SONA ABBASƏLİQIZI – TALE YOLU (Povest)
Müəllif: Yazarlar.AZ


07.04.2020


TALE YOLU

(Povest)

Hər dəfə mavi ekranda ahıllar evi haqqında gedən verilişlərə baxarkən onun ürəyi içim-içim əsərdi, əlləri titrəyərdi. Qorxulu hisslər keçirərdi Qumru nənə. Bəzən özünü bu atılmışların arasında görər, tənhalığın acı şərbətini dada-dada tənhalaşardı və kənddə yar-yoldaşının arasında nə qədər kimsəsiz olduğunu bil-

dirməsə də, bu cəhdi boşa çıxardı. Ona elə gəlirdi ki, bir neçə il də keçəndən sonra onu da belə bir aqibət gözləyəcək. Bundan böyük dəhşət nə ola bilərdi?!

Bu, Qumru nənənin qisməti idimi? O, tale qismətini yaxına buraxmaq istəmirdi.

Yox! Yox! Qumru nənə atılmağa layiq deyildi. Axı onun bu həyatda kimi vardı?

Ömrünü vaxtsız dəyişmiş əri Ədalət kişinin yoxluğu ona indi elə yer eləyirdi ki,

sızıldayırdı Qumru nənə, içərisindəki odlu-alovlu bir yanğı yandırırdı-yaxırdı onu.

Evindəki tənhalıq sükutunu nə qədər qovmağa çalışsa da, ona qənim kəsilən tale yükündən qurtula bilmirdi. Kişisindən bir yadigarı qalmışdı: oğlu Etibarı, bir də ev- eşiyi, həyət-bacası…

Nə qədər əziyyətlərə, məhrumiyyətlərə məruz qalmışdı Qumru nənə. Ərinin

ölümündən sonra işə girmiş, Etibarına həm ana, həm də ata olmuşdu. Övladını çətinlik çəkmədən oxutdurmuş, onu həkimlik kimi şərəfli bir peşəyə yiyələndir-

mişdi. Sonralar çətinliyə düşmüşdü, ancaq sınmamışdı, qürurunu itirməmişdi.

Özü korluq çəksə də, ancaq oğlunun tələbəlik illərində pulunu-xərcliyini kəsmə-

mişdi. Daha sonra sevdiyi, özü ilə birlikdə şəhərdə işləyən gözəl bir qızla evlən-

dirmişdi onu. Ozaman nə qədər bəxtəvərdi Qumru nənə!

İllər bir-birini belə tez əvəz etdi ki…Qumru da yaşa doldu. Ağırlaşdı. Bir neçə il də keçəndən sonra ayaqları zəiflədi, əlinə ağac aldı. Artıq nənə olmuşdu.Ancaq

nəvələrinə tamarzı qalmışdı.

Böyükdən tutmuş kiçiyə kimi hamının sevimlisiydi, əziziydi,kəndin ağbirçəyi,

sözü keçənlərindən sayılırdı Qumru nənə. Hamı istəyirdi ki, ağır günlərdə ona qayğı göstərsin, xidmətində dursun.

Adamlar özləri də çətin yaşayırdılar. Güzəran ağır olduğu üçün Qumru nənə

heç kəsin qayğısını qəbul etməzdi. Elə aldığı təqaüdü, bir də həyət-bacasında ək-

diyi tərəvəz və meyvəsilə birtəhər dolanırdı. Buna da şükür edirdi. Məgər başqa-

ları ondan artıqmı yaşayırdılar? Elə onlar da onun günündə idilər. Bircə fərqi var-

dı ki, o, tənha idi. Allah heç kəsi tənha, kimsəsiz qoymasın!..

Tənhalıqda əriyən ömür

1992-ci ilin ağır günləri idi. Yaşayış, güzəran gün-gündən pisləşirdi.Ən dəh-

şətlisi o idi ki, çörək tapılmırdı. Adamlar qara çörək almaq üçün gecə yarıdan keçmiş şirin yuxularına haram qataraq çörək dükanlarının qabağında saatlarla növbəyə durardılar. İnsanların gözlərindəki hüzünlük, iztirab onların həyatla çar-

pışmalarından xəbər verirdi. Hamı eyni dərddə idi. Erməni işğalçıları torpaqları-

mızı bir-bir ələ keçirirdilər. Ölkədə hərc-mərclik o dərəcəyə çatmışdı ki, adamlar axşam olmamış evlərinə çəkilirdilər. Hər gün cəbhədən onlarla gəncin tabutlarda

meyitləri gətirilir, torpağa tapşırılırdı. Xalqın igid balalarını ölümə göndərənlər torpağı qorumaq yox, ancaq öz vəzifə yerlərini tutmaq üçün dəridən-qabıqdan

çıxırdılar. Ölkə ağır günlərini yaşayırdı. İnsanlar qorxu və təlaş içərisində yaşayır-

dılar. Kənd camaatına çörək əvəzinə mal yemi qarışdırılmış qapqara “jımıx” ye-

dizdirirdilər. Yazıq millət başqa oyunbazların ucbatından əziyyət çəkirdi. Onların

isə heç burunları da qanamırdı. Millət isə əldən gedirdi…

Belə ağır günlərdə heç kəsə yük olmaq istəmirdi Qumru nənə. Bilirdi ki, oğlu

Etibar çox yaxşı yerdə işləyir. Onu görənlər deyirlər ki, böyük bir klinikanın cər-

rahıdır. Varı, dövləti başından aşır. Arvadı da özü ilə bərabər işləyir. Və bir də

onu deyirlər ki, evində qulluqçu da saxlayır. Babalı deyənlərin boynuna!Nə olsun

ki, varlığa nə darlıq. İstəsə, lap on qulluqçu saxlayardı. İndi quruluş başqadır, qa-

baqkı quruluş deyil ki… Ancaq adamları yandıran odur ki, Etibar bir oğul kimi öz

borcunu anası Qumruya verə bilməyib, elə bil belə bir varlıq haçansa Etibarı dünyaya gətirməyib. “Əl tutmaq Əlidəndir” deyiblər. Ancaq doğma anaya da əl

tutmayanda bəs kimə əl tutacaqsan? Yazıq Qumru nənə bütün bunları hamıdan gizli saxlasa da, dərd-sərini, iztirablarını elin gözündən yayındıra bilmirdi. Hər kim də Etibarı ondan soruşanda Qumru nənə özünü sındırmadan ona belə cavab verərdi:

-Elə dünən pulunu almışam. Tək arvadam, neyləyirəm pulu. Qoy nəvələrimə

xərcləsin. Onsuz da yaşamaq çox çətinləşib. Uşağıma pul lazım olar, necə olsa,

şəhər yeridir.

Kəndin adamları Etibarı Qumru nənənin xatirinə həmişə soruşurdular. Son-

ralar isə onun qəlbini təlatümə gətirmirdilər. Onsuz da hər şey gün kimi aydın idi: Etibar etibarsız çıxmışdı.

Nə qədər qürurlu, nə qədər ürəyi geniş insan idi Qumru nənə. Oğlunun üzü-

dönüklüyünə heç cür inana bilmirdi. Gecələr səhərə kimi yerində qovrulardı. Eti-

barın, heç üzlərini belə görmədiyi nəvələrinin xəyali surətləri gözləri önündə

canlanar, başını yastığa qoyarkən göz yaşları ilə mütəkkəni isladardı. İnsan nə qədər ürəyi ilə danışarmış, İlahi!..

“Ay oğul, gözlərimin işığı, qollarımın qüvvəti oğul! Haradasan? Daha əldən düşmüşəm. Heç olmasa, ölməzdən əvvəl sizi bircə görə bilsəydim, nəvələrimi bağrıma basıb doyunca öpsəydim, ölməzdim, öləndə də dünyadan rahat köçər-

dim. Ağlamaqdan gözlərim də tutulur, ay bala. Niyə məndən üz döndərdin? Nə

günahın sahibiyəm? Bu dünyada mənim sizdən başqa axı kimim var? Bəlkə mə-

nə kömək əlini uzatmağa imkanın yoxdur? Yox, bala, mən səni qınamıram. An-

caq bir tikə kağız yazmağa nə var ki, ay qurbanın olum. Yenə özündən muğayat ol. Mən birtəhər dolanaram. Öhö… öhö… öhö… Zəhrimara qalsın bu çör-çöpü!

Yanmaq bilmir ki… Bu il heç odun da ala bilmədim, ay oğul. Elə həyət-bacanın

çör-çöpü ilə qızınıram. Çör-çöplə də can qızarmı, ay bala? Axşam olanda, ala-to-

ranlıq düşəndə otağıma çökən sükunət mənə qəmginlik gətirir. Nə qədər tək qalmaq olar, İlahi? Axı niyə belə oldu? Niyə?.. Niyə?..”-ürəyi ilə yenə danışdı Qumru nənə.

O, yenə də yanaqlarına süzülən göz yaşlarını sildi. Hıçqırdı və sonra yenə də dodaqucu pıçıldadı: “Sənin qarşında nə günah işlətmişəm, İlahi? Nə üçün oğlum

ola-ola məni ona tamarzı qoyursan? Nəvələrim ola-ola üzlərini görmək belə nə-

sib olmur mənə. Namazını qılıram, orucunu tuturam. Yolumu azmamışam, na-

musla yaşamışam. Övladımı da yaxşı saxlamışam. Bəs övladımın nankorluğu nə

üçün mənim ünvanıma təşrif gətirib? Bu, mənim mükafatımdırmı, İlahi?”

Qapının döyülməsi Qumru nənəni diksindirdi. Otağa qonşusu Çiçək xala da-

xil oldu, Qumru nənəni axtarırmış kimi, ala-qaranlıqda əlini qapının ətrafına sürtüb irəli keçdi.

-Ay Qumru, huy!..Sən hardasan, ay arvad? Bıy, ay arvad, niyə lampanı yan-

dırmamısan? Ay qıza, yenə ürəyinlə danışırdın belə? Hə, dinsənə, bir mənə diq-

qətlə bax, deyəsən, qıza, ağlamısan axı?..

Qumru nənə göz yaşlarını gizlicə ətəkləri ilə sildi. Ağlamasını Çiçəkdən giz-

lətmək istədi.

-Yox, ay Çiçək, elə belə, özüm üçün zümzümə edirdim. Qoy lampanı yan-

rım, içəri qaranlıqdır, göz-gözü görmür.

Qumru nənə lampanı yandırdı. Titrək barmaqları ilə lampanın hər tərəfinə

sığal çəkdi. Çiçəklə peçə yaxın yerdə əyləşdilər. Qumru nənə birinci olaraq sözə

başladı.

-Hə, deyirəm ki, ay Çiçək, ömür-gün də gəlib keçdi. Biz yaşda olanlar necə də

olsa, bir yaxşı gün görüblər. Balalarımız isə heç yaxşı gün görmədilər. Ay qıza,

otursana divanda, mütəkkəni də qoy böyrüvə, rahatlan. Nə yaxşı ki, gəldin, ay Çiçək. Deyirəm ki, ay qıza, bu, nə müsibətdir, başımıza od ələnir? Torpaqlarımız

əldən gedir. Murdar ermənilər dilbər guşələrimizdə at oynadırlar. Gör torpaq-

larımızı necə də asanlıqla ələ keçirirlər. Bəlkə burada düşmən əli var? Hə?

Çiçək:

-Düz deyirsən, ay Qumru.Düşməni gərək elə öz aramızda axtaraq. Belə olma-

saydı, bu qədər torpaqlarımız əldən getməzdi. Heç xəbərin var?

