SÖZ MÜQƏDDƏSDİR
Müəllif: Zaur USTAC


2017-12-21 17:22:06


SÖZ MÜQƏDDƏSDİR

Dostum, kəmənd ilə tutmazlar sözü,

Cələ qur, dilinə qoy özü düşsün...

Oynama, qələmlə huydurma – ağac,

Elə tut, əlinə qoy izi düşsün...

* * *

Qələm müqəddəsdir, müqəddəsdi söz,

Onların nazın çək, möhnətlərə döz,

Gör, sənin ağzına baxır neçə göz,

Qələmlə uslu ol, qoy üzə düşsün...

* * *

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün...

01.05.2017. Şamaxı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

22 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
9 months ago

"Qələm müqəddəsdir, müqəddəsdi söz, Onların nazın çək, möhnətlərə döz, Gör, sənin ağzına baxır neçə göz, Qələmlə uslu ol, qoy üzə düşsün..." - çox gözəl.


Axtarış