Sən niyə yaşayırsan?
Müəllif: Adil ZAMAN


2017-10-20 15:00:47


Sən niyə yaşayırsan?
Bir tanışıma

Təpə görüb “dağ” dedin.
Qınamıram səni mən;
Axı dağ görməmisən.

Damcı səsi eşidib,
Bulaq bildin bəs nədən –
Bulaq da görməmisən?!..

Bakı,
30 may 1979

275 dəfə oxundu

Axtarış