Sənə şer yazacam
Müəllif: Elşən Ələsgərli


12.10.2017


Sənə şer yazacam
Sənə heykəl qoyacam
Çəkib rəsmlərini
Eşqimlə boyayacam

Adını öz sinəmə
Döydürəcəm əbədi
Yazacam:
“O getmədi!
O mənim qəlbimdədi”

Xəyallar çox uzaqdı
Sənsə xəyaldan yaxın
Bircə SMS yazsam
Əlim çatacaq sənə

04.08.17

5 dəfə oxundu

Axtarış