театrı (2010)
“Тıхаc”- Gəncə Dövləт Nizамi Поеziyа Театrı (03.05. 2005)
“Аdsız”- Gənc Тамаşаçılаr Театrı (26. 02. 2007)
”Аyı тəbəssüмü”- Qusar Ləzgi Dövlət Dram teatrı (2010)
“Vidа маrşı” - Gəncə Dövləт Drам Театrı (19.04. 2011)
və s.










Qloballaşma...
Qlaballaşan dünya...
Yəqin ki, günümüzün elmi dövriyyəsində, daha dəqiq desək, terminologiyasında, ən çox işlənən ifadə və sözlər elə bunlardır. Qloballaşmanın mahiyyətində və hərfi mənasında bir “böyük” və “nəhəng” anlamı dayanır. Amma əslində bu “böyüklük” özündə bir “kiçiklik” və ya “kiçilməni” də ehtiva edir. Yəni bir yandan “böyüyən” dünya, digər tərəfdən həm də tədricən “kiçilir”. İndi dünya az qala “ovcumuzun içində” yerləşir...
Yazıçı-filosof Firuz Mustafanın yeni kitabında qloballaşma və mədəniyyət fenomenləri arasınadkı qarşılıqlı mürəkkəb əlaqənın bir sıra nüansları sosioloji və fəlsəfi aspetdə araşdırılır. Müəllif konkret paradiqma və parametrlər müstəvisində tədqiqata cəlb etdiyi problem haqqında heç də son söz demək iddiasında deyildir.
(Yeri gəlmişkən xatırladaq ki, kitab bütöv halda, oxuculara ilk dəfə “Mərkəz” qəzetində təqdim edilmişdir).
Biz əminik ki, gələcəkdə haqqına söhbət açılan problemdən dolayısı daha maraqlı və diqqətəlayiq əsərlər meydana gələcəkdir.







33 dəfə oxundu

Axtarış