Rüşvət xəstəliyi
Müəllif: Ceyhun Fikrət


13.02.2021


Uşaqlıq illərindən ətrafımdakı insanların həyatına biganə qala bilməmişəm. Hər zaman haqqımı müdafiə etsəm də çox haqqsızlıqla qarşılaşmışam. Bəzən öz haqqını müdafıə etməyərək hər yerdə rüşvət verən şəxsləri də qınamışam. Amma cəmiyyət belədir, biz cəmiyyəti düzəldə bilmərik, ifadələri ətrafımda çox səslənib. Bəziləri də deyirlər ki,guya pul verməsən sənin heç bir işin düzəlməz. Görünür insanlar özləri də bilmədən və yaxud bilərək (təbii ki məcburiyyət qarşısında pul verən şəxslər istisnadır) cəmiyyəti rüşvətə yönləndirirlər. Bu yaxınlarda dostlarımızdan birinin əhvalını pərişan görəndə nə olduğunu soruşdum və cavabında öyrəndim ki, xanımı hamilə olduğu üçün həkim tərəfindən xəstəxana ilə bağlı 400 manata yaxın pul lazımdır. Həmin dostuma niyə şikayət etmirsən? Axı sən kasıb adamsan niyə görə boğazından kəsib kimlərəsə pul ödəyəsən deyəndə dostum bəlkə də haqqlı və yaxud haqqsız olaraq mənə dedi ki, istəmirəm övladımla bərabər həyat yoldaşımı itirim. Görünür cəmiyyətdə olan pis fikirlər, o qədər aktuallaşıb ki, yəni pulun var ver, yoxdu öl prinsipi insanların yaxşı fikirlərini aradan aparıb. Deməli cəmiyyətin qorxunc bəlasına çevrilən bu fikirlər insanlar tərəfindən belə ifadə olunur ki, a kişi pulunu ver canını qurtar, yoxsa get-gələ salacaqlar səni, ara yerdə günündə gedəcək və əsəblərində xarab olacaq. Sonradan dostumla görüşəndə onun övladının anadan olmasını esitdim. Amma çox təəsüf hissi keçirdim ki, rüşvət verilərək doğulan uşağın çox güman ki, gələcək işləri də rüşvətlə həyata keçriləcək. Bağçaya gedəndə rüşvət, məktəbə gedəndə rüşvət və.s həyatı belə davam edəcək. Bəlkə də o təzə doğulan körpədə haqqı sevən şəxslər kimi haqqı müdafiə edəcək, bunu yəqin ki, zaman göstərəcək. Bəs bizim milli-mənəvi dəyərlərimiz haralarda qaldı? Keçmişdə bir qadının sancıları olanda qonşular,qohumlar həmin evə toplaşıb, hamilə qadına dəsdək olardılar kömək edərdilər. Amma indi isə hətta qonşumuzun kim olması bizi heç maraqlandırmırda. Xarici filmlər, Avropadan gələn yad elli düşüncələr fikirlərimizi alt-üst etdi. Əvvələr çörəyin ətrini neçə metr məsafədən hiss edərdik. Amma çörəyimizə necə haram qatdılarsa çörəyimizin rəngini dəyişdilər. Lakin hər çətinliyə sinə gəlib özümüzə, milli- mənəvi dəyərlərimizə qayıtsaq və özümüz olsaq o zaman cəmiyyətimizdə islah olar.

5 dəfə oxundu

Axtarış