Sənsiz
Müəllif: Fərqanə Yusifqızı


2017-10-13 20:06:20




Sənsiz keçən ayım-günüm dolaşacaq.
Həsrət adlı bir alovdan urəyim alışacaq,yanıb-yanıb kül olacaq.Və aramızdan əsən yellər bu külü göyə sovuracaq....
Sənsiz,sənlə keçən günlərim dilə gəlib danışacaq.Xatirələr işığında əllərimiz bir-birinə qovuşacaq.Ayrılığın acığına gözlərimiz sübhə qədər danışacaq...
Sənsiz xəzələ dönüb yarpaq-yarpaq yollarına səpiləcəm.Qövsi-qüzehə dönən məhəbbətimizin arxasınca ömür boyu yüyürəcəm,fəqət çata bilməyəcəm...
Sənsiz gecələr nə çəkdiyimi ulduzlar dan üzünə söyləyəcək.Sübhün şehi göz yaşına dönərək halıma ağlayacaq.Və bu göz yaşları torpağa hoparaq məhəbbət adlı agacları bitirəcək...
Sənsiz ümmanam kükrəyib-coşan,bu ümmanda batmaqdan qorxub damlalarda üzdün.Desələr sənsiz xoşbəxtəm,inanma.Desələr vaxtsız-
vədəsiz düşüb ölmüşəm,bax,buna inan...
sənsiz....


67 dəfə oxundu

Axtarış