SƏRHƏDSİZ DÜNYA (tractatus)
Müəllif: Firuz Mustafa


2017-10-28 07:21:22




SƏRHƏDSİZ DÜNYA
(tractatus)

Hər şey gözəl təfsir olunub.
Bu, utopiyadırmı? Qətiyyən!
İnandırıcı və məqbul məsələlərdən biridir. Amma məsələnin vahid-məqsədyönlü həlli üçün insanlığa nə qədər vaxt müddəti gərəkdir? İnkişafın bir fazasindan digərinə keçiddə bir neçə pilləni eyni vaxtda qalxmaq, tarixdə qara çuxur fenomenininin üstündən ötüb keşmək olmur. Xalqlar, dinlər, adətlər, dünyagörüşlər arasında olduqca çox fərqlər mövcuddur.
Şaya Vaysbux

Mən bu traktatı maraqla oxudum. Burada “sərhədsiz” dünyanın təşkil edilməsi üçün zəruri olan çoxsahəli, məqbul və inandırıcı şərtlər irəli sürülür. Əminik ki, həmin dünya tezliklə qurulacaq və bu əsər onun təşkili üçün yaxşı zəmin olacaq.
Vera Pavlova

Mən müəllifin sərhədsiz dünya haqqında dediyi hər kəlmənin altından imza atıram.
Qoy Allah təala hamiya sülh və əmin-amanlıq qismət eləsin.
Zura İsmiolord

İnsan təkəbbürü olmasaydı, yəqin ki, dünya da parçalanmazdı. Babilistan ehramının qurulması bizə Allah tərəfindən təşviq olunmuşdu. Bir dildə danışan, bir-birini yarım kəlmədən başa düşən insanlar birləşmişdilər. Bütün bunlar nədən ötrü idi? Bu, ona görə idi ki, tikilən qala göylərə ucalsın, “biz hər şeyə, hətta Allaha belə çatmağa nail olaq”. Amma elə ki, müxtəlif dillərdə danışmağa başladıq, bir-birimizi anlamağa son qoyduq, “səma qəsri” də uçub dağıldı. Əgər bizim günlərdə insanlar birləşərlərsə, bu, nəyə xidmət etməlidir? Yeni insan iddiaları meydana çıxmazmı? Mövzu şox c iddidir...
Stalnaya Anjela

Siz idealistsiniz. Niyə də olmayasınız?
Sərhədsiz dünya, hüdudsuz açıq cəmiyyət deməkdir. Tamamilə mümkün olan haldır.
Gözəl ideyadır.
Çəkilən sərhəd xətlərini, içində sıxıldığımız sərhəd çərçivələrini, imkanlarımızı məhdudlaşdıran sədlərin hamısını, biz özümüz yaratmışıq... Əgər sən özün özünə desən: “Mən heç vaxt uça bilmərəm”, onda heş vaxt uşa bilməyəcəksən. “Xoşbəxtlik mənim üçün deyildir” qənaətinə gəlsən, xoşbəxtlik yanından ötüb keçəcək. “Sərhədsiz dünya ola bilməz” deyə düşünsən, o zaman nə vaxtsa qurulan sədləri heç zaman aşıb keçə bilməyəcəksən. İnkişafın indiki mərhələsinə cavab verə biləcək yeni metodların, konsepsiyaların həyata vəsiqə alması ilə, köhnə sədləri aşmaqla, yeni dünya, Sərhədsiz dünya qurub yaratmaq olar.

P.S.
... müsaidənizlə irəli sürülən mövzuyla bağlı öz düşüncələrimi davam etdirim. Bu günkü siyasətçilər, gömrükçülər, konsullar, habelə nəzarətçi orqanların güclü və çiçəklənən kastası, öz hakimiyyətlərini könüllü şəkildə təhvil verməzlər.
O ki qaldı bir “sivil struktur” kimi Avropa Şurasına, onun fəaliyyəti mübahisəlidir. Burada iqtisadi inteqrasiya ilə yanaşı müəyyən bir “mədəniyyətin” gizli təbliği hiss olunmaqdadır. Sərhədlərin götürülməsi əvəzinə bizim üçün yeni sərhədlər yaranır. Məsələn, bazar sintetik və geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları ilə doldurulmaqdadır. Bu gün pestisid və gerbisidlərdən xali olan ərzaq məıhsullarının tapılması qeyri-mümkündür. Əvvəllər heç də pis olmayan təhsil sistemi indi qaranlıq güncə sıxışdirilir. Bu isə Baloniya sisteminə keçidlə motivasiya olunur. Gənclərə bəlli bir “mədəniyyət” zövqü aşılanır. Və ən başlıcası, çoxlarına təmiz qaydada azadlıq gərək deyildir. Bu isə ona gətirib şıxarır ki, sənin əvəzinə hər şeyi dövlət, iş sahibi etməli olur.
Amma bütün bunlarla yanaşı sərhədsiz dünya qurmaq ideyası cəlbedicidir.
Mənə elə gəlir ki, yaradılmış çərçivələr tədrcən əriyib aradan götürülməlidir.
İduşşaya

...Sizin yazdıqlarınızı oxuduqca oxumaq istəyirsən.
Nina Tutitsina

“Bəyəm Homer təkcə yunanlara, Şekspir yalnız ingilislərə, Rustaveli yalnız gürcülərə, Şevçenko yalnız ukraynalılara məxsusdur? Böyük mədəniyyət, böyük elm bütün dünyaya, onun bütün sakinlərinə məxsusdur”.
Sərhədsiz dünya barədə yazılmış traktatı maraqla oxudum.
Yer üzü də göy üzü kimi sərhəsiz, tikanlı məfillərsiz olmalıdır deyə hər bir oxucuya üz tutan müəllifin inamı bir daha təsdiq edir ki, dünyanın sabahı hər kəsin öz əlindədir.
Tatyana Kojuxova

Sizin yazdığınızı şərh etməyə mənim haqqım yoxdur: Siz əsl filosof və yazıçısınız… Mən Allaha inanıram, amma onun bizi yaratdığına inanmıram, mən adamların birliyinə inanıram, amma hamı ilə birgə olmaq istəmirəm, mən hərbsiz dünyaya inanıram, amma gözümü açandan dünyada döyüş gedir və yəqin ki, bir gün mən bu dünyada olmayanda da bu savaş davam edəcək. Zamyatinin “Biz” adlı gözəl bir romanı var… orada deyilir ki, insan öz axtarışlarında gözəldir, elə ki, axtarmağa bir şey olmur, o (insan) dəhşətli olur.
Marqarita Fedoseyeva

Sizin problemə yanaşmanız mənə çox yaxındır. Biz, bu dünyanı təşkil edən adamlar, bir-birimizdən xırda-para məsələlərə görə fərqlənirik, əsas məsələlərdə isə hamımız oxşarıq, buna görə də cəmiyyətdə yaşayan hər bir kəsin qarşısında eyni suallar dayanır. Qarşıda duran ən başlıca məsələ isə mənəvi-əxlaqi nəsnələrlə bağlıdır. Siz insanım mövcudluğunu ehtiva edən aspektə dünyanın və adamların birləşdirilməsi pozisiyasından yanaşırsınız və öz əsərinizi fəlsəfi-bədii traktat adlandırırsınız.
Sizin əsəriniz bizi gələcək haqqında dəhşətli proqnozlar verən kommersiya nəşrlərindən fərqli olaraq, heç də hər şeyin hələ itirilmədiyi haqda nikbin hisslər aşılayır.
Lidiya Kurçina

Mövzu mənim hədsiz marağıma səbəb oldu. Mən də hesab edirəm ki, dünya sərhədsiz olmalıdır! Mən filosof və üstəlik də praqmatik deyiləm, amma bilirəm ki, bu, fövqəladə dərəcədə çətin məsələdir. Mən Sızın verdiyiniz proqnozları, məsləhətləri təkrar etməyəcəyəm, siz çox çeydə inamlısınız, amma bütün bu mozaikada bütün hallarda əsas amil insan özüdür.
Bizim ətrafımızda hər çey nisbidir. Mənə elə gəlir ki, bizim yaşadığımız bu dünyanın özü də nisbidir. Bəs insanın özü necə? (...) Belə hesab edirəm ki, biz nə qədər ki, öz genimizin sirrini açmamışıq, maddi dünyanın harmoniyasını öyrənə bilməyəcəyik. Genlərin ötürülməsini insana doğulandan verildiyini anlamadan yüksək intellek həddinə necə çatmaq olar? Hələ siz fərqinə varırsızmı ki, bu müasir və sivil dünyada qadın özünü necə müdafiəsiz hiss edir, alçaldılır, təhqirə məruz qalır. Təbii ki, belə olan halda insan hələ bətndə ikən onda intellektual qabiliyyətdən daha çox heyvani instinktlər inkişaf edəcəkdir ki, bu da aqressiya, başqa sözlə müharibə deməkdir.
Bəlkə elə özümüzdən baçlayaq? Bizə sağlam uşaqlar dünyaya gətirmək və onları əlverişli şəraitdə tərbiyə etmək imkanı vermək lazımdır. Bəlkə belə bir nəslin uşaqları, aqressiyadan uzaq övladlar, gələcəkdə maddi dünyanın yaxşılığa doğru düzəlməsi üçün nəsə bir şey etsinlər. Mən də Sizinlə tamamilə şərikəm- bu dünya insanın ilk və son məskənidir. Və əgər biz istəsək bu dünyanı cənnətə çevirərik.
J. Liza

...dərin məzmunlu və düşündürücü bir əsərdir. Əlbəttə, bütün bunlara şatmaq üçün bəşəriyyət hələ çox məsafə qət etməlidir… bir fikir məni xüsusilə cəlb etdi- bu, sanki mənim öz frazamdır; hər bir millətin dahi, istedadlı insanları və yararsız məxluqları vardır. Mən özüm də insanları millətlərə və irqlərə bölmədən həmişə bu cür deyirəm. Mənə çox xoşdur ki, bu mühakimələrdə öz düşüncələrimi tapıram.
Lyudmila Kurışeva

Etiraf edirəm ki, bu Yer planetinin hər bir normal sakini kimi, mən də Dünyanın gələcəyi haqda düşüncələrə dalıram... Aydındır, idarəetmənin bütün formaları artıq tükənibdir, bundan başqa demokratizm, ölkələri dünya krizisi vəziyyətinə gətirib çıxarmışdır. Demokratiya ideyasi özlüyündə kağız üzərində yaxşıdır, amma pulun hökmranlıq etdiyi yerdə o yoxa çıxır. Hər bir kəs öz pul kisəsinə baxır, onun ağzınacan dolması barədə fikirləşir; Yer planetindəki ac-yalavac, dilənçi halanda yaşayan çoxlu sayda insanların taleyi onları qətiyyən narahat etmir. Bu bədbəxtlər planetin tamhüquqlu və gərəkli adamı ola bilmirlər, çünki onlar elə əzəldən ehtiyac içində doğulublar. Bu onların günahıdır? Amma öz pul kisələrini Zənginlik hesabına dolduranlar bəzən bir saatın içində hər şeyə nail olurlar; əslində bu var-dövlət dünyanın bütün adamlarına mənsub olmalıdır.
(...) Onu digər insanların ölümü maraqlandırmır... onu ekologiya, habelə vəhşi kimi istehlak etdiyi bu aləm də maraqlandırmır.
Mən Sizin ideyanı tamamilə anlayıram və hətta onu qəbul edirəm, düşünürəm ki, bir az da əsaslı işlənməlidir. Düşünürəm ki, gələcək nəsillərdə bu cür dünyagörüşün tərbiyə olunmasına, öz yaxınlarının qayğı və məhəbbətlə əhatə olunmasına çalışmaq, insanlar, millətlər arasında düşmənçilik toxumu səpərək onları müharibələrə təhrik edənlərə qarşı çıxmaq lazımdır.
Siz bir çox məsələlər qaldırmısız, onların bəzilərini təsəvvürə gətirmək çətindir; məsələn, silahsız necə yaşamaq?
Bizdə nüvə silahlarından başqa digərləri də kifayət qədərdir. Suallar çoxdur.
... Bir şey aydındır ki, əgər belə yaşamaqda davam etsək gələcəkdə kiçik xalqlar məhv olacaq. Daha böyük faciələr yaranacaq.
Ümumiyyətlə, bu, indiki vaxtın ən mühüm mözusudur.
Yevgeniya Şenderika

… müəllifin dil, erudisiya, bilik zənginliyi, fikir gücü və fenomenal təhlil etmək qabiliyyəti adamı valeh edir.
Bu sual dəfələrlə verilib: sərhədlər lazımdırmı, axı onlar məhdudiyyət yaradır?!.
İnsan əli qura da, qurduğunu dağıda da bilər.
İnsan yaradır, həm də məhv edir.
Xeyir də insanla bağlıdır, şər də.
O, özünü hasarla, qoruqla, divarla, sərhədlərlə ətraf aləmdən ayırır. Bu, ya özünü qoruyub saxlamağın bir vasitəsi, ya da qorxudur.
Yəqin ki, QORXU keçib gedəndən sonra hasarlar da yox olacaq; qorxu isə o qədər amillər doğurur ki.
Bu cür mühüm mövzuda Dünyanın Bütövlüyü və Bölünməzliyi haqda yüksək mənəvi ruhlu bir əsər yazığına görə müəllifə təşəkkür edir, ona ürəkdən yaradıcılıq uğurlarə arzu edirik.
Əzizə (Taya Əzizova)

Maraqlı əsərdir!
Mən də bu barədə şox düşünürəm.
Sizin kimi bir adamın, üstəlik də mənimlə eyni yerdən olan adamın, fikirləri mənə ikiqat xoşdur.
Kristina Konopleva

Olduqca maraqlı və dərin məzmunlu bir əsərdir.
P.S.
Əsəri oxuyan müddət ərzində bir çox fikirlər meydana çıxdı.
Amma ən başlıca fikir budur: insanlar öz planetlərində dərilərinin rəngindən, irqlərindən, dinlərindən, dillərindən asılı olmayaraq azad, xoşbəxt, bəxtiyar yaşamalıdırlar. Və bunun üçün ən ZƏRURİ olan odur ki, qarşıya şıxan və ondan asılı olan hər problemi insan özü həll etməlidir.
Biz, yalnız biz özümüz, öz həyatımıza və ətraf aləmə təsir edə bilərik, habelə sabahkı günümüz bizim bu gümkü fəaliyyətimizlə bağlıdır.
Diana Qornaya

Bütövlükdə mən Sizinlə razıyam və bununla yanaşı əminəm ki, klassiklərə isnad etməklə Siz ümumi dünyagörüş tendensiyasını düzgün müəyyən etmisiz. Bu yerdə Bakuninin də adını çəkmək olardı və onda “anarxiya” anlayışı “monarxiya” nın əksinə olaraq məhz sizin nəzərdə tutduğunuz təşkilati sistemə uyğun olardı.
İrina Kuptsova

...valehedicidir! Və burada hər şeydən gözəl olan -xeyirxahlıq axtarışlarıdır. Sözün yaxşı mənasında- donkixotluq.
Düşünürəm ki, dünyanı heç bir iradə gücünə dəyişmək olmaz. O, öz qanunları ilə inkişaf edir. Və tarixi inkişafın qanunları bizim əvvəlcədən nəzərdə tutduğumuz ssenari üzrə inkişaf edə bilməz.
Biz hətta dialetikanın qanunlarının işləmədiyi əcaib bir dönəmdə yaşayırıq. Və bütün prosesləri bu gün xaos nəzəriyyəsi pozisiyasından izah edirlər. Sinergetika zamanıdır. Dünya nın gələcəyini əvvəlcədən bilmək olmur! Hətta, ətraf mühit də bu cürdür. Dünən adamları qlobal istiləşmə ilə qorxuzurdular, bu günsə ekoloqlar ekoloji soyuqlaşma ilə qorxudur. Əgər bir dəqiqə sonra nəyin baş verə biləcəyi barədə proqnoz vermək yaxşı heç nə vəd etmirsə, qlobal miqyasda nəyisə dəyişməyə cəhd göstərməkdən nə çıxar...? Bir şeylə razıyam ki, dünya vahid məkana çevriləcək. Artıq belə bir proses gedir. İnternet buna misal ola bilər. Düzdür, hələ virtualdır, informasiya səciyyəlidir, amma insanlığın mədəniyyət məkanıdır. Əslində, mən bilmirəm, bu yaxşıdır, yoxsa pis? Dünyanın vahid idarəsi- elə vahid idarə sistemidir. Alternativsizlikdir. Alternativsizlik, hətta yaxşı ssenari ilə, sağlam və yüksək mənəviyyarlı idarəetmə ilə müşayiət olunsa belə, gec ya tez doqmaya çevrilir.
(...) Variantların olmaması inkişafın sonudur. İnkişaf- çeşidlilikdədir. Biz hansısa zamanların arasında yaşayırıq, bu aydındır. Amma məhz nə ilə nəyin arasında, bax sual budur. Bir məsələ ilə də razıyam ki, dünya mənəviyyatı heçə enib.Əgər mənəviyyat yüksəlməsə yeni bir din uyduracaqlar. Allahdankənar bir din.
Leyla Səbzəli

Daniil Andreyevin “Dünyanın qızılgülü” romaninda olduğu kimidir. Burada Dünyanın Qızılgülündən fərqli məsələlər meydana gəlir: gələcəyin perspektivləri, onun qarçısında duran, tamamilə konkret və prinsipal, həyata keçirilməsi mümkün olan mənəvi-tarixi məsələlər.(...)
Onların həyata keçməsi daha böyük məsələlərin həllinə yol açacaq: bu, təbiətin ruhən canlanmasıdır.
Lyudmila Kozlova- Kuznetsova

Bir tərəfdən, müsbət haldır ki, traktatda Sizin müasir dövrün problemləri ilə baxışlarınız yer tutmuşdur.
Hiss olunur ki, Siz saysız-hasabsız tədqiqat işləri ilə tanış olmusunuz.
Burada etiraz doğuran yerlər də yox deyildir.
Amma, digər tərəfdən, əsasən, mənim dünyagörüşüm “dünya” fenomeninin özünün bu cür düzxətli metafizik anlamının əksinədir. Mən insanları yaşadığı planetlə məhdudlaşdırmazdım. Bununla Siz artıq onun yeni bir sərhəddini müəyyənləşdirirsiniz.
“Sərhədsiz dünya”- bu, məncə, bütün Dünya evinin zaman-məkan substansiyasıdır ... və s.
Başa düşürəm ki, Sizin şərhinizi insan cəmiyyətinin inkişafı ilə, sivilizasiya daxilində gerçək dünya ilə bağlı olan fərqli mülahizə kimi qəbul etmək olar.
Olsun. Amma bu cür dünyadüzümü üçün Siz özünüz yenə hansısa strukturun idarə edəcəyi yeni “sərhəd” qurulmasını təklif edirsiniz.
Mən Sizinlə razıyam ki, gələcək-vəhdətdədir. Amma çox şey, artıq ön plana çıxmış ekoloji, demoqrafik, xammal və s. problemlərlə diktə olunur. Bilirsizmi, biz indi Engelsin vaxilə “Təbiətin dialektikası” əsərində deyilən kimi, təbiətin insandan qisas almağa başladığı bir dövrdə yaşayırıq. Və bu şəraitdə sağqalmanın yeganə həlli yolu bütün xalqların gücünün birləşməsində ola bilər.
Qısası, bu problem elə nəhəngdir ki, onu yalnız kollektiv zəka yerindən tərpədə bilər.
Müəllifə dərin təşəkkürümü bildirirəm, çünki o, nsanlığın inkişafına neqativ təsir göstərən zərərli prosesləri göstərib həyəcanla xəbərdarlıq etməklə, elm aləmini hərəkətə gətirir.
Svetlana Demçenko

Sizin traktatınızi diqqətlə oxudum. Ədəbi cəhəti ilə bağlı heç bir iradım yoxdur. Amma mahiyyətlə heç cür razı deyiləm.
... belə çıxır ki, əvvəlcə mükəmməl adamlar, sonra isə mükəmməl cəmiyyət təşkil etmək lazımdır. Bəs o adamları kim, qeyri-təkmil cəmiyyətmi yaradacaq? Bu, bir. İkincisi də nağıla bənzər cəmiyyətdə kim yaşamaq istər? Şəxsən mən belə bir cəmiyyətdə yaşamaq istəməzdim... Dünya məhz lazım olan qaydada inkişaf edir.
Aleks Belostotski

