SAHİBSİZ KÖLGƏLƏR
Müəllif: Zaur USTAC


2018-05-29 06:58:53


Məni həmişə sahibsiz kölgələr düşündürüb. İlk baxışdan mücərrəd
görünən “sahibsiz kölgə” ifadəsinin bir çox müstəvilərdə mənasına
nəzər salaq. Bəşəriyyətin ümumi təkamülündə öz elmi, cəsarəti və ya
başqa fitri istedadı, zəhməti ilə mühüm rol oynamış dahi alimlər, sərkərdələr
və s. müxtəlif peşə sahibləri olub. Ancaq hansısa səbəblərdən onların
adlarına tarix sahib çıxa bilməyib. Bir millətin, vətənin, dövlətin
uğrunda canlarından keçmiş, böyük zəhmətlər çəkmiş insanların da bir
hissəsinin həyat və ölümləri bəzən kölgədə qalmış, milli yaddaş onları
xatırlaya bilməmişdir. Məsələn, Qarabağda müxtəlif döyüş vəziyyətlə-
rində elə qəhrəmanlıq göstərib şəhid olan qəhrəmanlarımız var ki, nəinki
cəmiyyətin, bəlkə də heç valideynlərinin də o barədə məlumatı yoxdur.
Əgər onun bütün silahdaşları özü kimi şəhid olubsa, bu qəhrəmanlıq
haqda kim danışacaqdı? Əsir düşüb, hər cür işgəncəyə rəğmən, vətəni,
dövləti satmayan, cəsur qəhrəmanlarımızdan necə xəbər tuta bilərdik?
Və yaxud fəaliyyətləri həmişə gizlin qalan, vətən, dövlət üçün canları-
nı vermiş xüsusi xidmət əməkdaşlarının həyatları, ölümləri bütünlüklə
cəmiyyətə açıqlana bilməzdi. Bu insanlar NAMƏLUM QƏHRƏMANLARDIR.
Onların həyat və ölümləri yaddaşlar və xatirələr tərəfindən sahibsiz
buraxılmışdır. Hər bir xalqın NAMƏLUM QƏHRƏMANI onun
mənəvi dayaq nöqtəsi, xatirələrinə qoyulmuş abidə isə qürur mənbələrindən
biri olmalıdır.
Digər müstəvidə – valideynləri olmayan və ya atılmış uşaqlar, atası,
həyat yoldaşı, övladları – heç kəsi olmayan insanlar da sevgi, nəvaziş, qay-
ğı, hər cür dayaq nöqtəsindən məhrum olmuş sahibsiz kölgələrdir. Onların
taleləri öz iradələrindən asılı olmayaraq, nakam olur. Ancaq insanın əsl
sahibi Allahdır. Vicdanı olmayan, mənəviyyatı pozulmuş, Allahın üz döndərdiyi
bəndələr də başqa müstəvidə sahibsiz – insanlığından ayrı düşmüş
kölgələrdir.
Demək, yaradılışın xilqətində olduğu kimi xeyir və şər, mələk və
şeytan mahiyyətli SAHİBSİZ KÖLGƏLƏR var. Hər bir insanın sahibi
Allahı, xalqı, dövləti, valideynləri və övladları, bir də mənəviyyatıdır.
Bunlardan biri tərəfindən tərk edilmiş insan, sahibini itirmiş kölgəyə...

Müəllif: Sadiq Qarayev.

8 dəfə oxundu

Axtarış