şeir
Müəllif: Osman Fermanoglu


14.10.2017


----ÇATANDA----
Haqsızın sözü qurtarar haqlı sözə çatanda,
Yalan xəbər üz qızardar doğru- düzə çatanda.
Cəngəllikdə azanların sifətinə nur gələr,--
Ümid- ümid axtardığı yola, izə çatanda...

Ağac-ağac böyüyənin külək saçını yalar,
Ağır yüklər çəkən kəsin kürəyi yağır olar.
Yoxuş qalxıb, eniş enmək dizi taqətdən salar,
Dərin-dərin nəfəs alar geniş düzə çatanda.

Axtarıb-gəzən olmasa, ağrı-acılı çağda,
Nə fərqi var yaşayasan ya aranda, ya dağda.
Don vurub, şaxta kəsənə isti gəzmə ocaqda:-
Canında heyi qalmırsa, oda, közə çatanda...

Bir baş nədi, saxlamaya igidin iki əli,
Təntiyib dara düşənə ağlı verər təsəlli.
Əməyindən maya tutar aqillərin əməli,
"Yahu" deyər dərviş köhül əyni bezə çatanda.

Osman, işıqlar ələnə keçib gəlinən yola,
Dayanasan ciyərinə cənnət qoxusu dola.
Hər işin yolunda gedə, canında təpər ola-
Baxasan əmin-arxayın ömür yüzə çatanda.
9 oktyabr 2017.

12 dəfə oxundu
user profile image
Osman Fermanoglu şərh etdi.
1 year ago

Təşəkkür edirəm.


Axtarış