Mənım nöqteyi-nəzərimcə əgər şəxsiyyət bütövdürsə, ağıllıdırsa, idraklıdırsa, bağışlayandırasa, sevəndirsə… elə onun ətrafındakı dünya da bu cürdür. Yəni insan öz dünyagörüşü etibarilə sərhədsiz olmalıdır.
Qalina Salikova

Gələcək barədə həyəcan hissi ilə düşünən insanlar çoxdur… Beynəlxalq təşkilatlar bürokratik maşınlara, beynəlxalq qurumlarsa zənginləşmək vasitəsinə çevrilib. Təəssüf ki, onlar mövcud problemləri həll etmək gücündə deyillər. Mənim hazır reseptim yoxdur, amma mən deyilənlərlə tamamilə razıyam: bundan belə bu cür yaşamaq olmaz. Biz özümüzdən sonra nə qoyub gedirik?
Yelena Sumskaya

…gərəkli, ağılla yazılmış əsərdir. Təəssüf ki, ölkə rəhbərləri bu cür şeyləri oxumurlar. Heç olmasa, bu cür fikirləri hakimiyyət adamlarina çatdıra biləcək məsləhətçilər tapılaydı.
Marziya Qabdulqaniyeva

“Ağıl insanları birləşdirir”…-dəqiq deyilmiş fikirdir.
Situasiya düzgün dərk olunub.
Mahir Eminov

“Mən əminəm ki, çox yaxın gələcəkdə, bizdən sora gələn nəsillər, azadlığı təbii zərurət kimi qəbul edərək idarəetmənin daha demokratik, sivil idarəetmə yolunu tapacaq, bu gün fantastika kimi görünən ideyalara həyat verəcək” .
…mən 1993-cü ildə Zaqafqaziyadakı ölkələrdən birinin prezidenti ilə (sonralar devrildi, mühacirətdə vəvat etdi) görüşmüşdüm, o da həmin məsələ ilə bağlı bu cür danışırdı.
Dima Uxlin



Bu gün Aleksandr Vlasenkonun “Solomku” əsəri ilə bağlı, bir çox insanların mentalitetinin yaxşıya doğru dəyişməsinə səbəb ola biləcək ideyalardan, sərhədlərin açılması və planetar hökumətlə bağlı rəyimi yazmışdım. Düşünürdüm ki, bütün bunlar utopiyadır. İndi sizin əsəri oxuyandan sonra görürəm ki, yanılmışam.
Nataliya Matlina

…pis o adamdır ki, dünyanı dəyişməyə çalışmır və öz kanonları ilə bəşəriyyəti xoşbəxt etmək barədə düşünmür.
Etiraf edirəm: kosmopolitlər mənə patriot-millətçilərdən daha yaxındır.
Heç olmasa onlarin miqyası genişdir…
Əsərdə irəli sürülən ideya ideal və humanist olmaqla yanaşı, olduqca alidir.
Tatyana Çeçelnitskaya

Çox ciddi bir mövzuya müraciət olunub. Hər bir sağlam düşüncəli adam Yer üzündə mövcud olan dünyadüzümü haqqında düşünməyə bilməz.
Zaman dəyişir, amma insan ehtirasları dəyişmir...
Dünən televizorda Vizantiya haqda filmə baxdım. Bu qənaətə gəldim ki, o zamankı Vizantiyanı indiki Rusiya ilə müqayisə etsək, demək olar ki, heç nə dəyişməyib. Hər şey o vaxtkı kimidir: hər şeyi pul və sərvət həll edir.
Bax şərin mənbəyi də bundadır.
Amma mən pessimist deyiləm, ehtiyatlı optimistəm.
Tamara Kostomarova


Sizin mühakimələriniz hörmətə layiq olsa da onlar utopiyadır.
Dünya yalnız milli fərqlərin aradan çıxdığı bir dönəmdə sərhədsiz ola bilər.
Millətlərarası ziddiyyətlər hələ uzun müddət, hər halda, insanlığın şüurun yeni keyfiyyət halına yüksələcəyi dövrə qədər qalacaq. Müəllif heç kəsi zorakılığa səsləmir, o, bir romantik kimi, möcüzəyə inanır. Heyhat, mən realistəm, onu dəstəkləmirəm.
Yelena Panferova

...əslində deyilənlərin hamısı həqiqətdir. Təəssüf ki, bu cür sadə və adi sözlər siyasətçilərin ağlına yerləşmir. Hakimiyyət, pul... bax, əsl şər budur.
Nataliya Qliqaç
Mən Həqiqəti son zərrəsinə qədər görüb anlayan kişinin ağlı qarşısında baş əyirəm.
Seber Nuur
Çox maraqli əsərdir. Mən çoxdan insan haqlarını qoruyan təşkilatda çalışıram və bu baxışlar mənə çox yaxındır. Totalitar, demokratik, vətəndaş, nəhayət humanist cəmiyyət. Sonuncu haqda indi az adam danışır; halbuki filosoflar arasında insan haqları məsələsini ilk dəfə Kant qaldıraraq bu cür cəmiyyəti təsəvvürünə gətirmişdir.
Mənə həmçinin bizim özümüzdə, Ukraynada, Torpağın Ekoloji Konstitusiyasını təbliğ etmək nəsib olub. Bu yerdə Albert Şveytserin kredosunu xatırlamamaq olmur: “Özün yaşa və başqalarının yaşamağına imkan ver”.
Sizə elə gəlmirmi ki, ədəbiyyatda utopiya çatışmır? Mən şəhər tanıyıram ki, onu Kampanellanın “Günəş şəhəri”nə bənzər tikiblər. Bu, İvano-Frankovsk şəhəridir.
Qalina Paqutyak
Bu, çox ciddi bir əsərdir. Bilmirəm bu əsər haqqında danişmağa mənim haqqım çatırmı. Yəqin ki, çatar, axı mən də insanam və bu dünyaya məxsusam. Bu fikri xeyli müddət anlamadım: necə yəni birləşmək üçün əvvəlcə ayrılmaq gərəkdir. İndi dərk edirəm. Bizim planetimizdəki hər bir ayrıca götürülmüş fərd belə düşünməlidir: biz hara gedirik? Biz doğru yoldayıqmı? Və yenidən birləşmək üçün nə etməliyik? Bu barədə az adam düşünür. Adi obıvateli daha çox başqa problemlər məşğul edir: ailə, uşaqlar, iş, qazanc, istirahət və s. Olsun ki, müəyyən bir vaxt keçəndən sonra hər bir kəs bu barədə düşünəcək. Olsun ki, o zaman... O zaman tam birləşmək imkanı əldə ediləcək, sərhədsiz dünya olacaq.
Yelena Polyakova

Bizim günlərdə, planetin müxtəlif qütblərində lokal konfliktlərin alovlandığı, atəş səslərinin susmadığı, qan töküldüyü, insanların həlak olduğu, dışdan gələn təhlükələrin dövlətləri öz “qıfılını” möhkəm bağlamağa vadar etdiyi bir zamanda, sanki sərhəd dirəkləri və tikanlı məftilləri olmayan dünya haqqında ideya yürütmək, yumşaq desək, sanki aktual səslənmir.
Yazıçı və filosof Firuz Mustafa isə belə düşünmür. Onun “Sərhədsiz dünya” əsərinin pafosu bu ideyanın yer üzündə yaşayan insan sistemi üçün qəbuledilən, sağlam və humanist olduğunu israrla müdafiə edir. Müəllif, esaslı sebeblər üzündən təkcə tərəfdarlarının deyil, öz tənqidçi və opponentlərinin tapılacağını da əvvəlcədən görür. Amma Firuz Mustafanın köhnə qaydaya uyğun, traktat kimi qələmə alınan bu kitabı, heç də qarşısına oxucuya ideal cəmiyyət, “şirin illüziyalar səltənəti” haqqında hansısa utopiyanı təqdim etmək məqsədi qoymayib.
Əsərin postsskriptumunda belə bir fikir özünə yer tutur: “...İnsanlar öz planetlərində dərilərinin rəngindən, irqlərindən, dil və din fərqlərindən asılı olmayaraq azad, xoşbəxt bir ömür yaşamalıdırlar...” Qarşıya qoyulan ali məqsəd gördüyümüz kimi yeni deyildir. Burada söhbət dünyanın böyük ağıl sahiblərini əsrlərdən bəri narahat edən əbədi problemlərdən, ən ümumi harmoniyadan, ədalətli dünya düzümündən gedir.
Təsadüfi deyildir ki, Firuz Mustafa Nizamidən Mora, Kampanelladan Furyeyə qədər bir çox böyük humanist mütəfəkkirlərin adını xatırladır. Müəllif şəxsiyyətin mənəvi kamilliyini önə çəkir, “şəxsiyyətin şəxsiyyətsizləşdirilməsi”nə qarşı çıxır; bu cəhətdən onun “Biz” romanının müəllifi olan Zamyatin, “1980” roman-xəbərdarlığın müəllifi olan Oruell və s. kimi tərəfdarları vardır.
Firuz Mustafa kitabın sonunda sərhədsiz dünyaya keçməyin detallarla, mərhələli qaydasını təklif edir. Bunun mahiyyətini isə tərksilahda, Beynəlxalq idarə sisteminə (BİS) daxil olmaqla bağlı referendum keçirməkdə, regional birliklərin yaradilmasında, ordunun ləğvində (ictimai təhlükəsizliyi hüquq-mühafizə orqanları həyata keçirməklə) görür. Bu halda ərazi bütövlüyü “simvolik mövcud olur”; regional siyasi partiyalar beynəlxalq siyasi qurumlarla əlaqələri möhkəmləndirdir; “dövlətsizləşdirilmə” prosesi genişlənir; yeni idarəetmə qurumlarının parlamentdə bütün xalqların eyni sayda nümayəndələrlə təmsil edilməsini təmin edir; milli-mədəni muxtariyyət qalmaqla dövlətlərin siyasi suverenliyinin tədricən aradan çıxması (həmin funksiyanı beynəlxalq parlamentin öz öhdəsinə götürməsi nəticəsində) müşahidə olunur.
Sonrakı mərhələdə dil, dini baxış, milli mədəniyyətlər öz missiyasını yerinə yetirməkdə davam edir, vahid Konstitusiya təsdiq edilir, vahid valyuta təsbit olunur.
Dünyanın paytaxtı ən kiçik ölkələrdən birinin mərkəzi elan olunur (bu, görünür gələcək geopolitik sistemin demokratizmi ilə bağlıdır); adamlar arasında ünsiyyət kimi nisbətən az yayılmış dillərdən biri seçilir. Təbii ki, yeni dünya düzümündə irqçiliyə, millətçiliyə, antihumanist şüarların səslənməsinə ehtiyac duyulmur. Əlbəttə, burada digər qlobal problemlər də (ekologiya, təbii sərvətlərdən istifadə, savadsızlığın ləğvi) unudulmur, “daimi qeydiyyat” institutu ləğv olunur.
Hər şey gözəldir, hər ıey əladir və həm də cəlbedecidir. Yazıçı-filosof düşünmək üçün oxucuya yaxşı imkan yaradır. Məsələ burasındadır ki, görəsən bu arzu və bu parlaq gələcək bizə nə qədər yaxındır? Müəllifə inanmaq istəyirsən, amma bugünkü reallıqdan və keşmiç tarixin bizə təlqin etdiyi kədərli şübhələrdən qopmaq çətindir. İnsanlıq bu cür kütləvi və zəngin gələcəyə nə vaxt qovuşa bilər? “Ümumi ev” haqqındakı baxışlar nə vaxt siyasi ambisiyalardan və böyük dövlətlərin kişik dövlətləri təhdid etmək arzusundan üstün ola bilər? Dövlətlər və xalqlar arasındakı qarşılıqlı əlaqə nə vaxt elə bir səviyyəyə çatar ki, quruda, suda və havada “sədlərin” yaranmasına ehtiyac olmayasın?
Müəllifin humanist layihəsi ilə razılaşmaq da olar, razılaşmamaq da. Amma bütün hallarda biz “Sərhədsiz dünya” əsərini oxumağı tövsiyyə edirik. Kitab insanlığın xeyrə, həqiqətə və ədalətə doğru getdiyi yolda “maneolan daşları” atmaqda, dünyanı anlamaqda yardımçı ola bilər.
Siyavuş Məmmədzadə


Sizin xeyirxah arzunuz, dərin məzmunlu əsəriniz ehtirama layiqdir. Demək olar ki, siz epoxal əhəmiyyətli bir məsələ qaldırmırsınız. Həqiqətən, bu məsələ dünyanın özü kimi qədimdir, ümumdünya əhəmiyyətlidir və məhz buna görə də həmin məsələ lokal sərhədlər çərçivəsində həllini tapa bilməyəcəkdir. Müasir dünyanın problemləri indi mövcud olan sərhədləri ötüb keçmişdir, artıq sərhədlər “maneçilik törədir”, daha doğrusu, sərhədlərin özü də bir problemə çevrilib və hər cür yeni problemlərin qaynağıdır. Artıq “ayrıca götürülmüş dövlətdə” təhlükəsiz, yüksək rifaha malik dünya qurmaq mümkün deyil, buna keçmiş SSRİ-nin və indiki Amerikanın taleyi parlaq misaldır. Bəli, “dünyanı ambisiyalar parçalayır”, amma inanmaq istərdik ki, ağıl birləşdirəcək.
Yavuz Cəlil
Слышу! Пульсирует Время?
Взлетает свободной птицей,
Оков, разрывая бремя,
Пространства сметает границы.
Хирурга скальпелем смело
Вскрывает нарывы века,
Вселенной, кромсая тело,
Иного кроит Человека.
Потоком нового света
Красит галактик восходы,
Объединяет планеты,
Правительства все и народы!
Слышу! Пульсирует Время!
Мария Серова

I liked your essay. To say frankly, I agree with your statements. But I would like to ask you some questions:
Do you suppose to give any recommendations towards this inevitable process? Does globalization help modern Earth residents to survive? Will it bring us to a new generation of people who will deny their national identity and will appreciate only profitable-practical issues?
Frida Şutman
(Фрида Шутман)



SÖZÖNÜ

“Sərhədsiz dünya” bir növ gələcək dünyanın ilkin (həm də müəyyən mənada yarımçıq, natamam) eskizidir. Amma müəllifin niyyəti heç də utopik, xəyali, idealist cəmiyyət haqqında mülahizə yürüdüb oxucunu yayğın, şirin illüziyalar səltənətinə dəvət etməkdən ibarət deyildir. Əsərdə bəşəriyyətin yaxın gələcəkdəki inkişaf və fəaliyyət tendensiyasının əsas istiqamətləri elmi-fəlsəfi aspektdə təhlil edilir, bir sıra ümumiləşdirmələr aparılır. Ciddi və “təhlükəli” bir problem haqqında söhbət açan, “neokosmopolit” kimi təqdim oluna biləcəyindən çəkinməyən, irəli sürdüyü nəzəri müddəaların tətbiqinə tamamilə əmin olan tədqiqatçı, öz qənaətlərini optimistcəsinə təqdir və müdafiə edir.
Müəllif (filosof-yazıçı Firuz Mustafa) özünün axtarış prizmasından keçirdiyi problemin mürəkkəbliyini, zəngin, rəngarəng, polifonik mahiyyətini dərk etməklə yanaşı, bir çox hallarda bilərəkdən “ənənəvi” tədqiqat metod və metodologiyasından yan keçərək sadə təhlil manerasına üstünlük vürmişdir; axı əsər təkcə dar ixtisas sahəsinin adamları üçün deyil, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Bizə elə gəlir ki, dərki və həlli ilk baxışda parodoksal üslub və təfsirdə təqdim olunan, artıq qeyd edildiyi kimi, burada ilkin eskizləri çəkilən problemin çözümü və tədqiqi gələcəkdə yeni nüanslarla zənginləşib təkmilləşəcək. Açıq cəmiyyət, heç zaman qapalı, qaranlıq, birtərəfli, antihumanist “elmi” müddəaları qəbul edə bilməz. Biz əminik ki, XX1 əsr (yeri gəlmişkən, sizə təqdim edilən əsərin əsas variantı “XX1 əsr” jurnalında dərc edilib- bunun özü də rəmzi məna daşıyır!) parçalanmadan çox birləşməyə, bütövlüyə can atacaq. Dünya yeni minilliyin astanasındadır. Biz bu əsəri həm də ikinci minilliyə epiloq (sözardı), üçüncü minilliyə isə proloq (sözönü) hesab edirik.


1.
...və lap sonda Söz yaranıb.
Hər halda Sözə qədər Biz yaranmışıq. Söz bizdən əzəl yaransaydı, bəlkə də, bu qə-dər sözə ehtiyac qalmazdı.
Söz bizdən əvvəl yaransaydı, qılınca-qalxana ehtiyac olmazdı...
Söz bizdən qabaq doğulsaydı, Dünya parçalanmazdı, bölünməzdi..
Mən Müqəddəs kitabda deyilən kəlamın əksinə mülahizə yürütmək niyyətində deyi-ləm və heç də hər şeyi hərfi-müstəqim mənada dərk edib içimdən keçirmək niyyəti güdmürəm. Əsla! İnsan təfəkkürü metomarfozlarla, epitetlərlə, idiomlarla zəngindir. Hi-perbola və təşbehlər təkcə ağlımızı yox, eləcə də dünyamızı bəzəyir. Fəqət, adam hər-dənbir ideyalar kəhkəşanından ayrılıb real qayğılar səltənətinə də təşrif buyurmaq istə-yir...
Bir də ki, bu gün həqiqət və gerçəkliklərin əsasında ilbiz kimi, işılda-böcək kimi qəri-bə parlaqlığa malik şübhə, şəkkaklıq dayanır...
Biz təkcə öz inamımızın deyil, habelə öz şübhələrimizin övladıyıq...
Dünyaya öz gözümüzlə baxdıq - gözəldir.
Dünyaya ağlımızın gözüylə baxırıq - olduqca gözəldir.
Dünyaya ürəyimizin gözüylə baxsaq - daha gözəl olar.
Dünyaya özümüz, öz yaratdığımız və bizi yaradan kimi yanaşsaq - Dünya bizim bu dünyadakı cənnətimizə çevrilər...



