Sayman Aruzun “Nəsimi” dünyası
Müəllif: Yazarlar.AZ


17.12.2019





Azərbaycan Prezident cənab İlham Əliyevin xalqımızın ədəbiyyatına,incəsənətinə,bütöblükdə mədəni həyatına həmişə böyük diqqət və qayğı göstərir.Bünün parlaq təzahürlərindən biri də dahi Azərbaycan şairi və filosovu,böyük Şərq mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədər imzalanan sərəncamdır.Möhtərəm Prezident 2019-cu ili “Nəsimi ili”elan etdi.Böyük şairin yubileyi təkcə ölkəmizdə deyil,beynəlxalq miqyasda qeyd olundu,onun mütərəqqi fikirləri elmi mədəni müstəvidə geniş təsdiq edildi.Bu münasibətlə geniş elmi araşdırmalar,ədəbi- bədii əsərlər,rəssamlıq nümunələri,musiqi əsərləri yaranmaqdadır.
Bu istiqamətdə görülən tədbirlər sırasında ədəbi mühitdə canlanmanı xüsusi qeyd etmək lazımdır.Son zamanlar böyük Nəsimiyə həsr olunmuş dəyərli və orijinal əsərlərdən biri də tanınmış şair-yazıçı,ədəbiyyatşünas-tədqiqatçı Sayman Aruzun “Nəsimi”mənzum dramıdır.
Cənubi Azərbaycanın Silduz şəhərində dünyaya gəlmiş,Təbrizdə və Bakıda ali təhsil almış müəllif sanballı bir əsər yaratmış “Nəsimi” mənzum dramı irfan elementləri ilə zəngin,islam fəlsəfi, düşüncəsinin müxtəlif sahələrinə bələdliyin çağdaşlıq rəngi ilə sənətkarlığın harmoniyasıdır.
Bu dəyərli əsər onun müəllifinin şərq və qərb düşüncə tərzinə,islami düşüncələrdəki təbədullatlara vaqif olmasından xəbər verir.
Sayman Aruz bu əsərində tətqiqatçı-ədəbiyyatşünas təfəkkürünü geniş şair fəhmiylə uzlaşdıra bilmişdir.Milli təfəkkürün,irfani düşüncənin və tarixə məxsusi yanaşmanın bir bədii tarixi və irfani müstəvidə canlandırması Sayman Aruzun sənətkarlıq məharətidir. Demək olar ki,”Nəsimi,”mənzum dramı ədəbiyyatımızı zənginləşdirən sanballı əsərlər sırasındadır.
17.12.2019

Müəllif: SONA YUSİF – ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ


5 dəfə oxundu

Axtarış