SADIQ QARAYEV DÜŞÜNÜR Kİ…
Müəllif: Yazarlar.AZ


25.04.2019


Xalqın və dövlətin təkamül mühərriki
Son zamanlar məni bir məsələ düşündürür: Niyə biz bəzi inkişaf etmiş xalqlardan bir çox sahələrdə geri qalırıq? Müəyyən təhlilərdən sonra belə bir nəticəyə gəlirəm ki, problemlərin, aktuallığına görə vacib məsələlərin sıralanmasında, dərk olunmasında, həlli yollarının düzgün seçilməsində və həyata keçirilməsində nöqsanlarımız vardır. Bu nöqsanların kökündə nə durur? Müdiriklik, hikmət və fəzilət. Böyük alim Nəsrəddin Tusi “Əxlaq Nasir” kitabında dövrünün elmi biliklərinə, Quran həqiqətlərinə, Şərq və Yunan fəlsəfəsinə əsaslanaraq apardığı təhlillər nəticəsində belə yekun qənatə gəlir ki, müdiriklik, hikmət və fəzilət odur ki, mövcud variantlar içərisində ən doğrunu seçib düşünəsən, ən ideal formada həyata keçirmək yolunu tapasan və mükəmməl əməli həyata keçirəsən. Yəni, müdiriklik, hikmət və fəzilət = doğru düşüncə seçimi, ideal metod və müəkəmməl əməli fəaliyyət.
Sual yaranır, müdiriklik, hikmət və fəzilətin kökündə nələr dayanır? Bax bu sualın cavabı, bir şəxsi və ya bütöv bir xalqı təkamülə aparcaq əsas hərəkətverici qüvvələrdir.
Xalq ona mənsub olan ayrı-ayrı fərdlərin çoxluğu deməkdir. Yəni, hər bir fərdin ümumi mahiyyəti, yekunda xalqın mahiyyətini formalşadırır. Başqa cür desək, fərdlərin mahiyyətlərinin ortaq məxrəci xalqın mahiyyətini müəyyən edir. Demək, fərdlərin mahiyyətinin, o cümlədən də müdiriklik, hikmət və fəzilətinin kökündə dayanan amillər, onların göstəriciləri yekunda xalqın xüsusiyyətlərini müəyyənləşdirir. Odir ki, bir şəxsin və ya müəyyən peşə sahiblərinin doğru düşüncə seçimi, ideal metod və müəkəmməl əməli fəaliyyətinin asılı olduğu amilləri bilsək, yekunda onun quruluş vahidi olduğu xalq haqqında da fikir söyləyə bilərik.
Beləliklə, suallara ayrlıqda baxaq: Mövcud düşüncələr çoxluğu içərisində ən doğru variantı seçmək üçün nələr lazımdır? Məsələn, təhsil və ya səhiyyə sitemində problemləri aradan qaldırmaq, yeni inkişaf mərhələsinə başlamaq üçün müxtəlif çoxlu variantlar içində ən yaxşı hansını seçmək, hansı problemlərin həllindən başlamaq effektli olar? Eyni vəziyyətdə, eyni şərtlərdə bu sahə ilə məşğul olan müxtəlif xalqların, deyək ki, azərbaycanlı, alman və ərəblərdən ibarət qurupların ideya, düşüncə seçimi necə olar, bir-birindən nə ilə fərqlənər? Bu fərqlənmənin əsasında nə dayanar? Zənnimizcə, doğru düşüncə əmsalındakı fərqlər xalqlaarın nümayəndələrinin malik olduqlura biliklər sistemindən, bu biliklər əsasında idrak etmək və mühakimə yürütmək amillərindən asılı olcaq. Nəticə: Doğru düşüncə= bilik+idrak+mühakimə. Hansı xalqı təmsil edən qurup daha bilikli, tez qavrayan və doğru mühakimə yürüdəcəksə daha doğru düşüncə, ideya ortaya qoyacaqdır.
Eyni misal üzərində ikinci suala cavab axtaraq. Doğru düşüncəni, ideyanı tapdıq- tutaq ki, inkişafa nail olmaq üçün səhiyyədə və təhsildə kadr islahatları, dərsliklərin yenidən yazılmasına və s. başlamaq lazımdır. Bu işin ən effektli yolları, metodları nədir? Yenə də, har xalqın nümayəndələri fərqli metodlar irəli sürəcək. Burada fərq əmsalı bü sahələr üzrə həmin xalqların yaratdıqları elmi məktəblərdən, milli ənənələrdən və təbii ki, yenə də bilik, idrak və mühakimədən asılı olcaqdır. Nəticə: İdeal metod=elmi məktəb+ənənə+doğru düşüncə.