2.
“...Allah ağıl paylayanda insanlarla çox ədalətli rəftar edib: heç kəs öz ağlının azlığın-dan şikayətlənmir". Zarafatyana söylənmiş bu fikirdə həqiqət nüansları da yox deyildir; hər kəsin öz ağlı, öz düşüncəsi, öz dünyaduyumu mövcuddur. Hər kəs dünyanı öz ağıl imkanları səviyyəsində dərk edib qiymətləndirir... Və hər bir dərketmənin öz zid-diyyətləri, labirintləri, mürəkkəblikləri vardır. Dərketmə subyektiv hadisə olsa da, ob-yektiv amillərdən xali deyildir. Dünya isə, məlumdur ki, obyektiv mövcudluqdur; lakin bu obyektivliyin özündə subyektiv nüansların gizləndiyini etiraf etmək gərəkdir; bu mənada, "subyektiv dünyanın" varlığı qəbul olunmalıdır.
Dünya və onun mövcudluğu, mahiyyəti haqqında söylənilən fikirlərin, yazılan əsər-lərin sayı bəlkə də dünyanın yaşı qədərdir. Mən ilkin anlamda, dünya deyərkən, bəşər övladının yaşadığı məkanı nəzərdə tuturam. Haqqında söhbət gedən bu "balaca dün-ya" qalaktikanın, kainatın ayrılmaz tərkib hissəsidir. Və elmə hələlik insan nəslinin, ümumiyyətlə, canlı aləmin yaşadığı yeganə bir planet - Yer kürəsi məlumdur. Biz ha-mımız Yer adlı gəminin sərnişinləriyik.
Yer - bizim hamımızın ümumi Vətənidir. Bu Vətəndə qaralar və ağlar, toxlar və aclar, ağıllılar və dəlilər, sağlamlar və əlillər... yaşayır.
Dünya parodoksal parametrlərlə bölüşdürülüb; qitələrə, dövlətlərə, şəhərlərə, kəndlərə... millətlərə, irqlərə, xalqlara, tayfalara... siniflərə, sosial qruplara, möminlərə, ateistlərə... xülasə, ən xaotik prinsiplərə, prinsipsiz mövqelərə görə bö-lüşdürülən dünyanın vəhdəti, vahid qanun və qanunauyğunluqları çox zaman boz-bulanıq fikirlərin arxasında-gizlində qalıb.
Dünya haqqında çox yazılıb: həm elmi-fəlsəfi, həm də bədii-publisistik yazılarda dünya və onun qanunları ən müxtəlif rakurslardan təhlilə cəlb olunub. Dünyanı həm dəyişdirməyə, həm də izah etməyə cəhd edənlərinsə, sayı-hesabı yoxdur. Fəqət dün-yanın ən müxtəlif qütb və paralellərinə səpələnmiş fərdlərin dünya haqqındakı təsəv-vürlərində daha çox natamamlıq, yarımçıqlıq nəzərə çarpır; bir növ, dünyada lokal fi-kir müharibələri gedir və bu "müharibələrin" acı nəticələri göz qabağındadır: hamıya mənsub olan Yer kürəsi təkcə fiziki yox, mənəvi "çata" da məruz qalıb; dünya birləş-mək əvəzinə, parçalanmağa daha çox meyllidir; halbuki məntiqə söykənilsə, əks proses getməlidir. Bütün hallarda "birləşməyə" mane olan aşkar və gizli qüvvələr mövcuddur. Bu qüvvələr bəzən kortəbii, bəzənsə şüurlu surətdə insan cəmiyyətinin təbii inkişaf prosesinə əks-təsir göstərir və bir növ dünyanın canlı sərhəd dirəklərinə çevrilərək mikrodövlətlər yaradırlar. Halbuki insan makrodünyada, makrodövlətdə, makromühit-də yaşamalıdır.
Bu gün (və həmişə) insanlığın düçar olduğu bütün məhrumiyyətlər üçün insanların özlərini ittiham etmək lazımdır... Heç zaman unutmaq olmaz ki, əzab və ağrılarımızın, səfalət və rəzalətimizin əsasında həmişə bizim qeyri-sağlam tələbatlarımız, istehlakçı psixologiyamız, mənəviyyatsızlığımız, mədəniyyətsizliyimiz dayanıb. Bu, qondarma, yalan söhbətdir ki, hər hansı bir cəmiyyətdə əvvəlcə iqtisadiyatı yüksəltmək, "bolluq yaratmaq", sonra, ən axırda mədəniyyət barədə düşünmək lazımdır. Halbuki hər şey əksinədr - hər cür inkişafın kvintessensiyasını (özəyini) mədəniyyət amili təşkil edir...


3.
...O da yalan söhbətdir ki, filan xalq xoşbəxtdir. Xalqlar da insanlar kimidir - qonşusu bədbəxt olan millətin özü firavan həyat sürə bilməz.
...Dünyanı ambisiyalar parçalayıb. Dünyanı ağıl birləşdirəcək.
...Dünyanın qütbləri, coğrafi cəhətləri - nisbi anlayışlardır; mütləq mənada Şimal və Cənub, Şərq və Qərb yoxdur, bütün bunların hamısı şərtidir, bizim uydurmalarımız-dır...
...Dünyaya və dünyada subyektiv baxışlar da mövcuddur; biz plüralizm deyilən prinsipə hörmət bəsləməli, hamının, əgər bu mümkün olmasa, azlığın fikrinə ehtiramla yanaşmalıyıq. Hətta, diqqətimizi cəlb etməyən adamın belə mülahizələrini dinləyib nəti-cə çıxarmağa təmkin və mədəniyyətimiz çatmalıdır. Bu, hamımıza aiddir - sənə, mənə, ona...
Mən, hər cür siyasi ambisiyadan və hər hansı bir sensasion mülahizə yapmaqdan uzaq fərd kimi özümlə apardığım uzun-uzadı mükalimə və həsb-haldan sonra belə bir qənaətə gəlmişəm ki, dünya fiziki-mənəvi anlmı və mahiyyəti etibarilə sərhədsiz olmalı-dır. İlk baxışda (bəziləri üçün), qeyri-ciddi adamın zarafatı kimi təsir bağışlayan bu hökmün konstruktiv elmi əsası vardır.
Mən "sərhədsiz dünya" barədə yığcam qənaətlərimi öz azsaylı oxucularımla bö-lüşmək niyyətindəyəm. Bəri başdan həm əleyhdarlarıma, həm də tərəfdarlarıma öz dərin təşəkkürlərimi izhar edirəm.


4.
Məlum həqiqətdir: tarixi insanlar yaradır. Amma insanlar tarixin təkcə yaradıcısı yox, həm də tarixin özüdür. Yəni dünyanın tarixi - yalnız insanlığın deyil, eləcə də in-sanların öz tarixidir.
İnsan-tarixidir
İnsan tarixinə və ya tarixi insanın təşəkkül prosesinə indiki halda ətraflı ekskur-siya etməyə ehtiyac yoxdur; bu problemə minlərcə tədqiqat əsəri həsr olunub və son nəticədə minlərcə sual açıq qalıb. Bircə bunu xatırlamatmaq kifayətdir ki, araşdırı-cıların bir qismi insanın (və bütünlükdə təbiət və cəmiyyətin) yaranışını maddi ün-sürlərlə, digər qismi isə ilahi qüvvənin qüdrəti ilə bağlamışlar. Hər iki substansiya-nı birləşdirməyə, calaq etməyə cəhd göstərən mütəfəkkirlər də yox deyildir.
Əlbəttə, insanın öz kökünün (öz tarixinin) haradan başlandığını dəqiqləşdirməsi çox böyük bir kəşf olardı; səd heyiflər ki, nəhəng tarixin yaradıcısı olan insan öz tari-xinə müfəssəl bələd deyildir.
Bu gün bizi, eramızın ikinci minilliyini yola salan insanları, tarixi keçmişdən daha çox, çağdaş zaman və gələcəyin tarixi düşündürür. Böyük qırğın və savaşlarla, ölüm və qanla, fəlakət və faciələrlə yola saldığımız XX əsr öz qorxunc mirasını, görə-sən, təzə minilliyə də adladacaqmı? XXI əsri də XX əsrin faciələri gözləyirmi? Tarixin təkəri hansı relsin üzəri ilə hərəkət edəcək? Yeni yüzillikdə (minillikdə) tarixin (dünya-nın) "yenidən qurulmasına" zərurət yaranacaqmı? Bəlkə insan üçün zaman (tarix) anla-yışı artıq şərti xarakter daşıyır: yəni o, öz keçmişini gələcəkdə və ya öz gələcəyini keçmişdə yaşamışdır? Suallar çoxdur. Hər sual bir yox, bəlkə də min, milyon cavab qovşağında açıq qalmaqdadır.
Yaxın keçmişin tarixi (insanın özünə məlum olan tarix) çoxumuza məlumdur; hər-çənd ki, real tarix çox vaxt irreal və sürreral çalarlarla təqdim edilib, fakt və hadisələr dəfələrlə təhrif olunub, subyektiv və obyektiv baxışlar dolaşdırılıb; amma bu həqiqət-dir ki, biz bu tarixi yaşamışıq. Və bu da bir həqiqətdir ki, hər tarixi dövrün öz "qəhrə-manları" olub. Bəzən müstəbid (tiran) məlakə donunda, səfeh müdrik libasıda, zəif qüdrətli cildində... təqdim edilsə də, tarix tarix olaraq qalıb və qalmaqdadır.
Keçmişin tarixi məlumdur. Bəs gələcəyin tarixi? Mənə elə gəlir ki, tarix təkcə keç-miş yox, həm də gələcəkdir.


5.
Gələcək - tarixdir
Artıq keçmişə qovuşmuş vaxtın, daha doğrusu, tarixin, tədqiqi ilə məşğul olmaq adi, ənənəvi səciyyə daşısa da, gələcəyin tarixi ilə məşğul olmaq çoxları üçün ab-surd, mənasız, ən yaxşı halda, fantastik ideya olaraq qalmaqdadır. Doğrudur, futu-rologiya, proqnozlaşdırma, planlaşdırma və s. kimi elm sahələri (və ya sahə elmləri) bilavasitə gələcəyin problemləri ilə bu və ya digər dərəcədə maraqlanır; amma onlar dar təsəvvürlər çərçivəsindən kənara çıxa bilmir; görünür, bu natamamlıq ondan irəli gəlir ki, həmin sahələrin mütəxəssisləri gələcəyə yalnız ideyaların pərvəriş tapacağı münbit zəmin kimi baxır, insan faktorunu arxa plana keçirirlər. Bizsə gələcəyə insan tarixi kimi yanaşdığımızdan, daha çox real gerçəkliyin atributlarına söykənir, kon-kretliyə üstünlük veririk.
İnsan (bütövlükdə bəşəriyyət) öz keçmişinə düzəliş edə bilməz. Keçmiş artıq keç-mişdə qalıb; yalnız gələcəyi müəyyən planlar əsasında "düzəlişlərlə" qurmaq olar.
Əlbəttə, hər dövlətin, hər millətin gələcək haqqında öz planları mövcud olur. Filan kəndi, filan şəhəri salmaq; elmə, mədəniyyətə filan qədər vəsait ayırmaq; hərbə o qə-dər, maşınqayırmaya bu qədər diqqət yetirmək; yaxın 5-10 ilin büdcəsini müəyyənləş-dirmək... Amma, qeyd etdiyimiz kimi, bütün bunlar ayrı-ayrı dövlətlərin "plan-pros-pektinə" daxil olan cari layihə və öhdəliklərdir. Əgər düşünsək ki, zaman keçdikcə bi-zim mövcudluğumuzu təmin edən kommunikativ dünya vahid, bütöv bir orqanizmə çevrilməkdədir, hazırlanan lokal layihələrin nə qədər natamam, zəif, birtərəfli olduğu tam aydınlığı ilə nəzərə çarpır.
...Və biz belə qənaətə gəlirik ki, bu gün təkcə ekoloji və hərbi sahələrdə deyil, insa-nın həyatı ilə bağlı olan bütün sferalarda qlobal problemlər mövcuddur və sözsüz ki, həmin problemlərin qlobal həlli istiqamətində, ardıcıl, məqsədyönlü işlər aparılmalıdır. Amma baş verən proseslərə ötəri bir nəzər belə sübut edir ki, bu gün dünyanın ümumi iqtisadi-siyasi-mədəni-hüquqi parametrlərini dəqiqləşdirən və ya tənzimləyən elə bir güclü mexanizm (rıçaq) yoxdur. Dünyanın bir tərəfində aclıq, bir tərəfində firavanlıq; bir yanda ölüm, bir yanda dinclik; bir qütbdə demokratiya, digər qütbdə istibdad, oli-qarxiya... Hələ də bir çox ölkələrdə insanlar dərisinin rənginə, gözünün quruluşuna, milli-irqi mənsubiyyətinə görə təqib və təhqirlərə məruz qalır; hər gün minlərlə insan bir çox ağıldankəm siyasətçilərin avantürist ideyalarının qurbanı olur; din və dil fərqlərinə, siyasi mənsubiyyətlərinin ayrılığına görə hələ də insanlara divan tutulur, edam ağacları qurulur. Bəşəriyyət hələ də ölümlə, qırğınla, qiyamətlə, hikkə ilə hamilədir; bu təhlükəli "doğuşun" fəlakətli sonucunu görmək üçün heç də böyük ağıl sahibi olmaq gərək de-yildir.
Yer kürəsi onlarca irili-xırdalı dövlətlərə parçalansa da, əslində bir neçə super-dövlətin nəzarəti altındadır. Bu nəhəng dövlətlər XX əsrdə müxtəlif leksik ifadələrlə adlandırılsalar da (ikilər, üçlər, dördlər, yeddilər, doqquzlar və s.), mahiyət etibarilə, vahid, yekdil bir missiyanı icra etmək niyyətində bulunmuşlar: dünyaya ağalıq etmək; heç olmazsa, Yer kürəsinə səpələnmiş dövlətlərin çoxunda təsir, nüfuz dairəsinə malik olmaq.
Heç kəsə sirr deyildir ki, dünyanın siyasi-iqtisadi müstəvisində baş verən olaylar çeşidli maraq və ambisiyalarla sıx şəkildə bağlıdır. Buraya fərdi maraqdan tutmuş milli maraqlara, qrup marağından tutmuş regional maraqlara, tayfa marağından tutmuş par-tiya... maraqlarına qədər rəngarəng "maraq növləri" daxildir. Baş verən müharibələrin çoxu etnik, ərazi... maraqları, həmin maraqların daşıyıcılarının praqmatik arzuları ilə müşayiət olunur. Bəzən qrup, tayfa marağı milli maraqdan, bəzənsə siyasi maraq döv-ləti maraqdan üstün olur.
Nədənsə bütün hallarda sadalamadığımız və sadalamadığımız maraq növləri bəşəri maraqdan üstün olur. Halbuki dünyanın qanunları daha çox kosmik prinsiplərə əsas-lanmalıdır.
Dünya vahiddir. Əgər biz bu prinsipi qəbul ediriksə, deməli, dünyada baş verən bütün proseslər - təkcə təbii yox, iqtisadi-siyasi proseslər belə vəhdətdədir və ya vəh-dətdə olmalıdır. Bunu dünyanın gedişatı, "əzəli" və "sonu", rəngi və çaları, əlqərəz, dünyanın məntiqi tələb edir. Dünyanı parçalayan bizik, yəni dünyanın övladlarıdır. Biz vahid orqanizm hesab etdiyimiz dünyanı hissəciklərə böldükcə o, bir növ kiçilir, öz "daxilinə" çəkilir, öz "içinə" yığılır. Bəli, Dünya vahid canlı orqanizmdir. O, öz qisa-sını almaq üçün özündə hər zaman qüvvə tapa bilər. Bizim (?!) kəşf etdiyimiz nüvə si-lahı dünyanı bir neçə dəfə (hər halda 50 dəfədən çox!) ölümə məhkum etməyə qadir-dir. Fəqət dünyanın çoxsaylı dağıntılara məruz qalmağa uzun müddət səbri çata bil-məz. O, yalnız bir dəfə, yalnız bir təkanla dağılacaq və həm də bizim Yer kürəmizi, "insanların planetini" (A.de S.Ekzüperi) bizim gücümüz, qüdrətimiz yox - bizim hikkə-miz, hətta mən deyərdim ki, bizim gücsüzlüyümüz, zəifliyimiz parçalayıb məhv edə-cək.
6.
Dünyanın sərhəd zolaqları - əslində dünyanın fiziki parçalanması deməkdir. Bu cür parçalanma heç vaxt insanı və dünyanı yaxşılığa doğru apara bilməz. Bu, dünyanın, sonucda total məhvinə aparıb çıxara bilər. Əslində isə, dünya "birləşmiş qablar qa-nunu" prinsipi üzrə yaşamalı və idarə olunmalıdır.
Əlbəttə, dünyada baş verən ictimai-sosial proseslər heç də primitiv səciyyə daşımır və təbii ki, "dünya problemini" bəsit yollarla həll etmək qeyri-mümkündür; bu həqiqəti dərk etməməyin özü bağışlanılmazdır. Millətlərin, xalqların avtomatik qaydada çulğaş-masından, "birləşməsindən", "hibritləşməsindən" danışmaq sadəlövhlük olardı. Ələl-xüsus, millətlərin öz müqəddəratını həll etməyə daha çox can atdığı çağdaş mərhələdə bu barədə düşünməyin özü belə absurddur. Zorakılıq vasitəsilə "birləşməyin" ən bariz nümunəsi kimi keçmiş SSRİ "calağını" xatırlatmaq kifayətdir. Görünür, dünya birləş-məzdən əvvəl - inteqrasiyadan öncə differensasiyaya məruz qalmaldır. Yalnız bərabər-hüquqlu xalqların eyni hüquqi müstəvidə birləşməsi zərurətindən danışmaq olar. Bir xalq digər xalqın "tərkibində" qalmaqla, üstəgəl, zorakılıqla, Dünya birliyinə qovuşa bilməz.
Bizim doktrinamızda (əgər belə demək təbiri- caizsə) söhbət azad insanların və müstəqil xalqların eyni siyasi-sosial müstəvidəki "bərabərliyindən" gedir; bəziləri üçün bu ideya xəyalplov kimi görünsə də!
Hər halda bizim gəldiyimiz qənaət belədir ki, müxtəlif ambisiyalardan doğan "par-çala, hökm sür" siyasətinə son qoyulmalı, bəşəri inkişafın, bəşəri tərəqqinin yeni mo-deli hazırlanmalı, iki sistem arasındakı məlum "antoqonist" ziddiyyətlərin fövqündə dayanan "üçücü" bir xətt - yol formalaşmalı, dünyanın bütün vətəndaşları hürr və dürr yaşamalı, Dünya və Vətəndaş öz bütövlüyünü bərpa etməlidir.
Dünyanın siyasi xəritəsində zaman-zaman aparılan "düzəlişlrə" son qoyulmalı, da-ha doğrusu, Yer kürəsini parçalayan fiziki sədlər birdəfəlik götürülməli, Yerin bağrını dələn sərhəd dirəkləri məhv edilməli, Dünya sərhədsiz olmalıdır. İlkin mərhələdə, heç olmazsa dünya birliyinə daxil olan ölkələr arasında sərhədlər şəffaflandırılmalıdır.


7.
Dünyanın "sərhədsizliyi" ilk baxışda kosmopolit nöqteyi-nəzər, utopik arzu kimi gö-rünsə də, bəşəriyyətin gələcək həyatını bunsuz təsəvvürə gətirmək mümkün deyildir. Bəziləri üçün kosmopolit - utopik - idillik - fantastik görünəcək, bəzilərində istehza do-ğura biləcək, bəzilərinin sayıqlama adlandıracağı bu fikir əslində təkzibedilməz reallı-ğa söykənir. Özünü fatal düşüncədən, mistik xülyadan, xəstə illüziyadan uzaq hesab edən müəllif belə bir qənaətə qəfildən, birdən-birə gəlməmişdir. Belə bir nəticəyə gəl-məyin əsasında, əlbəttə, nəsə fövqəladə vergi impulsları və ya Nostradamus "proq-nozları" da dayanmır. Bu, sırf elmi-nəzəri əsasa söykənən baxışların təzahürüdür.
Dünyanın (və özünün) yaranmasında öz rolunu və yerini müəyyənləşdirmək insan üçün çətin olsa da, dünyanın (və özünün) mövcudluğunun mahiyyətini müəyyənləşdir-mək mümkündür.
Yəni "sən necə yarandın?" sualına dəqiq elmi cavab tapmaq bu gün müşkülsə də, "sən nə üçün yaşayırsan?" sualına cavab aramaq mümkündür və bu sualı özü-özünə vermək hər bir normal adamın insani borcudur.
Təkcə 20-ci yüzilliyin müharibələri, həmin müharibələrin dəhşətli nəticələri bizim ha-mımızı bu gün məlum Şekspir sualı qarşısında qoymalıdır: "Olum, ya ölüm?". Nə et-məli? Doğrudan da, nə etməli? Tayfa savaşlarını, etnik qırğınları, milli müharibələri, dövlətlərarası münaqişələri davam etdirməli, yoxsa mövcud vəziyyətdən birgə çıxış yolları axtarmalı? Soyuq və isti müharibələrin alovundan minlərin, milyonların cəsədin-dən tonqal qalamalı, yoxsa kütləvi qırğınlara birdəfəlik son qoymalı?
Kaman-ox savaşından nüvə müharibəsinədək "şərəfli" (bəlkə də şərəfsiz) bir yol keçmiş bəşər övladı öz tarixi boyu minlərlə kiçik və böyük hərbin şahidi və ya iştirak-çısı olmuş, bəşəri sivilizasiyanın məhvində az və ya çox dərəcədə rol oynamışdır. Təkcə Avropa ölkələrinin müharibələrdə verdiyi insan itkisi 17-ci əsrdə 3,3 milyon nə-fər, 18-ci əsrdə 5,4 milyon, 19-cu əsrdən 20-ci əsrin əvvəlinədək (I Dünya müharibəsi-nəcən) 5,7 milyon, I Dünya müharibəsində 10 milyona qədər, II Dünya müharibəsində 50 milyon nəfərdən çox olmuşdur. Bu, təkcə Avropa qitəsindəki itkilərin statistikası-dır. Bəs digər qitələrdə necə, sülh və əmin-amanlıq olmuşdur? Əsla! Ümumiyyətlə in-diyəcən bəşər tarixində baş vermiş 14500-ə qədər müxtəlif miqyaslı müharibələrdən 3 milyard yarımdan çox insan tələf olub. Müharibələrdə çəkilən xərc qızıla çevrilsəydi ekvator xəti boyunca Yer kürəsinin "belinə" 10 kilometr enində 8 metr hündürlüyündə qızıl çəkmək olardı. Dünyamız öz tarixi boyu müharibə meydanına çevrilmiş, insan sallaxanasına bənzəmişdir. Halbuki Yer üzündə hər bir insanın və hər bir xalqın ya-şamaq haqqı var; nə yazıqlar ki, bu haqq çox vaxt insanın öz həmnəsli tərəfindən tapdanıb.


