SEVDA İBRAHİMLİ - ŞUŞAM, AY ŞUŞAM...
Müəllif: Yazarlar.AZ


07.05.2020


Sinəsi yaralı bağrı qarəyəm...

Ot ələf içində bitən laləyəm,
Ürəyim yaralı bağrı qarəyəm.
Gedibdir torpağım alınmaz qalam,
Ürəyim qan olub parə--paryəm.
.....
Vətənin köksündə köks salıb ilan,
Biz onu əzməyə hazırıq inan.
Torpağa məhəbbət ,xalqa məhəbbət,
Əzəldən düşmənə gətirib heyrət.
...
Qarabağ torpağı əsir düşmənə,
Qarabağ həsrəti oddur içımdə.
O üzdən ürəyi parə--parəyəm,
Sinəsi yaralı bağrı qarəyəm.


Torpaq həsrəti
Qarabağ,dustaqdır gözü yoldadır,
Ağlayan gözümün nurun torlanır.
Düşmən hiyləsiylə torpaq qoparıb,
Namusu qeyrəti söküb aparıb.
.....
Ürək haray çəkir üsyan qoparır.
Torpaq deyə- deyə qocaldıq artıq,
Bu günun sabahı deməkdən doyduq,
Ruhumuz göylərə yol alır artıq.
.....
Bulud oldum yağan yağışa döndüm,
Torpaq oldum bitən qamışa döndüm
Axan çaydım coşqun dənizə döndüm
Qarabağ torpağın ala bilmədim.
.....
Yazır qələmimiz meydan oxuyur,
Vətən harayından xəlçə toxuyur
İlməsi, naxışı mərmi güllədi
Qırmızı rəng ilə qanla toxuyur .
.....
Torpaq həsrətindən hasar çəkmişəm
Nisgilin sinəmə nacar çəkmişəm.
Xarı bülbül yalandı könlüm oxuyur
Qarabağ naləsin çəkir oxuyur.





5 dəfə oxundu

Axtarış