-Nədən, ay qıza?

-Bizim Güllünün oğlu Elnuru gətirəcəklər. Yazıq bala. Dilim-ağzım qurusun.

Şəhid olub deyirlər.

Qumru nənə hər iki əlini möhkəmcə dizlərinə çırparaq:

-Ox…ox.., can… can bala!.. Gözəl bala, igid bala! Necə qıyıblar sənə?! Güllü-

Nün yeddi qurbandan sonra dünyaya gələn gözünün ağı-qarası bircəciyəzi idi El-nur bala. Yazıq Güllü gözünü ona dikmişdi, ona baxırdı. Kaş verdiyin xəbər yalan olaydı, ay Çiçək.-ağladı, üzünə əl atdı Qumru nənə.

Çiçək:

-Ay Qumru, Güllü bu xəbəri bilmir. Ərinə komissarlıqdan bildiriblər, o da meyiti gətirməyə gedib. Güllü çətin ki, bu dərdə dözə. Qonşu kəndə də iki şəhid

gətiriblər. Müsibətdir, ay arvad. Balalarımız əldən gedir! İçimizdə olan düşmən-

lərimizi tanımırıq. Bıy, çörək talonum qurşağımda idi, hara düşdü görəsən?

Qumru nənə əlini xalçaya sürtdü, sonra sevinc hissi ilə dedi:

-Ay qıza, deyəsən tapdım axı. Xalçanın üstünə düşüb. Çiçək, sən Allah, al mənim talonumu, səhərə yaxın çörək növbəsinə gedəndə mənim payımı da dü-

kandan alarsan. Xəstə kimiyəm, halsızam, ayaqlarım da son zamanlar sözümə

baxmır. Sənə zəhmət verirəm.

Çiçək incik kimi:

-Bu nə sözdür, ay Qumru, bəs borcumuz nədir? Heç bilmirəm sən dişsiz o

çörəyi necə yeyirsən? Qapqaradır, neynək, sözüm yoxdur, kəsəndə acı suyu çı-xır. Xamırdan bir qədər fərqlənir. Allah bərəkət versin, naşükür deyiləm, ancaq

çörəkdən daha çox heyvanlara verilən yemə oxşayır. Eşitmisən, Qumru, Saleh

müəllim neçə gündür ki, sübh tezdən dərsini də atıb, Bakıdan gələn sərnişin qa-

tarının qabağını camaatla birlikdə kəsib saxlayır, çörək alverçilərindən ağ çörək

alıb kisələrə vurur, məktəbin uşaqlarına paylayır.Valideynlər də müəllimin pulla-

rını qaytarır, eyni zamanda, uşaqlarını da məktəbə göndərirlər. Yoxsa ki, tifil

uşaqlar lap əldən getmişdilər.

Qumru nənə:

-Ay Çiçək, vallah lap haqlısan, damaqlarım soyulub. Ancaq nə edə bilərik?Əli-

mizdən nə gələr? Yuxarıdakılar ağ çörək yeyirlər, millətin isə mədə-bağırsağı qu-

ruyub. Ötən gecə çörək payımı ala bilmədiyim üçün bütün günü ac qaldım. Evdə

düyü də olmadı ki, bir şey bişirim.

Çiçək:

-Bıy, ay Qumru, biz məgər ölmüşdük? Uzaqda deyildik ki, səsləsəydin məni,

evdə çörəyimiz də var idi. Sənə də bir pay çatardı.

-Belə olmaz axı, ay Çiçək, o çörək də sizin gündılik payınızdır. Ondan mənə pay versəydiniz özünüz də yarıac-yarıtox qalardınız. Hərənin öz pay norması var da, ay qıza.

Çiçək:

-Səndən inciyərəm, Qumru, bizi həmişə özünə yaxın bil. Bu vəfasız dünya-

da biz gərək bir-birimizə dayaq olaq.

Bayırda qapı ehmalca döyüldü. 30-35 yaşlarında qonşu gəlin Dilarə və 25

yaşlı Ağgül otağa daxil oldular. Dilarə əlindəki düşbərə tökülmüş kasanı stolun üstünə qoyub Qumru nənəyə:

-Ay Qumru nənə, axşamın xeyir olsun! Sən necəsən, Çiçək xala? Qumru nə-

nə, sənə düşbərə gətirmişəm. Bakıdan atam ağ un göndərmişdi. Könlüm belə düşbərə istəyirdi ki, lap sinov gedirdim. Bişirib doyunca yemişəm. Sənə də gətir-

dim, ay Qumru nənə, nuş olsun!-dedi.

Qumru nənə:

-Payın artıq olsun, qızım. Zəhmət çəkmisən. Heç bir şeydən korluğum yox-

dur. Oğlum mənə hər ay pul göndərir. Vallah xərcləməyə yer tapmıram. Təqaü-

düm mənə bəs edir. Özün bilirsən ki, Etibar çox məşhur cərrahdır, gəlinim də cər

rahdır. Çox yaxşı dolanırlar. Gəlinim doktor Güləri Bakı şəhərində hamı tanıyır.

Ağgül Dilarə xalaya göz atıb:

-Qumru nənə, qurbanın olum, sənin gəlinindir, nədir-Gülər xanımı deyirəm də, çox da onu tərifləmə. O xanım sənin təriflərinə layiq deyil.

Qumru nənə:

-Niyə, qıza?

Ağgül:

-Xətrinə dəyməsin, Qumru nənə, elə sözgəlişi dedim. Əgər istəyirsən ki, lap

açıq danışım: sözün düzü, sənin gəlinin doktor Gülər heç bir zaman sənin harayı-

na çata bilməz. Bunu yadından çıxarma, Qumru nənə.

Qumru nənə incimiş kimi:

-Sən, qızım, hələ mənim gəlinimi yaxşı tanımırsan. Ərə gedərsən, işin-gücün başından elə aşar ki, hər şeyi unudarsan.

Ağgül:

-Yox, ay Qumru nənə, hər şeyi unutmaq olar, ancaq bir Vətəni, bir də ananı

unutmaq olmaz! Bəlkə düz dmirəm, Çiçək xala?

Çiçək xala gözucu Qumruya baxdı; onun incikliyini hiss etsə də, düşdüyü və-

ziyyətinə özü də acıdığı üçün Ağgülün-bu şıltaq qızın sözünü təsdiq etdi.

-Nə deyim, ay bala, sən haqlısan. Qumrunu bu ağır günlərdə tək atmaq nə oğluna, nə də gəlininə yaraşan iş deyil. Heç olmasa, il ərzində bir dəfə Novruz bayramnda atasının qəbrini ziyarət etsəydi, nə olardı ki..? Hamı bunu alqışlayar-

dı. Buna kimin nə sözü ola bilərdi ki…

Dilarə söhbətin səmtini dəyişdi.

-Siz Allah, qurtarın bu söhbəti! Çox oturduq, Qumru nənə, biz daha gedirik,

salamat qal!

Çiçək xala da ayağa qalxdı.

-Ya Allah! Mən də gedim, gcdir. Heyvanları tövləyə salam gərək. Ay Qumru,

nə lazım olarsa, məni səslə. Sabah uşaqlar sənə quru odun gətirərlər.

Qumru nənə:

-Çox sağ olun, balalarım! Sən də sağ olasan, ay Çiçək! Ömrünüz uzun olsun!

Yenə gəlib fikrimi dağıtdınız. Dünya durduqca var olasınız!

Qonşular gedəndən sonra evə ölü bir sükut çökdü. Qumru nənə bu sükutdan

qorxdu elə bil. Elə bil ki, illərlə bu sükut, bu tənhalıq içərisində yaşayan o deyildi.

Yox! Bu sükut onun iliklərinə işləyirdi. Onun bütün varlığını bu boşluğun “ölüm

kabusu” hədələyirdi. Və dörd divar arasında kimsəsiz bir halda ölmək onu ya-

man qorxudurdu.

Gecələri çox ağır keçirdi Qumru nənənin. Sızıltısını qonşulardan da gizlədər-

di. Xısın-xısın, qəmli nəğmələr oxuya-oxuya göz yaşları tökərdi Qumru nənə. Və

beləcə, ömrünün nəvəli dünyasını nəvəsiz yaşayırdı və beləcə, ömrünü tənhalıq-

da əridirdi Qumru nənə. Gecələr başını yastığına qoyarkən dodaqaltı pıçıltısını ancaq Ulu Tanrı eşidirdi…

Iki yol ayrıcında

Fevral ayının 20-si idi. Qış çox sərt keçirdi. Şaxta-sazaq əl-üzü qaysadırdı.

Ancaq qışın da belə desək, beli sınmışdı, çünki söyüd ağaclarının budaqları sa-

rımtıl-yaşıla çalırdı. Bu, yazın tezliklə gələcəyindən xəbər verirdi. Qumru nənə həyətdən yığdığı çör-çöpü peçə doldurdu. Kibriti yandırıb, əlinin donunu açmaq

üçün barmaqlarını ovxaladı. Bu il qış üçün odun almağa imkanı olmamışdı deyə,

elə həyətdəki ağacları budayıb birtəhər qışı keçirməyə məcbur olmuşdu. Bəs nə

edəydi? Amma çör-çöplə də ev qızarmı? Özü də dərdli qoca olasan, çör-çöpün is-

tisinə də can qızarmı?

Qumru nənə çaydan götürüb peçin üstünə qoymuşdu ki, qor bağlamış pən-

cərəsi ehmalca döyüldü. “Bu gələn, xeyir ola, kimdir görəsən?”

Qumru nənə üzünü pəncərəyə dayayıb diqqətlə bayıra baxsa da, gözləri çox

zəiflədiyindən gələnin kim olduğunu kəsdirə bilmədi. Qapını açıb gələn adamı səslədi:

-Ay bala, kimsənsə, qapıya yaxın gəl.

Bu gələn şofer Əhməd idi.

-Mənəm, ay Qumru nənə! Şofer Əhmədəm. Sənə oğlun Etibardan məktub gətirmişəm.

-Nə dedin, bala, kimdən? Etibardan?!

-Bəli, Qumru nənə, Etibardan-sənin oğlundan. Dünən təsadüfən Bakıda rastlaşdıq. Tələsik bir məktub yazdı, sənə verməsini xahiş etdi. Al, budur mək-

tub.

Qumru nənə gözlərinə inanmadı. Uzun illər idi ki, Etibar ona məktub yaz-

mırdı. Ananın ürəyi düşdü elə bil. Fikirləşdi ki, bəlkə nəvələrinin başlarında bir iş

var. Tez də ürəyindən keçirdiyi fikirləri başından çıxartmağa çalışdı. Ehmalca məktubu ürəyinin üstünə sıxdı, sonra onu dönə-dönə öpdü. İxtiyarsız olaraq qı-

zarmış, bir qədər də balacalaşmış, qıyılmış gözlərindən iki damla yaş məktubun

üzərinə düşdü və bu an Qumru nənə hisslərini şofer Əhməddən gizlətmək üçün

dedi:

-Ay Əhməd, qurban olum sənə, ona deyəydin ki, niyə zəhmət çəkib məktub

yazıb, elə dilnən deyəydi də, işi-gücü başından aşır balamın. Axır ki, şəhər yeri-

dir. Hər ay göndərdiyi pulları xərcləyə bilmirəm.

Şofer Əhməd Qumru nənəyə bələd idi. Bu arvad hç özünü sındırmazdı. Çox məğrur və qürurlu qarı idi. Odur ki, özünü o yerə qoymayıb ddi:

-Dillə də bir söz deyəcəkdi, ancaq nə fikirləşdisə, çıxıb getdi. Oxu məktubu.