Tutaq ki, ən ideal metodu da tapdıq, məslən kadr islahatında yerlibazlığa, qohumbazlığa və s. deyil, peşəkarlığa, vətənsevərliyə, yeni dəsrlikərdə isə doğru tenderlərə və ya digər xalqların təcrübələrinə əsas prinsip kimi götürək. Üçüncü sual yaranır, hansı xalqın nümayəndələri müəkəmməl əməli fəaliyyət göstərəcək? Fəaliyyətin nəticəsindəki fərqlər nədən asılı olacaq? Milli- mənəvi dəyərlərdən, peşə vicdanı və vərdişlərindən, əməli fəaliyyət bacarığı sistemindən. Və təbii ki, yenə də bilik, idrak və mahakimədən. Nəticə: Mükəmməl əməli fəaliyyət= Milli-mənəvi dəyərlər+ peşə vicdanı və vərdişlər+ əməli fəaliyyət bacarığı+ doğru düşüncə.
Beləliklə eyni problemə, aktual məsələyə ayr-ayrı şəxslərin, qurupların və xalqların münasibəti- döğru düşüncəni, ideyanı tapmaq, ideal həyata keçirmək metodunu tətbiq etmək və mükəmməl əməli fəaliyyət ortaya qoymağı fərqli olcaqdır. Yekunda, xalqların inkişafını, təkamülünü- müdiriklik, hikmət və fəzilət= 3(bilik+idrak+mühakimə) + elmi məktəb+ənənə+milli-mənəvi dəyərlər + peşə vicdanı və vərdişlər+ əməli fəaliyyət bacarığı düsturu müəyyənləşdirəcəkdir. Göründüyü kimi bu formulda bilik, idrak və mühakimə 3 qat əhəmiyyətlidir. Yəni, bir xalq digərindən bilik+idrak+mühakimənin cəminə görə 5 dəfə öndədirsə, demək müdiriklik, hikmət və fəzilətdə- beləliklə təkamüldə 15 dəfə irəlidə olcaqdır. Qarşıya qoyulan problemlərin, aktual məsllərin həllinin nəticəsində-təhsilində, səhiyyəsində 15 dəfə irəlidə olcaqdır.
Xalqların müxtəlif parametrlər üzrə formalaşmasında təbii mühit amilləri həllədici rol oynayır. Yəni, sibirdə soyuqdan gizlənməyə çalışan, maral əti yeyib, xəz kürk geyinən insanla, afrikda banan yeyib, istidən qaçmağa çalışan və yarımçılpaq gəzən insanın fizionomiyası, xarici görkəmi eyni olmadığı kimi, əqli, xarakterik və s. xüsusiyyətləri də fərqli olacaqdır. Şükür ALLAHA ki, Azərbycan təbiəti ecazkar, zangin və tarixən insanlarını müxtəlif parametrər üzrə mükəmməl formalaşdırmaq potensialına malikdir. Hər xalqın Nəsrəddin Tusisi, Nizamisi, Füzulisi, Bəhmənyarı, Nəsimisi, Cavidi, Yusif Məmmədəliyvi, Lütfi Zadəsi- bu siyahını xeyli uzada bilərik- yoxdur. Dahilərimiz xalqımızın idraklı və mühakiməli olduğunun gəstəriciləridir. Yəni, xalqımızın milli genefondunun idrak və mühakimə baxımından reaksiya norması genişdir. Məsələn, doqquzdonu nə qədər suvarsan, becərsən, Çinar kimi uca olması onun genində yoxdur. Bu mənda, Azərbycan xalqının ucalmaq, təkamül etmək üçün idrak və mühakimə potenisalı genində varıdr.
Azərbaycan xalqının tarixən elmi, fəlsəfi və fikir dəyərləri sistemi olub. Sevindiricidr ki, bu sitem porsiyalara olsa da, yəni arada qırılsa da, yenidən əmələ gəlib, əvvəlkinin ardı olub. Bir zəncir kimi bir-birinə bağlı, qırılmazdır. Xalqlar fikir adamlarını yetişdirir, fikir adamları xalqları yeni təkamül müstəvisinə qalıdırır. Bu proses dalğavaridir. Məsələn, Böyük Fransa inqilabını dövrünün fikir adamları yetişdirdi. Keçən əsrin əvvələrində Azərbaycan Demokratik Respublikası da fikir adamlarımızın doğru düşüncə məhsulu kimi ortya çıxmışıdır.
