Qurban olum, ayrılmayaq belə biz...- Əjdər Əlizadə
Müəllif: YAZARLAR.AZ


13.03.2021


Qurban olum, ayrılmayaq belə biz...
(4+4+3 bölgüsü ilə)
Gəl səninlə dönək ötən anlara,
Eşqimizi bəyan edək elə biz.
Açıq gözlə bir qovuşaq danlara,
Birgə coşaq, bənzər olaq selə biz...
* * *
Seyr edərdik gül-çiçəkli dağları,
Cüt gəzərdik bağçaları, bağları.
O mənalı, o duyğulu çağları,
Axı nədən gətirməyək dilə biz...
* * *
Çılğın sevgi hiss edirəm sözündə,
Gözüm qalıb o can alan gözündə.
İnsaflı ol, bir yada sal özün də,
O günləri necə verək yelə biz?..
* * *
Heç sormadın, bu Əjdərin dərdi nə,
Paxıllarım yollarıma sərdi nə?..
Razı olma, xeyir susa, şər dinə,
Qurban olum, ayrılmayaq belə biz...
13.03.2021.
Müəllif: Əjdər Əlizadə

2 dəfə oxundu

Axtarış