şeirlər
Müəllif: KAMALA ABİYEVA


2018-06-04 18:31:37


Kamalə Abiyeva
VƏSİYYƏT
(Qızıma)
Məndən sonra ağlamazsan.
Ruhumu ağrıtmazsan.
Dünyadan gedişimi yox,
gəlişimi anarsan.
“Bu gündə doğulan bir qadın vardı,
Mənim üçün yaşardı”deyərsən.
əylənərsən,gülərsən,
ad günündə ağlamazlar bilirsən.
Səni necə sevdiyimi,
Məni necə sevdiyini xatırlarsan.
Bir də qınamazsan nə özünü,
nə də məni- bacarsan...
Mənsə ağrılarını özümlə apararam
Bacarsam...



BİR KÖRPƏ YATIRDI

Gecə sükutunda bu təbiətin
Bir körpə yatırdı ana səsində.
sığınıb qoynuna ilk məhəbbətin
yatırdı bir eşqin təntənəsində.
Bir körpə yatırdı ana gözündə
Yerüzü ən şirin yuxu görürdü.
Yuxulu gözləri göyün üzündə
Yuxu nağılında torpaq gülürdü.
Bir körpə yatırdı durub səmadan
Kövrək bir həsədlə ay boylanırdı,
Ana laylasında uyuyub hər yan
Məsumluq içində xumarlanırdı.
Bir körpə yatırdı...Bütün kainat
ən ülvü,müqəddəs yuxu görürdü.
bir körpə yatırdı arxayın, rahat
Çünki keşiyində ana dururdu.

10 dəfə oxundu
user profile image
Firuz Mustafa şərh etdi.
11 months ago

əla. təbrik. uğurlar.


Axtarış