8.
Doğrudur, siyasi məzmununa görə müharibələri "ədalətli" və "ədalətsiz" olmaqla iki ye-rə bölürlər. Məsələn, tutaq ki, II Dünya müharibəsində "sovet xalqı" ədalətli, alman fa-şistləri ədalətsiz müharibə aparmışlar. Son dövrlərdə SSRİ parçalandı, "sovet xalqı-nın" millətləri, nümayəndələri, məsələn, gürcü və abxaz, erməni və azərbaycanlı, çeçen və rus, moldovan və rus və s. xalqlar bir-birlərinə qarşı müharibələr elan etdilər. Qəri-bə məntiqdir. SSRİ vətəndaşları dünənəcən almanların məğlubiyyətindən ağızdolusu danışdıqları halda, bu gün öz keçmiş "qardaşlarının" məhvindən, ölümündən həzz alırlar. Deməli, dünənki qardaş bugünkü düşmənə çevrilə bilər və ya əksinə. Deməli, əbədi düşmənlər (və dostlar) yoxmuş?
Bizim gəldiyimiz qənaət belədir ki, müharibələrin heç birində ədalətli və ədalətsiz, qa-lib və məğlub tərəf olmur. Əslində ölən də bizik, öldürən də. Qalib tərəf də bizimdir, məğlub tərəf də. Güclü və zəif dövlətlər anlayışı da əslində şərtidir. Kiçik dövlətin bö-yük silah arsenalı mövcuddursa, o, artıq özünü "güclü" dövlət hesab edir. Rus filoso-fu N. Berdyayev haqlı olaraq deyirdi ki, bizim hər birimiz istəyimizdən asılı olmayaraq müharibələrin iştirakçısına çevrilirik; əgər mən mənsub olduğum xalqın qələbəsini ar-zulayıramsa, deməli, rəqib tərəfin məhvini istəyirəm. Elə bu istəyin özü insan ölümündə müəyyən rol oynayır.
Biz - ölən və öldürən insan öz kökümüzə və öz budağımıza balta çalırıq. Biz faciələ-rimizin səbəbini kənarda yox, özümüzdə, öz içimizdə axtarmalıyıq. Məhz bu konteks-tdən çıxış edərək deyə bilərik ki, mövcud faciəvi, qlobal problemlərə yeni dövrün və yeni fikrin prizmasından yanaşmağa daha çox ehtiyac duyulur.
Klassik sosiologiya, politologiya və fəlsəfənin postulatlarına, kanonlarına, qanunları-na yenidən nəzər salınmalıdır.
Biz "sərhədsiz dünya" ideyasını irəli sürürüksə, deməli, bir çox milli - etnik - dini - iqtisadi - hüquqi prinsiplərə yeni spektrdan yanaşmalıyıq. Axı, bizə qədər də dünya-nın "sərhədsizliyi" ideyasını müdafiə edənlər mövcud olub. Fəqət necə? Hansı yollar-la? Bunun üçün təkcə marksizmin bədnam "Bütün ölkələrin proletarları, birlşin!" şüarı-nı, məlum "dünya inqilabı" nəzəriyyəsini xatırlamaq kifayətdir. Dünyanın birləşməsin-də sinfi mübarizə metodundan istifadə etməyin faciəli nəticələrini bəşəriyyət öz həya-tında sınaqdan çıxarıb.
Və yaxud, "sərhədsiz dünya"nın yaranması üçün güclü dövlətlərin zəif dövlətləri "yeyib" özünə ilhaq etməsinə aid də yüzlərlə misal gətirmək olar.
Sərhədlərin götürülməsi zor, təzyiq, müharibə, münaqişə, təhdid yolu ilə deyil, idrak, ağıl, qarşılıqlı güzəşt, açıq diskussiya, elmi-konstruktiv əsaslandırmalar yolu ilə get-məlidir.
Əlbəttə, istər-istəməz qarşıya çoxlu suallar çıxır: bu "birləşdirmə" necə, nə vaxt, ha-rada, kim tərəfindən, hansı üsuallarla həyata keçirilməlidir?
Təbii ki, sərhəd dirəklərinin qəflətən çıxarılıb yandırılması ilə dünya "birləşmiş qat-lar qanunu" prinsipi ilə idarə oluna bilməz, əksinə, bu cür primitiv üsullar xaosa, hərc-mərcliyə gətirib çıxara bilər.
Bəs nədən başlamalı? İlk növbədə (güclü) ictimai beynəlxalq təşkilat (və ya təşkilat-lar) yaranmalıdır. Təxminən, Birləşmiş Millətlər Təşkilatını, ATƏT qurumunu xatırla-dan həmin hüquqi institut mövcud dövlətlər üzərində nəzarət şəbəkəsi yaratmalı, özü-nüidarə formalarının təşəkkül və iştirakına diqqət yetirməlidir (yeri gəlmişkən, insanla-rın bir-birinə yaxınlaşmasına mane olan süni baryerlər təbii sədlərdən daha çoxdur; əs-lində, dünyanın parçalanmasında adi adamlar yox, daha çox siyasi xadimlər maraqlı-dır ki, bu da onların hakimiyyət ehtirası, şəxsi ambisiyası ilə bağlı olur).
Çağdaş dünyada ayrı-ayrı məmləkətlərin bir-birinə münasibəti cığal uşaqların, yaxşı halda isə acgöz adamların düşüncəsiz hərəkətlərinə bənzəyir: hərə öz mənafeyini, öz xeyrini, öz marağını güdür. Bu hərəkət nə dərəcədə rasional hesab oluna bilər? Əgər iki (və daha çox) dövlət bir-birini didib-parçalamağa hazırdırsa, bir məmləkətin pəncə-si digər bir məmləkətin "caynağına" uzanırsa, hansı "sivilizasiyadan", hansı güzəştlər-dən söhbət gedə bilər?
Bütün müqəddəs kitabların və əxlaqi konsepsiyaların əsasında insanların qardaşlı-ğı, hər kəsin Tanrı qarşısında bərabər imtiyazlara malik olması prinsipi vurğulanırsa, az qala konstitusiya qanunları səviyyəsində aparılan ayrı-seçkiliyin, müxtəlif parametr-lər üzrə həyata keçirilən "parçalanmaların", "bölünmələrin" nüvəsini nə təşkil edir? Kimdir, nədir insan övladlarını üz-üzə, göz-gözə, qarşı-qarşıya qoyan? Bizcə, hər şey-dən əvvəl, ayrı-ayrı hakimlərin hakimiyyət hərisliyi, qrup mənafeyi, tayfa marağı.
Bu gün dünyanın taleyini, sirr deyildir ki, həm də böyük dövlətlər, həmin dövlətlərin başçıları və həmin başçıların siyasəti müəyən edir. Əgər dünyanın hərbi potensialı da-ha çox Amerika və Rusiyada, intellektual potensialı Almaniya və Yaponiyada, fiziki potensialı Çin və Hindistanda, maliyyə potensialı İsveçrədə cəmləşibsə, "sərhədsiz dünya" nəzəriyyəsinin hansı perspektiv və imkanlarından, hansı konkret elmi dayaqla-rından söhbət gedə bilər? Başqa sözlə, "sərhədsizləşmə" haradan başlanmalıdır: "güc-lü", yoxsa "zəif" regionlardan?
Artıq dünyada dünyanın hesablaşmağa məcbur olduğu sivil sistem, "Avropa Birliyi ölkələri" mövcuddur. Bu, istər-istəməz əhatəli iqtisadi birliyə (inteqrasiyaya) dəlalət edir. NATO (hərbi birlik) öz sərhədlərini genişləndirməklə məşğuldur. ATƏT öz bey-nəlxalq sülh missiyasını yerinə yetirir. Digər beynəlxalq təşkilatların rolu da get-gedə artmaqdadır. Humanitar sahələrdə isə artıq müəyyən mənada "sərhədsizləşmə" prosesi getməkdədir. Bəc siyasi sahədə? Çox təəssüflər ki, siyasətçilərin əksəriyyəti hələlik öz missiyalarını "beynəlxalq təşkilatlara" etibar etmək haqqındakı fikri, niyyəti heç yaxına buraxmaq belə istəmirlər.
Bəzən şəxsi hakimiyyət ehtirası bütün bəşəri dəyərləri üstələyir. Tarixin təcrübəsi göstərir ki, bir çox hakimiyyət hərisləri öz şəxsi istəklərinin həyata keçməsi üçün nə-inki müəyyən qrupun, hətta, bütöv xalqın (bəlkə də bəşəriyyətin) bəlalara düçar edilməsinə razı olurlar.
"Dünya damı" elə qurulub ki, orada hər xalqın, hər millətin, hətta, hər fərdin öz yeri var; bu "canlı kərpiclərin" sökülməsi nəticəsində bəzən bütöv insanlar qrupunun, xalq-ların adı "qırmızı kitab"a, düşür. Bu, bütün insanlığın, bütün insanların adına qara lə-kədir. Nəhayət, bəşər öz qara əməllərindən əl çəkəcəkmi?
Mənsub olduğu xalqın, millətin, dövlətin suverenliyini, azadlığını, müstəqilliyini ar-zulamaq hər bir normal şəxsin normal istəyidir. Öz ölkəsini başqa (məsələn, daha güc-lü) dövlətə ilhaq etmək istəyi, təbii ki, anormal hal hesab olunmalıdır. Belə olan halda təbii sual meydana çıxır: elə isə "sərhədsiz dünya" nəzəriyyəsi növbəti avantüra deyil ki?
Müəllifin qənaəti qətidir: yox! Bu nə xülya, nə avantüra, nə də idilliyadır! Artıq deyil-diyi kimi, "sərhədsiz dünya" nə vaxtsa reallaşacağı zahirən utopik təcir bağışlayan, la-kin mahiyyətcə praqmatik nəzəriyyədir. Bu nəzəriyyənin maddiləşməsi bəşəriyyəti mi-nillik müharibələrdən, aclıq və səfalətdən xilas edə bilər. Bir az bayağı və ya gurultulu səslənsə də, həqiqət belədir: dünyanı dünyanın sərhədsizləşməyi xilas edə bilər.
Yenə sual meydana çıxır: əgər sərhədlər götürülürsə, deməli, dövlətlər də ləğv olu-nur? Bəli! Dövlətlər (bizim anladığımız klassik mənada) bir cəbr aparatı kimi tədricən ləğv olunur, dövlətləri idarə edən mobil, mütəhərrik qurumlar yaradılır (bu barədə bir qədər sonra).
Dünya- yəni bütün insan cəmiyyəti, vahid qanunverici və icraedici orqanların fəaliy-yəti ilə tənzimlənir (artıq burada dünya vahid dövlət müstəvisi kimi başa düşülür). Ye-nə sual çıxır: bu, yeni totalitar, qorxunc bir rejimin yaranmasından xəbər vermirmi? Vahid dünya, vahid dövlət, vahid rejim, vahid idarə və vahid icra mexanizmi... Bütün bunlar sərsəm adamın yuxularına bənzəmir ki? Xeyr! Bütün bunlar o zaman qorxunc və qorxulu ola bilər ki, hakimiyyətin bütün rıçaqları (sükanı) bir adamın əlində cəmləş-sin. Əgər söhbət hakimiyyətin bölünmə prinsiplərindən gedirsə, sivilizasiyalı inteqrasi-yavdan gedirsə, hansı təhlükə və qorxunu ön plana çəkmək olar?
Beləliklə, icra mexanizmi Beynəlxalq İdarə Sisteminin (BİS) yüksək liqanın, ali şu-ranın səlahiyətində olur (əlbəttə, necə ifadə olunmasından asılı olmayaraq bu adlar şərtidir, söhbət hakimiyyətin necə bölüşdürülməsindən gedir). İlkin mərhələdə milli parlamentlər qalır. Lakin milli parlamentlərin yeni əsasda təşkili ilə yanaşı beynəl-xalq parlamentin formalaşması istiqamətində də ciddi iş aparılır. Beynəlxalq parla-mentin yaranması zərurətdən irəli gəlir. (Biz bu barədə yenə söhbət açacağıq). Za-man keçdikcə özünüidarəetmə formaları təkmilləşir. Ümumiyyətlə, ərazi idarəetmə qay-daları uzun müddət yaşayır. Çünki qəfil "dövlətsizləşmə" yeni, saxta bir "kommuniz-min" (əslində isə, ya ifrat totalitarizin, ya da xaosun) yaranmasına səbəb ola bilər.



