RAHİM ÜÇOĞLANLI RZAYEV - BİR ŞEİR
Müəllif: YAZARLAR.AZ


02.06.2021


KÖNLÜMDƏ EL BOYDA XALIM VAR MƏNİM
Qara bulud, başım üstdən çəkil get,
Gün dəysin yetişim,kalım, var mənim.
Qaranlıq dalana düşüb qalmışam,
Hələ gedilməmiş yolum, var mənim.

Məndə bir buludam,sanma suyum yox,
Boşuna səpmərəm çün ki gözüm tox.
Sən yağma, özümün ehtiyyatım çox,
Nə qədər leysanım, dolum, var mənim.

Rahiməm, saçıma həsrət salıb dən,
Dağımı sis duman, dərəm alıb çən.
Vətəndə, vətənsiz yaşayıram mən,
Könlümdə el boyda xalım, var mənim.

Müəllif Rahim Üçoğlanlı

YAZARLAR.AZ

5 dəfə oxundu

Axtarış