-Ay bala, mən məktub oxuya bilmirəm ki, gözlərim yaxşı seçmir, al, sən oxu

görək , nə yazıb balam.

Şofer Əhməd qatlanmış kağızı açdı və oxumağa başladı: “Nənə, salam! Vax-

tım çox azdır. Məndən incimə, şəhər yeridir, iş-güc çoxdur Bilirsən nə var? Evimi-

zi sat, gəl bizə. Qoca arvadsan. Allah eləməmiş… Sonra el gülər mənə. Mənim də

adım-sanım var, mən də bir kişinin oğluyam, ya yox? Mütləq sat evi, gəl! Pulları

da gətir. Ucuz vermə! Çalış ki, dollar olsun.

Sağ ol! Evi yaddan çıxarma! Pulları gələndə gətir, mütləq gətir!

Oğlun Etibar, Bakı şəhəri.”

Şofer Əhməd məktubu oxuyarkən Qumru nənə haldan-hala düşdü. Elə bil bir qazan qaynar suyu onun başına tökdülər. Duruxdu. Qəhərləndi. Gözlərini ya-

xınlıqdan keçən şosse yolundan çəkdi. Bu yol sürücüləri Bakıya aparırdı. Qumru nənənin gözləri həmişə bu yola dikilərdi. Hər gün gözlərini dikdiyi bu yol indi

onun gözləri önündə sanki birdən-birə uzaqlaşdı və görünməz oldu.

Göz yaşları da yanağında dondu elə bil…

Sürücü Əhməd də tutuldu, rəngi qaraldı, yazığı gəldi qarıya. “Kaş məktubu

verməyəydim”ürəyindən keçirtdi Əhməd, ancaq daha gec idi. O, məktubu Qum-

ru nənəyə uzatdı və darvazaya tərəf addımladı, sonra qanrılıb geriyə baxdı. Ci-

bindən siqaret çıxarıb yandırdı və dərindən bir qüllab vurub, başını buladı və çox

bikef çıxıb getdi. Çox qəhərli getdi sürücü Əhməd…

Qumru nənə yerində donub qalmşdı. Heç qımıldanmırdı da, elə bil ki, hykələ

dönmüşdü, heykəlləşmişdi Qumru nənə, dərdinin üstünə daha böyük dərd təşrif

gətirmişdi, sınan, əyilən belini bir qədər də əymişdi. “İstədiyi yar idi, yetirdi pər-

vərdigar.” Yazıq arvad oturduğu yerdə oyuna düşdü.

Çox düşündü, çox daşındı, çox fikirləşdi Qumru nənə, amma bir çarə tapam-

madı.

“Ev-eşiyi satsınmı? Torpağı, ev-eşiyi də satarlarmı? Məgər torpaqlarımızı ha-

kimiyyətə gəlmək üçün murdar ermənilərə satanlar azmı idi? Dilbər guşələrimizi

sata-sata axırda millətin körpəsini, qocasını, arvad-uşağını düşməncəsinə çölün düzünə tökdülər… Ax, elin də dərdi bir böyük dərd olub mənə.Nə edim,axı,əlim-

dən nə gəlir? Oğlumu da, nəvələrimi də, gəlinimi də istəyirəm. Birdən evdə tək-

tənha ölərəm, qonşular xəbər tutmazlar. Balam elin gözündə hörmətdən düşər.

Etibar haqlıdır. Evi sataram, pulunu da balama verərəm, öz işlərinə xərcləyər.

Qoca arvadam. Bir ayağım yerdə, bir ayağım da gordadır. Mənim onlara nə ziya-

nım dəyə bilər? Bir tikə çörək yeyəcəyəm də. Bəs oğlumun borcu nədir?”

Qumru nənə çox götür-qoydan sonra nəhayət, qərara gəldi ki, evi satıb oğlu-

nun yanına-Bakıya getsin.

Tənhalığın da sonu varmış, İlahi!

Ertəsi gün dəllal Fərəc Qumru nənəgilə gəldi. Qumru nənə əhvalatı ona da-

nışdı. İnsafən, Fərəc ev dəllalı olsa da, əvvəlcə Qumru nənəni dilə tutdu, ev-eşiyi

satmamağı, bir qədər də səbr etməyi məsləhət gördü. Yaşının bu vaxtında nə

Bakıbazlıqdır? Ancaq Qumru nənənin təkid edib sözündə möhkəm durduğunu görüb, onun ev-eşiyinə müştəri tapacağına söz verdi.

Bir neçə gündən sonra “Pullu Xeybər” evi və bağ-bağatlı həyəti dəyər-dəymə-

zinə -12 min dollara alıb, oğlunun adına keçirtdi.

Qumru nənə satdığı evdə bir həftəyə kimi qonaq qaldı. Ərinin, qohum-əqrə-

basının qəbirlərini ziyarət etdi. Dünyaya etibar yoxdur; bilmək olmaz, bu yerləri

görmək ona qismət olacaq, ya yox? Bəzi əşyalarını: qab-qacaqlarını qonum-qon-

şulara bağışladı. Sürücü Əhmədə də tapşırdı ki, Etibar filan gün, filan vaxtda Az-

neft meydanında olsun, onu qarşılasın, axı o, şəhərə nabələddir. Sürücü Əhməd

də Qumru nənənin tapşırığını can-başla yerinə yetirmişdi. Bircə Qumru nənənin

getməyi qalırdı. Bu torpaqdan heç ayrılmaq istəmirdi Qumru nənə. Bu torpaqda

bir cazibə vardı, onu özünə çəkirdi elə bil; ürəyi heç yerində dayanmırdı. Bəlkə

oğluna, nəvələrinə görə idi? Bəlkə həyəcandan idi? Bəlkə də gözünü dünyaya açdığı gündən bu kəndin sevincinə və kədərinə şərik olduğu günlərin ayrılığından

mütəəssir olmuşdu? Bu, nə idisə, Qumru nənəni bir an belə rahat buraxmırdı…

***

Qumru nənəni yola salanlar çox idi.Demək olar ki,bütün kənd onu ötürməyə,

onunla vidalaşmağa gəlmişdi. Bir çoxu ona:

-Bəxtəvərsən, ay nənə, şəhər yerində yaşayacaqsan: qazı, suyu, işığı hər şeyə

dəyər. Nə istəyirsən daha? Canın bu palçıqlı, zığlı kənddən birdəfəlik qurtardı, ay

Qumru nənə…-deyirdilər.

Həqiqətən də, bu anlarda Qumru nənə özünü dünyanın ən bəxtəvər adamı hesab edirdi, çünki doğmalarına-əzizlərinə qovuşacaqdı. O,hamının eşidəcəyi bir

səslə ucadan dedi:

-Ay camaat, axı mən sizə deyirdim ki, oğlum elə ilk imkan tapan kimi məni yanına aparacaq. Kaş bütün oğullar mənim Etibarım kimi qeyrətli olaydı! Ay əziz-

lərim! Amma ürəyim bu yerlərdən və sizdən heç ayrılmaq istəmir. Burada doğ-

malarımın-ata və anamın, kişimin, babalarımın, nənələrimin qəbirləri var. Onla-

rın və bu kənddən gedən bütün insanların ruhları qarşısında baş əyirəm. Doğma

torpaqdan ayrılmaq çox çətindir, ay çamaat, çox ağırdır. Pərvərdigara, ev-eşiyin-

dən didərgin düşənlərin vəziyyətinə düşmüşəm elə bil… O yazıq insanlar daxilən nələr çəkiblər, bunu sözlə ifadə eləmək çox çətindir, gərək iraq olsun, onu duya-

san, hiss edəsən.Lənət olsun o kəslərə ki, insanları ilan mələyən çöllərdə məs-

kunlaşmağa, torpaqlarından əllərini üzməyə məcbur ediblər. Bu millətin bəzi yelbeyinləri belələrinə hələ də inanır, onların arxasınca gedirlər. İnanmayın on-

lara, camaat! Nurlu sabahlara inanın! Sizə arxa çevirməyənlərə inanın! Dağ vü-

qarlı, qəlbi xalqla bağlı olan insanlara inanın! Pis günlərin ömrü az olar. Vaxt gə- lər bu torpağın sahibi də gələr, üzünüzdəki qəmginlik də, kədər də sovuşub ge-

dər. Darıxmayın, ay camaat. Bu yerləri heç bir zaman unutmayacağam. Heç bi-

lirsiniz yadıma nələr düşəcək? Yaz vaxtı gül-çiçəyin ətri ətrafa yayılanda, düzən-

lərdə al lalələr qızaranda, dağ döşündən o tərəfə “Çılpaq qaya”nın lap ətəyində-

ki quzey tərəfdə “İsa bulağı”nın buzdan gözünün açılması yadıma düşəcək, onda

mən də özümü sizinlə bu torpaqda-bu doğma ocaqda hiss edəcəyəm. Siz Allah,

zəhmətinizi halal edin…

Yerbəyerdən Qumru nənə halallıq, razılıq səsləri eşitdi. Bir daha dönüb arxa-

ya baxdı. Yoxsulluqdan əziyyət çəkmiş bu insanların halına acıdı. Əyinləri tökül-

müş uşaqların solmuş bənizlərini heyrətlə seyr etdikdən sonra:

-Allah amanında, camaat! Sağlıqla qalın!-deyib qəhərləndi.

Bakıya gedən avtobusun qapısı açılanda radioda “Şüştər” muğamı üstündə

klarnetin səsi Qumru nənəni ötürənləri bir qədər də qəmləndirdi. Deyəsən,

klarnetdə Vəli Qədimov çalırdı. Aman Allah, necə çalırdı bu sənətkar!..

Avtobus yola düşdü. Qumru nənə avtobusun pəncərəsindən ətrafı seyr et-

dikcə, bu doğma yurdu bəlkə də axırıncı dəfə gördüyünü ürəyindən keçirtdi.

“Əgər qismət olsa, bir də axirət günündə görərəm.” Gözləri doldu Qumru nənənin. “Əziyyətin də sonu varmış, İlahi! Sən nə qədər adilsən, ədalətlisən,

səbirlisən, İlahi! Şükür kərəminə! Tənhalığın da sonu varmış, İlahi!”

Azneft meydanında

Azneft meydanında yenə qələbəlik idi. Avtobuslardan düşən sərnişinlərin

yeknəsəkliyi, taksi sürücülərinin müştəriləri səsləyən bağırtıları Qumru nənəni

təşvişə salmışdı. Avtobusun sürücüsü onun yükünü boşaldıb səkinin kənarındakı skamyaya yığdı. Ehmalca Qumru nənənin də qoluna girib skamyada əyləşdirdi.

Sürücü:

-Ay nənə, burada oturub oğlunu gözlə. Yəqin burada olsa, gəlib çıxar.Bizi ba- ğışla, nənə, yol getməliyik. Bizim mənzil başına da az qalıb. Salamat qal!

Avtobus Azneft meydanında dövrə vurub uzaqlaşdı. Qumru nənəni fikir gö-

türdü. Bir qədər də qəribsədi, üşüdü bir az. Ona elə gəldi ki, avtobus kəndin ha-

vasını da özü ilə apardı. Burada isə o, hazırda tənha idi.

