QUCAĞINI GENİŞ AÇ... ( Gizir Pəncəli Teymurova həsr olunur.)
Müəllif: Zaur USTAC


2017-12-15 13:34:27


QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)

Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat gəlirəm indi….

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna….
Sıra ilə gəlirik, yer ver girək qoynuna….
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
Oğulun adı üstə, qurban gedər torpağa!!!
12.04.2016. Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN...

20 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
6 months ago

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN... AMİN...


Axtarış