9.
Əminəm ki, çox yaxın gələcəkdə azadlığı tam zərurət kimi qəbul edən övladlarımız daha demokratik, daha sivil idarə formaları işləyib hazırlayacaq, ideyalara həyat nəfəsi verəcək, gerçəkliyə çevirəcəklər. Bəşər sivilizasiyasının böyük nümayəndələri - Platon, Avqustin, Nizami, Tomas Mor, Şarl Furye, Robert Ouen öz əsərlərində gələ-cək azad cəmiyyət haqqında qiymətli mülahizələr söyləmişlər (mən qətiyyən özümü həmin nəhəng fikir adamları ilə müqayisə etmək iddiasında deyiləm). Bir çox hallarda "utopik" adlandırılan əsərlərdən bəzilərinin adını xatırlatmaqla yaddaşınızı təzələmək istərdim. Platonun "Dövlət", Nizaminin "İsgəndərnamə", Kampanellanın "Günəş şəhə-ri", Tomas Morun "Utopiya adası", Kabenin "İkariyaya səyahət", Bellaminin "Geriyə baxış", Morrisin "Heç yerdən xəbərlər" və bir çox digər klassik nümunələr bu günün özündə belə "utopik" adlandırılsalar da, gələcək haqqında real və realist proqnozlarla zəngindir. XX əsrin əvvəllərində yaşamış alman sosioloqu Karl Manqeyma "İdeologi-ya və utopiya" adlı kitabında haqlı olaraq yazırdı ki, bu günün utopiyası sabahın ger-çəkliyinə çevrilə bilər. Bu fikrə Lamartinin dediklərini də əlavə etmək olar: "Bəzən uto-pik hesab edilənlər vaxtından əvvəl göstərilən həqiqətdir...". Yeri gəlmişkən, Şərqdə XIX-XX əsrlərdə insanları "dünya birliyinə" çağıran bəhailərin fikirlərini də (bir qədər dini-mistik xarakter daşısa da) yada salmaq yerinə düşərdi. XX əsrin böyük filosofu Popperin "açıq cəmiyyət" haqqındakı düşüncələri isə bu gün də diqqət mərkəzində-dir.
Hər halda mən özümü utopistdən daha çox, praqmatik hesab edirəm. Tarixin təcrü-bəsi sosial xüsusiyyətlərin genetik dominantlar fövqündə durduğunu sübuta yetirirsə, biz hansı əsasla bir xalqı digərinə, bir irqi başqasına qarşı qoymalıyıq. Bəzi düşüncə-siz, primitiv təfəkkürlü sosioloqlar bəzi millətlərin daha çox "böyük adam" (dahi) yetiş-dirdiyini "sübut" edirlər. Bu, absurd arqumentdir. Dahini xalq yox, mühit, şərait, ən nə-hayət, onun istedad və zəhməti yetişdirir.
...XX əsr tarixə həm də millətçilik, irqçilik əsri kimi daxil olur. Çox təəssüflər! Faşiz-min bəşəriyyətə vurduğu zərbənin hələ ağrı-acısı getməyib. Əsrin əvvəllərindən başla-yan lokal müharibələrin sonu görünməyir. Rus-çeçen savaşı ötən əsrin əvvəllərindən başlayıb, hələ də davam edir.
Təkcə XX yüzillikdə Yer üzündəki dövlətlərin 500-dən çox "başçısı" (şah və kral, prezident və baş katib) devrilib və ya qətlə yetirilib. Hakimiyyət uğrunda gedən "mü-haribələrdə" bəzən övlad atanı, qardaş qardaşı qətlə yetirib. Bu cür misalların sayını istənilən qədər artırmaq olar. Amma hesablayanda, dəqiq riyazi rəqəmlərə istinadən nəticə çıxarmaq mümkündür ki, müharibələrə çəkilən xərclər dinc quruculuq işlərinə çəkilərsə, bəşəriyyət - bundan çox şey uda bilər.
XX əsrin sonunda dünyanı titrədən müharibələr isə, nə qədər qəribə səslənsə də, daha çox biznes, kommersiya səciyyəsi daşıyır. Böyük dövlətlər kiçik dövlətlərə həm silah satır, həm də həmin ölkələrdə "sülhü bərpa edir", "sakitlik yaradır". Bir əlin dağıtdığı, viranəyə çevirdiyi kəndləri, şəhərləri digəl əl kredit (borc) götürülən pulların hesabına yenidən tikir, "qaydaya salır". Biznes hərbləri və ya hərb biznesləri böyük dövlətlərə böyük sərvət, kiçik xalqlara isə böyük faciə gətirir.
Dünyada yaxşı və pis, qoçaq və qorxaq, istedadlı və küt, gözəl və çirkin, güclü və zəif, tənbəl və işgüzar, zərif və kobud... xalqlar yoxdur. Sadəcə olaraq, mövcud xalq-ların içində saydığımız keyfiyyətlərə malik insanlar olur. Çox zaman tərbiyə və vərdiş-lər, bəzən isə təbii mühit və fərdi genetik amillər adamların "müsbət" və ya "mənfi" qütblərə bölünməsində müəyyən rol oynayır.
Ona görə də "sərhədsiz dünya" bəşəri- mənəvi dəyərlərin geniş yayılmasında müs-təsna rol oynaya bilər, "birləşmiş qablar qanunu" fizika elminin "təcir dairəsindən" çıxıb sosial-siyasi əxlaqi prinsiplərə nüfuz edə bilər. "Birləşmiş qablar qanununun" cəmiyyətə tətbiqi deyərkən nəyi nəzərdə tuturuq? Biz ilk növbədə bir həqiqəti xatırla-daq: planetimizdəki qitələr (kontinentlər) bir-biri ilə canlı təmasda olan "birləşmiş qab-lar"ı xatırladır. Bəs nə üçün mövcud maddi-mənəvi nemətlər bu "qablar"da bərabər miqdarda paylanmasın?
Bu gün dünya sivilizasiyasının qarşılıqlı əlaqələrinin mövcudluğuna və yayılmasına mane olan çoxlu amillər var. İnsan "kosmik" varlıq olduğu üçün o, bəşəri dəyər və planetar əlaqələrdən, kommunikativ rabitə və informativ kanallardan təcrid ediləndə na-tamam təhsil, tərbiyə komponentləri ilə yüklənir, dayaz təfəkkür və təsəvvürlərlə yaşa-yır, hadisələrə gec reaksiya verir. Ətrafda baş verən prosesləri düzgün qavraıb qiymət-ləndirə bilmir. "Natamamlıq komplekslərinin" qorxulu nəticələri öz "ağacını" bəşəriy-yətin öz başında sındırır. Yəqin ki, beyni yarımçıq, natamam "informasiya kodları" ilə yüklənən Stalin, Tito, Hitler, Mao, Səddam kimi fenomenlərin qismən sivilizasiyalı dövrdə - XX əsrdə meydana gəlməsi özlüyündə parodoksal hal kimi qiymətləndirilə bi-lər. Amma unutmaq olmaz ki, bu həm də mövcud quruluş və mühitin "qanunauyğunlu-ğu" ilə bağlıdır; bəşəri dəyərlərdən, "kosmik rabtədən" aralı düşmüş (və ya təcrid olunmuş) bu və ya digər bu cür şəxsiyyətlərin gələcəkdə də zühur etməyəcəyinə heç kəs təminat, zəmanət (qarant) verə bilməz; yalnız sərhədsiz dünyanın Böyük əxlaqı, əxlaqi prinsipləri bəşəriyyəti gələcəyin qorxunc, total, dəhşətli olaylarından hifz edib yaşada bilər.
Yeri gəlmişkən, vaxtilə "burjua" təlimi kimi kəskin hücumlara məruz qalan konver-gensiya nəzəriyyəsi (latınca “convergo”- yaxınlaşma deməkdir) iki mövcud sistemin - sosializm və kapitalzm cəmiyyətlərinin get-gedə "birləşməyə" meyl edəcəyini istisna etmirdi. Sovet sosioloqları isə ABŞ filosofu Sorokin və Holbreyti, fransız alimi Perru-nu, alman nəzəriyyəçisi Flextheymi "bədnam" ideyalarına görə "sərsəm" adlandırır, hər cür "birləşməni" ağılsızlıq hesab edir, heç bir raskonal fikri yaxına belə buraxmaq niyyətində bulunmurdular.
Bəzən yeni yaranmağa başlayan gözəl ideyalar belə qəzəbli, sadis fikir cəlladlarının "bıçağı" - qələmi altında beşikdə ikən qətlə yetirilir, pərvəriş tapa bilmir... Əlbəttə, söhbət xəstə yox, sağlam ideyadan gedir.
10.
İctimai-siyasi və ya fəlsəfi arenada yeni söz, orijinal mülahizə (mühakimə) söyləmək arzusu ilə yaşayanlar çox olsa da, hər "yeni fikir" çox zaman "hər yaxşı köhnə dəb - təzədir" prinsipindən irəli gedə bilmir. Bundan başqa, yalnız orijinal görünmək xatiri-nə "orijinallıq" etmək, müştəbehlikdən başqa bir şey deyildir. Çox təəssüf ki, başqa sahələrdə olduğu kimi, elmi-fəlsəfi, ictimai-siyasi sahədə də bu cür əllaməçilərin, müş-təbehlərin sayı kifayət qədər olmuşdur və bu gün kifayət qədərdir. Dünyaya, tarixə "millətçi" və "şovinist" ideyalarla yanaşı, "beynəlmiləlçi" və "bəşəri" ideyalar təlqin və təbliğ edən çoxlu sayda kiçik və böyük ideoloqların adı məlumdur. Biz onların heç bi-rinin adının üstündən xətt çəkmək niyyətində deyilik, yalnız bir daha xatırlatmağı va-cib bilirik ki, dünyanı nə xəstə şovinist-millətçi, nə də yayğın kosmopolist - beynəlmi-ləlçi ideyalar xilas edə bilər. Çünki hər iki hal ifrat-radikal elementlərlə zəngindir.
Fikrimizə illüstrasiya üçün deyim ki, artıq bizə qədər kosmopolitlər (kosmopolit yu-nanca "dünya vətəndaşı" deməkdir) "dünyanın birləşdirilməsi" problemi ilə məşğul olmuşlar. Hələ qədim Yunanıstanın böyük mütəfəkkirləri - Diogen Laerti, Plutarx, orta əsr intibahının nümayəndələri Dante və Kampanella, alman filosofları Lessipq, Fixte, Höte, Şiller və bir çox başqaları mücərrəd-humanist bir ideal kimi kosmopolitizm ide-yalarını təqdir və təbliğ etmişlər. Epiktet yazırdı ki, Sokrat ilk kosmopolitlərdəndir və bu terminin yaradıcısıdır. O deyirdi: "Mən afinalı və ya korinfyalı deyil, kosmopoli-təm".
Kosmopolitlər dövlət suverenliyi ilə yanaşı, milli suverenliyi də inkar edir, "dünya vətəndaşı" anlpayışını ön plana çəkməklə bəzən dünyanın nizamını zorakı aksiya-larla bağlamağa çalışırdılar.
Biz isə "dünya vətəndaşı" anlayışını qəbul etsək də, milli suverenliyin üstündən xətt çəkmək niyyətində deyilik. Biz habelə Makedoniyalı İsgəndərin qurmaq istədiyi "vahid dünyanın" - zorakılıq, hərb, qırğın yolu ilə araya gələn "sərhədsiz dünyanın" tərəfdarı kimi çıxış etmirik. Biz kosmopoitlərdən fərqli olaraq, "sərhədsiz dünyanın" avtomatik və ya utopik xülyalarla yaranıb tənzim və idarə olunmasını təsbit etmirik. Təbii ki, biz dünyanın bir şəxs (və ya bir qrup "politikan") tərəfindən idarə olunması-nın da tam əleyhinəyik. Çünki tarixin dərslərindən yaxşı məlumdur ki, bəzən çoxlu in-sanlar qrupu (kütlə) bir nəfər avantüristin təsiri altında ağlasığmaz cinayətlərin iştirak-çısına və icraçısına, ən yaxşı halda, tamaşaçısına çevrilə bilər.
Tarixdə buna aid misallar çoxdur; zira kütləvi psixoz nəticəsində bir qrup insanı (kütləni) idarə etmək bir nəfər normal adamı idarə etməkdən daha asandır. Bəzən bütöv bir xalq nevroz vəziyyətinə, dəli səviyyəsinə gətirilir və bu cür sosial xəstəliyin fonunda ağıllı adam daha anormal təsir bağışlayır.
Xalqın kütləvi fizioloji xəstəliyə mübtəla olması ağrılı fakt olsa da, buna dözmək mümkündür, çünki bu cür xəstəliyin lazımi dərman və preparatlar vasitəsilə müalicə et-mək mümkündür.
Daha böyük fəlakət xalqın (kütlənin) sosial xəstəliyə mübtəla olunmasındadır; bu cür xəstəliyin qorxunc nəticələrini aradan götürmək üçün illər, onillər bəs etmir. Bu cür xəstəliklər insanların sosial genlərini, sosial kodlarını, sosial hüceyrələrini sıradan çıxa-rır. Sosial xəstəliklərin müalicəsi digər xəstəliklərdən daha çətindir. Təkcə stalinizmin və hitlerizmin bəşəriyyətə gətirdiyi bəlanı yada salmaq kifayətdir.
(Əlbəttə, dünyaya ağalıq etmək istəyində bulunan fərdlər tarixən də olub, indi də az deyildir. Adamlara, necə olursa-olsun, "başçılıq" etmək istəyinin özündə sadizm ele-mentləri də yox deyildir. Bunu "sosial sadizm" adlandırmaq daha doğru olardı. Söz yox ki, "başçılıq" arzusunun üzə çıxmasında "siyasət - əxlaqsızlıqdır" prinsipinin əl-də və dildə bayraq edilməsi də az rol oynamır...
(...Əlqərəz, hərdən mənə elə gəlir ki, bizim yaşadığımız dünya hansısa görünməz rəssamın yarımçıq eskizidir. həm də bu "yarımçıq portreti" (eskizi) heç bir fövqəltəbii rəssam yox, məhz insanın özü çəkib başa çatdıracaq...
(...Və dünyanın "bütövlüyünü" təmin etmək üçün bütün insanlara ilk növbədə, öz dediklərinə - öz iç dünyalarına nəzər salıb özlərini təhlil etmək vərdişini aşılamaq la-zımdır...
(..Özünütəhlil və özünütərbiyə hər şeyi olmasa da, çox şeyi həll edir; itə "tərbiyə" verib cəmiyyətiçinə çıxarmaq olur, tərbiyəsiz adamı isə itlərin "cəmiyyətinə" də çıxarmaq olmaz...)
Biz onu da dərk edirik ki, "sərhədsiz dünya" haqqında söylənilən mülahizələr çoxla-rının (ya bəzilərinin) nəzərində yeni total bir qurum yaratmaq ideyası kimi transforma-siya oluna bilər. Bu bu kökündən yanlış təsəvvürdür. Biz daha çox fiziki sərhədlərin aradan götürülməsinin tərəfdarıyıq, digər tərəfdən, milli-mədəni muxtariyyətin möv-cudluğu hələ uzun müddət qalacaq. Hərçənd ki, Böyük Dünyanın Böyük Mədəniyyəti onsuz da heç bir sərhəd tanımır. Yəni əsl, böyük, bəşəri mədəniyyət nümunələri on-suz da "sərhədsiz dünyaya" məxsusdur və ya dünyanı "sərhədsizləşdirib".
Mədəniyyət haqqında deyilən fikirlər, eləcə də dinlərə və dillərə, adət və ənənələrə aiddir. Əcəba, kimin hansı dinə tapınması, hansı dildə danışması nə vaxtdan böyük təbərrükə və ya yasağa çevrilib? Necə deyərlər, din - inancın, dil - fikrin qabığı olduğu üçün Yer üzündə böyük və kiçik din, yaxşı və pis dil yoxdur. Uzaqbaşı qədim və ca-van din, söz tərkibi (leksik cəhəti) etibarilə zəngin və yığcam dil ola bilər.


11.
İndiyə qədər irəli sürülən müddəalardan sezməmək mümkün deyildir ki, bizim "sərhəd-siz dünya" haqqında söylədiyimiz mülahizələrdə konkret arqumentlərdən daha çox, irəli sürülən ideyanın ümumi konturlarının cızılmasına diqqət yetirilir. Söhbət nəhəng bir prosesin idarə olunmasının detallarından, vintcik və düyməciklərindən getdiyi za-man birbaşa "hə" və ya "yox" hökmləri ilə danışmaq qeyri-mümkündür.
Bizə elə gəlir ki, dünyanın nizamı fatal, fövqəlbəşər proseslərdən asılı deyildir. Cə-miyyətin inkişafının öz qanun və qanunauyğunluqları mövcuddur. Deməli, qlobal ol-masa da, lokal hadisələrin çoxu insanın, insan qrupunun, dövlətin, xülasə, cəmiyyətin nəzarəti altında inkişaf edə bilər. Yalnız məlum dövlətlərarası maraqların yaşarılığı və bir çox dövlət rəhbərlərinin şəxsi ambisiyaları aradan götürülərsə, mövcud superdöv-lətlər qarşılıqlı güzəştli adıımlar ataraq bir-birinə əl uzadarlarsa heç olmazsa ilkin mər-hələdə lokal problemlərin dinc yolla nizamlanması tamamilə real pozitiv nüanslarla şərt-lənə bilər.
Bəs nə mane olur dövlətlərin bir-birinə qarşı güzəştli addım atmasına?
Dövlətlər də adamlar kimidir; söhbət xalqlardan yox, mövcud sistemlərdən gedir.
Bəzən adamlar özlərinin yaratdıqları sistemin girovuna çevrilirlər. Sistem tilsimli, qorxunc bir əjdahaya çevrilib öz yaradıcılarının başını yeyir, quruluş vətəndaşlarının üçün amansız təpəgözə (siklona) çevrilir. Yalnız demokratik prinsiplərə və bəşəri də-yərlərə söykənən cəmiyyət, quruluş və vətəndaşlarının yumruq altında əzilməsinə yox, onların hüquq və azadlıqlarının qorunmasına xidmət edə bilər.
Yeri gəlmişkən, xatırladaq ki, təbitəin bir parçası, onun (təbiətin) övladı hesab olu-nan, insanın təbiətdə oynadığı rol və tutduğu mövqe elm tərəfindən hələ tam dəqiqliyi ilə müəyynələşdirilməyib. Məlumdur ki, bütün canlıların təbiətdə öz funksiyası, öz və-zifəsi vardır. Yeri "şumlayan" qarışqadan tutmuş meşə "sanitarı" sayılan çaqqal və canavarlara qədər hər bir vəhşinin konrket rolu təbitəin özü tərəfindən irəlicədən müəy-yənləşdirilib. Bəs bu canlılar səltənətində insanın vəzifəsi nədən ibarətdir? Təbiəti da-ğıtmaq, digər canlıları məhv etmək? Bəlkə öz insan nəslinin kökünü kəsmək? Axı, nə-dir insanın əzəli və əbədi vəzifəsi? Öldürmək? Parçalamaq? Didib-dağıtmaq?..
Etiraz edib deyə bilərlər ki, insan təkcə uçurmur, həm də qurub-yaradır. Elə isə gəlin bir anlığa düşünək: nəyisə yaradan insan nəyisə məhv etməkdən ötüşə bilirmi? İnsan kanal çəkirsə çayın, bina tikirsə meşənin, neft çıxarırsa torpağın "evini yıxır". Sanki cəmiyyətdə yeri qismən məlum olan insanın təbiətdəki yeri qeyri-müəyyədir. Bütün bu və digər tərəddüd və təəccüb doğuran suallar açıq qalsa da, fakt faktlığında qalmaqdadır: təbiətdən təcrid olunmuş insan, yaxşı-pis öz cəmiyətini yaradıb və özünün düzüb-qoşduğu qanunlarla yaşayır. Nə yazıqlar ki, insanın yaratdığı dövlət quruluşu heç də kamillik nümunəsinə çevrilə bilməyib. Hərçənd ki, bu yolda (kamil-lik yolunda) ciddi-cəhdlə irəliləyən, öz naqisliyini islah etməyə səy göstərən qurum-lar da yox deyildir.
Mənim gəldiyim qənaət belədir: hər hansı bir dövlət hər hansı bir insan kimi izolədə yaşaya bilməz; dövlətlərin bir-biri ilə kosmik əlaqəsi, təbii-tarixi bağları mövcuddur; bu bağların süni şəkildə qırılması katostrofa gətirib çıxara bilər. Bu mənada, qorxulu dövlət (sistem)- siyasi qalaktikadan təcrid olunmuş dövlətdir. Bu cür dövlətlərdə və-təndaş öz mənsub olduğu ölkəni nəinki sevir, hətta ona nifrət, kin bəsləyir. Anormal sistemdə dövlət öz vətəndaşı (övladı) üçün isti ana qucağına yox, kinli analığın (ögey ananın) təpiyinə çevrilir. Məhz bu cür total cəmiyyətdə vətəndaş üçün Vətən cənnətə yox, cəhənnəmə dönür. Adamlar bu cəhənnəmin odundan tezliklə xilas olmağa çalışır-lar. Xilas yolu, adətən, ya mühacirət, ya da intihar olur.
(İnsanlar təkcə fiziki yox, çox vaxt mənəvi intiharlara da məruz qalır; necə deyərlər, insanda sonuncu olaraq ümid ölür. Ümidi, arzusu, istəyi məhv edilmiş insanın mənəvi ölümü fiziki ölümünü qabaqlayır. Bəzən ayrı-ayrı fərdlər deyil, bütöv bir dövlətin və-təndaşları mənəvi intihara məruz qalır.
(...və ümumən götürdükdə bütün millətlər katarsisdən keçməyə məhkum olunmuşlar.
(...xalqlar da adamlar kimi doğulur, böyüyür... və bəzən də ölür.
(...dünyada gömülən və yeni yaranan sivilizasiyalar da mövcuddur).
Təbiət özü-özünü realizə etməyə məcburdur. Parodoksal haldır ki, bu cür klassik realizə insan cəmiyyətinə yaddır. Biz nə siyasi, nə mənəvi, nə də demoqrafik anlayışlar baxımından öz fəaliyyətimizi tam nəzarətdə saxlaya, proqramlaşdıra bilmirik. Tarix saysız-hesabsız faciəvi - disharmonik olayların şahidi olmuş və yenə də şahididir. Yal-nız dövlətlərin, xalqların qarşılıqlı əlaqə və nüfuzu, "birləşmiş qablar qanununa" tabe olması bütöv bəşəriyyəti düçar olduğu ağır və yüngül bəlalardan dartıb çıxara bilər.
Əlbəttə, bu gün - XX əsrin sonunda XXI əsrin ləpədöyənində beyni millətçilik ide-yaları ilə yüklənmiş (biz "zəhərlənmiş" demirik, çünki bu, təhqiramiz səslənə bilər; di-gər tərəfdən, bir çox millətlərin bu gün tarix səhnəsində qalmasında nə vaxtsa ortaya atılmış "millətçilik" şüarlarının və millətçi rəhbərlərin rolunu inkar etmək olmaz; yəni tarixin bir çox faciəvi situasiyalarında milləti məhz millətçilik xilas etmişdir) adamlara "sərhədsiz dünya" haqqında "dərs demək" bəlkə də arqumentsiz təsir bağışlaya bi-lər. Amma tarixə az-çox bələd və normal düşüncəyə malik olan adamlar özləri üçün nəticə çıxara bilər və bu nəticə belə bir sualın cavabını aramaqla açıqlanar: DÜN-YANIN (söhbət ayrı-ayrı xalq, dövlət, millət və s. haqda getmir, söhbət dünyanın, bə-şəriyyətin taleyindən gedir) MÜTLƏQ XİLAS YOLU ONUN SƏRHƏDSİZLƏŞMƏ-SİNDƏ DEYİLSƏ BƏS NƏDƏDİR?



12.
Söz yox ki, xalqların, millətlərin, dövlətlərin qarşılıqlı əlaqə və əməkdaşlığı çox gözəl, çox məqbul, çox dəyərli hadisə kimi qiymətləndirilməlidir. Fəqət, bu qarşılıqlı əlaqələr hər zaman öz müsbət bəhrəsini verirmi? Dövlətlər hər zaman bir-biri ilə ümumi dil tapa bilirmi, bir-birini anlayırmı, heç olmazsa anlamağa çalışırmı? "Böyük" dövlətlər "ki-çik" dövlətlərin mənafeyini nəzərə alırmı? Təbiətdə olduğu kimi, cəmiyyətdə də az-manlar cırtdanların qəniminə çevrilirmi?
Suallar çoxdur.
Fəqət, həmin sualların özünü şübhə altına alan kontrsuallar da yox deyildir; belə ki, opponentlər haqlı olaraq soruşa bilərlər: əcəba, müstəmləkə və yarımmüstəmləkə şə-raitində yaşayan millətlərin və xalqların öz suverenliyini tələb etdiyi bir zamanda siz hansı "birləşmədən" danışırsınız? Dünya xəritəsində sərhəd cizgilərinin, planetimizin sinəsində sərhəd dirəklərinin artdığı bir zamanda siz hansı "sərhədəsizləşmədən" dəm vurursunuz? və s. və i. a. Doğru, arqumentli, dəyərli suallardır.
Elə isə tərəfimizdən soruşulur: siz "suverenlik" arzulayan dövlətlərin zahirən təbii gö-rünən istəyinin arxasında çox vaxt hansı siyasi məqsədlərin dayandığının fərqinə va-rırsınızmı? Siz hansı dövlətin hansı dövlətdən ayrılıb yenə də hansı bir üçüncü dövlə-tə "pənah" apardığının səbəb və nəticəsini, son məqsədini, yaxın və uzaq perspektiv-lərini dərk edib qiymətləndirə bilirsinizmi? Əgər diqqət yetirsəniz görərsiniz ki, kiçik dövlətlər daha çox böyük dövlətlərlə birləşməyə, qovuşmağa can atırlar. Onsuz da dövlətlərin mütəmadi təbii inteqrasiyası gedir; etnik, milli toqquşmalara baxmayaraq, bir tərəfdə sıxlaşan sərhəd dirəkləri başqa tərəfdə seyrəlir. Yəni dünya onsuz da "sər-hədsizləşməkdədir", "sərhədsizləşməlidir", başqa yol yoxdur. Bəs bu proses necə sürətlənməli, bəşəriyyət bu yoldan necə xatasız, bəlasız, qan-qadasız ötüşməlidir? Ne-cə deyərlər, bax, sual budur, bu!
"Suverenlik" sözünü dırnaq arasında görüb qeyzlənən patriot qardaşıma üz tutub demək istəyirəm: bir qədər səbrli ol! And olsun Tanrıya, mən heç bir kəsin və heç bir xalqın suverenlik arzusuna istehza etmək niyyətində deyiləm. Öz xalqımı və millətimi isə ürəkdən, lap ürəkdən sevirəm. Hər bir normal adam öz xalqının patriotu olmalı öz vətəninin təəssübünü çəkməlidir. Lakin mən hər cür saxta patriotları
pisləyir, "vətənpərvərlikdən" şəxsi ambisiyaları üçün istifadə edənləri qəbul etmirəm. L.Tolstoy demiş: "vətənpərvərlik əclafların son sığınacaq yeridir".
Bu sətirlərin qələmə alındığı anlarda xalqımız haqqında bədgümanlıqla, pessimist hisslərlə düşünən soydaşlarımızın çoxundan fərqli olaraq, mən öz zəhmətkeş, namus-lu, təmkinli, mərd xalqımın gələcəyinə nikbinliklə baxıram; onun tarixi həmişə qələbə və məğlubiyyətlərlə müşayiət olunub. Burada, yəni onun geri çəkilmələrində isə heç bir qəbahət yoxdur. Yer üzündə həmişə uğur qazanan, həmişə qalib çıxan bir xalq varmı? Varsa adını çəkin, ünvanını göstərin! Mənə elə gəlir ki, ümumiyyətlə, məğlub və qalib xalqlar olmur: məğlub və qalib siyasət, ağıllı və ağılsız siyasətçilər olur.
...Və bu mənada təkcə hər hansı bir şəxsiyyətin və dövlətin mütləq suverenliyindən söhbət açmaq absurddur.
Absalyut (mütləq) azad (suveren) fərd və dövlət yoxdur və ola da bilməz. Hər hal-da söhbət Yer kürəsinə səpələnmiş insanların və xalqların indiki durumundan gedir. Yalnız insanların (və xalqların) bir-biri ilə qarşılıqlı təması, onların əsl qardaşlığı sa-yəsində "suverenlik" yarana bilər. Yalnız bu cür harmoniya, nizam nəticəsində dünya öz bütövlüyünə, öz tamlığına, öz ilkinliyinə, öz əzəliliyinə qayıda bilər. Yalnız dünya "bütövləşəndən" sonra insanların əsl azadlığından söhbət gedə bilər.
Bunu sizə - gerçəkliyə və reallığa daha çox inanan, özünü peyğəmbərlikdən (əğstə-fürrüllah!) uzaq hesab edən, bəlağətli və bayağı söhbətləri sevməyi bir insan övladı de-yir. Bəli, Yer kürəsi, dünya bütövləşməlidir (bu yerdə rəhmətlik Qalileyin məlum hök-mü yada düşür: "Bəli, Yer fırlanır!").