Abşeron küləyi əsirdi. Küləyin yerdən göyə sovurduğu qırov nağılvari bir şə-

kildə qıvrıla-qıvrıla böyük dairəvi meydanda at oynadır, adamların normal hərə-

kət etmələrinin qarşısını alır, az qala onları da öz ağuşuna alıb harasa aparmaq

istəyirdi. Bu çovğun az qala Qumru nənəni də qoynuna almağa çalışırdı.Yazıq ar-

vad paltosuz, nimdaş dəvəyunu şalına bürünüb ətrafa boylanır, zəifləmiş gözləri ilə oğlu Etibarı axtarırdı.

Dəqiqələr bir-birini əvəz edirdi… Artıq bir saata yaxın idi ki, ana oğlunu göz-

ləyirdi. Başını aşağı salmışdı ki, küləyin sovurduğu və üzünə çırpdığı sazaq gözlə-

rinə dəyməsin. Soyuq külək hücuma keçir, özünə yol tapıb qoca qarının bütün

iliklərinə işləyirdi. “Heyf səndən kənd. Sənin torpağına, daşına qurban!”

Birdən qarşısında bir əlin onun çiyninə toxunduğunu hiss edən Qumru nənə

Oğlu Etibarın olduğunu zənn edib, onun əllərini qamarlayıb öpməyə başladı.

-Can bala, harada qalmışdın, qurbanın olum? Niyə belə gec gəldin, Etibar?

Ancaq qarşısında çox nəcib sifətli, gülərüz, uzun saçları bir qədər də bozum-

tul görünən, beretli papağının altında sifət və çöhrəsindən elm adamına oxşa- yan, ağ-bozumtul qalustuklu, orta yaşlı kişinin ona baxıb gülümsədiyini görüb

duruxdu.

-Elə bildin oğlumdur. Bağışla, ay bala. Səni oğluma oxşatdım.

Beretli kişi:

-Mənim də sizin kimi bir anam var idi. Bir neçə il olar ki, dünyasını dəyişib. Bütün dincliyim pozulub. Onun yoxluğu məni çox göynədir. Mən onu hər addım-

Imda görürəm. Siz anama o qədər oxşayırsınız ki, ay ana…lap məəttəl qalmışam! Bayaq maşınımla yoldan şütüyürdüm. O yolun kənarındakı mənim maşınımdır.

Birdən gözüm sizə sataşdı, sizi gördüm və mənə elə gəldi ki, anam rayondan gə- lib məni gözləyir. Axı o, həmişə məni bax, burda-sizin əyləşdiyiniz bu skamyada

gözləyərdi. Bəlkə siz anamsınız, gözlərimə görünürsünüz?..

Beretli kişi yaman təsirləndi, sonra Qumru nənəyə:

-Bağışlayın, siz Allah, bir az təsirə qapıldım…

-Allah rəhmət eləsin, oğlum, başın sağ olsun! Elə mən də sənin anan, bala.

Dünyadır da, hər şey olur. Gərək hər bir dərdə dözəsən, ananın yoxluğuna da…,

qurbanın olum. O şair gör necə gözəl deyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin.”

Beretli kişi:

-Sağ ol, ay ana! Siz lap şair kimi danışırsınız. Bəlkə sizi oğlunuza aparım. Ün-

vanı varmı?

Qumru nənə:

-Yox, ay bala, ünvanını bilmirəm. Birinci dəfə gedirəm. Yəqin ki, indi gəlib

çıxar.

Beretli kişi:

-Mən də sizin oğlunuz, ay ana.

-Sağ ol, bala, mənim oğlum harada olsa, gəlib məni tapacaq. Narahat olma,

bala.

Beretli kişi Qumru nənə ilə xudahafizləşib çıxıb getdi.Onun qara maşını uz-

aqlaşandan sonra Qumru nənə bir qəriblik hiss etdi. Ona bir anlıq elə gəldi ki, o

da televizorda gördüyü atılmış analardandır. Hələ ki, oğlu gəlib çıxmayıb. Sağ ol-

sun ki, xeyirxah insanlar da varmış. Qumru nənə ürəyində insanlardan, onun ya-

nından ötüb keçənlərdən incidi. İnciməyə görəsən haqqı vardımı? Axı adamlar niyə belə biganə olmuşdular? Bəlkə buna ölkədəki hərc-mərclik və mənəm-mə-

nəmlik bais olmuşdu? Bəlkə də bu , müharibənin fəsadlarından biri idi. Amma nə idisə, bu mənzərədə yaxşılığa dair heç bir şey yox idi.

“Axşamdan oturmuşam bu soyuq, nəm yerdə. Yüzlərlə adam gəlib qabağım-

dan o tərəfə keçir-bu tərəfə keçir. Bir Allah bəndəsi o kişidən başqa soruşmur ki,

ay nənə, nə var, nə yox? Nə dərd-sərin var? Bu soyuq və şaxtalı gecədə nə ölü-

mün var burada? Belə də laqeydlik olar? Şəhər olanda nə olar ki..? Nə yaxşı ki,

bayaqkı kişi mənə kömək əlini uzatdı; mənə qayğı göstərdi. Yoxsa, lap ürəyim

partlayacaqdı. Allah ata və anasını rəhmət eləsin! Bu Etibar da gəlib çıxmadı. Yə-

qin xəstəsi var uşağın, yoxsa, məni bu çölün düzündə, şaxta və çovğunda qoyar-

dımı? Heç vaxt! Ancaq evi lap nahaq satıb gəldim buraya.Heyf səndən kənd,

heyf… Lap donuram. Ay Allah, bu nə iş idi mən düşdüm?!”

Üstündən bir az keçmədi ki, qara rəngli “Mersedes-Benz” markalı bir maşın Qumru nənənin qarşısında dayandı. Maşından cavan bir kişi çıxıb ona yanaşdı.

Bu, Qumru nənənin illərlə yolunu gözlədiyi, illərlə gözünü Bakıya tərəf gedən və gələn maşınlara dikdiyi, həsrəti ilə gecəli-gündüzlü yandığı, qeyrətinə inandığı oğlu Etibar idi.

-Ay nənə, səni xoş gördük! Vallah işim başımdan aşırdı, odur ki, səni qarşıla-

mağa bir qədər gecikdim. Hə, nə oldu, evi sata bildinmi? Pulları gətirmisənmi?

Qumru nənəni elə bil ildırım vurdu. “Ay oğul, sən heç məni öpmədin. Heç

məni əzizləmədin, neçə illərin ayrılığından sonra bu nə pulbazlıqdır?! Bunu necə dilinə gətirirsən, oğul?” ürəyindən keçirtdi Qumru nənə. İçində nə isə qırıldı elə bil.

Nankorluq

Şaxta, sazaq öz soyuqluğundan bir parça Qumru nənənin ürəyinə saldı elə

bil. Buzlaşdı ürəyi. Bum-buz oldu. Əlini tez ürəyinə atdı. Bu nə idi görəsən? Bu-

za dönmüşdü ürəyi. Bir tərəfdən də bir fikir şeytan cildinə girib onun beyninə ha-

kim kəsildi. “Oğlunu sına, ay ana! Mən şeytan olsam da, ancaq sənə çox yazığım gəlir.Oğlunu yoxla! Mən deyirəm ki, o nankordur, namərddir, ağvalideyndir! Bəs

sən nə deyirsən?”

“Yox, bu ola bilməz! Mənim oğlum nankor, namərd, ağvalideyn ola bilməz!

Nə olar, yoxlayaram” Fikrindən keçirtdi Qumru nənə. Beyninə girən fikirlərinin

gerçəkləşməsinə razı olmasa da, oğlunu bir daha sınamaq qərarına gəldi. “Lənət

sənə, şeytan!” deyib ayağa qalxmaq istədi, ancaq bacarmadı.

-Ay sənə qurban olum, sən soruş: ay nənə, necəsən, nə təhər gəldin, yolda

başına nə oyun gəldi? Məni də məcbur elədin ev-eşiyi də satdım.Pulları da yolda

itirdim. Əliboş gəlmişəm hüzuruna, bala. Bir az pal-paltarımı gətirmişəm, kömək

elə, maşına daşıyaq.

Etibar az qala durduğu yerdə səndirləyib yıxılacaqdı.Rəngi bir anda qaraldı.

Birdən bağırdı. Yoldan seyrək ötüb keçənlər bir anlığa boylanıb dayandılar.İmka-

nı olsaydı, arvadı elə bu dəqiqə geriyə-kəndə qaytarardı.Nə fikirləşdisə, bir papi-

ros çıxarıb dodaqlarına sıxdı, alışqanı yandırdı, alov tez də söndü. Hirsindən siqa-

reti kənara tulladı. Anasına yaxınlaşıb dedi:

-Bu barədə sonra danışarıq! Sən hələlik burada gözlə, mən yaxınlıqdakı ma-

gazadan bəzi şeyləri alıb gəlirəm. Məni bir az gözlə.

Doktor Etibar maşınına minib oradan uzaqlaşdı. Qumru nənə “bicliyinə” də

peşiman oldu. Gərək oğlu ilə bu oyunu oynamayaydı. “ Eh, bu səhvi düzəltməyə nə var ki… Boxçamı evdə eşələyəndə deyərəm ki, tapdım, buradaymış.”

Soyuq külək Qumru nənənin lap iliklərinə işləyirdi.Oğlunun“Bir az gözlə”sin-

dən artıq iki saat gəlib keçmişdi. Qumru nənəni fikir götürmüşdü. Öz-özünü dan-

layırdı. Az qala dili-dodağı tutulurdu. Külək vıyıldayır, tək-tənha qalmış Qumru

nənəni də ağuşuna alıb aparmaq istəyirdi. Yazıq arvad heç bilmirdi ki, nə etsin.

“İlahi, bu nə iş idi mənim başıma gəldi.Hamısına bais mən özüməm.Öz cəzandır,

çək, Qumru! Oğlun etibarsız çıxdı, namərd çıxdı, nankor övlad imiş sənin oğlun,

Qumru! Gör, tərbiyə işində harada səhvə yol vermisən? Səhvin haradadır ki, indi

onun ağrısını-acısını zəhər kimi dadırsan? Bəs indi nə edəcəksən? Haranın külü-

nü tökəcəksən başına, ay Qumru? Ev-eşiyini də satdın. Kimin qapısını döyəcək-

sən bu bivaxt gecədə, ay bədbəxt? Hava da qaralıb, küçədə adam da görünmür.

Ay Allah, dərdimi kimə söyləyim?”

Qışqırmaq, insanları köməyə çağırmaq istəyirdi Qumru nənə, ancaq danış-

mağa heyi yox idi. Ağlayıb sızıldayırdı. Belə havada da göz yaşları görünərdimi?

Soyuq külək, sazaq isə öz işini görürdü. Yazıq arvad lap donmuşdu. Dil-dodağı söz tutmurdu. Belə bir çovğunlu gecədə Azneft meydanında zəif bir qoca qarının skamyada oturaraq nimdaş şalına bürünüb saatlarla nankor oğlunun yolunu göz-

ləməkdən usandırıcı nə ola bilərdi?

Birdən qara rəngli “Mersedes-Benz” onun qarşısında dayandı və Qumru nə- nə bayaqdan oğlu haqqında bəd fikirlərə düşdüyü üçün xəcalət çəkdi. “Mənim oğlum nankor ola bilməz!” ürəyindən keçirtdi.

Maşından isə bayaqkı beretli kişi çıxıb Qumru nənəyə yanaşdı.

-Ay ana, sən hələ buradasan?! Soyuqdan donmusan ki, ax, yazıq arvad. Oğ-

lun gəldimi?

Qumru nənə az qala huşunu itirəcəkdi, güclə eşidiləcək səslə dedi:

-Gəl…di…, get…di…

Səsi titrədi, çənəsi şaqqıldamağa başladı, bütün bədəni uçundu. “İlahi, bu

xeyirxah insanı sən bilərəkdən mənim üçün göndərirsən.Sən adilsən,rəhmlisən.”

