Səni çağırdım
Müəllif: Səmi


2017-11-20 18:02:12


Açıb əllərimii çağırdım səni,
Gəlmədin.
Əllərim havadan asılı qaldı.
Boyunu oxşamaq,qucmaq həvəsi
Dərdli ürəyimə qısılı qaldı.
Bilmədin.
Vurdun ürəyimə yeni bir yara.
Taleyin qisməti nə acı imiş?!
Məni oxşamağın dərdimə çara,
Bütün yaraların əlacı imiş.

46 dəfə oxundu

Axtarış