ŞAMAXI
Müəllif: Zaur USTAC


2017-12-24 23:19:04


ŞAMAXI

Ağ örpəyin çəkdikcə yel,
Al yanağı çıxar üzə...
Al yanaqda qara xallı,
Gözəllər çıxıbdı düzə...
* * *

Al don geyib, dörd bir yanı,
Bu incini sən də tanı,
Şamaxı tək məkan hanı,
Bilən varsa, desin bizə....
* * *

Nəsimiyə qonaq Ustac,
Dünya bircə sözə möhtac,
Bu məmləkət dünyaya tac,
Gəzib, görmək qalır Sizə...
15.05.2017 - Şamaxı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

17 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
7 months ago

Canlı tablo...


Axtarış