Beretli kişi qarının çöhrəsinə qonmuş təlaş, həyəcan, qəmginliyi və pərişan-

lığı elə bil ki, duya bilmişdi.Bunu bilməyə nə vardı ki…Odur ki, öz duyğularını qo-

ca qarıya sezdirməmək üçün dedi:

-Ola bilsin ki, işi olub,neynək, gedərik bizə, dərd çəkmə, sən də mənim anam.

Uşaqlar da çox sevinəcəklər. Dur, dur, ay ana, qalx, bax belə, yolçu yolda gərək.

Qumru nənənin ürəyi uçuqlandı. Bütün bədəni titrəməyə başladı.Ağzında qa-

lan bir-iki dişi də bir-birinə dəyib şaqqıldadı.Soyuq onun kələyini kəsmişdi.Zaval-

lı qarı ayaq üstə zorla dayanırdı.

Beretli kişi onun yükünü maşının arxasına doldurub Qumru nənənin qoluna

girdi, ehtiyatla onu arxa oturacaqda əyləşdirdi.Maşının güzgüsündən qarıya bax-

dı. “Yazıq arvad soyuqdan lap donub, dili də söz tutmur.”

Maşını işə saldı Beretli kişi və dərhal da peçin düyməsini basdı.

Yolboyu Qumru nənə bir kəlmə belə danışa bilmədi. Maşının peçindən yayı-

lan istilik az qala donmuş qarının donunu açırdı elə bil… O isə yarıaçıq gözlərilə

xilaskarına baxıb, ürəyində ona dualar edirdi…

Doğmalar arasında

Beretli kişi Qumru nənənin əşyalarını qonşularla köməkləşib yaşadığı bina-

nın mənzilinə daşıdı.Qapını açan arvadı Təxminə, az yaşlı oğlu Asim və qızı Aynur

təəccüblə evə gələn qonağa baxırdılar.

Beretli kişi içəri daxil olub Qumru nənəni təqdim etdi.

-Uşaqlar, nənənizi kənddən gətirmişəm. Gərək onu incitməyəcəyinizə söz

verəsiniz.

Uşaqlar heyrətlə bir-birinə baxdılar.

-Ata, bəs sən deyirdin ki, bizim nənəmiz ölüb.

Beretli kişi:

-Yox, canım, kənddə yaşayırdı nənəniz. Siz lap uşaq ikən nənənizi çox inci-

dirdiniz. Nənəniz də acıq edib kəndə getdi. Mən də ondan küsmüşdüm. Amma

daha görürəm ki, siz də böyümüsüz. Ona görə də, nənənizə xəbər göndərdim, o

da kənddən qayıtdı. Yəqin ki, onu incitməyəcəyinizə söz verəcəksiniz.

Bu sözlər ağzından çıxar-çıxmaz hər iki uşaq Qumru nənənin boynuna atıldı-

lar.

-Xoş gəlmisən, ay nənə, bağışla bizi, daha dəcəllik etmərik. Bizimlə qal, nə

olar, ay nənə, acıq edib getmə. Biz səni çox istəyirik.

Evin xanımı məsələnin nə yerdə olduğunu bilməsə də, üzündəki xoş təbəs-

sümlərini qarıdan əsirgəmədi.

-Xoş gəlmisən, ay nənə. Buyur, keç o biri otağa, dincini al.

-Xoş günün olsun, qızım.-Qumru nənə Təxminəni, sonra da uşaqları bir-bir

qucaqlayıb öpdü.

Qumru nənə otaqda çox tez isindi. Canına istilik təsir etdikcə xumarlanır,

bütün ağrı və acıları yox olurdu.

Şam yeməyindən sonra uşaqlar öz otaqlarına çəkildilər və bu zaman Be-

retli kişi özünü Qumru nənəyə təqdim etdi:

-Adım Dövlətdir. Bu xanımımın adı isə Təxminədir. Hər ikimiz həkim-cər-

rahıq. Mən professoram. Böyük bir klinikanın rəhbəriyəm. Xanımım da mənimlə birlikdə işləyir, gözəl və istedadlı cərrahlarımızdandır. Güzəranımız da çox yaxşı-

dır. Ancaq anamın yerini heç bir şey əvəz edə bilmir. Elə bil ki, bu evdə nə isə ça- tışmır. Çatışmayan ancaq anamın yeridir; nurani çöhrəsidir; qayğılı baxışlarıdır;

mehriban danışığıdır; ilıq nəfəsidir. Allah-taala səni mənə ana əvəzi göndərib.

Həm də anama elə oxşayırsan!.. Bir bu şəklə baxın, elə bil bir almanın iki bölü-

müdür. Bəlkə də anamın cildinə girmiş bir məlakəsən. Ay ana, gəl sən razı ol, bi-

zimlə qal, bizim ailəyə qaynayıb-qarış. Bilirəm ki, dərdlisən, bizim evdə hər şeyi

unudarsan. Bizə ana, uşaqlara nənə olarsan. Sənə ehtiyacımız var, hə, nə deyir-

sən?

Qumru nənə söhbətin bu yerə yönəldiyini eşidib özünü itirdi. Bu geniş ürəkli,

alicənab, ləyaqətli insanın əllərindən öpmək istədi. Doktor Dövlət buna imkan

vermədi və onu mehribanlıqla qucaqladı. Ürəyinin ən dərin guşəsində gizli saxla-

dığı sirrini və olub keçənləri ilk dəfə olaraq doktor Dövlətə və Təxminəyə söhbət

etdi. Çəkdiyi iztirablar, ağır günlərin əzabları dərdli ananın dilini açmışdı. O, əlini

belinə bağladığı nimdaş dəvəyunu şalının altına salıb bir nimdaş baş yaylığına

bükdüyü düyünçəni çıxarıb ortalığa qoydu.

-Bu düyünçədə 12 min Amerika pulu var.

-Ona nə deyirlər, qurbanın olum?

-Dollar deyirlər, ana, dollar.

-Hə, bala, ondandır. Al, lazımınız olar. Mən də sizin kölgənizdə yaşayaram.

Doktor Dövlət və doktor Təxminə inciyən kimi oldular. Hər ikisi Qumru nənə-

ni qucaqlayıb kresloda əyləşdirdilər.

-Yox, ay ana, sən nə danışırsan? Bizim bu pullara ehtiyacımız yoxdur. Onları

bax, bu seyfin bir gözünə qoyacağam. Nə vaxt gərəyin olsa, oğluna vermək fikrin

olsa, götürə bilərsən. Bugündən etibarən bura sənin evindir.

Doktor Dövlət pul düyünçəsini seyfin kiçik gözünə qoydu, açarını da Qumru nənəyə verdi.Qumru nənə nə qədər dartındısa da, mümkün olmadı.Beləcə,Qum-

ru nənə bu ailənin bir üzvü oldu…

Beləcə, bu evin işığı daha gur yanmağa başladı…

Ad gününə hazırlıq

Günlər, aylar və illər bir-birini əvəz edirdi. Bu evə gəldiyi günün artıq üç ili

tamam olurdu. Qumru nənə ömrünün ən fərəhli günlərini bu evdə keçirmişdi. İnsafən, doktor Dövlət onu öz doğma anası kimi sevmiş, uşaqları ona nənə kimi

isnişmişdilər. Qumru nənə yaşa dolsa da, gümrahlığını itirməmişdi. Evin çox işlə-

rini özü görərdi. Doktor Dövlət onun çölmək plovundan heç doymazdı. Toyuq və balığın qarnına qoyduğu ləvənginin ləzzətindən çoxları ağızdolusu danışardı. Bu

ləziz, nadir yeməkləri Qumru nənə ustalıqla, böyük həvəslə hazırlayırdı. Hamı bu cənublu qadının əlinin hərəkətinə “Əhsən!” deyirdi. Məhəllənin xeyir-şərində

Qumru nənənin öz yeri vardı.

Ailədə elə mehribanlq hökm sürürdü ki, Qumru nənə bəzən yuxu gördüyünü

zənn edirdi. O, bu ailənin səmimiyyətinə, doğmalığına heyran qalmışdı. Doğma oğlundan görə bilmədiyi hörmət və izzəti, qayğı və məhəbbəti yad oğlundan gö-

rürdü. Və bəzən “yad” sözünü beynindən qovurdu, belə düşündüyünə görə özü-

nü danlayırdı. Qumru nənə Dövləti özünə daha doğma və əziz bilirdi. Qonşular da bu qarını çox sevir, ona hörmət edirdilər. Qumru nənə ipək kimi tumarlı, hə-

lim və mehriban xasiyyəti ilə hamını ovsunlamışdı.

***

Doktor Dövlət axşam evə çox şən halda qayıtdı. Əvvəlcə qapı ağzında Qum- ru nənəni qucaqladı, əllərindən öpdü.

-Ay ana, necəsən?

-Qurban olum, yaxşıyam, sağ ol. Qoy üstünün qarını təmizləyim.

-Yox, ay ana, zəhmət çəkmə, əriyər.

Uşaqlar və doktor Təxminə səsə gəldilər.Uşaqlar atalarını qucaqladılar.Dok-

tor Dövlət əyilib Aynurun üzündən öpüb soruşdu:

-Mənim göyçək qızım Aynur, de görək sabah ailəmiz üçün hansı əziz gün-

dür? Görüm tapa bilirsən, ya yox?

-Ata, sabah sənin ad günündür!-qız atasının əllərindən tutub silkələdi.

-Ay şeytan, hardan bildin, necə bildin?

Güldü Aynur:

-Çünki nənənin bizə gələn gününün səhəri həmişə sənin ad günün olur. Nə-

nənin gəldiyi günü heç yaddan çıxartmaqmı olar?

Hamı gülüşdü.

Doktor Dövlət:

-Nə yaxşı yadında qalıb, qızım, amma mən neçə illərdir ki,ad günümü qeyd etmirəm , bu dəfə isə ad günümü xüsusi qeyd edəcəyəm. Axı əlli yaşım tamam olur! Heç bilirsiniz ki, bu, nə deməkdir? Bu, o deməkdir ki, mən bir əsrin yarısını yaşamışam.

Hamı yerbəyerdən qışqırdı:

-Təbrik edirik! Təbrik edirik!

Doktor Dövlət:

-Sabah işə getməyəcəyəm.Bazarlıq edib hazırlıq görəcəyəm. Axşam isə bə-

zi iş yoldaşlarım və dostlarım öz xanımları ilə bizə qonaq gələcəklər. Təxminə, sən də hazırlaş. Ana, sən də bizə yaxşı bir zəfəranlı cənub plovu bişirərsən; cücə

və balığın ləvəngisini əsirgəmə. Bunu səndən başqa heç kəs bacarmaz.

Qumru nənə:

-Qurbanın olum, aşağıda Xavər qonşumuzun təndirxanası var, çörəyi də

ordan alarıq, balıq və cücələri də təndirdə bişirərəm. Təndirdə bişirilən balıq və

cücənin dadı başqa cür olur, bala.

-Bu iş sənin boynunadır, ana, nə xərc istəsələr ödəyəcəyəm.

