Səni düşündükcə
Müəllif: Nazir Ziya Talıstanlı


2017-11-07 13:47:19


Səni düşündükcə

Mənsiz ötən ayın, ilin,
Günün, gülüm, de, şəndimi ?
Mənlə ötən xoş günlərin
Heç yadına düşəndimi ?

Bağlanıb sənin adına ,
İllərlə yandım oduna.
Görən, məni heç yadına
Salıb, qəlbin üşündümü ?

Hanı o şirin halların ?
Açıla mənə qolların.
Məndən ayrılan yolların
Ayağına döşəndimi ?

Nola səni deyə-deyə,
Bəxtim bir də gülümsəyə.
Bağlanmayıb bir kimsəyə,
Qəlbim sınıq şüşəndimi ?

Nazir Ziya (Talıstanlı)-“ Dağ çiçəkləri “,ədəbi toplu, Bakı - 2009),
“ Molla Nəsrəddin “, 12(20), dekabr 2004

5 dəfə oxundu

Axtarış