13.
Bu gün yuxu, xəyal, əfsanə, utopiya... kimi görünə bilən ideyanın sabah reallığa çevri-ləcəyinə tam əmniyyət duymaq gərəkdir. "Dünyanın vəhdəti" (təkcə fəlsəfi kateqoriya anlamında yox!) zamanın, dövrün zərurətindən irəli gələn problemdir. Dünya "böyük" və "kiçik" xalqlar, "zəif" və "güclü" hökmdarlar arasında deyil, bütün xalqlar və bütün insanlar arasında (heç olmazsa nisbi mənada) bərabər qaydada "bölünməli", "bölüşdü-rülməlidir". Dünyanın "yenidən bölüşdürülməsi" (əslində isə yenidən birləşdirilməsi) haqqında irəli sürülən bu ideya bizə elə gəlir ki, hər cür "burjua", "millətçi", "kommu-nist" və s. ideologiyalarının fövqündədir.
Yeri gəlmişkən, dünyanın "birləşdirilməsi" ideyasından danışılarkən, bir daha qeyd edirəm ki, bu birləşmənin arxasında hansısa bir dövlətin (xalqın, millətin) he-gemonçuluğu, dünya ağalığı nəzərdə tutulmur. Əksinə, bu birliyin əsasında indi dünyada mövcud olan bütün xalqların tam və mütləq bərabərliyinin qarantı da-yanmalıdır. Məsələn, deyək ki, "dünya birliyi" və ya "dünya vətəndaşı" ideyası abs-trakt bir anlayış kimi qəbul edilməməlidir. Və "dünya birliyinə", tutaq ki, Rusiya dövlə-ti (daha doğrusu, rus xalqı) bu gün mövcud olduğu kimi, yəni Rusiya Federasiyası ki-mi deyil, məhz Rusiya kimi daxil olmaldır. Zahirən ziddiyyətli, mübahisəli görünən bu şəhərdə, bu traktovkada, əslində hər şey sadədir: belə ki (məsələn), BSİ tərkibində, BP strukturlarında çeçenlər rusların, qaqauzlar moldavanların, kürdlər ermənilə-rin tərkibində deyil, tam müstəqil qaydada təmsil olunmalıdır. Deməli, istər-istəməz belə bir qənatə gəlməli oluruq ki, biz birləşmədən əvvəl sözün müəyyən mənasında "ayrılmalıyıq". Yəni ilkin mərhələdə bütün xalqlar öz müstəqilliyini əldə etməli, öz suverenliyini qorumalı, yalnız bundan sonra özünün "sərhədsiz dünyasını" yarat-malı, dünya birliyinə qovuşmalıdır.
Parçalanmış dünyada (söhbət bugünkü zorakı bölgülərdən gedir), ayrı-ayrı tayfa və zümrələrin, sinif və partiyaların hegemonluq etdiyi dünyada yaşamaq ən böyük bəd-bəxtlikdir. Ən böyük xoşbəxtlik azad dünyada azad nəfəs almaqdır. Mütləq bəşəri xoşbəxtlikdən söhbət açmaq mənasız şey olsa da, hər halda nisbi xoşbəxtliyə yalnız azad insanla azad dünyanın qarşılaşdığı, qovuşduğu andan çatmaq mümkündür.
Azad dünya – elə azad insan deməkdir.



14.
Bəs dünyanın yenidən "qurulması", birləşməyə xidmət edən "bölüşdürülməsi" hansı proseslərlə müşahidə olunması, hansı vasitələrlə (mexanizmlə) həyata keçirilməlidir?
Sözsüz ki, "sərhədsizləşmə", "bütövləşmə", ilk növbədə, silahlar üzərində nəzarət-dən başlamalıdır. Bunun üçün beynəlxalq səviyyəli nəzarət qrupları təşkil edilməli, bütün dövlətlərin silah cəbbəxanaları yoxlanıb akt tərtib edilməlidir. Yalnız bundan sonra ilk növbədə nüvə, daha sonra ağır sislahlar, raket qurğuları zərərsizləşdiril-məli, dövlətlərarası müqavilələr bağlanmalı, təəhüdlər (öhdəliklər) qəbul edilməli, hər cür təhlükəli silah növünün istehsalına və təbii ki, sınağına embarqo qoyulmalı-dır.
Deməli, dünyanın "sərhədsizləşməsi" sahəsində ilk addım dünyanın silahsızlaşdırıl-masından (tərksilahdan) başlamalıdır. Ağır, orta və yüngül silah növlərinin ləğvi - or-duya çəkilən xərclərin azaldılması, beləliklə, müharibə (hərbi) potensialının zəifləməsi ilə sonuclanır. Hərbi məqsədlər üçün ayrılmış vəsait (büdcə xərcləri) müharibələr nəticəsində dağıntılara məruz qalmış yaşayış məksənlərinin (şəhər və kəndlərin) bərpasına, qurulmasına yönəldilməlidir. Bütün bunlar beynəlxalq təşkilatların kömə-yi, səyi, iradəsi ilə həyata keçirilməlidir.
Hərbi silah-sursatın qəfil ləğvi hüquq-mühafizə qüvvələrinin avtomatik zəifləməsinə gətirib çıxara bilər. Ona görə də müəyyən vaxt ərzində polisin əlində müəyyən hərbi sursat, mobil taktiki silahlar qalmalıdır. "Silahsızlaşdırma" (tərk-silah) əməliyyatın-dan sonra irimiqyaslı təbii fəlakətlərin ağır nticələrinin (təbii ekoloji qlobal prob-lemlərin) aradan qaldırılmasını təmin etmək üçün ekspertlər qrupu yaradılmalı, qeyd olunan problemlərin kompleks həllinə diqqət yetirilməlidir.
Kütləvi aclıq zonalarının, işsizliyin, savadsızlığın.. ləğvi "sərhədsiz dünya" vətən-daşlarının ən böyük məqsədləri hesab olunmalıdır.

15.
Sadaladığımız və sadalamadığımız mühüm iqtisadi və ekoloji problemlərin həlli ilə ba-həm "siyasi islahatların" aparılması da zərurtdən doğur.
"Böyük islahatların" ilkin mərhələsində bütün dövlət strukturları qalır, lakin lokal idarəetmənin əsas "rıçaqları" tədricən, mərhələ-mərhələ "kollektiv idarəetmə mərkəzi-nə", "baş pulta", dövlətlərarası (benəlxalq) birliyin "beyin aparatına" (bu qurumu necə adlandırırsız adlandırın, amma artıq qeyd etdiyimiz kimi, hələləik şərti olaraq biz onu Beynəlxalq İdarə Sistemi (BİS) adlandırırıq) tabe etdirilir.
"Tabeolunma" anlayışının özündə zahiri cəbr və zorakılıq çalarları olsa da, proses sivil qaydada, ehtiyatla, artıq bir neçə dəfə qeyd olunduğu kimi, mərhələlərlə həyata keçirilməlidir.
Lakin bütün mərhələlərdə cəmiyyətin bütün sahələrində özünüidarə prinsipləri, azad seçim formaları daha da inkişaf edir, inzibatçılıq və təyinolunma funksiyaları zə-ifləyir, tədricən arxa plana keçir.
BSİ-in totalitar, qorxulu, qorxunc təşkilata çevrilmə ehtimalını tamamilə aradan gö-türmək üçün dəqiq idarə mexanizmi, demokratik qanunlar, seçkili təşkilat strukturu təsis olunmalıdır. BİS-də (onun icra aparatında) təmsil olunan nümayəndələrin kəmiy-yəti mövcud xalq və millətlərin ümumi sayının əmsalına görə deyil, proporsional - bə-rabər qaydada müəyyən olunmalıdır. Məsələn, 1,5 milyardlıq Çin xalqı ilə 1,5 milyon-luq eston xalqı BİS-də bərabər miqdarda nümayəndə ilə və ya heyətlə təmsil olunmalı-dır.
Dünyanın bütün xalq və millətlərinin, bütün bəşər övladlarının taleyi üçün cavab-dehlik, insan haqlarının qorunması üçün məsuliyyət BİS-in üzərinə düşür.
BİS özəl və dövlət idarə strukturlarının müvaze inkişafını təmin edir.
Bəşəriyyətin tərəqqisi, dünyanın inkişaf qanunayuğunluğu və ya qanunauyğun inki-şafı, xalqların və millətlərin qovuşması istiqamətinin labüdlüyünü təsbit edir. Siz artıq beynəlxalq iqtisadi, ekoloji və hərbi "birliyin" bəzi elementləri haqqında mülahizələrlə tanış oldunuz. Bəs mənəvi "qovuşmanın", qlobal mədəniyyət probleminin konturlarını necə müəyyənləşdirməli?
Müəllif yenə (istər-istəməz) haşiyə çıxıb öz qənaətlərinin dürüstlüyünü, tənqidədö-zümlüyünü iddia etmək məcburiyyətində qalır. Məsələ belədir ki, "sərhədsiz dünya" ideyasının (nəzəriyyəsinin) müəllifi özünü az-çox normal adam hesab edir və dünya mədəniyyətinin (sivilizasiyasının) (hərçənd ki, bəzən mədəniyyət və sivilizasiya anla-yışları sinonim kimi işlənir; əslində isə onlar adekvat terminlər deyildir) az-çox mühüm hesab edilən nümunələrini imkanı daxilində diqqətlə nəzərdən keçirib Platondan tutmuş Popperə, Kantdan tutmuş Konta, Aristoteldən tutmuş Sartra, Marksdan tutmuş son dövrün "neo" və "izm"lərinə qədər bir çox filosof və fəlsəfi təlimçilərlə, bəşəri və anti-bəşəri nəzəriyyələrlə tanış olmuş, oxuduqlarını sərf-nəzər, çıxdaş edəndən sonra belə qənatə gəlmişdir ki, artıq bəşəriyyət yeni ideyaların rüşeymləri ilə hamilədir, onun ma-maçaya ehtiyacı var. Lakin yeni doğulan körpə cərrahiyyə stolu üstündə yox, ana qu-cağında pərvəriş tapmalıdır və ya o (yəni körpə), vaxtından əvvəl yox, normal zaman kəsiyində dünyaya göz açmalı, öz təbii doğuluşundan sonra öz təbii ömrünü təbii şəra-itdə, təbii zəmində yaşamalıdır.
Müəllifi ən çox narahat edən şeylərdən biri də cəmiyyət (və ya onun əksər üzvləri) qarşısında axmaq (və ya hoqqabaz) vəziyyətinə düşmək qorxusudur. Fəqət, (yekə çıxmasın) bütün bəşəriyyətin xoşbxtliyə çıxması yolunda hər cür sıxıntılara (o cmlə-dən axmaq təciri bağışlamağa) dözmək bizcə, iztirabdan çox həzz mənbəyinə çevrilə bilər və bu mənada müəllif oxuyub dərk etdiklərini, öyrənib müşahidə etdiklərini ümu-miləşdirərək, hələlik azlıqla da olsa, qənaətini bölüşmək arzusuna düşmüşdür.
Mən bəribaşdan, çox yaxşı bilirəm ki, ən azı millətçilər arasında "sərhədsiz dünya" nəzəriyyəsinin (?!!) tərəfdarları əleyhdarlarından xeyli az olmalıdır. Bunun səbəbləri çoxdur. Həm də ən əsas səbəblərdən biri budur ki, dünyanın (!?!) özü konservator-dur, yəni mühafizəkardır. Lakin artıq qeyd olunduğu kimi, kosmopolitlər, habelə 18-ci əsrin əvvəllərində İngiltərədə meydana gəlmiş mason dini - etik cərəyanın üzvləri və tərəfdarları (masonçuluq və ya frankmasonçuluq fransızca - "azad bənna" deməkdir) bəşəriyyəti qardaşlıq ittifaqında birləşdirmək üçün gizli beynəlxalq ittifaqlar yaratmağa cəhd göstərmiş, bu sahədə müəyyən işlər görmüşlər. Lakin onların ideyaları daha çox mistik, utopik səciyyə daşıdığı üçün real zəmindən xali olmuş, bir çox hallarda təca-vüzkar mahiyyət kəsb etmişdir) beynəlmiləlçi damğasını bəribaşdan dəf edərək (və ya bəlkə qəbul edərək?) belə bir iddiada blunmaq olar: dünyanı yalnız onun birliyi xilas edə bilər. Məşhur yazıçının söylədiyi məşhur kəlam - "dünyanı gözəllik xilas edə bi-lər" aforizmi də məhz onun ümumi bəşəri dəyərlərinin əbədiliyini ehtiva edir. Xülasə, az-çox öyrəndiyimiz və əxz etdiyimiz ictimai-siyasi-fəlsəfi-iqtisadi-hüquqi... baxışlar bizim irəli sürdüyümüz müddəalara tamamilə ürəkdən inandığımıza dəlalət edir. Əgər oxucu diqqət yetirirsə, biz öz baxış və qənaətlərimizin təsdiq və təsbiti (və yaxud tən-qid və təkzibi) üçün, demək olar ki, heç bir sitata (iqtibasa) isnad və istinad etmir, yal-nız ən ümumi müddəalara söykənirik. Halbuki arqument (və ya əks arqument) üçün minlərlə iqtibas gətirmək olar. Fəqət, sitatbazlıq çox zaman tədqiqatçını əsas mətləb-dən yayındırdığı, sxolastikaya daha çox meylləndiyi üçün biz ümumi foruml və müd-dəalara üstünlük verir, hökm və qənatəlrlə (postulatlarla?) danışmağı məqbul hesab edirik.
Mən müharibələr və dağıntılar, ölümlər və qırğınlar haqqında çoxlu sayda sənəd və kitablarla kitablarla tanış olduqdan sonra oxuyan bir şəxs, sonucda belə bir qənaətə glməli oldum: dünya - hamının, hamı - dünyanındır. Mən millətçilik ambisiyalarının və şovinist təkəbbürünün, tayfa təfəkkürünün və "beynəlmiləlçi" düşüncənin, kom-munist rəzalətinin və liberal(çı) qəbahətinin, burjua həqarətinin və "sosialist" xura-fatının, xristian "qardaşlığının" və islam "təməlçiliyinin", iudaist "şəfqətinin" və buddist "əbədiyyətinin" acılı-şirinli nəticələrini təhlil edəndən sonra özümçün bir həqiqəti kəşf etdim və ona tapındım: dünya - insanın ilk və son mənzilidir. Cənnət və cəhənnəm xülyası ilə yaşayan, cahangir və hökmranların təpiyi altında inləyən bə-şər, nəhayət, son məqamda ağla, zəkaya gəlməli, sözdə yox, əməldə, "dünya birliyi" yaratmalıdır. Nə qədər patetik, gurultulu səslənsə də, bilmərrə hamıya agah olmalıdır: dünyanın xilası hansısa fövqəltəbii qüvvənin yox, insanın öz əlindədir. Əlbəttə, bu sözləri deməklə, mən təbii katostrofların, hətta nə zamansa böyük, nəhəng kosmik ci-simlərin parçalanması (və ya birləşməsi) nəticəsində yeni geoloji hadisələrin, qlobal fə-lakətlərin baş vermə ehtimalını istisna etmirəm: zira bir gün bu formada yaranan cisim (planet, peyk) başqa bir gün digər formaya çevrilə bilər və necə deyərlər, kütləvi insan (canlı) ölümü faciədən çox, statistikanın obyekt və obyektivinə köçə bilər.
Mən hələ onu demirəm ki, insanlar bu gün təbiəti zorlayır, onu məhv edir, qlobal problemlər yaradır. Bütün fəaliyyəti parodokslarla müşayiət olunan bəşər övladı təbii ekosistemə zərbə vurmaqla təkcə təbiətin səthinə, yəni görünən "üzünə" deyil, habelə onun (təbiətin) ürəyinə, yaddaşına zərbə vurur. "Yaddaşı pozulan" təbiətdən "ilham" və s. yaradıcılıq "məhsulu" gözləmək olarmı?
Bu, geniş söhbətin mövzusudur.
İndiki halda onu demək olar ki, insan onun özündən (yəni insandan) asılı olan bü-tün problemləri özü həll etməlidir.