İnsafən Təxminə xanım bu ad günü xəbərindən çox sevindi. Çoxdan idi ki,

evlərində şadlıq keçirilmirdi. Heç özləri də bir yana getmirdilər. Ancaq indi əmin-

amanlıq idi. Xalqın üzündəki qəm-kədər yavaş-yavaş itir, qırışlar açılırdı. Ölkənin

ağıllı başçısı vardı. Xaos, anarxiya, özbaşınalıq aradan götürülmüşdü. Küçələrdə

sərçəyə avtomat silahla güllə atanların səsi-soraqları gəlmirdi. Açəlan hər bir sə-

hər insanların ovqatını yaxşılaşdırır, onları qurmağa, yaratmağa səsləyirdi. Həyat

buradan başlayırdı. Hər şey gözəlliyə doğru gedirdi, xoşbəxliyə doğru, insanların

əqidə birliyinə doğru gedirdi…

Üz-üzə

Ertəsi günün axşamı qonaqlar vədə alınan vaxtda evə gəldilər. Məclis baş-

landı. Sağlıqlar deyildi. Söz doktor Dövlətə veriləndə o, qonaqları bir dəqiqəliyə

sakitliyə dəvət etdi və sonra sözə başladı:

-Mənim əzizlərim, indi isə sizi anamla tanış etmək istəyirəm. Yediyiniz bu gözəl nemətləri anam hazırlayıb. Nuş olsun! Bütün analar gözəldir, həlimdir, tu-

marlıdır,ancaq mənim anam tamam bambaşqadır.Təxminə, zəhmət olmasa,ana- mı o biri otaqdan çağır.

Qonaqlar təəccüb və heyrətlə qapıya tərəf boylandılar. Hamı çox gözəl bi-

lirdi ki, doktor Dövlətin anası çoxdan dünyasını dəyişib.

Təxminə Qumru nənənin əlindən tutub qonaq otağına gətirdi. O, utana-utana, çəkinə-çəkinə məclisə üzünü tutub mehribanlıqla qonaqları salamladı:

-Xoş gəlmisiniz, əziz övladlarım! Məni gərək bağışlayasınız. Namaz qılan ar-

vadam. Bu gün oğlum Dövlətin əlli yaşı tamam olur; onu ürəkdən təbrik edirəm!

Ona gözəl vəsəadətli günlər arzulayıram. Dünya durduqca yaşa, oğlum! Sən mə-

nə yaxşı oğul olmusan, səninlə qürur hissi duyuram. Göstərdiyin qayğılar məni

heyrətləndirir. Dünyada mənim kimi xoşbəxt ana tapılmaz. Səninlə, oğlum, mən

fəxr edirəm! Kaş bütün oğullar sənə bənzəyəydi. Allah-taala adın kimi xasiyyəti-

nə də dövlət verib, əziz balam. Ömrün uzun olsun! Balalarından yarıyasan!

Bu ara məclisin orta hissəsində oturan orta yaşlı bir kişi özündən asılı ol-

madan ayağa durub:“Nənə…nənə…”deyərək yerində donub qaldı. Yanındakı xa-

nımı onun qolundan tutub əyləşdirməsəydi, bəlkə də elə ayaq üstə durub heyrə-

tlə Qumru nənəni seyr edəcəkdi.

Qumru nənə bu heyrəti hiss etmişdi və özünü hövlanək o biri otağa atmış-

dı.

***

Məclis başa çatdı. Qonaqlar xudahafizləşib getməyə hazırlaşarkən doktor

Dövlət hamı ilə səmimi görüşüb, razılığını bildirdi. Doktor Etibarla xanımını bir qədər gözləmələrini xahiş etdi.

Qonaqlar artıq çıxıb getmişdilər.Otaqda ailə üzvləri və Etibarla xanımı qal-

mışdılar. Tam sakitlik hökm sürürdü. Bu zaman Qumru nənə otağa daxil oldu.Elə

bil otaq işıqlandı, işıq seliylə gurlaşdı, sanki otağa nur çiləndi…

Doktor Dövlət:

-Doktor Etibar! Bu gördüyün sənin doğma anandır.Amma sən ona oğulluq

etməmisən! Mən isə onu soyuq bir qış gecəsində küçədə ümidsiz bir vəziyyətdə

tapmışam; ona ana demişəm. Uşaqlarım ona nənə deyiblər. Biz onu çox sevirik. O, bizim ailənin nəfəsidir; evimizin bəzəyidir. Belə gözəl ana hərbir evin, hər bir

ailənin nur çırağıdır. Amma sən heç bir zaman onun qayğısını çəkməmisən. Qo-

calıb əldən düşəndə onun əlindən tutmamısan; oğulluq borcunu verməmisən.

Heç bilirsənmi, bu yaşda olanlar hər kiçik qayğısızlıqdan necə tez kövrəlirlər? Doğmalarından da ögey münasibət görəndə tam sarsılırlar. Doğmadan da ögey-

lik görmək olarmı?! Bu, insan mənəviyyatına yaraşan işdirmi? Valideyn borcunu verə bilməyən şəxs halal-haram bilməz. Sən həkimsən, cərahsan, məşhur adam- san. Ancaq səndə həkim qayğıkeşliyi, məni ifadəmə görə bağışla, insani keyfiy-

yətlər, ali hisslər çatışmır. Yoxsa, soyuq, qarl-şaxtalı, çovğunlu bir gecədə kimsə-

siz bir varlıq kimi doğma ananı şaxta-sazağın ümidində qoyub qaçmazdın! Hələ bugünədək də onunla maraqlanmadığına da heç şübhəm yoxdur. Bu nankorluğu

ona görə etmisən ki, anan səni sınaqdan çıxarmaq üçün 12 min dolların itdiyini, yolda düşdüyünü bildirmişdi. Sən isə illərlə qayğısını çəkmədiyin, əl tutmadığın bir gözəl insanı-doğma ananı küçələrdə qoydun. Gör işə bir bax, sən Allah, uzun

illər mənimlə bir klinikada işləyən adamı mən bu dərəcədə yaxından tanımamı- şam. Sən mənəviyyatı puç, pula, vara-dövlətə həris olan bir varlıqsanmış! Sən in- san deyilmişsən!

Təxminə doktor Dövlətin qoluna girib onu sakitləşdirmək üçün:

-Dövlət, bəsdir, yetər, kifayətdir!-dedi.

Doktor Dövlət bərk hiddətlənmişdi, odur ki, özünü cilovlaya bilmədi.

-Təxminə, əzizim, sən nə danışırsan? Mən dəhşətə gəlirəm! Daş da yeri gə-

ləndə əzilib xıncım-xıncım olur, sən isə…-Doktor Dövlətə tərəf baxaraq bir qədər

də qəzəblə dedi:-Sən isə ən ali duyğu və hissdən bixəbər adamsan, çətin ki, səh- vini başa düşəsən. Belə gözəl, həlim, tumarlı ananı da sevməzlərmi? Allahın xo-

fundan qorxmursan?! Bəlkə imkanı olmayan bir xəstənin əlindən tutmusan?! Bəlkə yetim qalmış qaçqın uşaqlarına bir yardım göstərmisən?! Yox!!! Heç birini

etməmisən! Deməyə sözüm çoxdur. Sənin isə cavab verməyə haqqın yoxdur! Çünki sən hamı qarşısında günahkarsan; Vətən qarşısında da günahkarsan; Allah

qarşısında da!!! Ancaq vicdanının qarşısında günahını yuya bilməzsən, çünki va-

lideyn üzünə ağ olmusan, yəni, ağvalideynsən! Gəl açıq danışaq: sən bir daha iş yerində ana kəlməsini dilinə gətirmə! Çünki buna haqqın yoxdur! Mənəvi haqqın yoxdur! Ana, gətir o pulları, zəhmət olmasa.

Qumru nənə seyfi açıb, yaylığına bükdüyü 12 min dolları doktor Dövlətə uz-

atdı. Doktor Dövlət yaylığı açıb pulları qəzetə bükdü.

-Ay ana, o yaylığa bükdüyün düyünçədən sənin ətrin gəlir. Qoy bu etibarsız

oğlun Etibar sənin qoxunu yox, dollar iyini ciyərlərinə çəksin. O, bu duyğulardan

məhrumdur!

Doktor Etibar başını aşağı salıb dinmirdi. Xanımı yaman pörtmüşdü. Çilçıra-

ğın işığında üstündəki brilyantları bərq-bərq verirdi. Onların hər ikisi sanki məh-

kəmədə hakimin çox ağır cəza verəcəyindən qorxurmuş kimi özlərini narahat hiss edirdilər.

-Al bu pulları! Ananın mülkünün pullarıdır. 12 min dollardır. Yazıq arvad sə-

nə görə, səni görmək ümidi ilə gözəl meyvə bağını və evini dəyər-dəyməzinə sa- tıb ki, sənə yetişsin, ömrünün qalan illərini səninlə keçirsin. Sən isə sınaqdan pis

çıxdın. Doğma ananı pula görə aldadıb boranlı, çovğunlu bir gecədə küçədə atd-

ın. Budur o pullar! Sənin bu pullarda gözlərin qalıb, odur ki, onları anan sənə ve- rir ki, öz istəklərinə, məqsədlərinə xərcləyəsən. Apar xərclə! Görək xərcləyə bi- ləcəksənmi?! Al, al, çəkinmə, doktor Etibar, al, götür.-deyib professor Dövlət qə- zetə bükülmüş pulları doktor Etibarın qoltuğuna dürtdü.

-Yox, yox, professor, mən bunu götürə bilmərəm. Götürsəm, gərək anam da

mənimlə gedə.-Etibar ehtiyatla dilləndi.

-Əlbəttə, götürəcəksən! Ancaq anan burada qalacaq; öz razılığı ilə. Sən isə

ona yadsan.O isə bizə doğmadır, əzizdir.Daha nə istəyirsən, pullarını almısan,nə-

yi gözləyirsən, çıxıb gedə bilərsən!

Doktor Etibar qoltuğunda pul bükümü ilə birlikdə xanımının qoluna girib qapını açdı.Elə qapıdan ayağını atmışdı ki,Qumru nənə sanki ayıldı, elə bil, ayaq- larına güc gəldi; sanki pələngə döndü. Bir göz qırpımında oğlunun qoltuğundakı

pul bağlamasını çəkib var gücüylə qışqırdı:

-Dayan, nankor oğul!!! Bu pullar halal pullardır. Yabançı pullar olsa da, halal

pullardır.Çünki mənim rəhmətlik kişim evini alın tərinin qazancı hesabına tikmiş-

di. Belə nankor oğula haramdır bu pullar! Haramdır!!! Haramdır!!!

Çox hiddətləndi Qumru nənə. Qəhərləndi. Oğlunu xeyli süzdükdən sonra sö- sözünə davam etdi.

-Dövlət, əziz oğlum, mənim ağır günümdə mənə sən sahib durubsan. Məni ölümün pəncəsindən xilas etmisən. Mənə ana demisən, övladların nənə deyiblər

mənə. Gəlinimdən görmədiyim qayğıları Təxminə xanımdan görmüşəm. Üç ildir

ki, mən bu isti, doğma yuvadayam. Üç ildə bir dəfə məni axtardığın olubmu? Yə-

qin zənn etmisən ki, elə küçədə ikən don vurub məni, ölmüşəm, hə? Nankorluğu

kimdən öyrəndin sən? Dövlət, götür bu pulları, qoy yerinə. Sabah bu pulları “Qo-

calar pansionatı”na apararıq. Halal xoşları olsun! Orada mənim kimi atılmışlar

çoxdur. O qocaların da mənim kimi dərdliləri çoxdur. O qocaların da etibarsız,

nankor övladları onları çətin, ağır günlərində atıb, dərdə, qəmə düçar ediblər.

