Solan yarpaqlar kimi
Düşürük yavaş-yavaş
Ömrün budaqlarından
Atılırıq boşluğa
Kainatın dibinə
Allahın qucağından
Kim bilir nələr olur
Zülmət qovuşan yerdə
Sakit fırtınalarda
İnsan ölür, ya qalır?
Görən çıxa bilirmi
Ruhun sınaqlarından?
05.08.16
Elşən Ələsgərli