16.
Bəşəriyyətin inkişafı haqqında elmi proqnozlar söyləmək gərəkli iş olsa da, mənasız, cəfəng mülahizələr söyləmək - bəşəri cinayətdir. Nə yazıqlar ki, insan övladı zaman-zaman, nəsil-nəsil fırıldaqçı rəmmaların, "alın yazısı" oxuyanların, mediumların, falçı-ların, nostradamusların, kaşpirovskilərin, vanqaların, şarlatan və avantüristlərin hiyləsi-nə məruz qalmış, bir sözlə, doğrudan çox yalana, həqiqətdən çox saxtaya, elmdən çox psevdolmə meyl göstərmişdir. Əcəba, bu cür xurafat dolu illüziyaların, xəstəlik dolu hallüsünasiyaların, sosial paranoyaların, siyasi nekrofiliyaların nəticəsi nə ola bilər? Nə? Kütləvi nevroz, sosial psixoz! Nəhayət, min təəssüflər ki, bəzən əslində böyük təbliğat yayımı vasitəsi olan haikmiyyət hərislərinin özləri belə, bu cür xəstəliyə mübtə-la olur və ən dəhşətlisi isə budur ki, başqlarını da (kütləni) bu cür xəstəliklərə yoluxdu-rurlar. Xurafat, nadanlıq, cəhalət - bəşəriyətin qorxunc xəstəlikləridir. Sərhədsiz dünya həm də bu cür xəstəliklərdən xilas olunmalı, xilas olmalıdır.
Təəssüf doğuran hallardan biri də budur ki, artıq praktik-praqmatik təcrübə topla-mış dünyanın, dünya elminin hətta çox ciddi, istedadalı, görkəmli alimləri, mütəfəkkir-ləri belə bəzən regional-məhəlli düşüncə tərzinin təsirinə qapılaraq antibəşəri, mürtəce cərəyanların müdafiəçisinə çevrilir. Bir xalqı o biri xalqa, bir dini başqa dinə, bir qitəni digər qitəyə qarşı qoyur. Bunu irqçilikdən, sısqa millətçilikdən qeyri nə adlandırmaq olar?
Vaxtilə Hindistanda yaşamış ingilis yazıçısı R.Kiplinqin Şərqlə Qərbin heç zaman yaxınlaşa bilməyəcəyi haqqında söylədiyi "hökm" bu gün də bir çox siyasi-elmi dairə-lərdə tez-tez təkrar olunur: "Şərq Şərqdir, Qərb Qərb". Bu, cəfəng bir tezisdir. Şərqi Qərbə, Şimalı Cənuba qarşı qoymaq, ən yumşaq tərzdə desək, mühafizəkarlıqdan, siyasi daltoniklikdən başqa bir şey deyildir. Əlbəttə, Şərqlə Qərbin ən müxtəlif para-mentlərinə, fərqli cəhətlərinə aid saysız-hesabsız misal və nümunələr gətirmək olar. Biz hələ onu demirik ki, zamanın müəyyən kəsiklərində Şərq Qərbi, müəyyən mərhələlərin-də isə Qərb Şərqi "üstələmişdir" (elmi kəşflər, mədəni inkişaf, iqtisadi yüksəliş və s. nəzərdə tutulur). Fəqət, bütün bunların heç biri heç kəsə əsas vermir ki, Şərqi Qərbə (və ya əksinə) qarşı qoysun, məsuliyyətsiz hömlər versin. "Mauqli" məllifi, görünür ki, bədii təsərrüfat sahəsində siyasi baxışlarından daha çox uğur qazanmışdır. Belə ki, Mauqli kimi bioloji varlığın təzahürü yalnız sosial vakuumda baş verə bilər: bunun Şər-qə və ya Qərbə nə dəxli? Əgər insanın formalaşması üçün əlverişli sosial mühit yox-dursa (və insan dünyaya normal - təbii imkanlarla gəlirsə), o (yəni insan olmaq üçün doğulan fərd), cəngəlliklər qanunu ilə yaşayıb böyüyəcəksə, ən axşı halda, Mauqiliyə çevriləcək. Böyük yazıçı kimi təqdir etdiyimiz Kiplinq özü də bilmədən öz mürtəce, sısqa baxışları ilə daha çox “sosial Mauqliyə” bənzəyir.
Kiplinq tək deyildir. Bir çox dəyərli, nəhnəg əsərlərin müəllifi F.Nitsşe irqləri "xəlbir-dən keçirərək" arilərdən (mavi qanlı irqdən) başqa heç bir milli azlıq və çoxluğu qəbul etmir.
Marks və onun sələflərində isə Şərqlə Qərb, arilərlə qeyri-arilər deyil, siniflər (prole-tar və burjuaziya) qarşı-qarşıya qoyulur.
Fəlakət burasındadır ki, bəzən (tarixdən buna aid çoxlu misallar çəkmək olar) təkcə ayrı-ayrı şəxsiyyətlər deyil, az qala bütöv xalqlar bu cür "siyasi" xəstəliklərə mübtəla olur.
XX əsrin əvvəllərində İngiltərənin bəzi ictimai-siyasi dairələrində ingilislər ən "ağıllı" xalq hesab olunurdusa, əsrin ortalarında bu missiyanı Almaniyanın müvafiq dairələri, əsrin sonlarında isə Yaponiya "biliciləri" öz üzərinə götürdü. Artıq XXI əsrin astana-sında gələcəyin "kimə məxsus olacağı" haqqında kəskin elmi mübahisələr, siyasi dis-kussiyalar gedir. Siyasətçi-nostradamuslar bəyan edir: XXI əsr ruslarındır! Təbii ki, bunu Rusiyanın "öndəngörən" utopik-rəmmalları iddia edir. "XXI əsr - türk əsridir!" Söz yox ki, bu hökmün müəllifləri arasında sultanlıq imperiyasının xülyası ilə yaşa-yanlar daha çoxdur. Erməni xəstə millətçilərinin də bir çoxu hansısa mifik, "dənizdən dənizə" uzanan "Böyük Ermənistan" dövlətinin konstitusiyasının simptomlarını hifz edərək böyük iddialarla haray-həşir qoparır. Hələ tatar, hələ monqol, hələ təkə-türk-mən, fars, çeçen, çukça (!) millətçilərinin səs-küyü...
Artıq qeyd olunduğu kimi, müəllif xalqları böyük və kiçik, yaxşı və pis qütblərinə bölmək iddiasında çox-çox uzaqdır. Lakin müəyyən tarixi məqamlarda millətçilik və xalqçılıq hərəkatlarının rolunu, milli qəhrəmanların qətiyyət və cəsarətini qiymətləndir-məmək, millətlərə məxsus bənzərsiz mentaliteti, milli ruhu, milli xüsusiyyətləri dərk et-məmək, milli mübarizənin zəruriliyini, xalqların müstəmləkəçiliyə qarşı qətiyyətli müba-rizəsini ələ salmaq, milli heysiyyat və milli dəyərlərin polifonik mahiyyətini inkar etmək, xalqların və millətlərin, tafaların və qövmlərin üstündən qara bir xətt çəkmək axmaqlıq-dan başqa bir şey olmazdı. Əslində, dünyanın bütün gözəlliyi onun rəngarəngliyində, milli müxtəlifliyindədir. Söhbət ondan gedir ki, tarix boyu bir millət başçısının haqqını tapdayıb, hakim və məhkum millətlər formalaşıb. Əlbəttə, bu ağalıq əbədi olmayıb, rollar tez-tez dəyişib, amma nə hacət: müharibələr yenə davam edir, insanlar yenə qırı-lır, xülasə, bəşərin öz tökdüyü göz yaşları bəşərin tökdüyü qanların izini yuya bilmir.


17.
...Mifik süjetlərin birində deyilir: hansısa bir əfsanəvi canlı öz ömrünün müəyyən zaman həddinə çatdıqdan sonra öz orqanizmini özü yeməyə başlayır. İnsan övladı-nın dəhşətli hərəkətləri məhz həmin mifdəki qorxunc obrazı xatırladır: o. zaman-zaman öz həmnəslini, öz həmcinsini (özünü) ölüm təhlükəsi qarşısında qoyur, onu didib par-çalayır, məhv edir. İnsan, insan nəslinin (öz nəslinin) kökünü kəsir, onun qanına yerik-ləyir.
Rasizmin, şovinizmin meydan suladığı bir dövrdə insan nəsli durmadan artır. 1825-ci ildə dünya əhalisi 1 milyard, 1925-ci ildə 2,5 milyard idisə artıq ikinci minilliyin so-nunda altı milyarda çatıb. Biz demoqrafik problemlərin, insanların maddi rifahının tən-zimlənməsnə diqqət yetirmək əvəzinə baş sındırıb yeni "kəşflərlə" qürrələnir - yeni qırğın silahları, ölüm formaları izah edirik. Bizi öz xislətimiz məhv edəcək.
Əlbəttə, dünyanın sərhəd dirəklərinin götürüləcəyi təqdirdə, bütün müharibə və qır-ğınların avtomatik olaraq aradan qaldırılacağına ümid bəsləmək sadəlövhlük olardı. Məhz elə buna görə də "sərhədsizləşmədən" öncə mütləq silahsızlaşma (tərksilah) planının həyata keçirilmə zərurətinin xüsusi vurğulanması təsadüfi səciyyə daşımır. Əgər belə bir missiya həyata keçirlərsə (silah arsenalı ləğv olunarsa), dünyanın idarə edilməsində yaxşı halda demokratik qanunlar, pis halda cinayət məcəlləsi, ən pis halda isə polis dəyənəkləri "həlledici" gücə malik ola bilər.
Yeri gəlmişkən, BİS-in strukturu, iş mexanizmi bəzi (cüzi) regional (milli) fərqlər nə-zərə alınmaqla vahid hüquqi qanunların (ən ümumi prinsiplərin) işlənib hazırlanmasını, həyata keçirilməsini tələb edir.
Vahid (ümumi) qanunların icrası hamı üçün məqbul vəzəruri (habelə məcburi) hesab olunmalıdır.
...Və lakin cəmiyyətə şamil edilən qanunlar xalqların (millətlərin) əxlaqi qanunlarına qətiyyən aid edilə bilməz. Hər xalqın öz davranış norması, öz adət-ənənəsi, öz menta-liteti mövcuddur; belə bir həqiqəti də dərk etmək lazımdır ki, müəyyən bir zaman fa-siləsindən sonra dünyanın qarşılıqlı (üzvi) təmas və əlaqələri zəminində Böyük Dünyada yaşayan insan vahid (ümumbəşəri) əxlaqi prinsipləri qəbul edərək eyni amal və məqsədlərlə yaşayacaq. Bu, robot-insan olmayacaq. Bu, marksistlərin uydur-duğu "ideal insan" olmayacaq. Bu, canlı, normal adam bəşəri dəyərləri qiymətləndir-məklə yanaşı, öz şəxsi simasını saxlayan "fərdi" insan olacaqdır.
Əslində dünyanın bütün adi adamları (az qala!) eyni istək və eyni arzularla yaşayır. Fəqət, bu "adi" adamları "qeyri-adi" siyasi baxışlar və siyasətçilər birləşməyə, bir araya gəlməyə qoymur. Məhz buna görə də marksizmin məlum məşhur çağırışını bir qədər dəyişməklə (redaktə etməklə) belə ifadə etmər olar (Marksın ruhu bizi bağışla-sın): "Bütün dünyanın insanları, birləşin!"
Dünyanın sərhədsizləşməsi istiqamətində artıq böyük mədəniyət (incəsənət) və ədə-biyyat nümunələri öz nəhəng rolunu oynamışdır və bu gün də oynayır. Bəyəm Homer təkcə yunanların, Servantes ispanların, Rafael italyanlara, Şekspir ingilislərin, Rustaveli gürcülərin, Rumi-türkləri, İbn-Rüşd ərəblərin, Füzuli azərbaycanlıların, Hüqo-fransız-ların, Puşkin rusların, Taqar-hindlilərin, Hafiz-farsların, Şevçenko ukraynalılarındır? Xeyr!
Böyük mədəniyyət, böyük elm - bütün dünyanın, bütün dünya övladlarının sərvəti-dir. Artıq bizəcən deyildiyi kimi, alimin vətəni olsa da, elmin vətəni olmur; daha doğru-su, elmin vətəni - bütün dünyadır,
Ədəbiyyat və incəsənətin inkişafı üçün, təbii ki, sərhədsiz dünya geniş üfiqlər aça-caq; hərçənd ki, artıq qeyd etdiyimiz kimi, əsl mədəniyyət, ədəbiyyat, incəsənət nümu-nələri dünyanın mövcud sərhədlərini çoxdan "vurub dağıdıb", çoxdan bəri bütün dün-ya övladlarının malına çevrilib. Bizim körmək istədiyimiz cəmiyyətdə əsərlərin qarşı-lıqlı tərcümə və təbliğinə geniş şərait yaranacağı üçün ədəbi-bədii inteqrasiyanın qarşı-sını kəsəcək ciddi maneələrin çox tezliklə aradan qaldırılacağına heç bir şübhəmiz yoxdur.
BİS strukturu yaradıldıqdan sonra (və ya ondan əvvəl) respublikalar, xalqlar, millət-lər, dövlətlər, milli azlıq və çoxluqlar üzrə tam azad, demokratikparlament seçkiləri ke-çirilməli, deputatlar proporsional qaydada qitə (kontinental) və Beynəlxalq Parlament-lər Assambleyasında (BPA) təmsil edilməlidir. Əgər BİS strukturunda nümayəndələr xalqların sayından asılı olmayaraq bərabər sayda təmsil olunurlarsa, BPA-da deputat-lar ölkələrin (artıq "keçmiş dövlətlərin") (və ya millətlərin) əhalisinin ümumi sayına mü-vafiq olaraq seçilir (yaxud ilkin mərhələlərdə təqdim edilir, təyin olunur və s.).
Kənd, şəhər, ölkə, qitə, dünya parlamentləri, demokratik qaydalar əsasında fəaliyyət göstərir.
(Haşiyə: Yeri gəlmişkən, SSRİ-nin, habelə bütün "sosialist düşərgəsinin" dağılması-nın ən başlıca səbəblərindən birini də demokratik idarə mexanizminin mövcud olma-masında axtarmaq lazımdır. Ölkə bir mərkəzə tabe idi, ölkəni bir əl idarə edirdi. Ölkə-yə "böyük xalq"ın nümayəndəsi rəhbərlik edirdi (söhbət hələ hər hansı başçının hansı millətə mənsub olmasından getmir; Stalinin gürcü olması onun əslində həm də daha çox rus olmasına təsir etmir). Əgər parlament (və ya baş katiblik 14-15 respublikanın rəhbərlərinin ümumi, kollegial, həmsədrlik səlahiyyəti altında fəaliyyət göstərsəydi, çox güman ki, dağılma ehtimalı daim gündəlikdə duran SSRİ-nin ömrü qismən uzun ola-caqdı).
Bu, əlbəttə, asan məsələ deyildir. Lakin milli və uluslararası (ümumdünya) parla-mentin yaradılması beynəlxalq konfliktlərin həllində, dünyanı idarə edə biləcək qa-nunların işlənib hazırlanmasında müstəsna rol oynaya bilər.
Beynəlxalq polis strukturunun yaradılması sahəsində artıq ilkin işlər görülmüşdür: interpol buna yaxşı misal ola bilər. BİS sisteminə daxil olan ölkələrdə hər hansı bir ci-nayətkarın və ya cinayətkar qrupun ifşa edilməsi, islaha cəlb olunması daha asan başa gələ bilər. Hüquq-mühafizə sistemi sahəsində kompüterləşmənin geniş yayılması, kri-minal məlumatların diqqətli təhlili və konstruktiv ümumiləşdirilməsi bu sahədə çox bö-yük uğurların qazanılmasının rəhni ola bilər.
Təbii ki, get-gedə milli valyutadan vahid pul sisteminə keçmək zərurəti yarana-caqdır. Elə indinin özündə belə, bütün dünya iqtisadiyyatı iki pul vahidinin (ABŞ dol-ları və alman markası) inhisarı altındadır. (Tezliklə "yevro" pul vahidinin də bu missi-yaya qoşulacağı ehtimal olunur). Sual olunur: milli pul nümunələrinin çapına ehtiyac varmı? Yəqin ki, sərhədləri "dağıtdığımız" üçün bizimlə xüsusi haqq-hesab çürütmək istəyində olan millətsevərlərdən biri (istehzasız deyirik) irəli çıxıb hiddətlə soruşacaq: bəyəm sən bilmirsn ki, sərhəd kimi, bayraq kimi, himn kimi pul da dövlətin atributla-rından, rəmzlərindəndir?
Biz isə sual edirik: vahid idarə sisteminə, idarəetmənin yeni pilləsinə qədəm qoyuruq-sa, hansı dövləti rəmzlərdən söhbət gedə bilər? Elə təkcə dünyadakı dövlətlərin milli pul vahidinin çapına çəkilən xərclə milyonlarla insanın problemini həll etmək olar.
Avropa Birliyinə daxil olan ölkələr vahid pul əskinaslarının istehsalına keçərək təda-vül formasının sadələşdirilməsinə çalışırlarsa, müstəqillik əldə edən cırtdan ölkələr tez-tələsik milli valyutalarının meydana gəlməsinə cəhd göstərirlər. Kiçik ölkələrin azadlıq arzusunu və bu arzudan doğan hissləri başa düşmək, qiymətləndirmək lazım-dır. Lakin onu da başa düşmək lazımdır ki, eyforiyalar xoşagəlməz sonluqla tamamla-nır. ...Və onu da qeyd etmək lazımdır ki, müəllif "cırtdan ölkələr" ifadəsini qətiyyən rişxəndlə işlətmək istəyində bulunmadan, sadə bir həqiqəti bir daha diqqət mərkəzinə gətirmək istəyir: kiçik xalqların dərdi böyük xalqın əhalisi qədərdir; kiçik xalqların tale-yi çox zaman böyük xalqların "böyük" rəhbərlərinin kiçik mətbəx mizlərinin üstündə həll edilir. Elə məhz buna görə də "dünyanın birinci" ideyası ilk növbədə kiçik xalq-ların deyil, böyük xalqların "birləşməsi" timsalında həyata keçirilməlidir. Belə olar-sa, böyük təhlükələr kiçik xalqların başı üstündən daha tez sovuşar.
...Nə yazıqlar ki, adamları adətən sabahkı (gələcək) böyük fəlakətlərdən daha çox, bugünkü kiçik təhlükələr qorxuzur: halbuki əksinə olmalıdır. Burnunun ucundan qaba-ğı görə bilməyən (və ya görmək istəməyən) adamların (habelə dövlətlərin) müxtəlif ka-tastroflara düçar olacağı qaçılmazdır, labüddür. İnsan övladı heç olmazsa bu qaçıl-mazlıqdan nəticə çıxardaraq "Öz dünyasını" yaradıb qorumalıdır.
Mən bir daha təkrar edirəm: bizim insani dünyamızın yaradıcısı məhz insanın özü-dür; burada heç bir fövqəltəbii qüvvə, heç bir Allah əmri rol oynamır. Və heç kəsin inam və inancına şəkk-şübhə etmədən, kölgə salmadan tam qətiyyətlə deyə bilərəm: Allah xofu - avantürist hakimlərin xalqı əzmək üçün istifadə etdikləri kəsərli qılıncdır. Yenə təkrar edirəm: mö"minlərə ehtiram və sevgim əbədidir.
(Bu gün dünyanı insanlar idarə edir. Lakin dünyanın gələcək idarəolunmasında elmi-texniki inqilab müstəsna rol oynayacaq İndilikdə nə qədər fantastik (və ya gülünc, qəri-bə) səslənsə də, əmin ola bilərik: dünyanın gələcək idarolunmasında adamlardan daha çox, kompüterlər rol oynayacaq. Bir qədər mistik, bir qədər də bədbin təəssürat oya-dan bu mənzərənin reallığı ilə razılaşmaq gərəkdir; hərçənd ki, bədbinləşmək üçün elə bir qorxulu səbəb də yoxdur. İnsanların həyatında olan və texnikanın, kompüterlərin oynadığı rol müsbət çalarlarla daha zəngindir. Yenə deyirəm: Gələcək idarəetmə siste-mində politik və politikanlardan, çox elm, təfəkkür rol oynayacaq.
Bəyəm bu gün ən mürəkkəb hesablama əməliyatlarından tutmuş ta ən təhlükəli cərra-hiyyə əməliyyatlarına qədər bütöv bir icra sistemi texniki vasitələrin öhdəsinə buraxıl-mayıbmı? Biz öz təbi yaddaşımızdan daha çox "süni yaddaşımıza" etibar etmirikmi? Elə isə elmi-texniki inqilabın sabahkı xarüqələrinə nə üçün şübhə ilə yanaşmalıyıq?)
..."Dünyanın mərkəzini" təşkil etmək üçün ən kiçik və geridə qalmış ölkələrdən bi-rinin ərazisi seçilməlidir. (Lakin özünüidarənin genişləndiyi bir şəraitdə "mərkəz" anla-yışı daha çox rəmzi, şərti xarakter daşıyır). Parlamentə növbəli spikerlik (və ya həmspikerlik) etmək ilk növbədə kiçik dövlətlərin parlament nümayəndələrinə təklif edilməlidir. Əgər belə olarsa, onsuz da əsrlərdən bəri diktatura, tiraniya, istibdad bo-yunduruğu altında inləyən dünya öz humanizmini nümayiş etdirə bilər. Dünyanın bütün vətəndaşları özlərini azad, müstəqil, qorxusuz hiss etməyə, dünyanı sərhədsiz, mühari-bəsiz görməyə başladıqları andan cənnət anlayışı dini kitabların səhifələrindən insan ömrünə köçəcək. Məhz həmin andan etibarən bəşər nəsli öz tayfa, qəbilə, icma instink-tlərinin üstündən addımlayıb ümumbəşəri dəyərlərin toplandığı sərdabəyə - yeni dün-yaya, yeni eraya, yeni ideyaya qovuşacaq.
"Sərhədsiz dünya" ideyası dini-mistik, cəfəng-xurafat, mövhumi-fatal illüziyalardan çox-çox uzaqdır. Bu ideya bəşər nəslinin sosipsixoetnik, habelə iqtisadi-hüquqi-mə-dəni-mənəvi problemlərinin həlli baxımından olduqca mühüm mahiyyət kəsb edir.
Yeni, sərhədsiz dünya ideyası inqilabi qaragüruhdan, sosial "partlayışlardan", iqtisadi qütbləşmələrdən, siyasi terrorlardan, mənəvi deqrodasiya təhlükəsindən uzaq anlayışdır.