Lənət olsun belə övladlara! Lənət olsun!!! Çəkil, get gözümün qabağından! Nan-

kor oğul!!! Sənə qarğış etməyə dilim gəlmir. Ancaq südümü sənə halal etmirəm!

Get! Rədd ol, nankor oğul!!!-deyib, Qumru nənə qapını onların arxasınca möh- kəm çırpdı. Sonra pilləkənlərdən oğlu və gəlininin aşağıya enən ayaq səsləri eşi-

dildi. Sonra tam sakitlik oldu; bu sakitlik dumanı otağa da çökdü. Otaqda hamı bir-birinə baxırdı. Amma heç kəs bu sükutu pozmağa cürət etmirdi.

Qumru nənə yaman kövrəlmişdi. “Hər şey bitdi…indi onun üçün daha Etibar

yoxdur. Yoxdur! Nankor çıxdı oğlu. Nankor!” Bu sözlər içində püskürdü, vulkan kimi köksünü təlatümə gətirdi.

Xeyli ağladı Qumru nənə, yazıq-yazıq ağladı, içərisi göynəyə-göynəyə, sızıl-

daya-sızıldaya ağladı… İndi, elə bu anda hiss etdi ki, o, oğlu tərəfindən atılıb. İn-

di, elə bu anda Qumru nənə hiss etdi ki, oğlunu ömürlük itirib, indisə, nankor öv-

ladını qəlbində dəfn edir.Bu itkidən sarsılmışdı ana.Çölü aləmi yandırırdı,içi özü-

nü. Kövrək-kövrək dizlərini qucaqladı, sonra başını dizlərinə qoydu, daha sonra

qəlbinin dərinliklərində-lap qaranlıq bir guşədə oğluna qəbir də qazdı, onu dəfn

etdi; dodaqucu ağı da dedi…

Bütün bunların şahidi olan ailə üzvləri dabanları üstə yavaş-yavaş yeriyərək

Qumru nənəni otaqda sərbəst buraxıb o biri otağa keçdilər; onu düşüncələriylə

tək-tənha qoydular…

-Ay nənə, mənə nağıl danış, nə olar?

Balaca Aynurun səsi Qumru nənəni ağır düşüncələrindən ayırdı. O, qüssəsi-

ni gizlədərək Aynuru əyilib bağrına basdı.

-Mənim quzum, gəl səni doyunca öpüm. Sənə təzə nağıl danışacağam.

Onlar divanda əyləşdilər. Qumru nənə kənddən gətirdiyi mütəkkəni ayaq-

ları üstünə qoydu, sonra da Aynurun başını mütəkkəyə söykədi. Onun yerini ra-

hatladıqdan sonra saçını tumarladı, gözlərini pəncərəyə zilləyib nağılını belə baş-

ladı:

-Biri varmış, biri yoxmuş.Uzaq, çox uzaq kəndlərin birində bir qoca nənə ya- yaşayırmış. Onun da gözünün ağı-qarası bir oğlu varmış. Nənəsi onu o qədər is-

təyirmiş ki…

Aynur maraqlı və qorxulu nağıl eşidəcəyini hiss edib Qumru nənənin quca-

gına sığındı. Bu ara Qumru nənənin göz yaşları Aynurun alma kimi qızarmış ya-

nağına düşdü. Uşaq diksinib dikəldi.

-Ay nənə, sən ağlayırsan?

-Yox, ay quzum, deyəsən, pəncərənin gözlüyündən qar dənələri içəri tökü-

lür.

Ancaq həqiqətən, bayırda qar yağırdı, külək də vöyıldayır, pəncərəni döyür-

dü.

-Ay nənə, Qar Kraliça öz arabası ilə elə bil pəncərəyə yanaşıb bizə baxır.- de-

yə Aynur dilləndi və Qumru nənəyə möhkəm qısıldı.

-Yox, ay quzum, Qar Kraliçanın nə həddi var ki, pəncərədən boylansın.Bayır-

da çovğundur, qapı-bacanı döyəcləyir. Yat, quzum.

-Yuxum gəlmir axı, ay nənə. Axı sən mənə nağıl danışırdın.

-Hə, quzum, orda qalmışdım ki, bu nənənin istəkli bir oğlu vardı.Nənənin va-

rı-dövləti də oğlu idi. Amma bir gün gəldi Qara dev onu nənədən oğurladı. Onu aparıb özünə qul etdi. Onu özü kimi zalım böyütdü. Ən əsası isə onun vicdanını

əlindən aldı.

-Nənə, vicdan nədir?

-Quzum, vicdan yaranmışlardan ancaq insanda olur. Bu dünyada bircə şey

dilsiz danışır-vicdan. O, bəzən insanı elə tərbiyə edir ki, insan mələkləşir, bütün

günahları bağışlanır. Amma elələri də olur ki, onlarda vicdan olmur. Onlar onu ömürlük dərk edə bilmirlər, heç bir zaman da dərk edə bilməyəcəklər. Vicdan rahatlığı, quzum, sərvətdən qiymətlidir.

Qumru nənə bayırdakı çovğunun pəncərənin gözlüyündən içəriyə hücum çək-

məsinə məhəl qoymadan Aynurun başını tumarlaya-tumarlaya canındakı üşüt-

məni birdəfəlik qovdu. Bu isti yuva ona doğmadan da doğma idi. O, bu dəqiqə-

lərdə bu isti yuvada bu gözəl, ləyaqətli ailə üçün bir nur idi-parlaq bir nur…Bu nur ailənin sütunu idi, xeyir-bərəkəti idi…Bu nur yaxşını pisdən ayırmağı bacaran

niskilli bir ananın bu ailəyə qovuşduğu gündən bu günədək könül xoşluğundan

doğan bir nur idi… Bu nur heç bir zaman sönməyəcəkdi. Çünki bu nurda Allahın

nəzəri və hikməti vardı…

Diri ikən-ölü

Doktor Etibar və arvadı doktor Dövlətin rəhbərlik etdiyi klinikadan çoxdan getmişdilər. Ona elə gəlirdi ki, anası ilə bağlı əhvalatları kollektivdə hamı bilir,

hamı ona ikrahla baxır. Əslində isə bu əhvalatı doktor Dövlətdən başqa kimsə bilmirdi. Məsəl var, deyərlər: “Xain xoflu olar.” Etibarın içərisində onu narahat edən nə vardısa özü də bilmirdi. Ona elə gəlirdi ki, ömrü boyu verə bilmədiyi öv-

ladlıq borcunu bundan sonra da verə bilməyəcək, çünki o, ağvalideyndir.

Asanlıqla özünə və arvadına iş yeri tapdı. Onun kimi istedadlı cərrahlara Bakı şəhərində həmişə ehtiyac vardı. Az vaxt ərzində doktor Etibar yenə məşhurlaşdı.

Yenə də qazandığı pullar gözlərini örtdü. Daxilində onu narahat edən, gecə-gündüz ovqatını korlayan, yuxusunu ərşə çıxaran, əllərini işdən soyudan o ağrılı

günlərdən qurtulduğuna sevindi. Görəsən bu, vicdanının səsiydimi? Yox, belə deyildi. Bu, qorxu idi; Allahın xofu idi, ondan qorxurdu.

Yenə Qumru nənə unuduldu. Övladları da böyüdükcə onları inandırmağa ça-

lışırdı ki, Qumru nənə çoxdan dünyasını dəyişib. Bu dəhşətli yalanı elə məharətlə

quraşdırmışdı ki, övladları da nənələrini görmədikləri üçün təəssüflənirdilər.

***

İllər beləcə bir-birini ötüb keçirdi. Həyat da öz işini görürdü. Dünyaya yeni

körpələr göz açırdı.Bir o qədər də dünyadan köç edirdi.Bu, həyatın silinməz, əbə- di qanunu idi.

Doktor Etibarı Qumru nənə dünyaya gətirmişdi. Gözəl təbiətli, həlim xasiy- yətli, ipək kimi yumşaq Qumru nənənin südüylə böyümüşdü, ayağı yer tutmuş- du Etibarın. Halal süddən bəhrələnmişdi, ancaq sonradan bu halallığa şeytan nə

qatmışdısa, ana məhəbbəti ürəyindən sovuşmuşdu.

Həyatda buna bənzər əhvalatlar çox olub. Qoca ata-anasından bezib, əldən-ayaqdan düşdüyünün fərqinə varmadan onları ahıllar pansionatına aparıb, ölər-

kən evinə gətirib təmtəraqlı ehsanlar verdirənləri camaat azmı görmüşdü? Mə-

gər bunları Allah-taala görmürmü? O bir olan Allah öz bəndələrinə əməllərinə,

əxlaqına görə qiymət verir. Heç kəs deyə bilməz ki, mən valideyn haqqını tam

ödəmişəm. Valideyn haqqı ödənilmir! Valideyn haqqı Haqqın qapısınadək olan

sərhəddin astanasında qurtarır.

Doktor Etibarın-nə qədər bəxtəvər həyat keçirsə belə-bu firavanlığı bir gün

körpəykən acgözlüklə anasının iliklərinə qədər içdiyi halal südünü burnundan tö-

kəcəyi şəksiz idi. Çünki o halal süd Allah-taalanın anaya göndərdiyi nemət payı

idi. O, saf idi, onda Allahın hikməti vardı…

Övlad naxələf, üzüdönük çıxıbsa, ağvalideyn olubsa, o halal pay geri alın- malıdır.

İlahi! Sənin mərhəmətin nə qədər çoxmuş, səbrin nə qədər uzunmuş…Doğ-

ma anasını bir dəfə də yadına salmayan bir rəzil insanı yer üzündə necə bəxtəvər

yaşadırsan?! Axı biz həmişə görmüşük ki, ev yıxanlar, Vətən mülkünə xor baxan-

lar, ömrü boyu pislik mücəssiməsi olanlar insanların gözləri qarşısında ifşa olun-

ublar, rəzil hala düşüblər; öləndə də yastıqlarının başını kəsdirən olmayıb, “rəh-

mətlik” də qazanmayıblar. (Sənin işinə qarışmıram, İlahi. Ancaq dünyadan elələ-

rini nakam aparırsan ki, deməyə söz tapammıram, yanıram, qovruluram içimdə).

Bəs Etibar bu gen dünyada necə sərbəst yaşayırdı? Onu yaşadan görəsən nə idi? Gəlin hələlik ona belə bir ad verək: diri ikən-ölü…Həyatda belələrinə ancaq

bu ad yaraşır. Naxələflər bu dünyada Tanrı tərəfindən damğalanıb və lənətlə-

niblər. Necə? Nə cür? Bu, bizim işimiz deyil. Gəlin Tanrının işinə qarışmayaq. Bu, Allah-taalanın öz seçimidir…

Epiloq

Bəxtəvər günlərin birində Bakıya bahar gəlmişdi. Çiçəklənmiş ağacların xoş

rayihəsi ətrafa yayılır, quşlar çivildəşir, həyata qaynayıb-qarışan insanlar xoş ov-

qatla hərə bir tərəfə gedirdi. Günəş ilıq nəfəsi ilə canlıları qızdırır, bütün aləmə yavaş yavaş öz şəfəqlərini yayırdı. Belə vaxtlarda Bakı çox gözəl olurdu, havası da mülayim. Gəzintiyə çıxan insanlar axın-axın bu gözəl şəhərin görümlü yerlə-

rində olmaqdan həzz alır, haqlı olaraq Şərqdə gözəlliyi ilə seçilən bu şəhərlə fəxr

edir, qürur hissi keçirirdilər. Bakı tarixdə misli-bərabəri görünməyən inamlı ad-

dımlar atırdı. Düşmənlərinə göz dağı çəkdirirdi. Şəhərdə tikilən saysız-hesabsız

göydələnlər, yaraşıqlı ofislər, yeni salınan xiyabanlar onun gözəlliyini birə on qat artırırdı. Analoqu olmayan, çoxlarına əfsanə kimi görünən proyektlər həyata ke-

çirilirdi. Ancaq Bakı daxilindəki çəkişmələrə, didişmələrə, dağıtmağa, viran qoy-

mağa meyilli “küçə qəhrəmanları”nın şıltaqlığına da dözür, mətinlik və səbirlilik

göstərərək, təmkinlə öz sürət tempini artırırdı. Heç bir qüvvə onu bu inkişafdan saxlaya bilməzdi.Xaos, anarxiya dövranı arxada qalmışdı.Bu“küçə qəhrəmanları”

artıq Bakının çıxacağında-çölün düzündə, zibilliklərdə ram edilməsi mümkün ol-

mayan Abşeron küləyinin ixtiyarına verilmişdi…

Bakı öz hünəri ilə bir hikmətə çevrilirdi. Onun sakinləri isə bu hikməti yara-

danlar idi. İllər isə elə sürətlə keçirdi ki, bu zaman əqrəbini saxlamaq isə qeyri-

mümkün idi. Yaxşı bir məsəl var: “Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlmə-

zdir.”