Bu da həqiqətdir ki, doğru düşüncə, yeni fikir cəmiyyətdə həmişə xoş qarşılanmamışdır. Məhəmməd peyğəmbərə nə qədər zülm etmişlər, İsa peyğəmbəri çarmıxa çəkmişlər, Cordono Burunonu, Yan Qusu buna görə yandırmışlar, Nəsiminin dərisini soymuşalr.. İnsanın geni necə ki, digər xüsusiyyətləri- fizionomiyasını, xarakterini, idrak diapozonunu stabil saxlamağa meyilli, dinamikliyə qarşıdırsa, eləcə də dünyagörüşün, inancın, adətlərin də dinamik dəyişkənliyinə qarşıdır. Yəni insan inancını, qəbul etdiyi fikiri tez dəyişməyə meyilli deyil. Bu təbiidir. Genlər tez dəyişsəydi bir-iki nəsil sonra insan mahiyyəti dəyişərdi. Baxmayraq ki, insanla meymun 6 milyon ilə qədərdir ki, növ kimi ayrılıb, hələ də xromosom sistemlərində 95 %-dən çox oxşarlıq vardır. Eləcə də insan hər fikiri, inancı, düşncə sistemini, ideyanı qəbul edib, köhnəni tərk etsəydi, bir gün müsəlman, sabah xristian o biri gün başqa dindən olardı, birsi gün özünü başqa millətə mənsub hiss edərdi. Müxtəlif dəyişiklikləri, yeniliyi qəbul etməmənin fundamental bir səbəbi də vardır ki, dəyişkənliklər çox vaxt təkamülə deyil tənəzzülə aparır. Məsələn, tibbdə məlumdur ki, xromosomlardakı dəyişiklərin əksəriyyəti xəstəlik və ya ölüm deməkdir. Bu səbəblərdən insan xilqətən, stabilliyə meyillidir. O cümlədən də, yeni fikir, ideya və düşüncələr çətin qəbul edilən, süngü ilə qarşılanan olurlar. Bunun üçün insan şüuraltı olaraq zamana, yeni biliklər siteminə ehtiyac duyur.. Məsələn, tutaq ki, biz Koroğlunu həmişə qəhraman hesab etmişiksə, özümüzü uşaqlıqda ona bənzətmişiksə, indi biri deyəndə ki, o əfsanədir, biz fikirimizi tez dəyişməyəcik. Bəlkə yalan deyir? Düşünəcik. İndi çoxları tanınmaq, məşhurlaşmaq, öz məqsədlərini həyata keçirmək üçün, keçmişimizə, qəhramanlarımıza, dahilərimizə guya yeni baxışla yanaşırlar.. İctimai-siyasi fikirlər ortaya atırlar. Hər yeni baxış, yeni düşüncə təkamül demək deyil. Dediyimiz kimi, dəyişiklərin çoxu xəstəliyə və ölümə aparır. Amma bu o demək deyil ki, onların içərsində həqiqət yüklüsü olan yoxdur. Zaman keçəcək, yüz il sonranın azərbaycanlıları elmi-texniki təqrəqqinin daha güclü işığında dövrünü və gələcəyi daha aydın gördükləri kimi, keçmişi də aydın görəcəklər. Onda daha dəqiqi biləcəklər ki, Koroğlu qəhramandır, ya əfsanədir. Və indiki yeni fikirlər, ictimai-siyasi, elmi, fəlsəfi, bədii vəs. düşüncələr təkamül üçünüyümüş ya mənasız söz yığınağıymış.
Qayıdaq indiki zamana. Qeyd etdik ki, xalqımızın idrak, mühakimə potensialı güclüdür, milli –mənəvi dəyərləri zəngindir. Elmi-fəlsəfi və fikir məktəbi də vardır. Bəs yuxarıda verilən formulda nə çatmır ki, biz mütərqqi xalqlardan müəyyən sahələrdə geri qalırıq? Müxtəlif sahələrdə, xüsusi ilə geridə qaldığımız, islahatların aparılmasının vacib olduğu sahələrdə bilik, yəni elm, peşə vicdanı və vərdişləri, əməli fəaliyyət bacarığı sistemlərində yeniliyə, təkamülə ehtiyac vardır.
Müdiriklik, hikmət və fəzilət= 3(bilik+idrak+mühakimə) + elmi məktəb+ənənə+milli-mənəvi dəyərlər + peşə vicdanı və vərdişlər+ əməli fəaliyyət bacarığı formulundakı hər bir element hər bir xalqın təkamülünün əsas hərəkətverici qüvvəsidr. Həmçinin hər bir şəxsin, qurumun, təşkilatın təkamül, effektli , dürst nəticə əldə etmək üçün zərurətdir.
Xalqımızın və dövlətimizn inkişaf, təkamül potenisalı bizim əbədi və milli sərvətimizdir. Hər bir azərbaycanlıya, xalqımıza və dövlətimizə Müdirik, Hikmətli və Fəzilətli olmağı arzulayıram.
Bakı-22.04.2019

Müəllif: SADIQ QARAYEV

4 dəfə oxundu

Axtarış