Kazim Vaezzadə 1981-ci ildə Tehranda anadan olub. Fars ədəbiyyatı və dilini təhsil edib. Vaezzadə bu günə qədər altı şeir toplusunun – ("Baxış yağışı "; "Küləklərin davamında "; "Vaxti öldürmək "; "Qaranlığın tərcüməsi " ; " Gedən sular çaya qayıdarlar "; " Şəxsi tarix " ) müəllifidir. O, İranın gənc şairlərindən biridir .
Oxuculara təqdim olunan şeirləri Kəyoumərs Nezamian azərbaycancaya tərcümə edib . Kəyoumərs Nezamian bundan əvvəl Firuz Mustafanin iki pyesini habelə Vaqif Səməd oğlu və Rasim Qaracanın şeirlərini fars dilinə tərcümə edib.
gedən sular çaya qayıdarlar
1
bəzan o qədər məndə söyüqlaşirsan ki
alışdırdıqım siqaretin hərarətinə
urəyimı bağlayıram
bəlkə məndə qar yağır
gedən ayaq izi
heç bir yerə çatmadan
qayıtdı
qoy bir uçürüm olum ki
dəfələrlə
özümü ،özümdən
atdım
2
artıq yaddaşımdan əmin deyiləm
sənin gözlərinin yerinə
suya döşəndə
heç bir dayirə yaratmırlar
bü uzaq gölün gözəlliynə
bir şey arta.
3
Bəlkə külək idi
Yavaş-yavaş gəldi
Qapını bağladı
Başqaları
İllərdi gediblər
4
özü uçun izah edir :
mən bir qapıyam ki
bir uzun zamanlar lazımdır
qapalı qalsın
bu otaqda
kimsə ölöbdür
5
gecə yarısı
pəncərəmin arxasında bir kölgə
mahnı oxuyur
qapını açmıram
mümkündür ölüm ola .
vaxti öldürmək
1
Öpməkdən
Yalnız bir iz qalıb
Dodaqlar gediblər
Və külək
Yalnız uzaqlaşmaq üçün əsir
Amma biz
oyuna başlamadan əvvəlcə
Özümüzü itirdik.
2
gəl güzlərimizi bir kənarə qoyaq
dudaqlarımızı bir kənarə qoyaq
əllrimizi bir kənarə
vasitə siz
bir - birimizin qucağında xoşbəxt ulaq
bir - birimizin qucağında
ağlayaq .
3
hər vaxt kiminsə gəlmək səsi gələndə
əminəm ki sənsən
ancaq
bəlkə heç vaqt
gəlmiyibsən
4
çox yaralar görmüşəm
o yaralar ki məni
ölümə yaxınlaşdırırlar
yaşam amma
qayıdıb
cinayət səhnəsinə qayıdan
qatil kimi bir
5
saət bir
yatmamışam
saat iki
yatmayıbsan
saat uç
yatmamışıq
və başqa saatları
xatırlayıram
tərək edilmiş heyranlıqı əqrəbələrdə
küləklərin dəvamında
1
pəncrəm qaranlıqa açılır
güzlərim işıqa
bu arada
baliqlarin dənizə bağlı anlamları
çayların yolunu
dəyışır
2
duman
bağın yanından kəçir
günəbaxanlar
gərək
buludları
ınansınlar
3
yata bilmirdi
gecəni
otaqından eşigə Ötürdü
Şeir: Kazim Vaezzadə
Tərcümə: Kəyoumərs nezamian