***

Onlar əl-ələ verib maşına mindilər. Aynur oğlanın yolboyu etdiyi söhbətlə-

rindən ürəyində bir rahatlıq hiss edirdi. Gözucu onu gizli baxışlarla süzür, sevgi-

lisinin son zamanlar poeziya sahəsindəki uğurlarından vəcdə gəlirdi. Bu gənc oğ- lanın şeirləri ölkənin hüdudlarından da ötüb keçmişdi. Ən mötəbər qəzet və jur-

nallar onun haqqında yazılar dərc edir, əsərləri çap olunurdu. Bu gənc şairin ürəyində böyük yanğı var idi. Yazdığı əsərlər sanki ruha qanad verirdi. Xalq onu istedadına görə çox sevirdi.

-Aynur, mənə yaman baxırsan ha…

Aynur diksinib özünü itirdi.

-Yox, yox, elə belə…ürəyinə başqabir şey gətirmə.

-Əlbəttə, əlbəttə, başqa nə fikir ola bilər ki, əziz sevgilim.-deyib, Nihad“Mer-

sedes-Benz” maşınının sükanını sağa tərəf burdu. Bir azdan “Qurd qapısı”nın ya-

xınlığında-qəbirstanlığın astanasında maşını saxladı. Hər ikisi maşından düşdü.

Hər ikisinin əlində qırmızı qərənfillər vardı. Nihad qızın qoluna girib:

-Əvvəlcə bu tərəfə gedək, ata-anamın qəbirlərini ziyarət edək, sonra sən de-

yən yerə gedək, yaxşımı?-dedi, sevdiyi qıza xeyli qərənfil də verdi. Qız da razılaş-

dı.

Bir azdan qəbir daşlarının qənşərində dayandılar. Nihad əlindəki qərənfilləri

valideynlərinin sinə daşlarının üzərinə düzdü. Qız da öz növbəsində eyni hərə-

kətləri təkrar etdi. Ancaq Nihad əlində bir neçə qərənfil saxlamışdı.

Qız diqqətlə mərmər daşı süzdü. Üstündəki yazını oxudu.“Əhmədzadə Etibar

Ədalət oğlu”

-Ata-ananın ölümünə səbəb nə olub, Nihad?

Nihad bu qəfil sualdan fikrə getdi. Bir papiros çıxarıb yandırdı, sonra dedi:

-Bunun uzun bir tarixi var, Aynur. Atam məşhur cərrah olub. Böyük imkanla-

ra malikdi. Ancaq ölümünə yaxın çox stress keçirirdi.Bəzən öz-özünə danışır,əsə- bilik keçirirdi. İşdəkilər də onun qəribəliklərindən danışırdılar. Daxilində onu na-

rahat edən nə vardısa, onu gəmirirdi içəridən. Bəzən yuxuda da qışqırırdı, kim-

dənsə aman istəyirdi. Ancaq bir gün qəflətən gözləri tutuldu, özü də cərrahiyyə əməliyyatı aparan zaman. O zaman mən çox gənc idim. Atamın bu ağır halı bizi

sarsıtdı. Çox yerləri gəzdirdik, çarəsi tapılmadı.Gözləri açılmadı atamın. Evdə çox

sarsıntılar keçirirdi, gün-gündən də geri gedirdi. Və bir gün dili də tutuldu. Onun

içərisində mənə məlum olmayan bir sirr yatırdı. Mənə elə gəlirdi ki, anam da bu sirrdən agah idi, ancaq nədənsə çəkinirdi deməyə. Atam çox yaşamadı. Əziyyətlə

öldü, çox əziyyətlə.Belə ölümü Allah-taala düşmənimə də qismət eləməsin. Əri-

yib çöpə döndü.Atamın ölümündən bir neçə il keçəndən sonra bir gün anam mə- nə hər şeyi danışmaq istədi, ancaq nə fikirləşdisə, söhbətini axşama saxladı. İş-

dən qayıdarkən yol qəzası nəticəsində o da dünyasını dəyişdi. O, bu dünyadan köç edərkən özü ilə bərabər bu günə qədər mənə məlum olmayan böyük bir sirri də apardı. Bu , nə sirr idi belə, hələ də mənə məlum deyil, Aynur.

Onların hər ikisi sükuta daldı. Sonra Nihad qızın qoluna girib:

-Gedək sizinkilərin də qəbirlərini ziyarət edək.-dedi.

-Bu tərəfdə-yaxınlıqdadır, Nihad.-deyib, Aynur Nihadın qoluna girdi.

Kiçik bi aşırımdan sonra pilləkənlə aşağı düşdülər. Küknar ağacının altında

ayaq saxladılar.Aynur ağ sürahiyə alınmış təmtaraqlı bir qəbrin önündə dayandı.

Sonra kiçik pilləkənlə yuxarı qalxıb qəbrin üstündəki mərmər güldana gətirdiyi qərənfilləri qoydu. Hər ikisi ağ mərmərdən olan oturacaqda əyləşdilər.

Nihad gözlərini ona dikmiş nurani bir nənənin baxışlarındakı həlimliyin,

mehribanlığın əhatəsində olduğunu dərk edincə marağını gizlədə bilmədi.

-Yəqin ki, nənəndir, hə?

-Nənəmdir. Görürsən, nə gözəl adı var-Qumru nənə.

-Elədir, Aynur, gözəl addır: yəni, boynu zolaqlı quş; göyərçinə də oxşayır, çox tumarlıdır. Deyirlər ki, bu quş hansı həyətdə və ya evin damında məskunlaş-sa, o ailə xoşbəxt olar. Amma mən nənə görməmişəm. Atam deyərdi ki, çox uc- qar bir kənddə-cənub rayonunda nənəm olub, onun da adı Qumru olub, bizdə

Şəkli olmayıb, dediyinə görə elə kənddə də rəhmətə gedib. Mən mütləq onun qəbrini tapıb ziyarət edəcəyəm. Orada babamın da qəbri durur.

Nihad Qumru nənəyə xeyli tamaşa etdi. Elə bil hansı qüvvə isə onu ayağa qaldırdı, əlini daşa sürtdü, sonra da özündən asılı olmadan daşdakı şəkli öpdü.

Nihadın bu alicənab hərəkəti qızın diqqətindən yayınmadı.

Gənclər bir az sonra qəbirstanlığı tərk etdilər. Sanki dolmuş ürəklərini bo- şaltdılar, yüngülləşdilər, bir qədər də saflaşdılar.Evlərinə çathaçatda Aynur Niha-

da dedi:

-Nihad, əzizim, atam mənə tapşırıb ki, səni ailəmizlə tanış edim. Əgər razı-

lıq versən, bizə gedərik. Nə deyirsən?

Nihad sevindiyindən əyləci bir neçə dəfə basdı. Maşın ləngər vurdu. Niha-

dın ürəyi uçunurdu. Elə bil ki,göyün yeddinci qatında idi. Altında sürdüyü isə öz səadətinə tez çatmaq üçün ona verilmiş bir kosmik gəmi idi…

Binanın qarşısında dayanarkən əyilib ehmalca qızın yanağından öpdü:

-Aynur, əzizim, sən dünyanın ən gözəl qızısan.

***

Doktor Dövlət-ağ saçlı professor Nihadı çox səmimi qarşıladı. Təxminə xa- nım oğrun-oğrun gələcək kürəkənini süzdükdən sonra süfrə arxasında əyləşdilər.

Ordan-burdan söhbət edib bir qədər açılışdılar. Necə deyərlər, yola körpü saldı- lar—hərçənd ki, evdə idilər. Valideynlər haqqında söhbət gedəndə doktor Döv- lət elə bil ki, titrədi, bir qədər də rəngi avazıdı.

-Dediniz ki, cərrah Etibar Əhmədzadənin oğlusunuz, eləmi?

-Bəli, doktor, atam da, anam da vəfat ediblər.

-Hm…Allahın işinə bir bax! Bunların hamısı alın yazısıdır, öğlum.

-Bağışlayın, doktor, nədən belə dediniz?

-Heç, oğlum, yadıma ötən illərin kövrək xatirələri düşdü.Ancaq bu gün mən

məcburam ki, əsil həqiqəti-sənin və qızımın bilmədiyi həqiqəti hər ikinizə açıqla-

yım.

-Buyurun, doktor.

Doktor Dövlət olub-keçənləri çox təmkinlə hər iki gəncə nağıl etdikdən sonra rahatlandı, ürəyi sakitləşdi, vulkan kimi püskürən qəlbinə sərinlik gəldi.

-Övladlarım, əsil həqiqət bu idi. Elə hesab edin ki, daşların altından torpa- ğın üzünə üzünə çıxmağa çalışan qaynar bulağın gözü açılıb. Qumru nənə Niha-

dın doğma nənəsidir.

Nihad da, Aynur da o qədər tutulmuşdular ki, nə edəcəklərini bilmədən,

dinib-danışmadan yerlərində donub qalmışdılar.

Nihad nənəsinin divardan asılmış şəklini əlinə götürüb xeyli baxdı. İxtiyar-

sız gözləri doldu.Bütün doğmalarını itirmişdi Nihad, amma son anda yeni doğma adamlar tapmışdı özünə. Qumru nənə şəkildən elə bil ki, Nihada baxırdı.

-Bağışla, ay nənə, bağışla məni. Addımlığımda yaşamısan, var olmağından

xəbər tutmamışam. Əgər bağışlamağı bacarırsansa, bağışla məni-nəvən Nihadı…

Nihad şəkli öpəndə Qumru nənənin çöhrəsi işıqlandı elə bil. Çərçivədəki şüşə çilçırağın işığında bir anlığa otağa nur səpələndi. Lakin bu nur itmədi, otaqda qaldı…

Qumru nənənin ruhu da evi işıqlandırmışdı. Hər tərəf nur selinə qərq olmuşdu…

Aynur xoşbəxtliyin astanasında dayanmışdı.Qumru nənə bu astanada müdrik bir heykəl kimi dayanıb nəvələrinə baxırdı…

Bayırda isə qumru quşlarının qurultusu eşidilirdi. Deməli, xoşbəxtlik yaxınlıqda idi. Lap yaxınlıqda…

Müəllif: Sona Abbasəliqızı

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

9 dəfə oxundu

Axtarış