18.
Doğrudur, dünyanın "bir bayraq altında" mövcudluğu, sərhədsizləşməsi bir sıra kəskin problemlərin yaranmasına gətirib çıxara bilər. Gözlənilməz fəlakətlərin qəfil zərbəsindən bizi "inteqrasiya" prosesinin təbii məcrası ilə getməsi qoruya bilər. Süni, saxta, qeyri-elmi postulat və ideyalar zəminində qurulan sistemin ömrü uzun və əbədi ola bilməz.
Mən vahid millət, vahid xalq, vahid dil, vahid din... ideyasının təbliğindən uza-ğam; hərçənd ki, bu fenomenlərin gələcəkdə (çox uzaq gələcəkdə) çulğaşması, qo-vuşması istisna olunmur. Mən vahid iqtisadi məkan tərəfdarıyam. Mən mütləq mənada vahid mədəniyyəti, vahid əxlaqi prinsipləri, vahid adət-ənənəni qəbul etməsəm də vahid mədəni-mənəvi məkanın yaranmasını arzu edirəm.
Mən milli mənliyin qorunması ilə yanaşı, hər birimizdə ümumbəşəri dünyagörüşün formalaşdırılmasının tərəfdarıyam.
Mən dünyanın birləşdirilməsi konsepsiyasını irəli sürüb müdafiə etməklə heç də ya-xın gələcəkdə hamının (bütün millətlərin nümayəndələrinin) eyni milli mənsubiyyətə malik olacağını iddia edən sərsəm ideyanı dəstəkləmirəm. Mən mahiyyətcə inkubator cücələrinin adekvatı olan insanların - "şitillik adamlarının" yetişdirilməsinin qəti əleyhinəyəm. Lakin mən qəti əminəm ki, qitələrarası birbaşa əlaqələrin yaranması, BİS strukturunun təkmilləşməsi, BPA-nın fəaliyyətinin güclənməsi nəticəsində in-sanlar heç də cırlaşmayacaqlar (əksinə, mövcud "yarımçıq dövlətlərin" bəxş etdiyi yarımçıq tərbiyə, insanların aldığı yarımçıq informasiya qeyri-bitkin, qeyri-kamil, "yarımçıq" şəxsiyyətlərin yaranmasına səbəb olur). Əgər dünya öz əzəli bütövlüyünə qayıdarsa, şəxsiyyət də bütövləşər.
...Mən sərhədlərin nə zamansa aradan götürüləcəyinə tamamilə inanıram. Fəqət, arzu etməzdim ki, dövlətlər arasındakı tikanlı məftilləri, "sərhədldəri götürmək" bəhanəsi ilə hansısa güclü dövlətin güclü ordusunun əsgəri, hansısa kiçik (zəif) dövləti böyük (güclü) dövlətə ilhaq etsin. Bəşəriyyət dəfələrlə bu cür "birləşdirmənin", "sülhməramlı qüvvələrin” bədnam, məkrli əməlinin acı nəticəsinin şahidi olub.



19.
Makedoniyalı İsgəndərdən tutmuş Napoleona, Teymurləngədən tutmuş Hitlerə qə-dər onlarca dünya cahangiri qılınc, top-tüfəng gücünə dünyanın "cilovunu" bir əl-də cəmləşdirməyə cəhd göstərsələr də, öz istəklərinə nail ola bilməmişlər. Dünyanı zorakılıqla, silah gücünə deyil, sivilizasiya ilə, ağıl gücünə birləşdirmək gərəkdir.
...Və bir neçə kəlmə mövcud siyasi sistemlər haqqında.
Onilliklər boyu bir-birinə zidd olan iki sistemin əbədi mübarizəsini təqdir edən sosio-loqlar, nəhayət, XX əsrin sonlarında "kapitalizm" və "sosializm"in dinc yanaşı yaşa-maq səlahiyyətinə malik olduğunu təsdiq etməyə başladılar;... və tarixin istehzasından və ya nədənsə, bu əsnada son anda "sosializm düşərgəsi" dağıldı, "sosializm" - "kom-munizmin ilk fazası" kimi son mənzilə yola salındı (əsasən). Təbii-tarixi təcrübə gös-tərdi, sübut etdi ki, zorakılıqla qurulan cəmiyyətin sonu absurddur, faciəvidir. Lakin bu da həqiqətdir ki, cahanşümul proseslərin gedişatında, insan toplumunun fomalaş-masında subyektiv amillərin, ayrı-ayrı mütəfəkkirlərin irləi sürdüyü ideyaların (mütə-rəqqi və mürtəce səciyyə daşımasından asılı olmayaraq) rolu inkaredilməzdir. O ki, qaldı dünyanın "antoqonist" və ya qeyri-antoqonist" sistemlərə bölünməsinə, bütün bunlar nisbi mahiyyət kəsb edir. Belə ki, "sosializm" cəmiyyətində "kapitalizm"ə xas, "kapitalizm"də isə "sosializm"ə məxsus kifayət qədər qaranlıq və işıqlı mütərəqqi və mənfur cəhətlər vardır. "Sosializm"in və "kapitalizm"in müsbət və mənfi, gözəl və ey-bəcər cəhətlərinə aid saysız-hesabsız misallar çəkmək olar.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, vahid, bütöv, sərhədsiz dünya tamami-lə yeni idarə sisteminə keçməli - üçüncü bir yol seçməlidir. Və unutmaq olmaz ki, hər cür tərəqqinin, inkişafın yolu mədəniyyətdən, mənəviyyatdan keçir. Mənəviyyatsız dünya - mənəviyyatsız şəxsiyyət, boz kütlə yetişdirir.
Biz bütün hallarda simasız, yekrəng, monofonik şəxsiyyətin və cəmiyyətin əleyhinə-yik. Sərhədsiz dünyanın mənəvi üfüqləri rəngarənk olmalıdır.




20.
P.S. Bədii-fəlsəfi traktat kimi qələmə alınan yazıya hələlik buradaca nöqtə qoy-maq qərarına gəldim. Fəqət, mənə elə gəlir ki, irəli sürülən mülahizələrə son nöqtə qoyulmayıb. Söhbət bu günkü bəşəri dəyərlərin sabaha necə ötürülməsindən, bəşər nəslinin gələcək perspektivlərindən gedir. Söhbət dünyamızın sabahından gedir... Mü-əllifi narahat edən suallar çoxdur. Lakin onun gəldiyi qənaət qətidir: dünya fiziki və mənəvi anlamda, mahiyyət etibarilə sərhədsizləşməlidir. Sərhədsiz dünyada - azad in-san yaşamalıdır. Dünyanın bütövlüyü - insan azadlığının mənəvi qarantına çevrilməli-dir. Bütöv şəxsiyyət bütöv dünyada formalaşa bilər...
Müəllif əmindir ki, irəli sürülən müddəalar oxucular arasında müxtəlif rəylərin yaran-masına səbəb olacaq... Fəqət, bir şeyə də əminiyyət yaranır ki, adi, sadə, sıravi insan-lar arasında dünyanın bütövlüyünü arzu edənlərin sayı onun "parçalanmasını" istəyən-lərdən qat-qat çoxdur.
İnsanlar öz dünyalarında, öz planetlərində azad, xoşbəxt, firavan bir ömür sürməli-dirlər: rənglərindən, irqlərindən, dinlərindən, dillərindən asılı olmayaraq...


21.
(tractatus-a xronoloji əlavə-prospekt)

1. Əvvəlcə xüsusi təyinatlı nümayəndələrin nəzarəti altında bütün dövlətlərdə (hərbi sahədə) tərksilah həyata keçirilir.
2. Dünyanın bütün dövlətlərində referendum keçirilir. Ayrı-ayrılıqda planetin bütün vətəndaşlarından soruşulur: "Siz xalqımızın, dövlətimizin Dünya Birliyinə qoşulmasına, icra hakimiyyətinin BİS strukturuna daxil olmasına razısınızmı?" (Və, təbii ki, referenduma qədər insanlar arasında böyük maarifləndirmə işi aparılmalı, Yeni Dünyaya (başqa şəkilddə desək- Böyük Dünyaya, Qitələrarası İdarə Sisteminə, Beynəlxalq Birliyə) qoşulmağın mahiyyəti ətraflı şəkildə açıqlanmalıdır).
3. Referendumun nəticələrindən asılı olaraq "dünyanın birləşməsi" istiqamətin-də ilk addımlar atılır, ilk regional "birliklər" formalaşır (sonrakı proseslərdə, təbii ki, "birliklərin" dairəsi genişlənir).
4. Ordu və silahlar tədricən ləğv olunur, asayişi hüquq-mühafizə sisteminin əməkdaşları qoruyur.
5. Dövlətlərin ənənəvi ərazi toxunulmazlığı rəmzi (simvolik) olaraq saxlanılır, dünyanın siyasi xəritəsi tədricən eyni rənglə çəkilir.
6. Regional siyasi partiyalarla beynəlxalq partiyaların qarşılıqlı əlaqəsi get-ge-də güclənir.
7. Özünüidarə sisteminə keçid "dövlət" anlayışının mahiyyətini tamamilə dəyişir, "dövlətsizləşmə" prosesi tədricən genişlənir.
8. BİS strukturlarına bütün xalqların bərabər sayda nümayəndələri seçilir, re-gional prinsiplər üzrə (və ya milli tərkibə görə) parlament təşkil olunur, beynəlxalq parlament (BP) formalaşır.
9. Milli-mədəni muxtariyyat qalır, dövlətlərin siyasi suverenliyi tədricən ləğv olu-nur.
10. İnsan haqlarını müdafiə edən beynəlxalq cəmiyyət və təşkilatların səlahiyyəti gücləndirilir. Özünüidarə prinsipləri geniş vüsət alır.
11. Dil, din, mədəniyyət xalqların, insanların həyatında öz əbədi rolunu oyna-yır, öz bəşəri missiyasını yerinə yetirir.
12. Rasizmin, millətçi-şovinist tendesiyaların təzahürü yolverilməz hesab olunur, antibəşəri şüarların təbliği qəti surətdə qadağan edilir.
13. Dünya qanunları vahid Konstitusiya çərçivəsində tənzimlənir, yeganə pul vahidi (məsələn, dollar, marka, rubl, iyen və s.) yeganə tədavül vasitəsi kimi işlədi-lir.
14. Ən kiçik ölkələrdən birinin mərkəzi dünyanın paytaxt şəhəri elan edilir.
15. Dünyada (planetdə) daha geniş yayılmış dillərdən biri (alman, ingilis, rus çin, ərəb, fransız, türk və s.) rəsmən əsas "ünsiyyətçi" dil kimi qəbul olunur.
16. Xalqlar arasında "mədəni muxtariyyat mübadiləsi", nəhəng elmi-bədii əsər-lərin qarşılıqlı tərcüməsi diqqət mərkəzində saxlanılır.
17. Qlobal problemlərin həllinə və savadsızlığın ləğvinə ümumplanet səviyyəsin-də nail olunur.
18. İndiyəcən mövcud olan bütün mülkiyyət formalarının təşəkkülü və inkişafı üçün əlverişli şərait yaradılır, insanların azadlığına mane olan "daimi qeydiyyat və yaşayış yeri" haqqında bədnam qanun BİS tərəfindən ləğv edilir.
19. Demoqrafik proseslərin izlənməsinə, bu sahədə qarşıya çıxan problemlərin həllinə diqqət artırılır.
20. Sərhədsizləşmə prosesi tədricən dövlətsizləşmə prinsipi ilə müşayiət olunur.
21. Dünya və onun tarixi vahid məcra üzrə - insanların iradəsi ilə idarə olunur.


SÖZARDI

Beləliklə, yüzlədcə elmi-fəlsəfi təlimin, cərəyanın, “izm”in, bir sözlə, nəhəng fikir gəmilərinin “üzdüyü” müstəviyə, əgər belə demək caizdirsə, yeni bir ideya qayığı da yan almaqdadır. Müəllif öz konsepsayasının praqmatikliyinə ağlının qəlbi və qəlbinin ağlı ilə inanır; hərçənd ki, irəli sürdüyü müddəaların bəzi məhdud qafa sahibləri tərəfindən istehza ilə qarşılanacağıni da istisna etmir. Əslində heç buna təəssüf və təəccüb etməyə də dəyməz. Vaxtilə Platon yazırdı ki, bir çoxları dərk edə, zövq ala bilmədikləri fikirlərə görə onların müəlliflərini (filosofları) məsxərəyə qoymaqdan zövq alır və bununla öz nadanlıqlarını ört-basdır etmək istəyirlər.
Müəllif dünyanın dərk və izah edilməsində insan idrakının müstəsna rolunu qiymətləndirir. Dünyanın dərki və dünya nizamında ağlın, zəkanın rolu inkaredilməz həqiqətdir. Və Kantın dediyi kimi, həqiqət, ələlxüsus fəlsəfi həqiqət, cəhənnəm əzabı nəticəsində üzə çıxır və ümumiyyətlə fəlsəfə özü bir “Sizif cəzasıdır”.
“Sərhədsiz dünya” həqiqətini təqdir edən müəllif, həmçinin dünyanın mövcudluğu və dərki, baş verən sosial-siyasi qabarma və çəkilmələrin həlli prosesində obyektlə subyekt arasında ziddiyyətlər axtaran psevdofəlsəfi baxışları qəbul etmir və belə hesab edir ki, əsl mahiyyətdə, dünyanın izahı dünyanın özü kimi “sadədir”.
Marks(izm) dünyanın dərkindən daha çox, onun dəyişdirilməsinə əhəmiyyət verirdi. Əlbəttə, dünyanın “dəyişdirilməsi”nin əhəmiyyətini inkar etmək olmaz; lakin onu da inkar etmək olmaz ki, bu gün daha çox insanın dünya haqqındakı məhdud, ənənəvi baxışları dəyişməlidir. İnsan dünyanı özünə “uyğunlaşdırdığı” kimi, özü də dünyaya uyğunlaşmalı, başqa sözlə, öz yaşarılığının kvintessensiyasını onunla (dünya ilə) vəhdətdə axtarmalıdır.
Çağdaş bəşəri sivilizasiyanın qlobal yüksəlişi dünyanın parçalanmasına yox, onun “birləşməsinə” xidmət etməli, dünya fiziki anlamda öz ilkin “sıfır variantına” qayıtmalı, yer üzü ğöy üzünün adekvat əksinə-surətinə çevrilməli, yəni sərhədsizləşməlidir.
Dünya haqqındakı bütöv, sərdədsiz mühakimə və mülahizələrin özü kimi, dünyanın özü də sərdədsizləşməlidir.
Sizə təqdim olunan təlimin əsasında da elə bu ideya dayanır: SƏRHƏDSİZ DÜNYA.



Firuz Mustafanın “Sərhədsiz dünya” adlı traktatı sovetlər birliyinin çökdüyü bir dönəmdə, ötən əsrin 90-cı illərinin əvvəllərində, yazılıb. Keçən müddət ərzində əsər Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr edilmişdir. Tədqiqatda müəllifin futuroloji və realist baxışları mühüm yer tutur. Kitab öz mahiyyəti ilə fəlsəfi, üslubi cəhəti ilə ədəbi səciyyə daşıyır.




… dünya "birləşmiş qablar qanunu" prinsipi üzrə yaşamalı və idarə olunmalıdır.

… xalqların, millətlərin, dövlətlərin qarşılıqlı əlaqə və əməkdaşlığı çox gözəl, çox məqbul, çox dəyərli hadisə kimi qiymətləndirilməlidir. Fəqət, bu qarşılıqlı əlaqələr hər zaman öz müsbət bəhrəsini verirmi?

... dünyanın bütün adi adamları (az qala!) eyni istək və eyni arzularla yaşayır. Fəəqət, bu "adi" adamları "qeyri-adi" siyasi baxışlar və siyasətçilər birləşməyə, bir araya gəlməyə qoymur.

...mən sərhədlərin nə zamansa aradan götürüləcəyinə tamamilə inanıram. Amma...








Firuz Mustafanın əsərləri

Еlmi əsərləri
• "Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı" (“Elm” nəşrиyyatı, 1985)
• "Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı" (“APİ-nin nəşriyyatı”, 1987)
• "Sərhədsiz dünyа" (“Diplomat” nəşriyyatı, 1999)
• "Мədəniyyəт və fəlsəfə"(“Araz” nəşriyyatı, 2005)
• “Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
• “Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)

Bədii əsərləri
• "Göyəm коllаrı" (“Gənclik” nəşriyyatı, 1985)
• "Dünyаnın rəngi" (“Gənclik” nəşriyyatı, 1989)
• "Кəhrəbа" (“Elm fondu”nun nəşri, 1997)
• "Bəhruz-Vətənə sipər оğul" (“Azərbaycan” nəş., 1997)
• "Çəhrаyı tunеl" (“Şur” nəşriyyatı, 1999)
• "Теаtr mеydаnı" (“Çaşıoğlu”, 2001)
• "Аdsız" (“Adiloğlu” nəşriyyatı, 2001
• "Sifət" (“Araz” nəşriyyatı, 2002)
• "Buz üstə sətirlər" (“Araz” nəşriyyatı, 2003)
• "Коmеdiyаlаr" (“Araz” nəşriyyatı, 2004)
• "Qаrа qutu" (“Araz” nəşriyyatı, 2006)
• “Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
• “Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
• “...Qapı...” (“MBM” nəşriyyatı, 2008)
• “13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
• “Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
• “Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
• “Qapı” (“Araz” nəşriyyatı, 2009)
• “Dəniz köçü” (7 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
• “Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
• “At günü” (“MBM” nəşriyyatı, 2009)
• “Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
• “Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
• “Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
• "Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
• “Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
• “Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
• "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
• "Seçilmiş əsərləri" (1-ci cild) (“MBM” nəşriyyatı, 2017)

Rusca kitabları
• «Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
• «Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
• «Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
• «…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
• «Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
• «Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
• «День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
• «Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)

İngiliscə kitabları
• “A sea nomad” - (“Araz” nəşriyyatı, 2010)
• “The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
Tərcüмə
• “Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
• “Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)

Tərtib etdiyi kitablar
• «Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)

F.Mustafaya həsr olunan kitablar
• «Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
• “Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
• •Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
• Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)

Tаmаşаyа qоyulаn əsərləri (pyеsləri)
• “Аğıllı Аdаm” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Qəfəs” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Таbut” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Vidа mаrşı” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Qаrа qutu” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Su pərisi” - Аzərbаycаn Dövlət Gənclər Теаtrı
• “Мüqəvvа” - Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
• “Аğıllı Аdаm” - Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
• “Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
• “İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
• “Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
• “Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
• "Мüqəvvа"- Tədris Teatrı
• “Musiqili məktublar”- Tədris Teatrı
• “Ifritə”- Tədris Teatrı
• “Əqrəb bürcü”- Tədris Teatrı
• ”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
• “Dəhliz” - Мingəçеvir Dövlət Drаm Tеаtrı
• “Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
• “Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
• “Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
• “Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
• “Neytral zona” - Qаzах Dövlət Drаm Tеаtrı
• “Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
• “Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
• “Tələ” - Sumqаyıt Dövlət Drаm Tеаtrı
• “Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
• “Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
• ”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
• “Vidа mаrşı” - Gəncə Dövlət Drаm Tеаtrı
• "Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
• “Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı

Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
• “Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
• "Neytral zona" - Dərbənd Azərbaycan Dram teatrı) (Rusiya Fedreasiyası)






11 dəfə oxundu

Axtarış